Bəxtiyar Tuncay azərbaycan imperatorluğU



Yüklə 1,81 Mb.
səhifə49/59
tarix01.01.2022
ölçüsü1,81 Mb.
#104246
növüYazı
1   ...   45   46   47   48   49   50   51   52   ...   59
"Bu düzənlikdən sonra Albaniya və Kür çayı ilə sərhəddə yerləşən Sakasena başlayır, bir qədər sonra Qoqarena gəlir."

Sakasenaya keçməmişdən öncə qeyd edək ki, Strabonun “Araksena” dediyi və Araz çayının oradan axdığnı qeyd etdiyi düzənlik bu çayın axarı boyu uzanan və Sakasenadan öncə gələn yerin adı olub və Strabonun sözlərindən belə aydın olur ki, söhbət Araz çayının mənbəyindən başlayaraq bu çayın şimaldan cənuba axdığı hissəsini əhatə etmişdir. Eyni müəllifin sözləri ilə desək, məhz bundan sonra o, sərt bir şəkildə şərqə dönür və Xəzər istiqamətinə axır. Orada, yəni sərt dönüşdən sonra isə Sakasena başlayır. Araksena və Sakasenanın haraları əhatə etdiyini başa düşmək üçün isə xəritəyə nəzər yetirmək yetərlidir.

Belə aydın olur ki, Araksena düzənliyi Arazın şimaldan cənuba axdığı hissəsinin yatağının adıdır. Söhbət bu gün Türkiyəni Qərbi Azərbaycandan və Naxçıvandan ayıran hissəsindən gedir. Məhz Naxçıvanın Türkiyə və İranla sərhəd olan hissəsində həmin çay şərqə dönür və oradan da Sakasena başlayır. Nəzərə alsaq ki. Çayın yuxarı, yəni şimaldan cənuba axan hissəsi o dövrdə Ərməniyyə ilə Atropatena arsında sərhəd olub və Sakaşena Atropatenanın trkibində olub, elə çıxır ki, Araksenanın Arazdan qərbdəki hissəsi, yəni bugünkü Türkiyə ərazisində qalan hissəsi Ərməniyyəyə, şərq hissəsi isə Atropatenaya aid olub. Fəqət Artaşesin dövründə, yəni Arazdan Göyçə gölünə qədər olan Atropatena əraziləri Ərməniyyə tərəfindən işğal edildiyi dövrdə bu düzənliyin hər iki tərəfi artıq, müvəqqəti olaraq, Ərməniyyəyə keçmişdi.

Sakasenaya gəlincə isə, kitabımızın “Kimmer – iskit –sak dövləti”, “İskit və sakların mənşəyi və etnik mənsubiyyəti”, eləcə də “Maday (Midiya) dövləti və Maday - İşquz (İç Oğuz) münasibətləri” adlı bölümlərində Kür – Araz ovalığında yaşayan sakların bir qisminin hələ e.ə. Vll əsrdə işquzların (iskitlərin, İç oğuzların) təzyiqi ilə Araz çayını keçərək, sonralar “Ərməniyyə” adlanacaq Urartu ərazisinə köç edərək Kappadokiyaya qədər geniş bir ərazidə yayıldıqlarını və öz adlarını (Sakasena) bu ərazilərə də yaydıqlarını göstərmiş və bu zaman həm antik müəlliflərin, həm də mixi kitabələrin məlumatlarına istinad etmişdik. Odur ki, məsələyə təkrar dönmək istəmirik. Sadəcə bunu qeyd edək ki, o dövrdə artıq iki Sakasena var idi və onlardan biri mərkəzi Gəncə olan və Atropatenaya daxil olan Sakasena idi, digər Sakasena isə Ərməniyyə (əski Urartu) ərazisinə düşürdü. Məhz bu saklar da Ərməniyyənin hakimi idilər və Atropatena torpaqlarını işğal edən Aratşes və Tiqran da onlardan idilər. Yəni qətiyyən hay (erməni) olmamışlar.

Atropatenanın sərhədlərinin düzgün dərk edilməməsi nəticəsində Azərbaycan alimləri bu günə qədər ermənilərin Kaspiana ətrafındakı hay – küylərinə də tutarlı cavab verə və ortaya vahid və təkzibedilməz konsepsiya qoya bilmirlər. Biri – birilərini inkar etmək məcburiyyətində qalırlar.

İlk öncə qeyd edək ki, ll Tiqranın Atropatenadan işğal etdiyi ərazilərdən biri də Kaspiana vilayəti idi. Elə bu səbəbdən də Strabon Kaspiananın Ərməniyyəyə aid olduğunu qeyd etmişdir. Erməni müəllifləri bu halda da söhbətin guya Kür və Araz vadisindən getdiyini iddia etməkdə və Kaspiananın da guya orada yerləşdiyini söyləməkdədirlər. Atropatenanın sərhədləri barədə Azərbaycan tarixşünaslığında qəbul edilmiş yanlış konsepsiyadan çıxış edən və mənbələrdə Kaspiananın Atropatenada olduğunu əsas tutan qiyasəddin Qeybullayev belə, yanlış olaraq yazmışdr:

...Həqiqətdə isə ərməniyyəlilər tərəfindən e.ə. ll əsrdə işğal edilmiş Kaspiana Atropatenada, yəni Kürdən cənubda, təqribən onun Arazla qovuşan yerindən dənizə qədər olan ərazidə - indiki Muğan düzündə və Talış zonasında olmuşdur.”

Bu və bənzər fikirlər səhv konsepsiyalara əsaslandığı üçün onların üzərində durmağı boş vaxt itirmək hesab edirik. Çünki ll Tiqran tərəfindn işğal edilən Kaspiananın mövqeyini hər kəsdən daha doğru Firidun Ağasıoğlu göstərmişdir. O, bütün əski mənbələri incələyərək sözügedən Kaspiananın indiki Gürcüstan ərazisində olduğunu təkzibedilməz dəlillərlə ortaya qoymuşdur. Bu ərazilərin isə əzəldən Atropatenaya aid olduğunu yuxarıda göstərmişik.

Fəridə Məmmədova haqlı olaraq, yazır ki, Kaspiana yalnız ll Tiqranın dövründə, yəni e.ə. 66 –cı ilə qədər Ərməniyyədə olmuşdur və erməni (hay) tarixçilərinin bu halın guya 387 – ci ilə qədər davam etdiyi barədə söylədiklri uydurmadan başqa bir şey deyildir. Məlumat üçün bildirək ki, e.ə l əsrin ortalarından həm Ərməniyyə, həm Atropatena, həm də Aran, eləcə də Albaniya vahid Parfiya Türk imperatorluğunun tərkibinə daxil edilmişdi ki, bu barədə bütün əski erməni (hay) mənbələri yazır. Odur ki, çağdaş erməni (hay) “alimlərinin” həmin dövrdən sonra Azərbaycanın bu və ya digər ərazilərinin guya Ərməniyyənin tərkibində olması barədə söylədikləri boş və mənasız sözlərdən başqa bir şey deyildir. Çünki o dövrdə Ərməniyyə müstəqil dövlət deyildi. Ərməniyyə və Albaniyann türk - Arsaklar soyundan olan canişinləri yalnız lll əsrin əvvəllərində fars – Sasanilər Parfiya dövlətinə son qoyduqdan sonra bu ölkələrin müstəqilliklərini elan etdilər. Atropatenanın Arazdan cənubadakı əraziləri Parfiya imperatorluğunun digər əraziləri ilə birlikdə Sasanilərin hakimiyyəti altına keçdi, onun Arazdan şimaldakı torpaqlarına, o cümlədən Kür və Araz arsındakı bütün ərazilərə isə Albaniya Arsakları hakim oldular. Bir müddət sonra Atropatenanın qış paytaxtı olmuş Bərdə Albaniyanın paytaxtına çevrildi. Bundan öncə isə Albaniyanın paytaxtı Qəbələ idi. Lakin bu müstəqillik də uzun sürmədi. Artıq l Qubadın dövründə bu dövlətlər fars – Sasani imperatorluğunun tərkibinə keçdi. Atropatena, Ərməniyyə və Albaniya, mərkəzi şəhəri Gəncə olan vahid Aturpatakan (Azərbaycan) əyalətinə çevrildi. Sasanilərdən sonra həmin vahid əyalət və ya vahid ölkə “Azərbayqan” adı altında İslam xilafətinə birləşdirildi. Bugünkü Gürcüstan və Abxaziya da həmin ölkənin tərkib hissəsi idi. Azərbaycan xalqı da məhz həmin geniş ölkənin ərazisində yaşayan ayrı –ayrı türk soy və boylarnın, ilk növbədə də oğuzların və qıpçaqların, qismən də uyğur, bulqar, suvar və s. boyların qaynayb – qarışması nəticəsində formalaşmışdır.


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin