Bəxtiyar Muradov



Yüklə 81.38 Kb.
tarix23.10.2017
ölçüsü81.38 Kb.


Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi Mərkəzləşdirilmiş Kitabxana sisteminin Metodiki İşlərin Təşkili şöbəsi.

Nümunəvi mədəniyyət işçisi”



(Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Bəxtiyar Muradovun anadan olmasının 60 illik yubileyi əlaqədar metodik vəsait).

Gəncə - 2013

Həyat və yaradıcılığı.
Yenicə qədəm qoyduğumuz 2013- cü il də yubileylərlə zəngin olacaqdır. Bu sırada tanınmış şair və yazıçılar, görkəmli incəsənət xadimləri ilə yanaşı, vaxtaşırı təmasda olduğumuz mədəniyyət işçiləri, mədəni-maarif müəssisələrinin rəhbərləri də var.

Öz işi , əməli ilə seçilən mənalı ömür yolu keçən, Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Bəxtiyar Yunisoğlunun 60 illik yubileyi də cari ilin payına düşür.

Bəxtiyar Yunisoğlu (Muradov) 1953-cü il yanvar ayının 12-də Goranboy rayonunun Dəliməmmədli kəndində anadan olmuşdur.

1978-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji institutunu bitirib. İxtisasca filoloqdur. 1978-1981-ci illərdə İmişli rayonunda müəllim işləmişdir. O, uzun müddət Gəncə Şəhər Ekskursiya və Səyahətlər Bürosunda metodist vəzifəsində çalışıb. 1989-cu ildə Kiyev şəhərində Turizm üzrə İxtisasartırma İnstitutunun müdavimi olub. O, həmçinin Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətinin rəhbəri, eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin mətbu orqanı olan “Mədəni həyat” jurnalının bölgə üzrə müxbiridir.

Bəxtiyar Yunisoğlu bədii yaradıcılığa gənc yaşlarından başlamışdır. Onun şeirləri : “Pəncərə”, “Ovqat”,” Şəfəq”, “Yelkən, Zİrvə”, “Goranboyun söz dünyası”, “Ana kür”, və s. ədəbi almanaxlarda, “Yurddan səslər”, “Mədəni Həyat” Jurnallarında , rusiyada yaşayan azərbaycanlılar üçün Moskvada çıxan “Svobodnaya Vremya” (Asüdə vaxd) qəzetində, “Mədəniyyət”, “Gəncənin səsi”, “Novosti Qyandji” qəzetlərində və digər mətbu orqanlarında dərc olunub.

Bəxtiyar Yunisoğlunun vətənpərvərlik mövzusunda yazdığı şeirləri, yüzlərlə bayatıları, publisistik məqalələri oxucular tərəfindən rəğbətlə qarşılanıb.

O, ümümşəhər tədbirlərinin proqram-ssenari müəllifidir. Müstəqillik, vətənpərvərlik, Azərbaycançılıq, Türkçülük ideyası, milli adət-anənələr, soykökünə bağlılıq onun yaradıcılığının əsas motivini təşkil edir.

20 yanvar, Xocalı faciələrinə həsr olunmuş bayatıları, milli adət-ənənərimizdən olan Novruz bayramına həsr etdiyi “Novruz duyğuları”, Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin 80 illiyi ilə əlaqədar qələmə aldığı “Gəncə Tarix Muzeyi” poetik ekskursiya adlı böyük həcmli şeiri, dilimizlə bağlı “Ana dilim-saf incim” və müstəqilliyimizin 10 illiyi münasibəti ilə yazdığı “Azərbaycanım” adlı kiçik həcmli poemaları yerli və respublika mətbuatında dərc olunmaqla bərabər, müxtəlif televiziya, radio proqramlarında səsləndirilib.

Bəxtiyar müəllim mədəniyyət sahəsində səmərəli fəaliyyətinə, Gəncə şəhərinin ictimai həyatında fəal iştirakına görə 2009-cu ildə Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, 2012-ci ildə isə Gəncə şəhər İcra Başçısının fəxri fərmanına layiq görülüb. O. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Gənc Vətənpərvərlər Birliyi Gəncə şəhər təşkilatının üzvüdür.
Bəxtiyar Muradovun həyat və yaradıcılığının əsas tarixləri.
1953 – cü il Goranboy rayonunun Dəliləməmmədli

kəndində anadan olmuşdur.



