BəXTİyar tuncay etnoqonik miFLƏR


Bu gün də...Van gölünün cənubu...Daru-Baran adlanır."



Yüklə 1,66 Mb.
səhifə159/165
tarix01.01.2022
ölçüsü1,66 Mb.
#104919
1   ...   155   156   157   158   159   160   161   162   ...   165
Bu gün də...Van gölünün cənubu...Daru-Baran adlanır." (Koroğlu, 1999, s. 59).

Mənbələrdən belə aydın olur ki, Partatuanın (Alp Ər Ton­qanın) ölümündən sonra oğlu Madiy işquzların hökmdarı olmuş­dur. O, Araz çayını keçərək, Midiya torpaqlarına soxulmuş kim­mer-sakları bölgədən didərgin salmış, Midiya və ətraf bölgələr üzərində 28 il sürən hakimiyyət qurmuşdur ki, bu barədə artıq söz açmışıq. Bu hökmdarın adı barədə Firidun Ağasıoğlu yazır:



"Bu ad üzərində geniş dayanmağa ehtiyac yoxdur, çünki onun Ön Asiyada ən işlək adlardan olduğunu görmək olur və ən əsası da budur ki, doğu türk boylarının eposlarında mənası türkcə aydın olan adlar işləndiyi üçün "Maday Kara" dastanı da güman ki, həmin gələnəyi saxlamışdır" (Ağasıoğlu, 2005, s 109).

Mütəxəssislər adları dövrümüzədək çatmış digər sak hökm­darlarının adları barədə də maraqlı fikirlər söyləmişlər. Bu ba­xım­dan adı aşşur mənbələrində "Tuq-damme", Herodotda isə "Liqdames" kimi çəkilən sak hökmdarı barədə yekdil fikir sər­giləyərək onun adının əslinin türkcə Toxtamış olduğunu yaz­mış­lar (Гейбуллаев, 1991, c. 319; Ağasıoğlu, 2005, s 109). İ.M.Dya­konov da buna bənzər fikir söyləyərək "Duqdamis" for­masının üzərində durmuşdur (Дьяконов, 1956, c. 240). Tuq­dammenin oğlu Sandakşatrunun adı da sonrakı dövrlərdəki mənbələrdən məlum olan türk adları ilə müqayisə edilmişdir. Məsələn, Qiyasəddin Qeybullayev bu adı haqlı olaraq, "Alpa­mış" dastanındakı Sandaqaç şəxs adı ilə (Гейбуллаев, 1991, c. 320), Firidun Ağasıoğlu isə Alp Arslanın komandanlarından Sandak bəyin (Ağasıoğlu, 2005, s 109) adı ilə tutuşdurmuşlar.

Sak hökmdarlarından birinin daşıdığı İşpakay adı barədə də maraqlı fikirlər söylənmişdir. Həm Oljas Süleymenov, həm də Firidun Ağasıoğlu bu adı türkcə Köpək (s-k) kimi izah etmişlər (Süleymenov, 1003, c. 223; Ağasıoğlu, 2005, s.108). Təbii ki, bu fikirlə razılaşmaq mümkün deyildir. Fikrimizcə, mixi yazı­lardakı "İşpakay" adı sonrakı əsrlərdə Göytürk hökmdarlarının adları içərisində rast gəlinən Işbara (Işbara xan, Baqa Işbara xan, Işbara Sünişi şad, Işbara Tolis şad, İrbis Işbara cabqu-xan) türk şəxs adının (Гумилев, 2002, c. 519, 520, 522, 523, 524) aşşur dilindəki cüzi təhrifi ilə ortaya çıxmışdır. Yəni adın əsli İşba­radır. Hesab edirik ki, Herodotun iskit hökmdarlarından birinə şamil etdiyi Sparaqapit (Ağasıoğlu, 2005, s 80) adı da Işbara adı ilə bağlıdır.

Biz işquzları, oğuz olduqlarına inandığımız kutilərin birba­şa davamı hesab edirik və fikrimizcə, qədim fars mənbələrində şərab bişirənlər kimi təqdim edilən saklar da məhz oğuzlar olmuşlar. Qədim yunan mənbələri də dikpapaq saklarla şərab bişirən sakları xüsusi qeyd etməkdədir. İstər qədim fars, istərsə də yunan mənbələrindən türklər arasında şərabçılıq sənətinin geniş yayıldığı məlum olsa da, bu işlə məhz hansı türk boyunun məşğul olduğu məlum olmur. (Гейбуллаев, 1991, c. 321-323).

Bu məsələyə aydınlıq gətirməyə isə Egey dənizi sahillə­rindən tapılan və hind-Avropa mənşəli olduğu ehtimal edilən bir ideoqrafik əlifba yardımçı olur. Elm aləmində şərti olaraq "Egey əlifbası" adlanan sözügedən əlifbada "şərab" sözünü bildirən ideo­qram kimi oğuzların bayandur boyunun tamğası çıxış edir (Cəfərov, 1987, s. 29-36). Elə bu fakt da söhbətin məhz bayan­durlardan getdiyini, eləcə də hind- Avropa xalqlarının şərabla bayandurlar vasitəsi ilə tanış olduğunu söyləməyə əsas verir.

Maraqlıdır ki, bir sıra hind-Avropa mənşəli xalqların dilin­də şərab anlamında işlənən kəlmələr, eləcə də ona yaxın bəzi sözlər "bayandur" etnoniminin kökündə duran "bayan" kəlməsi ilə yaxın səslənməkdədir.



------------------------------------------------------------------------------

B A Y A N

------------------------------------------------------------------------------ Dil Yazılışı Oxunuşu Mənası

------------------------------------------------------------------------------

1. Alman Wein Vayn Şərab

------------------------------------------------------------------------------


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin