Bəxtiyar Tuncay azərbaycan imperatorluğU



Yüklə 1,81 Mb.
səhifə51/59
tarix01.01.2022
ölçüsü1,81 Mb.
#104246
növüYazı
1   ...   47   48   49   50   51   52   53   54   ...   59
Beləcə, o moğoçlar Urislıma (Yerusəlimə) necə çıxıb getdilərsə, o ulduz da onlar ilə gedər oldu. O moğoçlar Bidilximə (Vifliyemə) çatanda o ulduz tərpənmdən şax durdu. Sonra orada Msixa tanrını (İsa Məsihi) tapdılar. O zaman yaxına gəlib (mağaraya) girdilər. Öz yüklərini açdılar, üç cür xəzinə - qızıl, zümrüd və səndəl ağacı gətirdiklərini ucadan bildirdilər. Tapınaraq, tanrıya alqış etdilər, ulu Msixa tanrıya (İsa Məsihə) baş əydilər. Fikirləşdilər ki, əgər o, Tanrı oğludursa, zümrüdü, mədhiyyəni götürəcək. Əgər o, xandrsa, qızılı götürəcək. Əgər o, həkimdirsə, onda dava – dərmanı götürəcək. Onlar bu düşüncə ilə (hədiyyələri) sinidə təqdim etdilər. Menqü (əbədi) Tanrının oğlu müqəddəs xan Msixa o moğoçların ürəklərindəkini duyub hədiyyələrin hər üçünü götürdü, onlara belə dedi:

-Ey moğoçlar, üç fərqli düşüncəylə yanıma gəldiniz. Mən həm Tanrı oğlu, həm xan, həm də həkiməm. Siz şübhə etmədən gedin.

O onlara belə buyurdu”.

Bu mətni tərcümə edənlər, o cümlədən onu Azərbaycan türkcəsinə çevirmiş Əlisa Şükürlü Bibliyann son tərcümələrindən çıxış edərək, “moğoç” kəlməsinin bir etnonim olduğunu diqqətə almadan, onu “cadugər” kimi tərcümə etmişlər. Halbu- ki, Radlovun “Qədim türk lüğəti”nə göz yetirmək yetərlidir ki, terminin etnonim olduğunu anlayasan. Uyğurdilli mətnlərdəki moğoçların Midiya maqları olduğunu sübut edən faktlardan biri də odur ki, bu mətnlərdə də eynən antik və ərəb müəlliflərində olduğu kimi, maqlardan (moğoçlardan) oda tapınan xalq kimi söz açılır.

Əgər İncildə yazılanlar doğrudursa, şübhəsiz ki, Albaniyanın bir zaman xristianlığı, keçici də olsa, qəbul etməsi qaçınılmaz idi, yəni bu, ilahi təqdir idi. Hadisə isə deyəsən, doğrudur. Çünki həmin üç nəfərin qurumuş cəsədlərinin qalığı bugünə qədər qalmaqda və xristianlar tərəfindən hörmətlə ziyarət edilməkdədir. Bir vaxtlar İstanbuldakı (o dövrdə Konstantinopol) Aya – Sofiya camesində (o dövrdə kilsə) saxlanılan bu cəsəd qalıqları Konstantinopolun (İstanbulun) xaçlılar (səlibçilər) tərəfindən işğalı zamanı oradan qarət edilərək, Almaniyaya aparılmışdır. Hazırda məşhur Köln kilsəsində qorunub saxlanılır.

Maraqlıdır ki, İncildə türklərin xristianlığı ilk qəbul edən xalqlar içərisində yer aldığını sübut edən çox sayda məlumat vardır. Bu faktlardan biri İncilin “Həvvarilərin işləri” adlı bölümündə yer almaqdadır. Sözügedən bölümün ll fəslininin 1 – 13 – cü ayələrində oxuyuruq:

Pentikost günü gəldikdə, onların hamısı (həvvarilər) bir yerə toplaşdı. Qəflətən, güclü bir külək əsirmiş kimi, göydən bir səs gəldi və oturduqları evin hər tərəfinə yayıldı. Alovun dillərinə bənzəyən bir şey onların gözlərinə görünüb, parçalanaraq hər birinin üzərinə qondu. Hamısı Müqəddəs Ruhla (Həzrət Cəbrayıl nəzərdə tutulur) doldu və Ruhun (Həzrət Cəbrayılın) onlara verdiyi danışma tərzinə uyğun olaraq, başqa – başqa dillərdə danışmağa başladılar.

Yerusəlimdə (Qüdsdə) yəhudilər, göy altında olan dindar adamlar yaşayırdı. Və bu səs gəldikdə, xalq bir yerə toplaşıb təəccüblənirdi; çünki hər biri onun dilində danışdıqlarnı eşidirdi. Hamı çaşqınlıq və heyrət içində idi və (aralarında) deyirdilər:

-Bu danışanların hamısı qalileyalı (Qalileya qədim yəhudi şəhərlərindən birinin adıdır) deyillərmi? Bəs, necə olur ki, hər birimiz öz ana dilimizi eşidir? Biz parfiyalılar, midiyalılar, elamlılar, Messopatamiyada, Yəhudeyada və Kappadokiyada ....yaşayanlar....kritlilər və ərəblər, onların öz dillərimizdə Allahın möhtəşəm işləri barədə danışdıqlarını eşidirik.

Və hamı heyran – heyran bir – birinə “Bu nə olan işdir?” – deyərək təəccüblənirdi.”

İncilin bu hissəsinə inansaq, elə çıxır ki, Allah öz mələyi Həzrət Cəbrayıl vasitəsi ilə, o da Həzrət İsanın həvvariləri vasitəsi ilə müxtəlif xalqlara, o cümlədən türk mənşəli midiyalı (madaylara) və parfiyalılara (saklara) öz ana dillərində müraciət etmiş və həmin şəxslər də xristian olmuşdular. Şübhəsiz ki, Bibliyanın bu hissəsi onun əksər hissələri kimi uydurmadan başqa bir şey deyildir və bu uydurmada məqsəd Yəhya və Barnaba “İncil”lərində Həzrət İsanın (ə) özündən sonrakı böyük peyğəmbəri, yəni Həzrət Məhəmmədi (s) müjdələməsi faktını ört – basdır etməkdir ki, bu da tamam başqa mövzunun söhbətidir.

Yazılanların uydurma olmasına baxmayaraq, bu məlumatdan belə aydın olur ki, ilk xristianlar içərisində midiyalılar və parfiyalılar da, yəni türklər də olmuşlar. Təsadüfi deyil ki, Musa Kağankatlı öz yazısı olan, yəni ana dilində yazılmış müqəddəs kitablara (Bibliyaya) sahib olan xalqların adını çəkərkən, albanlarla yanaşı midiyalıların da adını qeyd etmişdir.

Əsərində bu mövzuya da yer ayıran Oruc bəy Bayatın (Don Juanın) Perion və Avdiyə istinadən yazdığına görə, təqribən həmin dövrdə Yəhuda Taddeus və müqəddəs Yaqubun qardaşı müqəddəs Simon (Şimon) xristianlığı təbliğ etmək üçün o dövrdə Parfiya imperatorluğunun tərkibində olan Fars və Madaya (Persiya və Midiyaya) ezam edilmişdilər və onların apardıqları təbliğat nəticəsində 70 min insan xristianlığı qəbul etmişdi.

Bu mövzu bu kitabın qarşısında duran məqsəd və hədəflər arasında yer almadığından onun üzərində uzun – uzadı durmaq istəmirik. Fəqət gələcəkdə bu mövzunu davam etdirmək və genişləndirmək arzusunda ola biləcək tədqiqatçılara məsləhət görərdik ki, Musa Kağankatlının “Alban tarixi” kitabnda Yafəs övladlarının yayıldığı və hakim olduğu ölkələrin, xüsusən də Anadolu və Balkanlardakı ölkələrin, eləcə də Aralıq və Egey dənizlərindəki adaların adlarının yer aldığı siyahı ilə İncilə daxil olan “Həvvarilərin işləri” kitabında adı çəkilən və həvvarilərin ziyarət edərək təbliğat apardıqları ölkələrin siyahılarını tutuşdursunlar. Bundan başqa yenə həvvarilərin İncildə yer alan və ayrı – ayrı xalqlara ünvanlanan məktublarını gözdən keçirsinlər, eləcə də Murad Acinin “Avropa, türklər və Böyük Çöl” kitabını oxusunlar.

Azərbaycanın şimalından (Albaniyadan) fərqli olaraq, cənubunda (Atropatenada) tamam başqa bir din, əsası Mani tərəfindən qoyulan manixeizm yayılmaqda idi və bu dini əldə bayraq edən babalarımız farslara və onların dininə, yəni zərdüştiliyə qarşı mübarizə aparırdılar.

Elmi ədəbiyyatda səhvən iranlı kimi qələmə verilən Mani 215 - ci ildə Cənubi Azərbaycanın Həmədan şəhərində doğulmuşdur.

İlk fars - Sasani şahı Ərdəşir türk-Arsaklar sülaləsindən sonuncu Part, yəni Parfiya hökmdarı Ərdabanı məğlub etdikdən sonra Arsakların Ön Asiya, Güney Qafqaz və Mərkəzi Asiya üzərində 500 ildən artıq sürən hakimiyyətinə son qoyuldu və farslar böyük türk imperatorluğunun bütün torpaqlarının sahibinə çevrildilər. Arsakların əlində sadəcə Armeniya və Albaniya qalmışdı.

Məğlub sülalənin əksər üzvləri o dövrdə Arsakların paytaxtı olmuş Həmədan şəhərində yaşayırdılar. Farslar onların xalqı üsyana təhrik edə bilmə ehtimallarını göz önündə tutaraq sülalənin bütün üzvlərini öz imperiyalarının paytaxtına (Mədainə) sürgen etdilər. Sürgün edilən ailələr içərisində Maninin atası Pətiyin ailəsi də vardı. Maninin dünyagörüşü də bu şəhərdə, yəhudi, xristian və zərdüşti filosoflarının mübahisələrinin qızğın keçdiyi Mədain şəhərində formalaşdı.

Mani farsların gücünün onların dinlərində, yəni zərdüştilikdə olduğunu çox tez başa düşdü. Odur ki, bu ideoloji sistemə qarşı onu çürüdə biləcək, eləcə də tükləri fars hakimiyyətinə qarşı mübarizəyə səfərbər edə biləcək alternativ dini-ideoloji bir sistem qurmaq qərarına gəldi.

Maninin dininin əsil mahiyyətini başa düşməyə bizə Bötürmüş Tərxanın qələminə mənsub "Xuastuanift" əsəri kömək edir:

"Hörmüz tanrı beş tanrı ilə bütün tanrıların gücünü toplayıb şeytanlara qarşı vuruşmağa enib, gəldi. Bəd əməllər şeytanı Şimnu beş cür şeytana qarşı vuruşdu. Tanrı, şeytan işıq o vaxt bir-birinə qarışdı. Hörmüz tanrı əsgərləri, beş tanrı bizim ruhumuz günah şeytanları ilə vuruşub başlarından yaralandılar."

"Xuastuanift" məhz bu cümlələrlə başlayır. Əsərdə zərdüştiliyin baş tanrısı Hörmüzün adı çəkilir və o, əsərin, eləcə də maniçilik fəlsəfəsinin əsas personajlarından biri kimi çıxış edir. Elə bu fakt da bir çox tədqiqatçıları maniçiliyi zərdüştiliyin bir təriqəti və bu dinin törəməsi hesab etməyə sövq etmişdir. Məsələ də elə bundadır. Yəni bütün səhf mülahizələr də elə buradan qaynaqlanmaqdadır. Fəqət tədqiqatçıların gözdən qaçırtdıqları və ya böyük əhəmiyyət vermədikləri bir detala xüsusi diqqət yetirmək kifayədir ki, məsələnin tamam başqa cür olduğunu anlayasan. Məsələ burasındadır ki, maniçilikdə "Avesta"dakı Əhrimən obrazının yerinə türk mifologiyasının ən məşhur mənfi qəhrəmanlarından biri olan, ayrı-ayrı türk əfsanə və nağıllarında bəzən Şimnu, bəzən Şimnus və ya Şulbus, bəzən də Çulbus, Kəlləgöz və ya Təpəgöz adları ilə adlandıran obraz daxil edilmişdir. Maniçilikdə bu obrazın "Şimnu" adından istifadə edilmişdir. Görəsən, Əhrimən obrazını Təpəgözlə, yəni Şimnu ilə əvəzləmək Maninin nəyinə lazım idi?

Məlumat üçün bildirək ki, "Avestada" iblis, şeytan, şər qüvvələrin başçısı kimi təqdim edilən Əhrimən bu varlığın yeni fars dilindəki adıdır. Zərdüştilərin müqəddəs kitabında, yəni Avestada bu qüvvənin adı Anqra Manyudur. "Anqra Manyu" adı isə türk Tenqrisinin farsca bir qədər təhrif edilmiş adıdır.

Qədim türklər sitayiş etdikləri tək Tanrıya çox vaxt "Tenqri Menqu" da deyirdilər. "Menqu" qədim türk dilində əbədi deməkdir. Odur ki, bu halda söhbət əbədi olan Tanrıdan gedir. Bəzi türk ləhcə və şivələrində, o cümlədən yakut türkcəsində "Tenqri Menqu" ifadəsi "Tanqra Menqu" kimi səslənməkdədir.

Qatı bir fars milliyətçisi olan və əsərindən də göründüyü kimi, türklərə dərin nifrət bəsləyən Zərdüşt öz saxta dinində Tanqra Menqunu "Anqra Manyu" adı altında iblis elan etmiş, ona qarşı Babil-Aşşur mifologiyasından götürdüyü Ahura Məzdanı, yəni Hörmüzü, eləcə də Arti, Anahid, Mitra, Vritraqan və sairə hind - fars tanrılarını qoymuş, Hörmüzü və hind - fars tanrılarını xeyrin, işığın rəmzi kimi qələmə vermişdi. Avestada turanlılar, yəni türklər şərin və qaranlığın , iranlılar, yəni farslar isə xeyrin və işığın əsgərləri kimi qələmə verilir, turanlıların Anqra Manyuya sitayiş etdikləri qeyd edilir.

Maninin öz dinində Əhrimənin, yəni Anqra Manyunun yerinə Şimnunu, yəni təpəgözü iblis elan etməsinin əsil səbəbi türk Tanrısını Zərdüştn ona biçdiyi iblis obrazından xilas etmək idi. Türk Mani bununla da yetinməmiş, Tenqrini Hörmüzdən də, digər hind - fars tanrılarından da yuxarı qaldırmış, ikinci yerə türk mifologiyasından götürdüyü Gün, Ay tanrılarını və Yer-Suyu yerləşdirmiş, Hörmüzü və onun beş tanrısını, yəni hind - fars tanrılarını isə onlardan aşağı tutmuşdur:

"...Gün, Ay tanrılara, iki işıqlı sarayda əyləşən tanrılara, bütün bürhanların müqəddəs adının, ləyaqətli ruhların, Yer-Su nurunun əsası Tanrı məkanına gedəndə ilk qapı Gün, Ay tanrısının olacaqdır. Beş tanrını qurtarmaq, işığı-zülməi ayırmaq üçün işıq göydə dolanır.

"Maninin təliminə görə, beş tanrı Şimnu ilə, yəni təpəgözlə və onun beş şeytanı ilə döyüşdə yaralandıqları və murdarlandıqları üçün onların qurtarılmağa, təmizlənməyə ehtiyacları var. Yalnız bundan sonra onlar Gün, Ay qapılarından keçib Tanrı dərgahına qalxa bilərlər. Gördüyümüz kimi, maniçilikdə Əhrimənin yerini Şimnu tutduğu kimi, Hörmüzün də yerini işıq tanrısı, yəni türk Tenqrisi tutur. O, Tanq Tenqri, yəni dan tanrısı adlandırılır.

Maninin yaratdığı dinin əsas kitabı onun öz qələminə mənsub “Nom” kitabı idi ki, o bu kitabın Tanrının kitabı (Tanrı bitiyi) olduğunu iddia edir və hər kəsi bu kitabı oxumağa, orada yazılanlara əməl etməyə dəvət edirdi:




Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin