39
Token Rinq texnologiyası “dairə” topologiyasma uyğun işlənib hazırlanmışdır.
Bu texnologiya Ethernet texnologiyasma nisbətən bir qədər mürəkkəbdir.
Texnologiyanı hazırlayanlar şəbəkələrdə tətbiq edilən başqa texnologiyaların müsbət
göstəricilərini bu texnologiyalarda vermiş və şəbəkələrin
fasiləsiz işləməsinə
çalışmışlar.
Token Rinq texnologiyası 1970-ci ildə İBM kompaniyası tərəfındən işlənib
hazırlanmış, bunun əsasında 1985-ci ildə İEEE 802 komitəsi tərəfmdən 802.5
spesifıkasiyası hazırlanmışdır. İBM tərəfındən hazırlanmış bu texnologiyanm
şəbəkələrdə verilənlərin ötiirülməsi ilk dəfə 4 Mbit/s, sonralar isə 16 Mbit/s-yə
çatdırılmışdır.
Şəbəkə düyün nöqtələrinə markerlər (bəzi ədəbiyyatlarda markerlər Token də
adlandırılır) növbə ilə daxil olur. Marker sahibləri şəbəkədə verilənlərin ötürülməsinə
tam zəmanət verir. Əgər bir düyün nöqtəsində ötürülmə
üçün nəzərdə tutulan
verilənlər yoxdursa, onda marker növbəti düyün nöqtəsinə ötürülür (şəbəkədə hər bir
düyün nöqtəsində bir və ya bir neçə kompyuter ola bilər). Hər bir düyün nöqtəsi
markeri təyin olunmuş vaxta qədər saxlaya bilər.
Token Rinq texnologiyasmda paketin formatmda
markerlə əlaqədar idarə
olunma üçün üç baytlıq idarəedici paket ayrılır.
Bura əsasən aşağıdakılar daxildir:
* başlanğıc baytları bölüşdürən (SD-Start Delimiter) bitlər;
* bayta müraciətin idarə olunması üçün təyin olunmuş bitlər. (AC-Access
Control)
* axırıncı baytın ayrılması üçün təyin olunmuş bitlər.
FDDI (Fider Distributed Data İnterface)
FDDI (Fider Distributed Data İnterfeys) verilənləri optik lifli kabellərlə
paylayan (bölüşdürən) interfeysdir.
Bir çox müəlliflər öz kitablarında bu texnologiyanı “tezləşdirilmiş Ethernet” də
adlandırırlar. FDDI texnologiyası əsasən Token Ring texnologiyası bazasına
40
əsaslanaraq hazırlanır və optik lifli əlaqə xətlərində istifadə edilir. Uzunluğu 100 km-
ə dək olan dairəvi əlaqələndirilmiş xətlərlə verilənləri düyün nöqtələri 500-ə
qədər
olan şəbəkələrdə 100 Mbit /s sürətlə ötürmək imkanına malikdir.
Bu texnologiyada üstünlükdən asılı olmayan determinləşmiş marker müraciət
üsulundan istifadə edilir.
Dairəvi topologiyada verilənlərin ötürülməsinin etibarlığmı
təmin etmək
məqsədilə ötürülmələr biri-birinə əks istiqamətlərdə təşkil olunur.
Təsadüfı bir dairədə ötürmələr mümkün olmazsa,
o halda verilənlərin
ötürülməsi birinci və ya ikinci dairə ilə yerinə yetirilir. Belə hallarda qüsurlu
seqmentlər aradan çıxarılır.
Əgər qeyd olunan qüsurlar tez-tez davam edərsə əlavə
virtual dairələr təşkil
edilir. Bu texnologiya baha başa gəldiyi üçün çox vaxt böyük şəbəkələrdə, əsas
kanallarda istifadə edilir.
Şəbəkədə yuksək ötürücülüyü (100 Mbit/s) təmin etmək məqsədilə FDDİ
texnologiyasmda tokenlərin (kadrlarm) ikiqat dairə üsulü ilə ötürülməsi təşkil edilir.
Bu halda birinci
dairə ilə kadrlar ötürülür, ikinci dairə ehtiyatda qalır. Təsadüfən
birinci dairə qırılarsa ikinci dairə işə düşür. Belə iş rejimi aşağıdakı
sxemdə
göstərilmişdir. Bu rejimi çox vaxt burma rejimi də adlandırırlar.