1978 - ci il H.B. Zərdabi adına Gəncə Dövlət Pedoqoji

İnstitunun filologiya fakültəsini bitirmişdir.



1978-81-ci illərdə Təyinatla İmişli rayonunda müəllim

işləmişdir.



1989 - cu il Ukraynanın Kiyev şəhərində turizm üzrə

ixtisasartırma İnstitunun müdavumi olmuşdur.



1997 – ci il “Ana dilim-saf incim” şeirini yazmışdır.

1999 – cu ildən Hal-hazıra kimi Mədəniyyət və Turizm

İdarəsində Məsləhətçi vəzifəsində işləyir.



2001 – ci il “Mənim Şeirim” şeirini yazmışdır.

2003 – cü Hacıkənd qəsəbəsində “Kulinarlar Miri

Pakla aclığa qarşı”4 qaçqın ailəsinin toy məclisi

üçün təşkil olunmuş xeyirxahlıq aksiyasında

fəal iştirakına görə Azərbaycan mərkəzinin və

Miri Pak Firmasının Fəxri medalına layiq

görülmüşdür.



2004-cü il N.Gəncəvi adına Gəncə Dövlət Tarix

Diyarşünaslıq Muzeyinin “80” illiyinə həsr

edilmiş “Gəncə tarix muzeyi” əsərini çap etdirib.

2004-cü il “Gəzdim qürbət bağında” şeirini yazmışdır.

2008-ci il “Yenə o bağ olaydı” şeirini yazmışdır.

2009-cu il Gəncə şəhərinin ictimai həyatında fəal iştirakına

görə Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil

Həmkarlar İttifaqı Respublika Komitəsinin

fəxri fərmanı ilə təltif olunmuşdur.



2013-cü il Mədəniyyət sahəsində səmərəli fəaliyyətinə,

Gəncə şəhərinin ictimai həyatında fəal iştirakına

görə Novruz bayramı münasibəti ilə Gəncə şəhər

İcra Hakimiyyəti Başçısının fəxri fərmanı ilə təltif

edilmişdir.

Bəxtiyar Muadov yaradıcılığının kitabxanalarda təbliği.

Bəxtiyar Muradov yaradıcılığının kitabxanalarda təbliği üçün əyani təbliğatın müxtəlif növlərindən- kitab sərgiləri, söhbət, şeir gecəsi, ədəbi-bədii gecə və s. kimi forma üsullarından geniş istifadə etməlidirlər. Çünki, bu tədbirlərin keçirilməsi Bəxtiyar Muradov və onun yaradıcılığı haqqında oxucuların daha geniş məlumat almalarına imkan yaradır.

Həvəskar şairin yaradıcılığını təbliğ etmək məqsədi ilə kitabxanaçılar ilk növbədə kitab sərgisi təşkil etməlidirlər. Çünki, sərgi bir qayda olaraq keçirilən tədbiri tamamlayır. Sərginin təşkili zamanı oxucularda Bəxtiyar Muradovun yaradıcılığı haqqında geniş təsəvvür yaradılmalıdır. Sərgilər “Bəxtiyar Muradov-60”, “Ömrün 60-cı baharı”,və s. başlıqlarla tərtib olunmalıdır. Sərgidə onun kitablarından və haqqında yazılmış kitablardan,eləcə də dövri mətbuatda dərc olunmuş qəzet və jurnal məqalələrinin fotosurətlərindən də istifadə etmək olar. Həmçinin daha dolğun görünməsi və bədii tərtibat cəhətdən diqqəti cəlb etməsilə onun şeirlərindən parçalar vermək olar. Aşağıda yubileylə bağlı sərgi nümunəsi təqdim edirik.

Bəxtiyar Muradov-60

1


2 3 4



5 6 7



8 9

10








  1. Bəxtiyar Muradovun şəkli.

  2. Bəxtiyar Muradov. Gəncə tarix muzeyi.

  3. Goranboyun söz dünyası. “Şərəflə qoruyaq Azərbaycanı” səh:-71.

  4. Pəncərə. “Gəncə” səh:-36.

  5. Yelkən. “Qayıt” səh:-97.

  6. Zirvə. “Azərbaycanım” Səh:-55.

  7. Ana kür. “Novruz duyğuları.Səh:-77

  8. Mədəni həyat-2013.1/2. “Ömür bir yuxu imiş”...səh:-37.

  9. Elxanə Eminova. “Azəri yurdunun övladları”.II.

10.Azad Azərbaycan.”Ömrünü yaradıcı axtarışlara həsr etmiş

insan.13 yanvar 2013. səh: 7.


Həmçinin şairə həsr olunmuş şeir gecəsi də keçirilə bilər. Şeir gecəsi müxtəlif adlar altında keçirilir. Məs: “Nümunəvi mədəniyyət işçisi”,“Ömür bir yuxu imiş” “Ömrünü yaradıcı axtarışlara həsr edən insan” və s.

Şeir gecəsi oxucular tərəfindən sevilən tədbirlərdəndir. Bu tədbirə həm kitabxanaçılar, həm də oxucular həvəslə hazırlaşır. Şeir gecəsinin keçirilməsində məqsəd oxuculara şairin həyat və yaradıcılığı haqqında məlumat verməklə bərabər, həm də onun şeirlərini təbliğ etməkdir.

Kitabxanada kömək məqsədi ilə “Ömür bir yuxu imiş” adlı şeir gecəsinin ssenarisini veririk. Səhnədə “Bəxtiyar Muradov – 60” başlığı altında kitab, qəzet və jurnal materiallarından ibarət sərgi təşkil olunub.

2 aparıcı sənəyə daxil olur.

I.Aparıcı:

Salam əziz dostlar, hörmətli tədbir iştirakçıları.



II.Aparıcı:

Hörmətli qonaqlarımız! Bu gün gözəl insan,

nümunəvi mədəniyyət işçisi, şair-jurnalist Bəxtiyar

Muradovun anadan olmasının 60 illik yubileyinə

həsr olunmuş “Ömür bir yuxu imiş” adlı şeir

gecəsində hər birinizi xoş gördük.



I.Aparıcı:

Gəlin əvvəlcə Bəxtiyar Muradov şəxsiyyətinin

ömür salnaməsini vərəqləyək. Kimdir Bəxtiyar

Muradov?.



II.Aparıcı:

Bəxtiyar Muradov 1953 – cü il Goranboy rayonu-

nun Dəliləməmmədli kəndində anadan olmuşdur.

orta məktəbi müvəffəqiyyətlə başa vuran Bəxtiyar

Muradov 1978-ci ildə H.B.Zərdabi adına Gəncə

Dövlət Pedoqoji İnstitunun filologiya fakültəsini

bitirmişdir.

I.Aparıcı:

Bəxtiyar müəllim bədii yaradıcılığa gənc yaşlarından

başlayıb.Yerli və respublika, habelə Rusiya

mətbuatında şeirləri və publisistik yazıları

çap olunub.

II.Aparıcı:

O, ümumşəhər tədbirlərinin proqram-ssenari

müəllifidir. Müstəqillik, vətənpərvərlik,

azərbaycançılıq, türkçülük ideyası, milli adət-ənənələr, soykökünə bağlılıq onun yaradıcılığının əsas motivini təşkil edir. Gəncənin “Şəhər gününə”həsr etdiyi “Gəncə bayramın mübarək” şeri



I.Oxucu:

Ana yurdun şəhərisən,

Dünən, bu gün səhərisən,

İpək yolun üstdə zərsən,

Gəncəm, bayramın mübarək!

Oğulların igid, ərdi,

Comərd Qəssabdı, Bəndərdi

Azərbaycana sipərdi,

Gəncəm, bayramın mübarək!

II.Oxucu:

Xan çinarlar qatar-qatar,

Hər daşında min sirr yatar,

Şöhrətin cahana çatar,

Gəncəm, bayramın mübarək!

Gündüzlərin təmtəraqlı,

Gecələrin çil-çıraqlı,

Süfrələrin dost-qonaqlı,

Gəncəm, bayramın mübarək!

I.Oxucu:

Sən ömrümün sevincisən,

Qoca şərqin incisisən,

Şəhərlərdən birincisən,

Gəncəm, bayramın mübarək!
“Şəhər günü”n təntənədir,

Bu təntənə ənənədir,

Bu təbriklər bil, sənədir,

Gəncəm, bayramın mübarək!



II.Aparıcı: Qədim Gəncə torpağı ulularımızdan yadigardır. Bu

yadigarı göz bəbəyimiz kimi saxlayıb, canımızla,

qanımızla qorumaq hamımızın müqəddəs borcudur.

Oxucu: Bura qədim Gəncədir

Şəhərlərdən öncədir.

Şərqin “İpək yolu”nda,

Mirvaridir, incidir.

Nizami şöhrətlidir,

Məhsəti ismətlidir,

Şairlər yurdu Gəncə.

Bəndər cəsarətlidir,

Tarixin yollarında.

Cavad xan qeyrətlidir,

Müqəddəs “Ulu Gəncə”.

Kəpəz əzəmətlidir,

Göy-gölüm tək saf,duru,

Loğman təbiətlidir,

Bura qədim Gəncədir,

Bura qədim Gəncədir.



I.Aparıcı:

Bəxtiyar Muradov hazırda Gəncə Şəhər Mədəniyyət

və Turizm idarəsində məsləhətçi vəzifəsində işləyir.

Gəncə ziyalıları arasında özünəməxsus mövqeyi

olan insandır və onun ömür yolu bugünkü gənc nəsil

üçün bir örnəkdir. Bu bir həqiqətdir ki, gənclər

yaşlılarla ünsiyyətdə formalaşır, onlarla hansı mizan

-tərəzidə ünsiyyətdə olurlarsa, o ovqatda da

yetişirlər.

Oxucu: Ol şirin payım.

Ağlımı başımdan “alan” ay gözəl,

Məni kəməndinə salan ay gözəl,

Könül rübabımı çalan ay gözəl.

Eşqimin oduna qalan ay gözəl.

Gündüz Günəşim ol, gecələr Ayım,

Sevdalı ömrümə ol, şirin payım.
Elə sev inanım sadaqətinə,

Qul olum eşqinə məhəbbətinə.

Gəl mənimlə yetiş səadətinə,

Gündüz Günəşim ol, gecələr Ayım,

Sevdalı ömrümə ol, şirin payım.
Yunisoğluyam, gəl, vüsala çataq,

Sevgi dünyamıza şəkər, bal qataq,

Xoşbəxt ömür sürək, səadət tapaq,

Sevən ürəklərə işıq, nur saçaq.

Gündüz Günəşim ol, gecələr Ayım,

Sevdalı ömrümə ol, şirin payım.



II.Aparıcı:

Bu gün Azərbaycan gənci xoşbəxdir ki, öz doğma

ordumuzun sıralarında xidmət edərək vətəniməzə

olan övlad borcunu şərəflə yerinə yetirir. Azərbaycan

ordusu hər birimizin güvənc və iftixar yeri olmalıdır.

Biz öz milli ordumuzla, qəhrəman övladlarımızla fəxr

etməliyik. Bəxtiyar Yunisoğlunun vətənpərvərlik

mövzusunda yazdığı şeirləri, yüzlərlə bayatıları,

publisist məqalələri oxucular tərəfindən rəğbətlə

qarşılanır.



I.Oxucu: “Orduya Xidmətə gedirəm.”

Müstəqil ölkənin vətəndaşıyam,

Ulu babaların qan yaddaşıyam,

Əskərəm, bu adı məğrur daşıyam,

Oğullar dayaqdır Azərbaycana,

Orduya xidmətə gedirəm, ana!


II.Oxucu: Müqəddəs Qurana mən And içirəm,

Haqqın, ədalətin yolun seçirəm,

Vətənin uğrunda candan keçərəm,

Qoymaram yadları Azərbaycana,

Orduya xidmətə gedirəm, ana!
III.Oxucu: Güc-qüvvət dilərəm Allahımdan,

Bir an ayrılmaram öz silahımdan.

Od Allam, od rəmzi Atəşgahımdan,

Od yurdu deyilib Azərbaycana,

Orduya xidmətə gedirəm, ana!
IV.Oxucu: Qan-qada çox görüb ulu məkanın,

Gərək keşiyində sayıq dayanım.

Yağıya basılsam, axsın türk qanım,

Sinəm sipər olsun Azərbaycana,

Orduya xidmətə gedirəm, ana!
V.Oxucu: Qoymaram döyüşdə ensin bayrağım,

Əvəzsis sərvətdir ulu torpağım,

Müzəffər Ordumuz sülhə dayağım,

Əbədi sülh gərək Azərbaycana,

Orduya xidmətə gedirəm, ana!

I Aparıcı: Ümumilli lider Heydər Əliyev demişdir: “Hər bir

xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf

etdirən onun dilidir” bu sözlərə əsaslanaraq Bəxtiyar

Muradovun “Ana dilim-saf incim” şeirini

dinləyək.

Oxucu: “Ana dilim-saf incim”

Bu cahanın özütək,

Qədimdir Ana dilim,

“Ana”, “Vətən”sözütək

Şirindir Ana dilim.

Dağlar şəlaləsidir,

Şaqraqdır Ana dilim

Bulaq təranəsidir,

Şəffafdır Ana dilim.

Dilim Dədəm Qorqudun,

Qopuzundan səslənən,

Min illərlə yol gələn,

Ata nəsihətidir.

Dilim Anam Tomrisin,

Türk qəlbində bəslənən,

Qeyrətli ismətidir.

Dilim də xalqım kimi

Yaranıb var olandan,

Çox qovğalar görübdür,

O, haqsız təqiblərə

Cəsarətlə dözübdür.
II oxucu: Dilim yanvar gecəsi

Sülh, azadlıq bağıran

Haqq, ədalət çağıran

Şəhidlər harayımdır.

Dilim bəxtiyarlığım

Mənim istiqlalımdır.

Dilim milli sərvətim

Mənim iftixarımdır.

Dilim Heydər atanın

Ən ali fərmanıyla

Müstəqil diyarımın

Rəsmi dövlət dilidir.

Dilim ulu öndərin

Ən ali fərmanıyla

Yer üzündə yaşayan

Bütün azərilərin

Birlik, bəhdət dilidir.

Yunisoğlu qürrələn:

Üçrəngli bayrağın tək,

Ucalan, zirvələnən,

Əzəmətli Himnin tək

Qitələrə səslənən

Azad ana dilim var.

Dünya dil sırasında

Onuntək, saf incin var.
I.Aparıcı:

Muzey dedikdə bəzən elə təsəvvür edirlər ki, bu obyekt əşya və şəkillərin toplanıb saxlanıldığı, nümayiş etdirildiyi sakit bir guşədir. Belə düşünənlər şübhəsiz ki, yanılırlar. Muzeylərin hər biri bir abidədir. Elə bir abidədir ki, tamaşaçı ilə danışır, onu düşünməyə vadar edir, qəlbi, ürəyi vətən, torpaq uğrunda çırpınan hər bir kəsi həyəcanlandırır.

Muzey şəhid və şahiddir...

Muzey qan yaddaşıdır...

Muzey mənəvi tərbiyə ocağı, təsəlli mənbəyi və elmi

araşdırma mərkəzidir.



II.Aparıcı:

Bəxtiyar Muradovun Gəncə Tarix – diyarşünaslıq muzeyinin 80 illik yubileyinə həsr etdiyi əsər tarixə hörmətin obrazlı ifadəsinə çevrildi. “Gəncə tarix muzeyi” əsərindən bir parça.


Oxucu: Gəncə tarix muzeyi.

Gəncə...ulu cahanın

Müqəddəs, pir şəhəri

Gəncə...Vətən Ananın

Dünən, bu gün, səhəri

Atatürk prospektində

Binası göz sevinci,

Hikməti, sözü, inci,

Nizaminin adını

Daşıyan ünvandayam.

Tarix muzeyi adlı,

Sirr dolu ümmandayam.

Bələdçimiz söyləyir:

“Salam, gününüz xeyir!”

Ekskursiya başlanır,

Gözlərimiz önündə,

Tarixim varaqlanır.

I.Aparıcı:

Bəxtiyar Muradovun şeirlərinin ilk baxışdan xoşa gələn cəhəti onun səmimi deyilmiş tərzi, şeriyyət gözəlliyi, təsvirlərdən süzülüb gələn işıqlı təəsüratdır.



II.Aparıcı:

Müstəqilliyimizin 10 illiyi münasibəti ilə yazdığı

Azərbaycanım” adlı kiçik həcmli poemaları yerli və respublika mətbuatında dərc olunmaqla bərabər, müxtəlif televiziya, radio proqramlarında səsləndirilib.

Oxucu: Azərbaycanım
Müqəddəs varlığım sənsən Vətənim,

Anamsan, qayğımı sənsən çəkənim.

Azadlıq arzuma sənsən yetənim,

Mənimgöz bəbəyim, ürəyim, canım,

Əbədi, müstəqil Azərbaycanım.
Naxçıvan, Qarabağ danılmaz obam,

Burda məskən salıb ulu türk babam.

Burda sönməz odum, soyumaz sobam,

Sənə göz tikənin gözündə yanım

Əbədi, müstəqil Azərbaycanım.
Əzəmətli himnim, dilimiz, var ol!

Üçrəng ay-ulduzlu bayrağım, var ol!

Od rəmzli, sünbüllü gerbimiz, var ol!

Şəhidlər qanıyla yazıb dastanım,

Nurlu sabahlara açılsın danım,

Əbədi, müstəqil Azərbaycanım.


Aparıcı:

Bu gün hörmətli yubilyarımızın tərcümeyi-halını göz önündən keçirib 60 illik ömrünün və 40 illik bədii yaradıcılığının hesabatını müxtəlif mövqelərdən qiymətləndiririk. Şair kimi, gözəl mədəniyyət işçisi kimi, xeyirxah insan, yaxşı dost, mehriban ailə başçısı, əsl vətəndaş kimi. Bu sıranı xeyli artırmaq, zənginləşdirmək, çoxaltmaq da olar. Çünki Bəxtiyar müəllim uzun illərdir ki, şəhərin ictimai, mədəni həyatında fəal iştirak edir.



Aparıcı:

Bu il Bəxtiyar Muradovun 60 yaşı tamam olur. Şərəfli ömrünü Azərbaycanımızın çiçəklənməsinə, milli-mənəvi dəyərlərimizin təbliğinə, yaradıcı axtarışlara həsr etmiş bir insan həqiqətən də bəxtiyardır. Biz kitabxana işçiləri də Bəxtiyar Yunisoğlunu yubileyi münasibətilə ürəkdən təbrik edirik. Ona şəxsi həyatında, ictimai fəaliyyətində və yaradıcılığında uğurlar diləyirik !

Arzu edirik ki, Bəxtiyar müəllim oz oxucularını yeni-yeni şeirləri ilə sevindirsin.
İstifadə olunan ədəbiyyat:

1. Gəncə: Şeir // Pəncərə: Birinci bölüm.-Bakı: Səda, 1998.-

S.36-37

2. Şərəflə qoruyaq Azərbaycanı :Şeir // Goranboyun söz

dünyası.- Bakı: Ekologiya.-2001.-S.71

3. Azərbaycanım : Şeir // Zirvə : Bədii, publisistik toplu.- Bakı,



2003.- S.55

4. Gəncə Tarix Muzeyi: Poetik ekskursiya.- Gəncə.- 2004.- 16 s. 5. Orduya xidmətə gedirəm: Şeir // Eminova Elxanə.- Azəri

Yurdunun övladları . II kitab.- Bakı: “Şəms” nəşriyyatı,

2009.-S. 75-78

6. Gəncəm, bayramın mübarək: Şeir // Eminova Elxanə. Azəri

yurdunun övladları. III kitab.- Bakı: Şəms, 2010.- s. 112 s.

Dövrü mətbuat:

1. Ol şirin payım: Şeir // Azad Azərbaycan.- 2010.- N170.- S.7.



3. Ana dilim-saf incim : Şeir // Gəncənin səsi.- 2006.- 14 iyun.- N14.-S.4

4. Bura qədim Gəncədir // Gəncə.- 2012.- mart N29.- S. 23



Haqqında.
1. Eminova Elxanə. Nümunəvi mədəniyyət işçisi // Eminova E. Azəri yurdunun övladları. II hissə. -Bakı: Şəms, 2009.- S.75-76

2. Eminova Elxanə. Nümunəvi mədəniyyət işçisi // Eminova E. Azəri yurdunun övladları: III hissə. -Bakı: Şəms, 2010.- S.10-11

3. Tağıyev Elçin. Ömür bir yuxu imiş... // Mədəni Həyat.- 2013.- N01- 02.- S.37.38.

4. Mirzəqızı Məlahət. Bir ömür payı // Gəncənin səsi.- 2013.-

31 yanvar.- N03-04.- S.4.

5. Tapdıqoğlu Arastun. Ömrünü yaradıcı axtarışlara həsr etmiş

insan //Azad Azərbaycan.- 2013.- 13 yanvar.- N04.
İntenetdə.

www.Qoogle.az

Tərtib edənlər:
Şahnaz Əhmədova

MKS – nin Metodiki İşlərin təşkili şöbəsinin

böyük metodisti.
Rəqibə Rüstəmova

MKS – nin Metodiki İşlərin təşkili şöbəsinin

metodisti
Redaktor:

Abbasova İradə

MKS – nin Metodiki İşlərin təşkili şöbəsinin



müdiri.

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə