Baki – 2021 Elmi redaktor: adiU-nun “İqtisadiyyat və idarəetmə “ kafedrasının müdiri: I e. d.,professor Y. Kəlbiyev


Şəkil 1.2. Ölkə iqtisadiyyatında transmilli biznesin tənzimlənməsinin blok-sxemi



Yüklə 0,71 Mb.
səhifə8/55
tarix12.09.2022
ölçüsü0,71 Mb.
#117744
1   ...   4   5   6   7   8   9   10   11   ...   55
279762823 (1)

Şəkil 1.2. Ölkə iqtisadiyyatında transmilli biznesin tənzimlənməsinin blok-sxemi
Qeyd: Blok-sxem müəllif tərəfindən hazırlanmışdır.[100,s.107]
Bütün məhsulun bölüşdürülməsi variantını o halda tətbiq etməyi məqsədəuyğun hesab edirlər ki, məhsul istehsalı ucuz başa gəlir. Bu variant Liviyanın neft hasilatında istifadə edilir və hasil edilən neftin 80 faizi hökumətə verilir. Mənfəət məhsulunun bölüşdürülməsi variantı o ölkələrdə istifadə edilir ki, orada yerin təki dövlət mülkiyyətində saxlanılır. Misirdə, Suriyada, İndoneziyada, Çində bu variant tətbiq edilir.
Transmilli biznesin tənzimlənməsində geniş istifadə olunan iqtisadi idarəetmə mexanizmlərdən biri də konsessiya (lisenziya) müqaviləsidir. Bu halda dövlət xarici şirkətlə müqavilə bağlayır. Konsessiya sistemi həm inkişaf etmiş, həm də inkişaf edən ölkələrdə tətbiq edilir. Onun mahiyyəti ondan ibarətdir ki, xarici şirkət öz maliyyə resursları hesabına məhsul istehsalını təşkil edir, kapital və istismar xərclərini istehsal edilmiş məhsul hesabına ödəmək hüququ vardır. Dövlət və xarici şirkət öz paylarına uyğun mənfəət məhsulunu bölüşdürürlər.
Rusiyada ixrac rüsumu və neft hasilatına görə vergi və digər vergi növləri tətbiq edilir. Bütün bunların nəticəsi olaraq neft ixracından əldə edilən bütün gəlirin 75 faizi dövlətə çatır. Bu göstərici Ərəb ölkələrində və Norveçdə 50%-dən çoxunu təşkil edir.
“Əsrin Kontraktı”na görə Azərbaycan dövlətinin payı 30-80 faiz təşkil etməsi nəzərdə tutulur. 2008-ci ildə Azərbaycanda bu göstərici 30-35% təşkil etmişdir. Belə vəziyyət onunla izah edilir ki, Azərbaycanda neft ixracatçıları mənfəət vergisindən başqa ixrac rüsumundan bütün növ vergilərdən müqavilə şərtinə uyğun olaraq azad edilmişlər.
Azərbaycanda təbii sərvətlərin birgə istismarı zamanı tətbiq edilən hasilatın pay bölgüsü müqaviləsinin icrasında müxtəlif iqtisadi mexanizmlərdən istifadə edilir. Onların sırasında spesifik vergiyə cəlbetmə mexanizmini, bir çox xüsusi güzəştləri, zəmanətləri göstərmək olar. Onların heç biri ölkənin qanunvericilik aktlarında belə nəzərdə tutulmamışdır. Ancaq onlar ölkənin Milli Məclisində qanun statusu ilə təsdiq edilən müqavilələrdə əks etdirilir. Məsələn, xarici şirkətlərin qoyduqları investisi­yaların repatriasiyası (mənşə ölkəsində qaytarılması) hasil edilən bütünlükdə məhsulun satışından əldə edilən ümumi gəlirin hesabına ödənilir. Amortizasiya ayırmaları maya dəyərinə daxil edilməklə şirkətlərin sərəncamında qalır. Mühüm məsələlərdən biri də odur ki, müqavilənin şərtləri əvvəlcədən onun bağlanması mərhələsində müəyyən edilir, razılaşdırılır və təsdiq edilir. Həmin şərtlər müqavilənin qüvvədə olduğu bütün dövr ərzində, yəni birgə fəaliyyət dövründə sabit, dəyişməz qalır. Hasilatın pay bölgüsü müqaviləsinin Azərbaycanda tətbiq olunan variantının bir xüsusiyyəti də ondan ibarətdir ki, xarici şirkətin öz fəaliyyəti üçün yaratdığı daşınmaz əmlak kontrsktın sonunda dövlətin mülkiyyətinə keçir.
Birbaşa xarici investisiyaların cəlb olunması istiqamətində dövlət siyasəti xarici şirkətlərə müstəsna hüquq verə bilər. Eyni zamanda dövlətin proteksionist siyasəti milli şirkətlərə qəyyumluq edərək xarici firmaların bazara daxil olmasını qeyri-formal olaraq ləngidə bilən şərait yarada bilər.
Bir çox hallarda qəbul edən dövlət xarici investisiya cəlb etmək məqsədilə bazar hökmranlığını əldə etməyə imkan verən stimulları da xarici şirkətlərə verir. Bəzi dövlətlər, bir qayda olaraq, proteksionist siyasəti həyata keçirirlər.
Beynəlxalq miqyasda transmilli biznesin tənzimlənməsi sisteminin əsas istiqamətlərinə aşağı­dakıları daxil edilir:

  • beynəlxalq ticarət-iqtisadi əməkdaşlığı balanslaşdırmaq üçün lazım olan şəraiti təmin edən hüquqi bazanın yaradılması;

  • bütövlükdə ayrı-ayrı ölkələrin xarici-iqtisadi əlaqələrinin tənzimlənməsinin təşkilati-texniki, inzibati, hüquqi vasitələrinin standartlaşması, çoxtərəfli dövlətlər­arası razılaşma sisteminin beynəlxalq uyğun­luğunun əldə edilməsi;

  • transmilli biznesin tənzimlənməsində inzibati tədbirlərin tətbiqi ilə müqayisədə iqtisadimetodların prioritetliyi;

  • ixrac-idxal əməliyyatlarına təsir edən gömrük, pul-kredit, maliyyə alətlərindən istifadəsinin genişləndirilməsi;

  • transmilli biznesin tənzimlənməsi sisteminin məlumat-kommunikasiya təmina­tının səviyyəsinin yüksəldilməsi.

Son 10 ildə transmilli biznesin inkişafında işgüzar təcrübənin forma və metodlarında neqativ dəyişikliklər baş vermişdir ki, bu da transmilli biznesin inki­şafında mənfi təsirləri gücləndirmişdir. Bazarların bölüşdürülməsi, qiymətlərin razılaşdırılması ixrac və idxalın ölçüsü haqqında kartel razılaşmaları monopoliyanın meydana gəlməsinə səbəb olur.
Beynəlxalq təcrübədə transmilli biznesin tənzimlənməsi üç səviyyədə həyata keçirilir: beynəlxalq, milli və regional. Milli səviyyədə idxal zamanı geniş miqyasda gömrük rüsumu tətbiq olunur.
Milli istehsalın maraqlarını qorumaq məqsədi ilə antidempinq tədbirlərindən istifadə edilir. Antidempinq tədbirləri ölkəyə idxal olunan məhsulların qiymətinin aşağı salınması ilə mübarizə aparmaq üçün istifadə edilir. Transmilli biznesin tənzimlənməsi üçün valyuta kursunun di­na­mikasına müxtəlif vasitələrlə təsir edilir. Bir çox qabaqlayıcı pro­sedurlar, məsələn, valyuta ehtiyatlarının bir hissəsinin məcburi satışı həyata keçirilir, xarici ticarət sa­ziş­lərində valyuta ödəmələrinin daxilolma müddəti qoyulur. Milli valyutanın kursu devalvasiya və revalvasiya qaydasında dəyişdirilir. Malların idxalı və ixracında miqdar məhdudiyyətlərinin qoyulması həyata keçirilir (kvotaların qoyulması). Müəyyən mal növlərinin ticarətinə və ya ümumilikdə transmilli biznesə dövlət öz monopoliyasını tətbiq edir.Bir sıra malların idxal-ixracına lisenziyanın alınması tələb edilir. İdxalın predmetinin milli təhlükəsizlik və keyfiyyət standartlarına uyğun gəlməsinə nəzarətin həyata keçirilməsi üçün texniki şərtlərin qoyulması nəzərdə tutulur.
Bir qayda olaraq transmilli biznesin dövlət tənzimlənməsi xarici-iqtisadi fəaliyyət subyekt­lərinin vəzifələrini, hüquqlarını, həm də icraedici hökumətin fəaliyyətinin həddini müəyyən edən qanunlarla həyata keçirilir.
Cənubi Koreya transmilli şirkətlərinin ölkənin sənayeləşmə və dünya iqtisadiyyatında rəqabət instrumenti kimi formalaşması prosesi 1961-ci ildə hərbi çevrilişdən sonra dövlətin ciddi nəzarəti altında başlamışdı. Koreya hərbçilərinin ideyası əsasında iri Koreya firmaları böyük konqlomeratlarda (çebollarda) birləşdilər. Bank sistemi və ixrac-idxal lisenziyalarına hökumət nəzarəti vasitəsilə firmaları birləşməyə məcbur etdilər. Kredit və lisenziyalar firmalara seçimlə, çebola qoşulma şərti ilə verilirdi. Belə ki, hökumətin imtiyazları mərkəzi çebol firmasına (hansı ki, ailəyə məxsus idi) verilirdi. 1980-ci illərə qədər Koreya çebolu maliyyə cəhətdən müstəqil deyildi. Hökumət rəhbərliyi də əvvəlcə sərt nəzarət altında saxlanılan beşillik iqtisadi planlara əsaslanırdı, lakin 80-ci illərdə bazar mexanizmlərinin güclənməsi sayəsində onlar getdikcə daha çox indikativ olmuşdu.
“Şübhəsiz ki, çebolların hərbi-dövlət mənşəyi Koreya işgüzar şəbəkələrinin avtoritar və patriliney xüsusiyyətinin formalaşmasına təsir etmişdir” – deyə, M.Kastels qeyd edir [149, s.186]. Onların əsasında hakimiyyət və biznes arasındakı maraqların birləşməsinə və korrupsiya ilə nəticələnən qeyri-formal əlaqələr inkişaf etmişdir. “Hakimiyyətin qeyri-hüquqi hamiliyinin yaratdığı “oranjereya” şəraiti iqtisadi tərəqqinin lokomotivinə çevrilən iri sənaye konqlomeratlarının (çebolların) inkişafını asanlaşdırdı və sürətləndirdi, - deyə A.Elyanov yazır. – Lakin bu zaman mülkiyyətin idarəetmədən ayrılması məsələsi həll edilmədi və kommersiya fəaliyyətinin lazımi şəffaflığı təmin edildi. Hakimiyyətin böyütdüyü çebollar kiçik və orta biznesi öz altlarına alıb əzdilər. Meydanın daralması və rəqabətin aradan qaldırılması nəticəsində kəskin bazar konyunkturası dəyişikliklərinə qarşı iqtisadi adaptasiyanın mümkünlüyü aşağı düşdü” [132, s.389]. Buna 1997-ci ilin maliyyə böhranı ilə cavab vermək lazım gəldi. Dünya birliyinin kütləvi yardımı ilə vəhdətdə maliyyə siyasətinin sərtləşdirilməsi yetərincə qısa müddət ərzində böhranı dəf etməyə imkan verdi. “Lakin – A.Elyanov qeyd edir, - yaradılan problemin həlli çətin ki, ağrısız olsun...bu dərsin nə dərəcədə mənimsənildiyini gələcək göstərəcək” [132, s.389-390].
Dövlətin transmilli biznesə dəyişkən təsirini səciyyələndirən digər nümunələr də mövcuddur.
1991-2000-ci illəri əhatə edən onillikdə bütün ölkələrdə dövlət tənzim­lənmə­sinin liberallaşması meylinin üstünlüyü müşahidə olunmuşdur. Əsas hissəsi TMŞ-nin payına düşən birbaşa xarici sərmayənin milli nizamlama sistemlərindəki dəyişikliklər 1.2.3. saylı cədvəldə göstərilmişdir. Cədvəldən göründüyü kimi, 2000-ci ildə investisiya rejimlərinə dəyişiklik edən ölkələrin sayı 1991-ci illə müqayisədə 2 dəfəyə qədər, dəyişikliklərin sayı isə 1,8 dəfə artmışdır.
Cədvəl 1.2.3

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin