Aktau-Ələt bərə yolu
Bütün bu deyilənlər Turanın iqtisadi alt yapısını təşkil edəcək infrastruktur və kommunikasiya layihələri kimi gözdən keçirilməlidir. Bu baxımdan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun önəmini də xüsusi qeyd etməmiz lazımdır.
30 Oktyabr 2017-ci il tarixində istismara verilmiş bu dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən başlayaraq, Gürcüstanın paytaxtı Tiflis və Axalkələk şəhərlərindən keçərək, Türkiyənin Qars şəhərinə uzanır. Layihənin məqsədi Türkiyə və Azərbaycanı (beləliklə Mərkəzi Asiya və Çini Avropa ilə) dəmiryolu vasitəsilə birləşdirməkdir. Bir sözlə, bu dəmiryolu təkcə Azərbaycanla Türkiyəni birləşdirmi, eyni zamanda Çin - Orta Asiya – Qərbi Asiya (CCWAEC) marşrutunun önəmli bir parçası kimi çıxış edir.
27 sentyabr 2017-ci ildə Tiflisdən Axalkələkə gedən ilk sınaq sərnişin qatarından sonra, BTQ dəmiryolu Ələtdə keçirilən təntənəli mərasimdə açılışı elan edilmişdir. Açılışın məhz Ələtdə keçirilməsi simvolik xarakter daşımaqda idi. Çünki Turanın iqtisadi alt yapısını təşkil edəcək infrastruktur və kommunikasiya əlaqəsinin bir hissəsini də Azərbaycanın Ələt limanı ilə Qazaxıstanın Aktau limanları arasındakı dəniz bərə yolu təşkil edir.
BTQ-nin işə düşməsi ilə Asiyadakı məhsulların Avropaya çatdırılması 15 gün kimi qısa bir zamanda həyata keçirilə bilir. Bu dəmiryolu ilə üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulmuşdu.
Turanın iqtisadi alt yapısını təşkil edəcək infrastruktur və kommunikasiya layihələrindən biri də Yavuz Sultan Səlim körpüsüdür.
Dostları ilə paylaş: |