Bəxtiyar Tuncay azərbaycan imperatorluğU


MADAY (MİDİYA) DÖVLƏTİ VƏ MADAY - İŞQUZ (İÇ OĞUZ)



Yüklə 1,81 Mb.
səhifə18/59
tarix01.01.2022
ölçüsü1,81 Mb.
#104246
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   59
MADAY (MİDİYA) DÖVLƏTİ VƏ MADAY - İŞQUZ (İÇ OĞUZ)

MÜNASİBƏTLƏRİ
Artıq qeyd etdiyimiz kimi, Aşşur və Urartunun zərbələrinə tab gətirməyən Manna dövləti iki hissəyə parçalanmışdı ki, bunun da nəticəsində Azərbaycanın ərazisində iki fərqli qədim türk xalqının adını daşıyan iki müstəqil və ya yarımüstəqil xanlıq yaranmşdı. Bunlardan biri Aşşur - Babil mənbələrində “Madayya”, qədim yunan mənbələrində isə “Midiya” adlandırılan Maday dövləti idi. Bu etnotoponim haqqnda Firidun Ağasıoğlu yazır:

Yeri gəlmişkən qeyd edək ki, qərb müəlliflərinin Mediya, Midiya kimi verdiyi ölkə adı Tövratda Maday, qədim farsca Mada, elamca Mata şəklində yazılmışdır. Qədim formanı Altay eposu “Maday Kara” saxladığı kimi, karaimlər (Krım və Litvada yaşayan musəvi türklər) indi də “midiyalı” anlamnda “madaylı” ifadəsini işlədirlər”.

Madaylar (midiyalılar) ilk öncə Mannanın tərkibində, Cənubi Azərbaycanın Zəncan, Qəzvin və Həmədan şəhərləri ilə bugünkü Tehran arasında yerləşən ərazidə məskun idilər. Aşşur mixi kitabələrində onlar haqqında ilk məlumat e.ə. 835 - ci ilə aiddir. Həmin mənbədə və sonrakı mənbələrdə onlar "maday" (amaday, matay) olkələri də "Maday" adları ilə yad edilirlər. Antik müəlliflərin əsərlərində isə "Midiya" və "midiyalı" adları keçərlidir. Azərbaycan elmi ədəbiyyatında da bu adlar daha çox işlənir. Hərçənd ki, aşşur mənbələrindəki ad daha doğrudur.

Midiyalıları (madaylar) da, kimmer, iskit və sakları da irandilli və Azərbaycana kənardan gəlmə sayan Q. Hüzinq, R. Hauşild, F. Heninq, E. Qran-tovski, İ. Əliyev və digərləri onların guya Qafqazın quzeyindən, yəni Avropadan, E. Meyer, V. Geyger, A. Kristensen, C. Kameron, İ. Oranski, V. Brandenşeyn, V. Masson, H. Nüberq və başqaları isə Orta Asiyadan gəldiklərini iddia etmişlər. Fəqət bu tarixçi alimlər, əgər gerçəkdən də madaylar Azərbaycana kənardan gəlmişlərsə, nədən onların adına ilk dəfə məhz Ön Asiya mənbələrində və Azərbaycan sakinləri kimi çəkildiyini izah etməmişər? Bu sual açıq qalır. Açıq qalan başqa bir sual isə belədir: əgər midiyalılar gerçəkdən irandilli olmuşlarsa, nədən Sibir türklərinin və qazaxların bir qolu olan madaylar (mataylar) türkcə danışmışlar və nə üçün ll Sarqonun e.ə. 713-cü ildə qələmə alınmış kitabəsində midiyalılarla arilər arasında fərq qoyulur? Nədən bu xalqın ulu babası Maday tarixi mənbələrdə türklərin ulu babası Yafəsin oğullarından biri kimi yad edilir?

Yəhudi və xristian mənbələrinə görə, o cümlədən Tövrada bildirilənə görə, madayların soy babası Maday, türklərin ulu babası Yafəsin oğullarından biri olub. Eyni zamanda, bu xalqın qazax və Sibir türklərinin soylarından biri olduğu və qıpçaq türkcəsində danışdığı məlumdur. Bu barədə V. V. Vostrov və M. S. Mukanov “Родоплеменной состав и расселение казахов” (Alma – Ata, 1968) adlı kitabın 118 – ci səhifəsində, eləcə də V. V. Radlov “Из Cибири” kitabının (Moskva, 1989) 600, 727, 720, 726, 728, 731, 732 – ci səhifələrində yetərincə məlumat bulunmaqdadır.

Yuxarıda qeyd edildiyi kimi, Pliniy və Yuliy Solin sarmatları midiyalıların (madayların) törəmələri hesab etmişlər. Bu xalqın da qıpçaq soylarından biri olduğu və qazax türklərinin tərkib hissəsi kimi çıxış etdiyi məlumdur.

Məlumat üçün bildirək ki, Musa Kağankatlı madayları (midiyalları) öz yazısı olan millətlər içərisində qeyd etmişdir. Bu gün bu fakt heç bir tədqiqatçıda heç bir şübhə oyatmır, fəqət onların hansı əlifbadan istifadə etdiklri barədə alimlər arasında yekdil fikir yoxdur. Maday (Midiya) ərazisindən tapılan və Vlll – V əsrlərə aid edilən vazalar üzərində rastlanmış arami mənşəli, fəqət arami dilində olmayan, ümumiyyətlə, Yaxın Şərqin heç bir qədim dilində olmadığı anlaşılan və bu günə qədər oxunmamış qalan yazıların madaylara aid olduğu hesab edilir. Mətnlərin üzərində əsasən semitoloq və iranşünaslar baş sındırsalar da, bir nəticəyə gələ bilməmişlər. Həmin yazıların türkcə ola biləcəyi heç kəsin ağlına gəlmədiyindən onları türkcə oxumağa cəhd edilməmişdir. Türkoloqların isə bu yazılardan ümumiyyətlə xəbəri yoxdur. Həmin yazılar H. S. Nilander tərəfindən dərc edilmişdir (Nylander H. S. Assyria grammata. Remarkas on the 21 st “Letter of The mistokles”. – “Opuscula Atheniensia”. Vol. 8. 1968, səh. 119 - 136).

Madayların eyni zamanda müxtəlif dövrlərdə millətlərarası ünsiyyət vasitəsi olmuş akkad və arami dillərindən də istifadə edikləri məlumdur. Məsələn, Midiya ərazisindən e.ə. lX əsrə aid bir tunc lövhə və bu lövhə üzərində yerli hökmdarlardan birinə aid yazı tapılmşdır. Bu yazı akkad dilindədir. E.ə. Vll əsrdən etibarən isə akkad dilini sıxışdıraraq millətlərarası ünsiyyət vasitəsinə çevrilən arami dili Madayda, eləcə də sonrakı əsrlərdə Əhəmənilər imperiyasnda dövlət dillərindən biri olmuşdur.

Qədim yunan mənbəlrinə görə, müstəqil Maday (Midiya) dövlətinin qurucusu Deyok (Dayık) sayılır. O, həm də ilk Maday xanı idi. Bir çox alimlər onu, Aşşur mənbələrində Manna vilayətlərindən birinin canişini olduğu bildirilən Dayaukku (Dayucci) ilə eyniləşdirirlər. Yəni bu alimlərin fikrincə, Dayukku, haqqında Herodotun məlumat verdiyi, ilk Midiya hökmdarı adlandırdığı Deyokla (Dayık) eyni adamdır. Dayukku ilə Deyokun eyni şəxs olduğunu söyləyən İ. Dyakonovun fikrincə, Dayukku Manna hökmdarı yox, Mannanın sadəcə bir vilayətinin-Midiyanın (Madayın) başçısı idi. Herodotun sözlərinə görə, Deyok maday (Midiya) tayfalarını birləşdirmiş və Midiya dövlətinin əsasını qoymuşdur. Bu dövlətin paytaxtı Cənubi Azərbaycanın Həmədan (Ögbatan) şəhəri idi.

Mannadan və onun əyalətlərindən söz açan qədim aşşur mənbələrində Madayın adı dəfələrlə Mannanın (Mahanın) əyalətlərindən biri kimi yad edilmişdir. Həmin mənbələrdən Mannaya hücuma keçən Aşşur hökmdarlarının müstəqilliyə can atan bu əyaləti susdurması və xəraca bağlaması haqqında xeyli zəngin material əldə etmək mümkündür. Belə görünür ki, aşşurlar maday ərazisini çapıb talayır, yerli hakimləri Aşşurdan və ya Aşşurun müttəfiqi olan Mannadan asılı vəziyyətə salırdılar. Yusif Yusifov yazır:

E.ə. lX əsrin ikinci yarısında V Şamşi – Adad, sonra isə onun oğlu lll Adadniari Midiyaya (Madaya) hərbi yürüş etmişdilər. E,ə. Vlll əsrin ikinci yarısında lll Tiqlatpalasar “güclü midiyalıların” (madayların) ərazisinə çatmış, Midiya hakimlərinin xəracını qəbul etmişdi. ll Sarqon Manna yürüşü zamanı Midiya (Maday) torpaqlarına da soxuldu. Midiya hakimlrindən sayılan, lakin Manna canişini olan Dayaukku (Daayuççi) Urartunun fitnəsinə uyaraq mərkəzi hakimiyyətə qarşı çıxırdı. ll Sarqon Dayaukkunu ailəsi ilə birlikdə Hamat şəhərinə köçürdü. Rəvayətə görə, Deyok (Dayık) Midiya (Maday) tayfalarını birləşdirmiş və vahid dövlət yaratmışdı. O, Ekbatana (Ögbatan, bugünkü Həmədan) şəhərini saldırmış, qala divarı çəkdirmiş və onu Midiya dövlətinin paytaxtı elan etmişdi. İskitlrin (sakların) Ön Asiyaya gəlməsi ilə Midiya Assuriyaya (Aşşura) qarşı mübarizdə fəallaşdı. Herodotun məlumatına görə, bu mübarizəyə Fraorta (Fərhad) başçılıq edirdi. Mixi yazlarda o Kaştariti (Xarsatördö) adlanırdı. Yəqin ki, Mannada yerləşən iskitlər (saklar, zikertulular, saqartalılar) midiyalıların mübarizəsinə yardım edirdilər.”

Qeyd etməliyik ki, Yusif Yusifov da iskitləri (sakları) Ön Asiyaya və Mannaya kənardan gəlmə xalq sayırdı. Əslində isə köməyə gələnlər Mannadan müstəqilliyini əldə etmiş zikertulular (saqartalılar), yəni saklar idi və artıq gördüyümüz kimi, iskit və saklar Azərbaycanın ən qədim yerli sakinlərindən olmuşlar və kənardan gəlməmişdilər. Həmin dövrdə onlar artıq bütün Quzey Azərbaycana, o cümlədən Andiyaya (Dağıstana) hakim idilər və tam müstəqil dövlət qurmuşdular ki, bu bardə artıq yuxarıda söhbət etmişik. Onlar aşşurlara nifrət edirdilr.

Deyilənlrdən və digər faktlardan görünür ki, Manna dövlətinin süqutu, Urartu, Aşşur və Babil dövlətlərinin zəifləməsi ilə Ön Asiya və Qafqazda yeni gosiyasi vəziyyət yarandı. Bölgə uğrunda yenidən qızğın döyüşlər başladı. Döyüşən tərəflər öz aralarında ittifaqlar bağlamışdılar. İlk öncə Urartunu sıradan çıxaran və ərazilərini öz aralarında bölən babillilər, madaylar və saklar bir cəbhədə, aşşurlar və işquzlar (iç oğuzlar) isə digər cəbhədə yer almışdılar.

Həmin dövrdə madayların başında artıq Kaştaritinin (Xarsatördö) oğlu Kööckara xan dururdu. Onun adı qədim yunan mənbələrində Kiaksar, qədim fars mənbələrində isə Xvaşxatra (Avestada) və ya Keyxosrov (Şahnamədə) kimi qeyd edilmişdir. Maday (Midiya) dövlətini Fars, Əfqanıstan və Urartu əraziləri hesabına genişləndirərək bir imperatorluq halına gətirən bu şəxs Maday imperatorliğunun gerçək qurucusu hesab edilir. Təsadüfi deyil ki, o, özünə eynən Aşşur hökmdarları kimi “şahlar şahı” (türkcə xaqan və ya xanlar xanı) titulunu götürmüşdü.

Saklara Toxtamış xan başçılıq edirdi. Bu böyük türk xanının adı aşşur mənbələrində Tuqdamme, qədim yunan mənbələrində isə Liqdames kimi çəkilir. O, zəmanəsinin adlı - sanlı türk hökmdarlarından Işbara xanın (aşşur mənbələrində İşpakay, yunan mənbələrində Sparaqapis) oğlu idi. Işbara xan Aşşur hökmdarı Assarhadon tərəfindən qətlə yetirilmişdi ki, elə bu da Toxtamış xanı aşşurlara qarşı cəbhədə daha fəal yer almağa məcbur etmişdi.

Mənbələrin “iskit” və “sak” adlarını əksər türk xalqlarına, o cümlədən işquzlara (iç oğuzlara) şamil etdiklərindən məsələyə tam aydınlıq gətirmək lazımdır. Əks təqdirdə hadisələrin mahiyyətini düzgün anlamaq çətin olacaq.

Artıq qeyd edildiyi kimi, Herodot yunanların "iskit" çağırdıqları xalqlara farsların "sak" dediklərini yazmışdır. Bunun gerçəkdən də belə olduğunu fars - Əhəməni şahı Daranın Nəqşi-Rüstəmdəki kitabəsi də sübut etməkdədir. Bu kitabədə üç növ saklardan söhbət açılmaqdadır: xaumvarqa sakları (şərab bişirən saklar), tiqraxauda sakları (oxpapaq və ya şişpapaq saklar) və taradrava sakları (dənizin arxasında yaşayan saklar).

Daha qədim mənbələrdə, yəni e.ə. Vlll - Vll əsrlərə aid mənbələrdə isə əsasən iki sak xalqından söhbət açılır. Onlardan biri kimmerlərlə eyniləşdirilir, digəri isə həm də "işquz" adı altında yad edilir və saklardan Manna sakinləri kimi söhbət açılır:




Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin