Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali


öŋi sunutu Tatarta süledim öŋre çerig



Yüklə 14,92 Mb.
səhifə43/78
tarix01.01.2022
ölçüsü14,92 Mb.
#103305
1   ...   39   40   41   42   43   44   45   46   ...   78
3. öŋi sunutu Tatarta süledim öŋre çerig

4. id(t)ïim ji(g)irminçte ertürü tudïm tolun jılqı

5. Tübüt Tünlüg kisre Türgeş Boluçu-ögüz(te)

6. altïm bir otuz jaşımta Omuzta süledim

7. töbelip Biditegi tegin iltügi kisre

8. ..................

Bütün bu faktlar tatarların Çingiz Xandan çox-çox öncələrdən uyğur yazısı ilə tanış olduqlarını sübut edir. Odur ki, Çingizoğullarının İslamı qəbul etməsindən və tədricən ərəb qrafikasına keçməsindən öncə yazdırdıqları bütün yarlıqların orijinallarının uyğur hərfləri ilə və uyğur türkcəsində, başqa sözlə, xaqaniyyə türkcəsində olmasında qeyri-adi bir şey yoxdur.

Əski Türk kəlməsi olan "yarlıq" termini bugünkü türkcəmizdəki "yazılı xan fərmanı" kimi anlaşıla bilər. Bu kəlmə Türk dilindən ərəb, fars, suryani, erməni, rus, monqol və s. dillərə də keçmişdir. Monqollarda bu kəlmə "carlıq" formasında, böyüklərin kiçiklərə buyuruqları anlamında, Əski rus mətnlərində isə "yarlık" şəklində və "xan və ya sultan fərmanı" anlamında işlənir.

Əski cağatay mətnlərində "yarlıq" kəlməsi ilə eyni kökdən olan "yarlımaq" (danışmaq, əmr etmək, buyurmaq) felinə də rast gəlinməkdədir. Çağdaş rus dilində həmin kəlmə mənasını bir qədər dəyişərək "etiket", "işarə" anlamlarında işlənir..

Yarlıqlar məzmun baxımından əsasən iki cür olurdu. Bunların bir qismi cari siyasi, sosial, inzibati və iqtisadi məsələlərin həlli ilə bağlı buyruqlardan ibarət idi. Digər yarlıqlar isə "yasa" (qanun) hökmündə idi. Türk Törəsinin əsasını da ən qədim dövrlərdən İslamın qəbuluna kimi sürən minilliklər ərzində müxtəlif xanlar tərəfindən verilən, sonrakı xanlar tərəfindən yenisi ilə əvəz edilməyən və ya edilən bu kimi yasalar təşkil edirdi.

Cari siyasi, sosial, inzibati və iqtisadi məsələlərin həlli ilə bağlı buyruqlardan ibarət yarlıqları 3 qismə ayırmaq olar.

Birinci qismə vergi və inzibati xarakterli məsələlərlə bağlı hökmləri əhatə edən tərxan yarlıqları aiddir.

İkinci qismə hərbi xidmətlətə görə torpaq sahəsinin ayrılması, müxtəlif şəxslərin müxtəlif vəzifələrə təyin edilməsi, diplomat və tacirlərə toxunulmazlıq elan edilməsi, onlara müxtəlif mülklərin icarəyə verilməsi kimi süyurqal yarlıqları daxildir.

Üçüncü qismə müxtəlif dövlətlərlə saziş və müqavilələr, eləcə də vassal dövlətlərəin hökmdarlarına buyuruqlar aiddir.

Yasalara gəlincə, onların heç birinin orijinal mətni dövrümüzədək qorunub saxlanılmamışdır. Bununla belə, onlardan bəzisinin məzmunu barədə orta əsr mənbələrindən, eləcə də həmin yarlıqlara istinad edən digər xan yarlıqlarından məlumat əldə etmək mümkündür. Əksər hallarda bu və ya digər xanın yasası barədə qısa xatırlatmaya rast gəlinir.

Bəzi mənbələrdə isə onların tam məzmunu verilir. Bu baxımdan XIV əsrin böyük Azərbaycan tarixçisi Rəşidəddinin fars dilində qələmə aldığı “Cəmi ət-Təvarix” adlı əsərini qeyd etmək lazımdır. Həmin əsərdə Hülakülər sülaləsindən olan Azərbaycan hökmdarı Qazan xannın (XIII-XIV əsrlər) 7 yarlığının tam mətni fars dilinə tərcümədə təqdim edilir.

Söhbət orijinalları dövrümüzədək yetişməmiş yarlıqlardan gedərkən, deyilənlərə başqa bir Azərbaycan səlnaməçisinin – XIV əsrdə yaşamış Mühəmməd ibn Hinduşah Naxçivaninin “Dəstur əl-Kitab” adlı əsərini də xüsusi qeyd etmək lazımdır. Onun kitabında Cəlarilər sülaləsindən olan Azərbaycan hökmdarlarının müxtəlif şəxslərin müxtəlif vəzifələrə təyin edilməsi barədə yarlıqları barədə maraqlı məlumatlara rast gəlmək mümkündür.

Orijinalları əldə olmayan, fəqət haqlarında müxtəlif rus salnamələrindən müəyyən məlumata sahib olduğumuz yarlıqlar içərisində müxtəlif rus knyazlarının bu vəzifəyə təyin edilməsi və ya yeni xanın taxta çıxması barədə sənədləri də xüsusi qeyd etmək lazımdır. Sözügedən salnamələr sözügedən yarlıqların tarixini tam dəqiqliklə müəyyənləşdirməyə imkan verir.

Bəzi yarlıqların tam mətni dövrümüzədək latın və italyan dillərinə tərcümədə yetişmişdir. Bunlar Altın Orda xanlarının və bəylərinin Venesiya (10 sənəd) və Genuya (2 sənəd) respublikaları ilə razılaşmaları əks etdirən sənədlərdir.

Çingizoğulları dövrünə aid əldə olan yarlıqlar bir qayda olaraq 1,5 m. uzunluğa, 20 sm. enə sahib olan kağızlarda qara mürəkkəblə xaqaniyyə (uyğur) türkcəsində yazılar, yazının xüsusi önəm daşıyan hissələri bəzi hallarda qırmızı və ya qızıl rəngində olardı. Onlar mütləq göndərildiyi məmləkətin xalqının dilinə də tərcümə edilər və tərcüməsi ilə birlikdə göndərilərdi. Yarlıqların yerli dillərə tərcümə edilməsi o dövrdə həmin dillərin də, o cümlədən Azərbaycan türkcəsinin də uyğur türkcəsi ilə yanaşı dövlət dili statusunda olduğunu təsdiq edir. Yəni Çingizoğulları, o cümlədən Hülakülər yerli xalqların dillərinə hörmətlə yanaşardılar.

İslamdan sonra yarlıqlar ərəb qrafikası ilə, yenə də türkcə yazılırdı. Hərçənd ki, bəzi xanlar əski qaydaya uyğun olaraq, uyğur yazısından da istifadə edilmişlər. Bu baxımdan Toxtamışın Polşa kralı Yaqayloya göndərdiyi yarlıq deyilənlərə ən gözəl sübutdur.

Belə hesab edilir ki, bu adəti Çingiz Xan özündən öncəki uyğur xanlardan əxz etmiş və sonrakı Çingizoğlları da buna eyni qaydaya əməl etmişlər. Bunu dövrümüzədək ulaşan, X-XI əsrlərə aid olan uyğur yarlıqları sübut edir.

Hazırda dünyanın İstanbul, Kiyev, Budapeşt, Moskva, Sankt-Peterburq, Kazan və s. kimi şəhərlərinin muzey və arxivlərində onlarala yarlıq və ya onların tərcümə mətnləri qorunmaqdadır. Onların önəmli hissəsi Altın Orda xanlarına, başqa sözlə XIII-XV əsrlərə aid sənədlərdir. Bunların bir qismi müxtəlif dövrlərdə tədqiq edilmiş, bir qismi isə bu və ya digər səbəbdən tədqiqata cəlb edilməmişdir. Tədqiqata cəlb edilmiş yarlıqlar aşağıdakılardır:

Menqu-Teymurun mitroplolit Kirillə göndərdiyi yarlıq (1267-ci il).

Özbək Xanın Pyotra göndərdiyi yarlıq (1313-cü il).

Özbək Xanın Azov dənizində ticarətlə məşğul olan Venesiya tacirlərinə ünvanlanmış yarlığı (1332-ci il).

Canibəyin Azov dənizində ticarətlə məşğul olan Venesiya tacirlərinə ünvanlanmış yarlığı (1342-ci il).

Canibəyin Azov dənizində ticarətlə məşğul olan Venesiya tacirlərinə ünvanlanmış yarlığı (1347-ci il).

Berdibəyin mitropolit Alekseyə göndərdiyi yarlıq (1357-ci il).

Berdibəyin Azov dənizində ticarətlə məşğul olan Venesiya tacirlərinə ünvanlanmış yarlığı (1358-ci il).

Berdibəyin Krım xanı Qutluq Teymura göndərdiyi yarlıq (1358-ci il).

Mühəmməd Büləkin mitropolit Mixayıla ünvanladığı yarlıq (1379-cu il).

Toxtamışın Bəy Hacıya göndərdiyi yarlıq (1381-ci il).

Toxtamışın Polşa kralı və Litva knyazı Yaqayloya göndərdiyi yarlıq (1393-cü il).

Teynur-Qutluğun Mühəmmədə göndərdiyi yarlıq (1398-ci il).

Uluq Mühəmmədin Tuğlu Bəyə və Xızıra göndərdiyi yarlıq (1420-ci il).

Əhmədin Osmanlı sultanı II Mühəmmədə (Mehmetə) göndərdiyi yarlıq (1476-cı il).

Əhmədin böyük knyaz III İvana göndərdiyi yarlıq (1476-cı il).

Mürtəzanın böyük knyaz III İvana göndərdiyi yarlıq (1486-cı il).

Bütün bu deyilənlərdən başqa, elm aləmində Altın Orda və Krım xanların məktubları barədə də müəyyən məlumatlar bulunmaqdadır ki, onlardan aşağıdakılarının adını çəkə bilərik:

Uluq Mühəmməd Xanın Osmanlı sultanı II Murada məktubu (1428-ci il).

Mahmud Xanın Osmanlı sultanı II Mühəmmədə (Mehmedə) məktubu (1466-cı il).

Əhməd Xanın Osmanlı sultanı II Mühəmmədə (Mehmetə) məktubu (1477-ci il).

Mürtəza Xanın Nur Dövlət Xana məktubu (1486-cı il).

Səid İbrahimin knyaz III İvana məktubu (1489-cu il).

Səid İbrahimin knyaz III İvana məktubu (1439-cü il) və s.

Bu və digər sənədlərin öyrənilməsinə hələ XIX əsrdə başlanmış və bu sahədə ilk addımı A. M. Kovalevski və Mirzə Kazım bəy atmışlar. Onlar Toxtamış xanın Polşa kralı və Litva knyazı Yaqayloya (1392-1393-cü illər) yarlığını araşdırmış, yarlığın uyğur dilində, yəni xaqaniyyə türkcəsində, uyğur əlifbası ilə yazıldığını, bu dilin Çingizoğullarının hakim olduqları bütün ərazilərdə, yəni Çindən Mərkəzi Avropaya qədər olan geniş ərazidə dövlət dili rolunu oynadığını təsbit etmişlər.

Uluq Ulus (sonrakı dövrlərdə Uluq Orda), başqa sözlə, Turan tarixinin Çingizoğulları dövrünə (XIII-XVIII əsrlər) aid sənədlərin böyük əksəriyyəti Hüseyn Fеуzxanov tərəfindən tapılan və üzləri 1858-ci ildə köçürülən və ən nəhayət, 1864-cü ildə V. V. Velyaminov-Zernov tərəfindən nəşr etdirilən xan yarlıqları və digər sənədlərdir.

Elmi ədəbiyyatda yanlış olaraq, “Altın Orda” və ya “Qızıl Orda” adlandırılan Uluq Orda dövrünə aid sənədlərin öyrənilməsində İ. D. Belyayaev və İ. N. Berezinin xidmətləri az olmayıb. Lakin bunlardan İ. D. Belyayaevin araşdırmasının dərin olmadığı, üstəlik də bu sənədlərdən birinin, daha dəqiq desək, Özbək Xanın Pyotra göndərdiyi yarlığın (1313-cü il) sonradan saxta olduğunun anlaşıldığı bildirilir.

İ. N. Berezinə gəlincə, o, Toxtamışın Polşa kralı və Litva knyazı Yaqayloya (1392-1393-cü illər), eləcə də Teymur Qutluq və Səadət Gəraya göndərdiyi yarlıqlarını araşdırmışdır ki, onun tədqiqat əsəri bu gün də öz dəyərini itirməmişdir.

XX əsrin 20-ci illərində sözügedən mövzuya F. Petrun, 30-cu illərində A. Nasonov, 50-ci illərində Q. Vernadskiy, 90-cı illərində K. Solovyov toxunmuşlar. Onlar xan yarlıqlarının daha çox Altın Orda ilə digər dövlətlərin münasibətləri kontekstindən incələmişlər.

Bu sırada Topqapı Saray Muzeyinin arxivində qorunub saxlanılan, Altın Orda, Kazan, Kırım və Türküstan xanlarına aid olan sənədlər barədə geniş məlumat verən A. N. Kurat, M. Özyetgin A., Altın Orda xanlarının məktublarından söz açan T. Sultanov, Əhməd Xanın Sultan II Mühəmmədə (Mehmedə) göndərdiyi məktubu incələyən İ. Zaytsev, eləcə də xan yarlıqlarını sırf hüquqi aspektdən ələ alan R. Poçkayev və s. kimi tədqiqatçıların adlarını da xüsusi vurğulamaq lazımdır.

Çingiz xanın elmi ədəbiyyatda adı daha çox “Ögedey”, “Uqedey” şəklində çəkilən üçüncü oğlu Oqtay Xan (1229-1241) atasından sonra onun taxt-tacına sahib olmuş və tarixə Uluq Ulus (Turan) dövlətinin Çingizoğulları sülaləsindən olan ikinci uluq xanı (xaqanı) kimi düşmüşdür. Çingiz Xan ölümündən hələ çox-çox öncə onu öz varisi və vəliəhdi elan etmişdi.

Dövrümüzədək Oqtay Xanın Səlcuqlu sultanı Əlaəddin Keyqubada yazdığı yarlığı məzmunu çatmışdır ki, bu barədə məlumatı İbn Bibinni farsca qələmə aldığı “Səlcuqnamə” və ya “Əl-əvamir ül-Əlaiyyə fil Ümuril Əlaiyyə” adlı kitabının 89-cu babından əldə etmək mümkündür.

Tatarlar tərəfindən Avropanın fəth edilməsində Batı Xanın rolu ölçüyəgəlməzdir.

Tarixi mənbələrdə 1280-ci ildən etibarən adı “Batı Xan” kimi çəkilməyə başlayan Batının Çingiz Xanın böyük oğlu Cucinin ikinci oğlu olduğu bilinməkdədir. Onun doğum tarixi haqqında məlumatlar ziddiyyətlidir.

Dövrümüzədək Batı Xan tərəfindən Oqtay Xanın adından yazılan bir yarlıq, daha doğrusu, həmin yarlığın latın dilinə tərcüməsi yetişmişdir. Həmin sənəd barədə rahib Yulian özünün Roma Papasının Macarıstan və Bolqarıstanda leqatı olan yepiskop Perucaya göndərdiyi, elm aləmində “Epistola de vita Tartarorum” (Tatarların həyatı barədə) adı altında məşhur olan 1237-ci il tarixli məktubunda məlumat verməkdədir.

Bu məktubu mövzumuz baxımından maraqlı edən bir çox məqam var. Məktubda Çingiz Xandan “Qurqut” (Qorqut) kimi bəhs edilir və deyilir ki, bu müharibəni başladan birinci başçı Qurqut ölüb. İndi onun yerinə oğlu Xan hakimiyyətdədir və o, atasının daha əvvəl taxta çıxdığı Ornax adlı böyük bir şəhərdə yaşayır. Özü isə belə yaşayır: Onun sarayı o qədər böyükdür ki, min atlı bir qapıdan daxil olub, atdan düşməyərək qarşısında baş əyir və digər qapıdan çıxırlar”.

Yazısında Batı Xanın Macarıstan kralına göndərdiyi məktub barədə Yulian belə yazır:

“Çoxları belə hesab edir və Suzdal knyazı da mənə Macar kralına çatdırmaq üçün şifahi şəkildə bildirdi ki, tatarlar xristian macarların torpaqlarını ələ keçimək üçün gecə-gündüz toplantılar keçirilər. Çünki onların sonrakı niyyəti Romanı fəthl etməkdir. Bu səbəbdən də onlar macar kralına elçilər göndərmişdi. Onlar Suzdal torpağından keçəndə knyaz tərəfindən tutulmuşlar, macar kralına apardıqları məktub da əllərindən alınmışdır. Həmin elçiləri mən də və mənə təhkim edilmiş bələdçilər də gördük. Yuxarıda bəhs edilən, macar kralına ünvanlanan və Suzdal knyazının mənə verdiyi həmin məktubu isə mən macar kralına gətirdim.

Məktub kafirlərin hərfləri ilə tatar dilində yazılıb. Bu səbəbdən kral onu oxumaq üçün çoxlarını tapsa da, onu başan bir nəfər də tapılmadı. Bizsə Kumaniyadan (Dəşti-Qıpçaqdan) keçərkən bir kafir təpdıq və o bizə tərcümə etdi”.

1246-1248-ci illərdə Turanın xaqanı olan Göyük Xan böyük Çingiz Xanın üçüncü oğlu Oktay (Uqedey) Xanın oğlu idi. O 1235-ci ildə Qərbə göndərilən Oktay Ulusunun tərkibində döyüşlərdə iştirak etmiş və xüsusi bacarıq və şücaiti ilə Türk-Tatar qoşunlarına başçılıq edən Batı Xanın diqqətini çəkmiş və rəğbətini qazanmışdı.

Tarixi mənbələrdən Göyük Xanın Roma Papası IV İnnokentiyə cavab məktubu (yarlıq) göndərdiyi, həmin yarlığı fars dilinə çevirtdirərək orijinalı ilə birlikdə yola saldığı məlumdur. Fəqət məktubun uyğur əlifbası ilə xaqaniyyə türkcəsi ilə yazılmış orijinalı bugünə qədər tapılmamışdır. Əldə yalnız mətnin fars dilinə tərcüməsi var. Bu məktubu bizim üçün maraqlı edən təkcə onun məzmunu deyil, eyni zamanda həmin yarlığa Göyük xana məxsus, üzərində türkcə yazı olan qırmızı möhürün vurulmuş olmasıdır.

Möhürdəki yazı uyğur əlifbası ilə xaqaniyyə türkcəsində qələmə alınmışdır ki, bu da Çingizoğulları sarayında dövlət dilinin Türk dili olduğunu sübut etmək baxımından çox böyük önəm daşıyır. Məsələ burasındadır ki, sözügedən yarlığın tərcüməsi Çingizoğulları dövrünə aid olan ən qədim sənədlərdən biridirdir.




Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin