Bəxtiyar Tuncay azərbaycan imperatorluğU



Yüklə 1,81 Mb.
səhifə52/59
tarix01.01.2022
ölçüsü1,81 Mb.
#104246
növüYazı
1   ...   48   49   50   51   52   53   54   55   ...   59
"Tüzün bilgə kişilər, üriləlim,

Tenqrinin bitiqin biz işidəlim.

Törən iliq tenqrilərkə tapınalım,

Tört uluq emgəkdə kurtulalım.

Tört iliq tenqrilərdə tanıqmalar,

Tenqri “Nom”un todaqmalar.

Tünerliq yeklərkə tapunuqmalar,

Tümənliq irincü kılıqmalar

Tüpüntə olunma ölməki bar,

Tünərliq tamuğa tüşməki bar.

Tümərlq yeklər gəlir tiyür,

Tumanlıq yeklər ayar tiyür."

Tərcüməsi:



" Düzülun bilikli kişilər, nəfəs dərəlim,

Tanrının kitabını biz eşidəlim.

Təntənə ilə tanrılara tapınalım,

Dörd ulu əzabdan qurtulalım.

Dörd ...tanrını tanımayanlar,

Tanrı qaydasına (Nom kitabına) uymazlar.

Dörd zülm iblisinə tapınanlar,

On min günaha baş vurarlar.

Dibində olumun ölməyi də var,

Qaranlıq cəhənnəmə düşməyi də var.

Zülmət iblisləri gəlir deyir,

Duman iblisləri iş görür deyir."

Nizami Cəfərovun yazdığına görə, Maninin təlimində qədim türk mifologiyası, xüsusilə dünyanın yaranması haqqındakı təsəvvürlərlə səsləşən məqamlar kifayət qədərdir. Tanrının qaranlığın, şərin, bədənin deyil, məhz işığın, xeyrn, ruhun yaradıcısı olması; insanın mahiyyətinin bədəndə yox, ruhda təzahürü, dünyanın xaos, mükəmməl insanın kosmos səciyyəsi daşıması qənaətinə gələn Mani, görünür, yalnız müqəddəs kitabları öyrənməklə kifayələnməmiş. öz təlimini yaradarkən qədim təsəvvürlərdən, miflərdən də istifadə etmişdir:



"Qədim türk ədəbiyyatına hiss ediləcək qədər təsir göstərmiş gəlmə dini dünyagörüşlərdən birincisi, yəqin ki, manilikdir. lll əsrdə Şərq ölkələrində yayılmağa başlayan maniliyin əsasında zərdüştilik - xeyirlə şərin, işıqla qaranlığın mübarizəsi dayansa da, burada qədim dövrün müxtəlif dinlərindən əxz olunmuş ideyalar komolektləşdirilmişdir. Özünü "Həqiqət Tanrısının elçisi" sayan Mani dünyada mövcud olan bütün dini dünyagörüşlərini birləşdirərək universal "dünya dini" yaratmaq iddiası ilə çıxış edirdi ki, bu da "Dünya dövləti" qurmaq istəyən türklər üçün maraqlı olmaya bilməzdi."

Maninin dili özündən 1000 il öncə ərsəyə gəlmiş "Alp Ər Tonqaya ağı"nın dilindən, cüzi də olsa, fərqlənir. Bu, sak dilinin qərb şivəsidir. Əgər Alp Ər Tonqaya həsr edilən ağı oğuz elitasının dilində yaranmışdısa, Maninin əsərləri 500 ildən artıq Ön və Mərkəzi Asiyada qüdrətli bir dövlət quran, dünyanı Roma imperiyası ilə öz arasında bölən sak elitasınn dilində idi. Məhz bu dil sonrakı əsrlərdə Türküstanda ümumtürk ədəbi dili rolunu oynamış, Türk xaqanları bu dildə fərmanlar vermiş və Kaşğarlı Mahmud da onu "Xaqaniyyə türkcəsi" adlandırmışdı. Həmin dil Göytürkləriin və Qaraxanlıların rəsmi dili kimi də çıxış etmişdir.



Həmin dövrdə Azərbaycan ərazisində eyni ləhcə və şivədə danşan və ədəbi əsərlər yaradan vahid türk xalqından danışmaq mümkün deyildir. Əksinə, biri – biri ilə yola getməyən, çəkişən ayrı – ayrı türk soy və boylarından və onların danışb yazdıqları fərqli şivə və ləhcələrdən söhbət açmaq daha doğru olar. Deyilənləri YUNESKO tərəfindən Vlll əsr abidəsi kimi təsdiq ediln “Kitabi – Dədə Qorqud” da təsdiq edir. Orada vahid türk xalqından deyil, İç Oğuz, Daş Oğuz və qıpçaqlardan, eləcə də, epizodik də olsa, bulqar (balqar), kanqlı və alpanlardan (albanlardan), yəni ayrı – ayrı türk soy və boylarından, özü də fərqli dinlərə mənsub soy və boylardan söz açlır. Bununla belə, artıq Vlll əsrdə bütün soy və boylar üçün ortaq ədəbi dil rolunda “Kitabi – Dədə Qorqud” dilinin, yəni oğuz türkcəsinin çıxış etməyə başladığını söyləyə bilərik. Bu isə vahid xalq olmaq üçün ilk zəruri şərt idi.

Əlbəttə, həmin dövrdə türkçülük və türküstançılıq (turançılıq) şüurunun da varlığı danılmaz faktdır. Bu, özünü “Kitab”da Bayandur xanın və Salur Qazan xanın qürurla “Türküstanın dirəyi” adlandırılmasında açıq şəkildə göstərməkdədir. Lakin bu əsərdə azərbaycançılıq şüurundan əsər - əlamət belə yoxdur, əvəzində Türküstana, başqa sözlə Turana mənsubluq hissi vətənpərvərlik və hətta dövlətçilik səviyyəsindədir. Maraqlıdır ki, “Kitabi – Dədə Qorqudla eyni dövrdə qələmə alınmış Musa Kağankatlının “Alban tarixi” isə bütünlüklə albançılıq və xristiançılıq məfkurəsi ilə yoğrulmuşdur. Burada qeyri - xristianlara, o cümlədən qeyri – xristian türklərə qarşı sevməzlik, digər xristian xalqlara, o cümlədən gürcülərə və ermənilərə rəğbət hissi duyulur. Türkçülük və azərbaycançılığın isə iyi – tozu da yoxdur. Azərbaycanın xristian əhalisi, yəni albanlar ən azı XlX əsrə qədər ədəbi dil kimi qıpçaq türkcəsindən istifadə etmiş və mənsub olduqları ölkəni də “Albaniya” adandırmaqda davam etmişlər. Bununla belə, artıq Xll – Xlll əsrlərdə bəzi albanların ənənəvi xristian adları əvəzinə təmiz türk adları daşıması diqqət çəkir ki, bu da onların şüurunda baş verən müəyyən dəyişikliklərdən xəbər verir. Bu baxımdan Xll əsrdə yaşamış alban məliyi Əsən Calalın anasının adının Aruz Xatun (Arzu Xatun), arvadının Mina Xatun, oğlunun Ağ Buğa, nəvəsinin Dursun olmasını göstərmək olar. Eyni dövrdə albanlar içərisində Alp Quş, Altuntaş, Tuğ Təkin və s. təmiz türk adları qeydə alınmışdır. Qərbi Azərbaycandan, daha dəqiq desək, Sisianın Urud kəndindəki müsəlman qəbristanlığında tapılmış XVl əsrə aid iki qəbirüstü abidədnin üzərində yazılanlardan belə məlum olur ki, artıq XVl əsrdə albanların bir qismi İslamı qəbul etmişdi. Fəqət onlar hələ də alban kimi tanınırdılar. Albanların tədricən İslama keçməsinin tarixinin ən azı Vlll əsrdən başladığını söyləmək olar. “Kitabi – Dədə Qorqud”da albanlardan müsəlman Qazan xanın atlıları kimi söz açılması deyilənlərə ən gözəl sübutdur. Eyni zamanda, qıpçaqların da bir qisminin İslamı qəbul etdikləri danılmaz faktdır. Xll əsrdə Azərbaycanı səltənət, yəni imperatorluq elan etmiş İldəgizlərin qıpçaq mənşəli bir müsəlman sülaləsi olduğu məlumdur.

Qeyd etmək lazımdır ki, oğuz türkcəsi ədəbi dil kimi hələ Eneolit dövründən və ondan da əvvəl məhsuldar fəaliyyətdə olmuş və dövrümüzədək minillər öncə Azərbaycan ərazisində yaranmış çox sayda folklor nümunəsi (əsasən ovsunlar) gəlib çıxmışdır. Lakin bu nümunələrin heç biri, o cümlədən “Dədə Qorqud” eposu yazılı ədəbiyyat nümunəsi deyil. Onların hamısı, o cümlədən Alp Ər Tonqaya həsr edilmiş ağı çox – çox sonralar yazıya köçürülmüş ağız ədəbiyyatı nümunələridir. Amma bu heç də o demək deyildir ki, oğuzlar yazıdan istifadə etmirdilər və oğuz türkcəsində ilk yazılı ədəbiyyat nümunələri, iddia edildiyi kimi, Xlll əsrdə yaranmışdr. Bu, qətiyyən belə deyil və bu halda söhbət heç də Azərbaycanın müxtəlif bölgələrindən tapılmış və haqlarında F. Ağasıoğlunun “Azər xalqı” kitabnda məlumat verilən türk – run və digər tipli türk yazılarından getmir. Hərçnd ki, bu faktlar artıq müəyyən fikir söyləmək üçün yetərlidir.

Türklərin istifadə etmiş olduqları əlifbaların, demək olar ki, hamısı (İssık, Orxun – Yenisey, manixey, soğd, uyğur, xəzər, krımçak) elm aləmində “arami əlfbası” adı ilə tanınan, ilk fonetik tipli əlifbalardan biri hesab edilən və samilərin icadı olduğu düşünülən əlifbayla genetik cəhətdən qohumdur. Hər halda, bu tipli əlifbaların ən qədimi “Qlozel kitabələrinin əlifbasıdır və bu kitabələrin türkcə olduğu da artıq sübut edilmişdir. Təkcə bu fakt fonetik əlifbanın yaradıcısının türklər olduğunu söyləmək üçün yetərlidir. Fəqət bunun başqa bir dəlili də var. Bu da əski türk dilində “yazı”, “kitab”, “əlifba” mənalarında işlənmiş “biti” və “bitiq” sözləridir.

Məlum olduğu kimi, dilimizdəki “əlifba” kəlməsi ərəb dilindən alınma sözdür və bu söz ərəb əlifbasının ilk iki hərfinin adından alınmışdır: ( ﺁ ) əlif + ( ﺏ ) ba. Avropa dillərinin əksəriyyətində eyni anlama gələn “alfabet” ifadəsi də yunan əlfbasının ilk iki hərfinin – alfa (α) və betta (β) hərflrinin adından törəmişdir. Rus dilində isə bu kəlmənin bir qədər təhrifə uğramış “alfavit” kəlməsindən başqa bir də “azbuka” termini işlənməkdədir. Bu termin də əski slavyan əlifbasının ilk hərflərinin adından yaranmışdır: А (az) + Б (buki). Şübhəsiz ki, türk dilindəki “biti” (əlifba, yazı, kitab) sözü də eyni şəkildə yaranmışdır və ən qədim fonetik əlifbanın ilk iki hərfinin adlarından törəmişdir. İşin ən diqqətcəkiçi tərəfi isə budur ki, yuxarıda misal çəkdiyimiz terminlərin (əlifba, alfabet, azbuka) hamısının birinci hissəsi “a” səsini ifadə edən hərfin adını (əlif, alfa, az) əks etdirdiyi, yəni sait səslə başladığı halda, türkcədəki “biti” kəlməsi “a” saitini ifadə edən hərfin adı ilə deyil, bütün qədim fonetik əlifbalarda ikinci yerdə duran “b” samit səsinin adını ifadə edən “bi” ilə başlayır. Elə bu fakt da onun daha əski çağların əsəri olduğunu sübut edir. Çünki əldə olan ən qədim fonetik əlifbalarda sait səslərin hərfi işarəsi olmayıb. Bu işarəlr çox – çox sonrakı əsrlərdə yaranmışdır.

Saitli ilk əlifbalarda hərflərin düzülüş ardıcıllığı a, b, c, d... və ya a, b,v, g (q)... şəklində olmuşdur. Saitdən öncəki düzülüş barədə təsəvvürü isə arami mənşəli ən qədim ərəb əlifbalarından almaq mümkündür: b, t, t΄, g (q)... İohannes Fridrix bu ardıcıllığın elmə məlum bütün ardıcıllıqlardan, o cümlədən ərəb əlifbalarına xas ənənəvi ardıcıllıqdan əsaslı surətdə fərqləndiyini yazmışdır. Məhz bu düzülüşdə “b” – dən sonra “t” gəlir ki, bu da türkcədəki “biti” kəlməsinin ən qədim fonetik əlifbanın adı olduğunu sübut edir. Eyni düzülüş “bitiq” kəlməsinin də mənşəyini anlamamıza köməkçi olur.

Maraqlıdır ki, arami əlifbasında 22 hərf olmuşdur ki, bu da oğuz boylarının ilkin sayına uyğundur. Xatırladaq ki, Mahmud Kaşğarlı məhz 22 boydan söz açır:

Oğuz: bir türk boyudur. Oğuzlar türkməndirlər. Bunlar 22 boydur. Hər bir boyun ayrı bir işarəsi və heyvanlarına vurulan tamğası var. Bir – birilərini bu işarələrlə tanıyırlar”.

Yalnız sonrakı müəlliflərdə, o cümlədən Rəşidəddində bu say 24 kimi qeydə alınmışdr. Bu da Əndəlipin ilk hərflərin oğuz boylarının tamğaları əsasında yarandığı barədə söylədiyi fikrini təsdiqləyir.

Bilavasitə oğuzlarn yazılı ədəbiyyatından danışmaq lazımsa, ilk növbədə adı və məzmununun məlum olmasına baxmayaraq, özü dövrümüzədək ulaşmayan Uluq xan Ata Bitiqçinin qələminə məxsus “Oğuznamə”ni misal çəkmək lazım gələcəkdir. Sözügedən kitab barədə Məmlüklər dövründə Misirdə yaşamış tanınmış türk tarixçisi Əbubəkr ibn Abdullah ibn Aybək üd – Dəvadari məlumat vermişdir. Onun yazdığna görə, vaxtilə “Uluq xan Ata Bitikçi adında bir kitab yazılmış, bu kitabı tapan Cəbril ibn Bxtəşyu adlı fars tarixçisi onu türk dilindən fars dilinə (Sasanilər dövrünün ora fars – tat dilinə) tərcümə etmişdir. Uzun müddət Abbasi xəlifəsi Harun ər – Rəşidin (Vlll əsr) kitabxanasında qorunan, sonra it-bat olan bu kitabın farsca tərcüməsi sonralar Dəvadarinin əlinə düşmüş və o, həmin kitabın içindəkiləri bütünlüklə öz əsərinə köçürmüşdür. Elə bunun sayəsində də əsərin məzmunu dövrümüzədək ulaşmışdır.

Eynən “Kitabi – Dədə Qorqud”da olduğu kimi bu kitabda da Təpəgözlə bağlı mif yer almaqdadr. Əsərin ən maraqlı hissəsi isə ilk insanların yaradılması barədə türk mifidir. Misirli türk tarixçisi onu öz əsərində belə qələmə almşdır:

İlləri sayılammaz, çox – çox əski bir çağmış,


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin