34
15-ci mövzu. Akademik natiqlik
Akademik natiqlik ritorikanın
qədim növlərindən biri, ali,
elitar nitq mədəniyyəti nümunəsi kimi. Akademik natiqlik
anlayışının definisiyası. Peşəkar nitq. Ali məktəb müəlliminin dil
kimliyi, ona verilən tələblər. Pedaqoji təkmilləşmə.
Ali məktəb
müəlliminin devizi:: “Decondo diskumus” – “Öyrədərək özümüz
öyrənirik”. Akademik natiqliyə verilən tələblər: maksimal dərəcədə
informativ, elmi, motivasiyaedici, inandırıcı, müəllimin erudisiyası,
təfəkkürü, nitqinin keyfiyyəti, anlaşıqlı olması.
Müəllimlə tələbə
arasında ortaqlıq, şəriklik hissi. Ortaqlıq hssi nədir. Akademik
natiqliyin ümumi qanunları: 1.Dialoqu ahəngdar edən qanun, bu
qanunun realizə olunması üçün dörd prinsipi: 1) adresata diqqət; 2)
nitqin məzmununun adresatın maraqlarına uyğun qurulması; 3)
materialın
şərhində konkretlik; 4) hərəkət prinsipi. 2.Adresatın
nitqin inkişafını izləyərək bələdçilik etməsi qanunu. 3. Məmnun
olmaq, zövq almaq qanunu. 4. Ritorikanın əsas qanunları. Akademik
natiqin peşəkar səriştəliliyinin komponentləri: dil səriştəliliyi, nitq
səriştəliliyi,
kommunikativlik səriştəliliyi, etik səriştəlılik, natiqlik
səriştəliliyi. Akademik natiqin – ali məktəb müəlliminin obrazı.
Nitqin növləri: mühazirə, məruzə, məruzə, çıxış, nitq.
Mühazirə -
yeni biliklərin (fakt və tədqiqatların) sistemli təqdimi, dinləyicilərin
elmi, mədəni və ictimai-siyasi dünyagörüşünü genişləndirməsi
vasitəsi. Akademik natiqliyin növləri. Mühazirə: ali məktəbdə
oxunan mühazirə, elmi-kütləvi mühazirə, birdəfəlik oxunan
mühazirə; Məruzə: elmi məruzə, elmi icmal (xülasə);
Elmi xəbərlər;
çıxış.