59
Aşağıdakı liveinternet.ru saytının verdiyi məlumatlara əsasən 2017-ci il aprel-
may ayı hesabatlarına görə saytların istifadəçi baxışı sayına
görə reytinq cədvəli tərtib
olunub.
Cədvəl 2
№ Saytların adı
Baxış
sayının faizlə
göstərişi
İs
tifadəçi
sayı
1
Turbo.Az –
Azərbaycanda
avtomobillər haqqında hər şey
94%
97 309
2
Oxu.az
-
Azərbaycan
Xəbərləri
84%
78 245
3
BiG.AZ - Xeberler , Mp3,
Kino
88%
72 319
4
Tap.Az – Azərbaycanda
pulsuz elanlar
95%
65 270
5
Milli.Az - Xəbərlər portalı
92%
62 800
6
Day.Az
–
Azərbaycan,
Ermənistan və Gürcüstan xəbərləri
68%
60 305
7
Bizimyol.info
-
"Bizim
Yol" qəzeti
83%
46 609
8
Metbuat.az - Azərbaycan və
dünyadan ən son xəbərlər
92%
38 062
9
Haqqin.az
59%
32 776
1
0
Qadinla.Com - Qadınlar
Birİncidir! Populyar Qadın Saytı
91%
30 094
60
3.2. Elektron idarəetmə və iqtisadi səmərə
"Elektron Azərbaycan"
Müasir dövrdə İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı
cəmiyyətin həyatı üçün vacib faktorlardan birinə
çevrilərək yeni termin olan
"informasiya cəmiyyəti"-ni formalaşdırmışdır. bu baxımdan müasir tələblərə cavab
verən yeni texnologiyalar dövlət və siyasi idarəçiliyində xüsusi rol oynamağa başladı.
Yeni idarəçilik sistemi qurmaq üçün əhəmiyyətli trend olan “elektron hökumət”
konsepsiyası irəli sürüldü.
Azərbaycanda Elektron Hökumətin formalaşdırılması 2003-cü ildə elan edilib
və ümummili lider Heydər Əliyev tərəfindən təsdiq edilib.
Daha sonra 2005-2008 və 2010-2012-ci illər “Azərbaycan Respublikasında
rabitə və informasiya texnologiyalarının inkişafı üzrə "Elektron Azərbaycan" Dövlət
Proqramları qəbul olunub. «2010-2011-ci illərdə «Elektron hökumət»in
formalaşdırılması üzrə Fəaliyyət Proqramı» təsdiqlənib. "Dövlət orqanlarının elektron
xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il
tarixli Prezident Fərmanı və digər normativ-hüquqi aktlar prosesi bir qədər də
sürətləndirib.
Əsas
hədəf
bütün
sahələrdə
informasiya-kommunikasiya
texnologiyalarının səmərəli tətbiqinin genişləndirilməsi və “Elektron hökumət”
quruculuğuna nail olunmasıdır.[75]
Portala 40-dan çox dövlət orqanının informasiya sistemləri bağlanıb və burada
200-dən çox elektron xidmət həyata keçirilir. Resurs dövlət orqanlarından elektron
kanallar vasitəsilə mərkəzləşməsinə imkan verir və müxtəlif formalı
dövlət elektron
resurslarına daxil olmaq imkanının çıxış nöqtəsi kimi xidmət edir.
Portal fərdi və korporativ xidmətlər üzrə bölmələrdən təşkil olunub və müvafiq
nazirliklərə (təhsil,səhiyyə və s.) görə qruplaşdırılmışdır.
61
Son illərdə RİTN resurs koordinatoru kimi nazirliyin İnformasiya-hesablama
mərkəzində elektron xidmətlərin istifadə imkanlarından istifadənin artırılması
yolunda intensib işlər aparır. Belə ki, 2013-cü ildə "ELektron hökumət" qısa zaman
ərzində istifadəçilərin rəğbətini qazanaraq sosial şəbəkələrə çıxdı. Zamanla Facebook
sosial şəbəkəsində Azərbaycanlılar tərəfindən ən çox oxunan səhifələrdən birinə
çevrildi.
Geriyə baxdıqda demək olar ki, 2003-2010-cu illərdə hazırlıq işləri gedirdi-bu
qısa zaman kəsiyində dövlət orqanlarının texnologiya ilə təchiz olunması,
infrastrukturun yaradılması, hüquqi və normativ aspektlərin qəbulu dövlət
orqanlarının xidmətlərinin yeni formata keçirilərək vahid
portalda birləşdirilməsi
dövlət rəhbərləri və vətəndaş münasibətini daha da gücləndirdi və korrupsiyanın
aradan qaldırılmasında böyük rol oynadı.
E-imza
Elektron imza hər bir vətəndaşın fərdi imzasını əvəz edən hüquqi vasitədir.
Elektron imza məlumatı imzalayan şəxsin həqiqiliyini müəyyən edilməsi və
imzalanan məluatın dəyişdirilməməsinin zəmanətidir.
Elektron imzanın qanununda qeyd edilir: electron imza- electron formalı
informasiyaya daxil olan başqa br informasiyadır və ya başqa bir obrazda elə bir
informasiya il əlaqəlidir ki, məlumatı imzalayan
şəxsin həqiqiliyininmüəyyən
edilməsinə xidmət edən electron informasiya formasıdır.
Elektron imzanın əsas vəzifəsi sənədin müəlliflik hüququ vermək və bu sənəd
imzalandıqdan sonar dəyişdirilməməsinə zəmanət verməkdir.
Elektron imza sadə və gücləndirilmiş (mürəkkəb) olur. Sadə e-imza yalnız
electron sənədin müəyyən şəxs tərfindən imzalanması faktını təsdiq edir.
E-imza kartından bütün vətəndaşlar, fiziki şəxslər, hüquqi şəxslər və dövlət
orqanları istifadə edə bilər.
62
Elektron imzanın
üstünlükləri- vaxta qənaət, məxfilik, rahatlıq, bütünlük,
tanınma, inkaredilməzlik və işgüzar münasibətlərin və əlaqələrin tamamən electron
formada keçirilməsidir.
Elektron imza müasir dövrün tələbləri sırasında
informasiya cəmiyyətinin
vacib elementlərindən birinə çevrilməkdədir.
Beləliklə, elektron imza və elektron ödəmə sisteminin mövcudluğu
Azərbaycanda "elektron hökumət"in prioritetlərindən olan "elektron ticarət"in
genişlənməsinə yol açır.
Dostları ilə paylaş: