Baxış Leyla Habil qızı


 Yeni iqtisadi modellərin səmərəliliyi



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə29/43
tarix14.09.2023
ölçüsü1,35 Mb.
#128968
1   ...   25   26   27   28   29   30   31   32   ...   43
BAXI-LEYLA

2.3. Yeni iqtisadi modellərin səmərəliliyi 
İqtisadi model iqtisadi reallığın sadələşdirilmiş və yığcam formasıdır. İqtisadi 
model aşağıdakı maddələrin tələblərinə cavab verir: 

anlamlı; 

fərziyyələrin reallığı; 

proqnozların reallaşdırılması imkanı; 

informasiya təhlükəsizliyi imkanı; 

yoxlama imkanı. 
Hər hansı bir nəzaəri modelin, həmçinin,iqtisadi modelin yaradılması bir 
neçə mərhələdən keçir: 

dəyişənlərin seçilməsi; 

modelin mürəkkəb olmaması üçün fərziyyələrin müəyyən 
edilməsi; 

bir və ya bir neçə fərziyyənin hipotezlərinin və parametrlərinin 
izah edilməsinin irəli sürülməsi. 
İqtisadi 
nəzəriyyədə 
modellərin 
əksər 

tipi 
müəyyən 
edilir:optimallaşdırılmış və tarazlaşdırılmış. 
Optimallaşdırılmış model iqtisadi agentlərin optimal dəyərlərinin 
tapılması davranışlarının analizi üçün istifadə olunur(istehlakçılar,istehsalçılar). Bu 
modellərdə limitli dəyərlər istifadə olunur(limitli faydalılıq,limitli məhsul,limitli 
gəir,limitli xərclər). Bu model analizi marjinalizm adlandırılır. 
Bazarda tarazlıq modeli iqtisadi agentlər arasındakı münasibətlərin 
araşdırılmasında istifadə edilir. Bu analiz zamanı güman edilir ki, əgər qarşılıqlı 
qüvvələr balanslaşdırılbsa və tarazlığın pozula bilməsi üçün daxili impulslar 
yoxdursa, bu sistem tarazlıq vəziyyətindədir. 
Elm kimi iqtisadi nəzəriyyə təkcə fərdi obyekti olur(nə öyrədilir), həm də 
xüsusi tədqiqat metodlar vardır(necə öyrənilir). 
Bu metodların ən vacibi qurulmuş iqtisadi modellərdir. 


53 
Gündəlik həyatda modellərdən geniş istifadə olunur. Məsələn, xəritələr. Bu 
xəritələrdə yollar, küçələr, insanları maraqlandıran obyektlər təsvir olunur. Bu 
xəritələr özündə vacib sayılmayan bəzi məlumatları saxlamır(məsələn,mağazaların iş 
saatları, küçələrin təmizliyi, yol örtüyünün vəziyyəti və.s). Analoji olaraq iqtisadi 
model özü ilə insanları iqtisadi təsvirlərin maraqlandıran tərəflərini formal təsvirlərni 
təqdim edir. 
Yaxşı iqtisadi modellər bir sıra xüsusiyyətlərə malikdir: 

o artıq yüklənməməlidir, onun saxladığı informasiya lazım 
olandan artıq olmamalıır; 

göndərmələr və model fərziyyələr mənalı və real olamlıdır; 

modelin şərtlərinə uyğun informasiya toplamaq imkanı vardır; 

model iqtisadi hadisələri proqnozlaşdırmağa və izah etməyə imkan 
verir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin