Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali



Yüklə 14,92 Mb.
səhifə78/78
tarix01.01.2022
ölçüsü14,92 Mb.
#103305
1   ...   70   71   72   73   74   75   76   77   78

Zirvə Toplantıları




Türk Dili Danışan Ölkələr Zirvələri (1992-2010)




Tarix

Ev Sahibi Ölkə

Ev Sahibi Şəhər

Ev Sahibi Lider

Qeydlər

1.

30 Oktyabr 1992

 Türkiyə

Ankara

Turqut Özal






12 İyul 1993

 Qazaxıstan

Almatı

Nursultan Nazarbayev

Almatı Razılaşması: TÜRKSOY 'un quruluşu

2.

18 Oktyabr 1994

 Türkiyə

İstanbul

Süleyman Dəmirəl




3.

28 Avqust 1995

 Qırğızıstan

Bişkek

Əsgər Akayev




4.

21 Oktyabr 1996

 Özbəkistan

Daşkənd

İslam Kərimov




5.

9 İyun 1998

 Qazaxıstan

Astana

Nursultan Nazarbayev




6.

8 Aprel 2000

 Azərbaycan

Bakı

Heydər Əliyev




7.

26 Aprel 2001

 Türkiyə

İstanbul

Əhməd Necdət Sezər




8.

17 Noyabr 2006

 Türkiyə

Antalya

Əhməd Necdət Sezər






21 Noyabr 2008

 Türkiyə

İstanbul

Abdullah Gül

İstanbul Andlaşması: Türk PA 'nın quruluşu

9.

3 Oktyabr 2009

 Azərbaycan

Naxçıvan

İlham Əliyev

Naxçıvan Sazişi: Türk Şurasının quruluşu

10.

15 Sentyabr 2010

 Türkiyə

İstanbul

Abdullah Gül




Türk Şurası Zirvələri (2011-bu gün)




Tarix

Ev Sahibi Ölkə

Ev Sahibi Şəhər

Ev Sahibi Lider

Mövzu

1.

20-21 Oktyabr 2011

 Qazaxıstan

Almatı

Nursultan Nazarbayev

İqtisadi və Ticarət Əməkdaşlıq

2.

22-23 Avqust 2012

 Qırğızıstan

Bişkek

Almazbek Atambayev

Təhsil, Elm və Mədəniyyət Əməkdaşlıq[4]

3.

15-16 Avqust 2013

 Azərbaycan

Qəbələ

İlham Əliyev

Nəqliyyat Əməkdaşlıq[5]

4.

4-5 İyun 2014

 Türkiyə

Bodrum

Abdullah Gül

Turizm Əməkdaşlıq[6]

5.

10-11 Sentyabr 2015

 Qazaxıstan

Astana

Nursultan Nazarbayev

Medya ve Enformasyon İşbirliği

Baş Katibləri


No.

Ad

Ölkə

Vəzifəyə gəlib

Vəzifədən gedib

1

Halil Akıncı



3 oktyabr 2009

16 iyul 2014

2

Ramil Həsənov



16 iyul 2014

3 iyul 2018

3

Bağdad Amreyev



3 iyul 2018

-


Üzv ölkələrin ÜDM göstəriciləri


Ölkə

Əhali (2018)

Sahə (km²)

ÜDM

(nominal) (2018)

Adam başına düşən gəlir
(nominal) (2018)


 Azərbaycan

9,898,085

86,600

$39,207 milyard

$4,097

 Qazastan

18,272,400

2,724,900

$179 milyard

$9,709

 Qırğızıstan

6,309,300

199,900

$7,061 milyard

$1,139

 Türkiyə

80,810,525

783,562

$909 milyard

$11,114

 Türk Keneşi

115,290,031

3,794,962

$1,134,268 milyard

$6,514



Müşahidəçi ölkənin ÜDM göstəricisi


Ölkə

Əhali (2018)

Sahə (km²)

ÜDM (nominal)
(2018)


Adam başına düşən gəlir
(nominal) (2018)


 Macarıstan

9,771,000

93,030

$163,541 milyard

$16,723

Toplam

9,771,000

93,030

$163,541 milyard

$16,723


Üzv olmayan, olması gözlənilən dövlətlərin ÜDM göstəricisi


Ölkə

Əhali (2018)

Alan (km²)

ÜDM (nominal)
(2018)


Adam başına düşən gəlir
(nominal) (2018)


 Özbəkistan

32,653,900

447,400

$71,824 milyard

$2,238

 Quzey Kipr

335,455

3,355

$4,032 milyard

$15,109

 Türkmənistan

5,851,466

488,100

$42,355 milyard

$7,645

Toplam

38,840,821

938,855

$114,582 milyard

$8,330

Turan qurulduqdan sonra ilk dövrdə TürkPA tərəfindən idarə ediləcəkdir. Onun Bakıda olması bu şəhərin gələcəkdə Turanın paytaxtı olma ehtimalını artırır.

Qeyd edək ki, TürkPA (Parliamentary Assembly of Turkic Speaking Countries) 21 noyabr 2008-ci il tarixində qurulan və təməli Türkdilli Dövlətlərin Parlamentlər Assambleyasına dair anlaşmaya (21 noyabr 2008-ci il İstanbul Anlaşması) əsaslanan parlamentlərarası işbirliyidir.

TürkPA-nın tsis anlaşması olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında İstanbulda, Dolmabahçe Sarayında imzalanmıştır. Bu üzdən sözügedən anlaşmaya İstanbul Anlaşması da deyilməkdədir. Anlaşma Azərbaycan Milli Məclisini təmsilən Oqtay Əsədov, Qazaxıstan Parlamentini təmsilən Muhammet Kopayev, Qırğızıstan Joqorku Keneşini təmsilən Ayıtbay Taqayev və Türkiyə Böyük Millət Məclisini təmsilən Köksal Toptan tərəfindən imzalanmışdır.

29 oktyabr 2009-cu il tarixində Azərbaycanın paytaxtıBakıdaTürkPA-nın I Baş Qurul Toplantısı gerçəkləşdirilmişdir. Toplantıda TürkPA-nın Nizamnaməsi, katibliyi və Bakı Bəyannaməsi qəbulbul edilmiş, eyni zamanda TürkPA Katibliyinin dasvamlı olaraq Bakı  şəhərində yerleşməsi qərara bağlanmışdır. 

TürkPA-nın gerbi
TürkPA başqanlığı rotasiya yolu ilə ingilis əlifabası əsas alınaraq, hər il bir üzv ölkə tərəfindən yürüdülməktədir. Onun fəaliyyət istiqamətləri aşağıdakılardır:

1.Parlamentlərarası işbirliyinin keyfiyyət yönündən parlament diplomatiyası vasitəsilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etditilməsinə yardımçı olmaq

2.Tarix, mədəniyyət və dil ortaqlığına əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və parlamentlərarası işbirliyinə bağlı diğər mövzularda qarşılıqlı fəaliyyətin daha da artırılması

3. Türkdilli ölkələr və diğər bölgə ölkələri arasında qarşılıqlı faydalı və bərabər səviyyəli işbirliyinin genişləndirilməsinə qatqıda bulunmaq

3.Üzv ölkələrin qanunvericiliyinin, eyni zamanda mədəni mirasın və tarix, sənət, ədəbiyyat və diğər sahələrdə türkdilli ölkələr üçün ortaq önəm daşıyan dəyərlərin qorunması və gələcək nəsillərə dövr edilməsinə yönəlmiş qanunların yaxınlaşdırılması üzrə tövsiyyələr vermek

Tərəflər arasında siyasi, sosio-iqtisadi, mədəni, insani, huquqi və diğər sahələrdə əlaqələrin inkişaf etdirilməsinə yardım göstərmək istiqamətində fəaliyyətləri davam etdirmək.

TürkPA-nın məqsədi Türkdilli Ölkərlər Parlamentər Assambleyasının fəaliyyətlərini müstəqillik, azadlıq, topraq bütünlüyü və dövlət sərhədlərinin dəyişməzliyi, bərabərlik, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə hörmət edilməsi, zor işlətməkdən və zordan istifadə ilə təhdid, iqtisadi və başqa təzyiq üsullarından imtina əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin güçləndirilməsi, təbii qaynaqlarda tam və məhsuldar istifadə etmək yoluyla xalqların rifahının yüksəldilməsi, millil iqtisadiyyatların dinamik şəkildə inkişaf etdirilməsi, parlament diplomatiyası sahəsində yeni uğurlara imza atılması, bölgə və diğər uluslararası cameənin üzvü olan ölkələrin parlamentləri və diğər beynəlxalq təşkilatlar ilə yeni əlaqələrin qurulması və mövcud əlaqələrin inkişafı əsasında həyata keçirməkdir.

TürkPA aşağıdakı daimi komissiyalara sahibdir:

-Ətraf Mühit və Təbii Sərvətlər Daimi Komissiyası

-Sosial, Mədəni və Humanitar Məsələlər Daimi Komissiyası

-İqtisadi Əməkdaşlıq Daimi Komissiyası

-Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Daimi Komissiyası.



TÜRKSOYun Ankaradakı mənzil-qərargahı
Beləliklə, Turanın qurulması istiqamətində az iş görülməmişdir və hazırda yaranmış beynəlxalq şərait bu idealı mərhələ-mərhələ həyata keçirmək üçün geniş imkanlar açır. Əlbəttə, prosesə hələlik bütün Türk dövlətləri qoşulmayıb və proses Rusiyanın tərkibində olan türk xalqlarını və muxtar ərazilərini əhatə etmir. Lakin onları da ümumi prosesə daxil edilməsi üçün iş görülməkdədir və bu iş Türk ölkə və xalqlarının mədəniyyət səylərini birləşdirməyi hədəfləyən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) çərçivəsində həyata keçirilir.

TÜRKSOY Azərbaycan və Türkiyənin təşəbbüsü ilə 1992-ci ildə İstanbul və Bakı şəhərlərində keçirilmiş Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan respublikaları mədəniyyət nazirlərinin görüşləri gedişində əldə edilmiş razılaşmalar əsasında yaradılmışdır. Onun yaradılması və fəaliyyət prinsipləri haqqında Müqavilə həmin ölkələrin mədəniyyət nazirləri tərəfindən 1993-cü il iyulun 12-də Qazaxıstanın Almatı şəhərində imzalanmışdır.

Təşkilatın Nizamnaməsinə görə, TÜRKSOY Türk dövlətlərinin mədəniyyət nazirlərinin Daimi Şurasının qərarlarına əsasən fəaliyyət göstərir. onun əsas üzvləri Qazaxıstan, Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkmənistandır. Qalan 8 üzv isə əsasən müşahidəçi qismində iştirak edirlər. Bunlar Başqırdıstan, Tatarıstan, Quzey Kipr, Xakasiya, Tıva, Çuvaşıstan və Qaqauziya respublikalarıdır. Bununla belə, bu üzvlər də əsas üzvlər kimi eyni hüquqa və səlahiyyətə malikdilər. Ümumiyyətlə, TÜRKSOY-un fəaliyyətində demokratik prinsiplər əsas götürülür. Yəni səsvermədə 8 müşahidəçi ölkə də əsas 6 üzv ölkə ilə eyni səsvermə hüququna malikdirlər.

TÜRKSOY-un yaradılması bu təşkilatı yaradan ölkələrin dilləri, xalqları, mədəniyyətlərinin bir-birinə çox yaxın olması və əksər xalqların dinlərinin də eyni olması zərurətindən irəli gəlmişdir. Bununla belə, TÜRKSOY-un yaradılmasında dini mənsubiyyətə deyil, dil prinsiplərinə üstünlük verilmişdir. Bu təşkilat Türk ölkələrinin daxili və xarici siyasətindən, dövlət strukturlarının siyasi yönümündən asılı olmayaraq, onların mədəniyyət və incəsənət sahəsində regional birliyini həyata keçirir.
TÜKSOYa üzv olan ölkələr


Ölkə / Region

Dil

 Azərbaycan

Azərbaycan türkcəsi

 Qaqauziya

Qaqauz türkcəsi

 Qazaxıstan

Qazax türkcəsi

 Qırğızıstan

Qırğız türkcəsi

 Şimali Kipr Türk Respublikası

Türkiyə türkcəsi

 Tatarıstan

Tatar türkcəsi

 Türkiyə

Türkiyə türkcəsi

 Türkmənistan

Türkmən türkcəsi

 Özbəkistan

Özbək dili

TÜRKSOY-un ən yüksək orqanı üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasıdır. Təşkilatın qərarları ölkələrdə növbə ilə keçirilən mədəniyyət nazirlərinin Daimi Şurasının toplantısında təsdiq olunur. Toplantılararası müddətdə təşkilata nazirlər sırasından seçilmiş Baş direktor rəhbərlik edir. Baş direktorun aparatında işçi qrupundan əlavə hər ölkədən bir nümayəndə fəaliyyət göstərir. TÜRKSOY-un Baş direktorluğu Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində yerləşir; rəsmi dili Türkiyə türkcəsidi. Məhz bu dilin gələcəkdə Turanın ortaq türkcəsi olacağı ehtimal edilir.




TÜRKSOYun emblemi
TÜRKSOY-un II toplantısı (30 noyabr – 2 dekabr, 1992) Bakıda keçirilmiş və təşkilatın fəaliyyətini gücləndirməyə yönəldilən mühüm qərarlar qəbul etmişdi. 1996-cı il noyabrın 6-7-də Türk xalqlarının birliyi, ədəbi-mədəni əlaqələri ilə əlaqədar üç mühüm tədbirin - TÜRKSOY-un VIII toplantısı, türk dünyası yazıçılarının III qurultayı və Məhəmməd Füzulinin 500 illik yubileyinin yekun tədbirlərinin Bakıda keçirilməsi sübut edir ki, Azərbaycan Türk dünyasının liderlərindən birinə çevrilməkdədir. Təsadüfi deyil ki, TÜRKSOYun 28 may - 3 iyun 1994-cü il tarixində, Bişkekdə (Çolpan Ata) keçirilmiş V toplantısında Azərbaycanın o vaxtki mədəniyyət naziri Polad Bülbüloğlu təşkilatın Baş direktoru seçilmişdir.

TÜRKSOYun başqanı 2003-2004-cü illərdə Qazaxıstanın mədəniyyət naziri, 2005-ci ildən isə Qazaxıstan Respublikasının BMT-dəki mədəni-sosial məsələlər üzrə təmsilçisi olmuş Düsen Korabay oğlu Kaseinovdur. O bu vəzifəyə 28 may 2008-ci ildə TÜRKSOYun Daimi Şurası tərəfindən seçilib. Baş direktor TÜRKSOY-un bütün fəaliyyətinə cavabdehlik daşıyır, onu beynəlxalq tədbirlərdə təmsil etmək, müqavilələr imzalamaq hüququna malikdir.

Təşkilat struktur etibarı ilə iki komitəyə bölünüb: Mədəniyyət və incəsənət tədbirlərinin birgə keçirilməsi üzrə Komitə, inzibati və hüquqi təmsilçilər üzrə Komitə. Baş direktor TÜRKSOY-un bütün fəaliyyətinə cavabdehlik daşıyır, onu beynəlxalq tədbirlərdə təmsil etmək, müqavilələr imzalamaq hüququna malikdir

Təşkilat struktur etibarı ilə iki komitəyə bölünüb: Mədəniyyət və incəsənət tədbirlərinin birgə keçirilməsi üzrə Komitə,inzibati və hüquqi təmsilçilər üzrə Komitə.TÜRKSOY təşkilatının əsas məramları aşağıdakılardır:

– Türk dilində danışan xalqlar, ölkələr və etnik qruplar arasında mədəni əlaqələrin inkişafetdirilməsi;

– Türk mədəniyyəti nümunələrinin araşdırılması, öyrənilməsi, qorunması və dünyaya çatdırılması;

– Türk xalqalarının mədəniyyətində tarixi, siyasi və coğrafi səbəblərdən və xarici ölkələrin təsiri altında yaranmış fərqlərin aradan qaldırılması;

– Türk mədəniyyətinin müştərək olduğunun sübuta yetirilməsi;

– Türk mədəniyyətinin digər mədəniyyətlərin zərərli təsirindən qurtarılması və onun öz mənbələrinə qaytarılması;

– Coğrafi məkan cəhətdən geniş ərazidə yaşayan türk dövlətiləri və toplumları arasında əlifba və dilin saxlanılması;

– Dünya mədəniyyətində mühüm yer tutan türk mədəniyyətinin digər yerlərdə də yayılması;

– Türk mədəniyyət, incəsənət və arxiv sənədlərinin qorunması üçün mərkəz yaradılması;

– Türk dünyasının görkəmli tarixi şəxslərinin, mütəfəkkir, şair və yazıçılarının, habelə digər böyük şəxsiyyətlərinin bütün dünyaya tanıtdırılması və s.

Bu məqsədlərə nail olmaq naminə TÜRKSOY aşağıdakı fəaliyyət sahələrində tədbirlər həyata keçirir(funksiyaları):

– mədəniyyət və incəsənət sahəsində türkdilli xalqlar arasında əlaqələri inkişaf etdirir və möhkəmləndirir, bu məqsədlə müxtəlif proqram və layihələrin birgə həyata keçirilməsini təmin edir;

– türkdilli xalqların ümummənəvi sərvətlərinin, tarixi irsinin, ədəbiyyat və incəsənət nümunələrinin, idmanın ənənəvi növlərinin və xalq oyunlarının aşkara çıxarılmasına, saxlanmasına, öyrənilməsinə, inkişafı və təbliğinə yönəldilmiş tədbirlər həyata keçirir;

– türkdilli ölkələrin mədəniyyət və incəsənətinin ən yaxşı nailiyyətlərini yayan radio və televiziya proqramlarının, sənədli, video və kinofilmlərin yaradılması üçün sifarişləri yerinə yetirir;

– teatr, musiqi, opera və balet sənəti sahəsində festival və musabiqələri təşkil edir, digər profilli strukturların keçirdiyi oxşar tədbirlərdə iştirak edir;

– türkdilli ölkələrin təsviri və plastik incəsənətinin inkişafına yönəldilmiş sərgiləri, rəsm sərgilərini və digər tədbirləri həyata keçirir;

– dövri və birdəfəlik mətbu məhsulu nəşr edir;

– ümumtürk tarixinin önəmli hadisələrinin, türkdilli ölkələrin dil, ədəbiyyat, mədəniyyət və incəsənətinin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli şəxsiyyətlərin ildönümlərinə həsr olunmuş yubileyləri, xatirə gecələrini və digər kütləvi tədbirləri təşkil edir;

– TÜRKSOYun məqsəd və vəzifələri çərçivəsində beynəlxalq elmi konfranslar, simpoziumlar,diskussiyalar və i.a. keçirir.

– Mədəniyyət, incəsənət, təhsil və i. a. sahəsində digər beynəlxalq və milli təşkilatlarla içtimai strukturlar və hərəkatlarla qarşılıqlı əlaqələr yaradır; birgə proqramların həyata keçrilməsində onlarla əməkdaşlıq edir.

Ümumi razılığa əsasən 1993-cü ilin yanvarın 13-də Türkiyənin paytaxtı Ankara şəhərində TÜRKSOY-un Baş Direktorluğunun açılışı oldu. Hələ təşkilat tam formalaşmamış Türk dünyası üçün ələmətdar olan bir çox müştərək tədbirlər keçirildi. Məsələn, 1993-cü ilin yanvarında Türkiyədə dahi Azərbaycan bəstəkarı və drijoru Niyazinin xatirə gecəsi oldu. İyunun 7 və 11-də Ankarada türk yazıçılarının qurultayının keçirilməsi Türk dünyası ədəbi mühitinin formalaşması baxımından əhəmiyyətlidir.

Türksoyun təşkilatlanması prosesi Nazirlər Şurasının 1993-cü il iyulun 9 və 12-də Almaatıda keçirilən III iclası ilə başa çatdı. Bu tədbirdə “Türksoyun yaranması və formalaşması prinsipləri haqqında müqavilə” imzalandı. Beləliklə, türkdilli ölkələrin birgə təşəbbüsü və qarşılıqlı səyi nəticəsində mədəniyyət və incəsənət sahələrini əhatə edən inteqrasiyanın əsası qoyuldu.

Bu gün Türk dünyasının taleyi, minillər öncə də olduğu kimi, əsasən Avrasiya materiki ilə bağlıdır. Və bu halda söhbət təkcə coğrafi amillərdən deyil, həm də geosiyasi və geoiqtisadi amillərdən gedir. Bu, dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq. Və fakt budur ki, hazırda Avrasiya məkanı bir yandan Çinin, digər yandan Rusiyanın, o biri yandan da ABŞ-ın strateji planlarının foks nöqtəsinə çevrilib. Bu geniş məkan elmi-texniki inqilabın zəruri və qaçılmaz nəticəsi kimi ortaya çıxması gözlənilən yeni qlobal dünya nizamının ən önəmli bölgəsi kimi gözdən keçirilir və belə hesab edilir ki, Avrasiyaya sahib olacaq qüvvə bütün dünyaya sahib olacaqdır. Elə bu səbəbdən də Avrasiya ABŞ mərkəzli yeni dünya düzənini dizayn etməyə çalışan Rokfellerlə bu düzənin mərkəzi kimi Çini nəzərdə tutan Rotşildlər arasında gizli-açıq savaş meydanına çevrilmişdir.



Nikolay Trubetskoy
Rusiyaya gəlincə, rus elitası 1012-2013-cü illərdən etibarən Avrasiyada Moskva liderliyində yeni inteqrasiya strategiyası üzərində intensiv iş aparmaqdadır. Bu prosesə ölkənin bütün qanunverici və icra orqanları cəlb edilmişdir. Hazırda rəsmi Moskva yeni tipli Avrasiya Birliyi layihəsi ilə çıxış edir. Əslində bu ideya heç də yeni deyildir və onun əsil müəllifi tanınmış rus dilçi, fillosof, publisist, etnoqraf və tarixçisi, strukturalizm cərəyanının ən öndə gələn nümayəndələrindən bir Nikolay Trubetskoy (1890-1938) hesab edilir. O öz ideyasını “Avrasiyaçılıq və ağ hərəkat” (1919), “Gerçək və yalançı milliyyətçilik” (1921), “Rus mədəniyyətində ümumslavyan elementi” (1927) və “Çingiz Xanın irsi və rus tarixinə Qərbdən deyil, Şərqdən baxış” (1925) adlı kitablarında şərh etmişdir. O, rus mədəniyyətində slavyanlara xas yeganə elementin dil olduğunu, qalan hər şeyi ilə rusların Çingizoğulları dövlərinin, yəni Böyük Turanın mədəni varisləri olduğunu, rusları Turanlı hesab etməyin daha doğru olacağını önə sürməkdə və müəllifi olduğu Avrasiyaçılıq ideyasını rus-Türk birliyi kimi dərk və təbliğ etməkdə idi.

Nursultan Nazarbayev
Əgər Trubetskoyun düşüncələri sırf etno-mədəni prinsiplərdən qaynaqlanırdısa, çağdaş avrasiyaçıların baxışları bütünlüklə orta perspektivli təhlükəsizlik məsələlərinə əsaslanır və NATO-nun Şərqə doğru genişləməsini önləyici geniş geosiyasi bir konsepsiyası kimi nəzərdən keçirilir. “Rusiya və Avrasiya” kitabının (2013) müəllifləri A. Podberezkin, K. Borişpolets və O. Podberezkinin fikrincə, bu ideya çərçivəsində həyata keçiriləcək inteqrasiya çox ehtiyala gerçəkləşdirilməli və çoxvektorlu xarakter daşımalıdır. “Çoxvektorluluq” dedikdə isə, söhbət mədəni, iqtisadi və siyasi əlaqələrdən tutmuş hərbi birliyə qədər bir çox məsələdən getməlidir.

Rusiyanın üzləşdiyi təhlükələrdən söz açan V. Putin 2013-cü ilin fevralında həmin təhlükələri aşağıdakı kimi xarakterizə etmişdir:

...Strateji tarazlığı pozmaq üçün bu və ya digər şəkildə metodiki cəhdlər edilir. Əslində Amerika Birləşmiş Ştatlarının qlobal raket əleyhinə müdafiə sisteminin yaradılmasının ikinci mərhələsi başlandı, NATO-nun Şərqə doğru daha da genişlənməsi imkanları sınaqdan keçirilir və Arktikanın hərbiləşdirilməsi təhlükəsi var”.

V.Putinin fikrincə, yuxarıda göstərilən problemlərin sayı söylənilənlərdən daha çoxdur - bunların hamısı Rusiyanın milli maraqlarına birbaşa təsir edir və müvafiq olaraq prioritetlərinin təyin olunmasını müəyyənləşdirir. “Bu, ilk növbədə Avrasiyada sıx inteqrasiyanın inkişafı, Vahid İqtisadi Məkanın güclənməsi, Avrasiya İqtisadi Birliyinin yaradılmasına keçiddir. Bu, Şanxay Əməkdaşlıq Təşkilatı və BRIKS adlı sistemdə birləşən ölkələr arasındakı tərəfdaşlığın dərinləşməsidir ".

Avrasiyaçılıq ideyasının Putindən təqribən 9 il öncə Qazaxıstan prezidenti N. Nazarbayev dilə gətirmiş, V. Putin də sözügedən ideyanı ondan əxz etmiş və öz strateji hədəf və məqsədlərinə uyğun şəkildə inkişaf etdirmişdir və onun təsəvvüründəki Avrasiya İttifaqı daha geniş anlam ifadə edir. Bu gün Türk dövlət başçılarının Şurası, TürkPa və TÜRKSOY günümüzün reallığı olduğu kimi Avrasiya İttifaqı da günümüzün reallığıdır. O, Rusiya, Qazaxıstan və Belorusun birgə səyləri ilə 29 may 2014-cü ildə təsis edilmişdir. Əgər Turan idealı “Bir zolaq, bir yol” layihəsinin Çin - Orta Asiya – Qərbi Asiya iqtisadi dəhlizi (CCWAEC) marşrutu üzərində inşa edilirsə, ona alternativ olan Avrasiya İttifaqı da əsasən Çin - Monqolustan - Rusiya iqtisadi dəhlizi (CMREC) üzərində inşa edilməkdədir.

Avrasiya İqtisadi Birliyi
Qazaxıstan hər iki böyük layihənin iştirakçısıdır. Hər iki layihənin ən önəmli iştirakçılarından biri olması onu kilid ölkə durumuna gətirmişdir. Avrasiya İttifaqının təsisindən öncə N. Nazarbayevin bu sözləri dediyi məlumdur:

"İnteqrasiyanı inkişaf etdirərək, azad ticarət zonası, Gömrük İttifaqı yolu ilə gedirik. Qərarın düzgünlüyünü bütün dünyaya göstərməliyik. Bu gün bir qərara gəlmək üçün az vaxt var idi. Çox böyük işlər görüldü, çətin məsələlər həll edildi. İndi yeni sənədin ratifikasiyası dövlətlərimizin parlamentlərini qabağındadır... 29 May Avrasiya İnteqrasiya Günü kimi qeyd olunmalıdır”.

İttifaqın rəsmi adı Avrasiya İqtisadi Birliyidir.

Maraqlıdır ki, V. Putin məhz bu Birlik təsis edildikdən qısa müddət sonra yaxın zamanlara qədər gizlədilən tarixi dəlillərin üzərindən gizlilik pərdəsinin götürməsinə qərara vermiş, özbək əsilli Rusiyalı iş adamı Əlişir Usmanova dünyanın müxtəlif yerlərində bulunan qədim xəritələri və ya onların surətlərini əldə edərək Rusiyaya gətirməyi tapşırmış və beləcə, müxtəlif dövrlərdə Avropa ölkələrində, eləcə də Rusiyada nəşr edilən tarixi xəritələr gün işığına çıxarılmışdır. Söhbət 1770-ci illərə qədər dünyanın ən böyük dövləti olan Uluq Ulus (Turan) dövlətinin xəritələrindən gedir.

Bu yolla Putin əslində alman əsilli Romanov-Qolşteynlərinin qurduqları Rusiya imperatorluğunun həm də Uluq Ulus (Qızıl Orda) dövlətinin varisi olduğu fikrini ortaya qoymuşdur. Bununla belə, slavyanofillik və pravoslav (ortodoks) məzhəbçiliyi hələ də Rusiyada aparıcı ideologiyalar olmaqda qalır. Lakin Avrasiyaçılıq şüurunun tədricən bu iki ideologiyanı sıxışdırmaqda olduğunu görürük. Bu da təbiidir. Çünki həm panslavizm, həm də pravoslavlıq ideyaları Rusiyanın geosiyasi və strateji mənafeləri baxımından öz əhəmiyyətini itirmiş və lazımsız xülyaya çevrilmişlər.

Bəli, panslavizm və ya slavyan birliyi ideyası artıq çoxdan çökmüşdür. Bunun ən böyük örnəyini əski Çexoslovakiya və Yuqoslaviyanın timsalında gördük. Hər ikisi slavyan olan çexlər və slovaklar dinc yolla bir-birindən ayrılmaq qərarına gəldilər və nəticədə əski Çexoslavakiyanın yerində iki müstəqil dövlət – Çexiya və Slovakiya peyda oldu. Əski Yuqoslaviyanı təşkil edən və hər üçü də slavyan olan pravoslav (ortodoks) serblərin, katolik xorvatların və müsəlman boşnakların bir-birindən ayrılması isə son dərəcə ağrılı və qanlı baş verdi, inanılmaz soyqırımlarla müşahidə edildi. İki slavyan dövlətinin - Rusiya və Ukraynanın münasibətləri də hərbi qarşıdurma səviyyəsinə gəlib çatmışdır.

Pravoslavlıq da bir işə yaramadı. Pravoslav yunanları və bolqarlar özləri kimi pravoslav olan Rusiyanın əvəzinə Avropa Birliyini və NATO-nu seçdilər. Üstəlik də Rusiyada müsəlmanların sayı hər keçən il artır. Məsələn 2012-ci ilin statistikasına görə, həmin il rus ordusunda xidmət edən müsəlman əsgərlərin sayı artıq 50 % təşkil etmişdir. Belə bir şəraitdə siyasi pravoslavlıq ziyandan başqa bir şey gətirə bilməz.



Hazırda bir çox rus ziyalısı panslavizm və pravoslavlıq ideyasına alternativ kimi rusçuluq ideyasını qabartmağa çalışırlar. Fəqət bu da işə yaramır və ziyandan başqa heç nəyə xidmət etmir. Çünki Rusiyanın etnik tərkibi çox rəngarəngdir və belə bir şəraitdə rus milliyyətçiliyinin qabardılması etnik azlıqlarda qıcıq yaradır və separatist əhval-ruhiyyəni yüksəldir. Odur ki, Avrasiyaçılıq ideyasına heç bir alternativ görünmür.

“Bir zolaq, bir yol” layihəsinin Çin - Orta Asiya – Qərbi Asiya iqtisadi dəhlizi (CCWAEC) marşrutu üzərində Türkiyənin liderliyində inşa edilən Turan Birliyi və ona alternativ olan, Rusiyanın liderliyində Çin - Monqolustan - Rusiya iqtisadi dəhlizi (CMREC) üzərində qurulan Avrasiya İttifaqı eyni hədəfə yönəlik layihələr təsiri bağışlasalar da, əsıində, bir-birilərinə rəqib layihələrdir. Və bu halda söhbət təkcə, Çindən Avropaya daşınması nəzərdə tutulan yüklərin daha çox hansı marşrutla daşınacağı məsələsindən getmir. Ortada Rusiya və Türkiyənin geosiyasi maraqlarının Suriya, Liviya və Güney Qafqazda toqquşması kimi daha ciddi problemlər də var ki, bunlardan biri də Avropa İqtisadi Birliyinin üzvü olan Ermənistanın Türkiyənin Qafqazdakı bir nömrəli müttəfiqi olan Azərbaycanın torpaqlarını 30 ilə yaxın bir müddətdə işğal altında saxlamasından qaynaqlanan problemdir.
Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin