54
3.1. Azərbaycan şəbəkə portallarının müqayisəli təhlili
“Portal” sözü dünya şəbəkəsinə memarlıqdan gəlib. əgər keçmiş dövr
qaynaqlarından olan Böyük Sovet Ensiklopediyasına(1975)
müraciət edilsə, onda
“portal” sözünün latıncadan – “giriş”, “darvaza” mənasını verdiyini görmək olar.
İnformasiya texnologiyaları baxımından portal informasiya daşıyıcısına və ya
informasiya istifadəçiləri arası bazadan yerləşən interfeysə giriş deməkdir.
Ümumilikdə belə informasiya bazası Dünya Hörümçək Torudur. İnformasiya saytının
yaradılması isə internet resurslarına daxil olmasını linklər vasitəsilə yönləndirilməsi
imkanını təqdim edir. Daha asan formada portal internet portallarına daxil olmağını
təmin edən çoxsaylı istiqamətlərə yönləndirilən veb-resurslardır.
Yuxarıda qeyd edilənlərə alternativ olaraq informasiya daşıyıcıları geniş
informasiya istiqamətli və informasiya saytları adlandırılan ayrıca böyük saytlar da
xidmət göstərə bilər. Bütün bunları göz önünə aldıqda belə nəticəyə gəlmək olar ki,
internet portalları adi veb saytlardan fərqlidir və bu səhifələrin və ya xidmətlərin sayı
ilə deyil, veb-resurslara yönləndirilən linklər ilə fərqlənir.
Saytın informasiya ilə zənginləşməsi
müxtəlif veb-serverlər, digər saytlara
yönləndirilən linklər və digər zəruri komponentlər internet portalında istfadəçi
sayının artırılması üçün maksimum rahat olmalıdır.
Başqa sözlə, “normal” internet portalı özü ilə çoxsaylı internet istifadəçiləri ilə
zəngin müxtəlif xidmətləri ilə tanınmış veb-resurslar təqdim edir. Portalların
əksəriyyti axtarış maşınları və kataloqları ətrafında qurulur. Keyfiyyətli informasiya
resurları aşağıdakı imkanlara sahib olmalıdır:
Saytın orijinal, balanslaşdırılmış görünüşü- onun bəzəkli dizaynının olması
deyil, daha yaxşı infrastrukturunun olmasıdır;
İnformasiyanın həcmi saytı artıq yükləməməlidir;
Rahat və “dost” istifadəçi interfeysinin olmasıdır.
Veb portal – kompüter şəbəkələrində həmin saytın imkanları
daxilində
müxtəlif interaktiv internet xidmətləri təqdim edən saytdır. Veb portal bir neçə
saytdan təşkil edilir. Həmçinin, portallar internetdə
və ya saytlarda zəruri
55
informasiyanın əldə edilməsinə kömək edir. Belə portallar informasiyanı müxtəlif
mənbələrdən alaraq, istifadəçiyə vahid formada təqdim edir. Bəzən, bunları saytın
naviqasiyası da adlandırırlar.
Bir qayda olaraq, portallar axtarış funksiyasını
yerinə yetirir, həmçinin
müxtəlif internet resurslarına daxil olmaq imkanını təqdim edir.(məsələn, e-poçta,
xəbər lentinə və s.).
Veb portallar konsepsiyası çoxsaylı istifadəçilərin bir yerdə toplanmaq üçün
maksimum sayda internet resurslarını təqdim edilməsidir.
İnformasiya texnologiyları sayəsində artıq hər hansı
bir dövlət qurumuna
müraciət etmək üçün həmin ünvana getməyə, saatlarla növbə gözləməyə ehtiyac
qalmayıb. Vətəndaşa lazım olan məlumat və sənədlər hər kəs üçün açıq olan internet
şəbəkədə yerləşdirilir. Getdikcə məmurla vətəndaş arasında
birbaşa təmas aradan
qalxır və elektron resurslar bu münasibətlərdə ən effektiv vasitəyə çevrilir.
Vətəndaşlar oturduqları yerdən lazım olan dövlət portalına müraciət edə bilərlər. Hər
bir dövlət portalının da öz funksiyası vardır.
Dostları ilə paylaş: