BəDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi


Birinci növ ismi birləşmə modelində



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə18/91
tarix25.05.2022
ölçüsü1,4 Mb.
#116233
1   ...   14   15   16   17   18   19   20   21   ...   91
sp 15

1. Birinci növ ismi birləşmə modelində 
Dəlidağ (B.), Dəlidağ (Ağ) , Dəlidağ (Cav.), Ağcala (B.), Əyriqar (B.) , Üçtəpələr (Ağ.), 
Şiştəpə (Ağ.), Ağbaba (Ağ.), Örtülüdağ (Ağ.), Çobandağ (Sıg.), Əriktəpə (Sıg.), Tourtəpə (Sığ.), 
Tayadaş (Qar.), Şiştəpə (Qaz.), Soyuqbulaq (Qaz.), Ağbulaq (Tif.), Qaraköynək (Üç.), Qızılyar (Üç.), 
Topdağ (İr.), Qaraqaya (Dər.), Gözəldərə (Dər.), Qaraarxac (Göy.), Gəlinqaya (Cav.), Çamurrudağ 
(Zan.) Sıxyurd (Zən.), Sarıdağ (Nax.), Muradtəpə (Dər.), Qızılziyarət (Sür.) Qızılyoxuş (Cav.), Ağdaş 
(Ş.), Saraytəpə (Ş.), Qalatəpə (Ş.), Qırxqız (Ş.) , Göytəpə (G.), Dəyirmantəpə (Ş.), Qaratəpə (C.), 
Çanaxtəpə (Ç.), Qaraquştəpə C.), Xoruzludağ (C.), Göytəpə (Zən.), Qaladaş (Lən.), Qarauldaş (Lən.), 
Qoturdağ (Zaq.), Dikqaya (Sam.), Alacadağ (Ər.), Uğurludağ (Ər.), Seyidyurd (Sam.), Qaladərə 
(Sığ.), Babadağ (Sam.) , Salbuzdağ (Sam.), Şahdağ (Sam.), Qızıldağ (Y.), Buğdatəpə. Taya Qaya 
(Ağ.) Çətindağ (B.), İlandağ (Al.) Başkeçid (B.), Ağyazı (Zaq.), Qarayazı (Q.)
Göründüyü kimi, təqdim olunan relyef adları iki komponentlidir. Komponentlər arasında 
yanaşma əlaqəsi vardır. Birinci tərəfdəki sözlər əsasən rəng, miqdar, əlamət, keyfiyyət, və etnik 
mənşəli sözlərdən, ikinci tərəfi isə bütün türk ellərində bir sistem kimi mövcud olan coğrafi 
terminlərdən (dağ, təpə, daş, qaya, dərə, qazı, yoxuş, oyuq, yurd və s.) ibarətdir. Relyef adlarının 
qəzalar üzrə təkrarlanması onların eyni düşüncə əsasında yaranmasını sübut edir (4).
Kənd adlarında olduğu kimi, relyef adlarında da coğrafi obyektləri fərqləndirən fərqləndirici 
sözlər (böyük, kiçik, aşağı, yuxarı, gədə və s.) işlədilmişdir. Məsələn, Böyük Ağdağ, Kiçik Ağdağ 
(Y) Böyük Maymaq, Gədə Maymaq (Pəm.), Böyük Abul, Kiçik Abul (Ax.) 
2. İkinci növ ismi birləşmə modelində: 
Seyid yurdu (Sam), Ellər oyuğu (Sıg), Sıx yurdu (Zən.), Bazar düzü (Q.), Qum dağı (Ağ.), 
Qızıl bahası (Zən.), Qarabağ düzü (Ş.), Loru düzü (B.), Şörəyel düzü (Al.). Göründüyü kimi, 
göstərilən oronimlərin birinci tərəfi qeyri-müəyyən yiyəlik halda, ikinci tərəfi III şəxsi bildirən
mənsubiyyət şəkilçili sözdən ibarətdir. İdarə əlaqəsi ilə formalaşmışdır (3.226). 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin