Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020


XIII FƏSİL Türkiyənin “Yeni Osmanlıçılıq” layihəsi və Türk-İslam Xilafətinin bərpası planı



Yüklə 1,7 Mb.
səhifə55/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
1   ...   51   52   53   54   55   56   57   58   ...   97
XIII FƏSİL
Türkiyənin “Yeni Osmanlıçılıq” layihəsi və Türk-İslam Xilafətinin bərpası planı
Türkiyədə AKP-nin (Ədalət və Qalxınma Partiyas) hakimiyyətə gəlişindən bu ölkənin inanılmaz bir dəyişikliklər və inkişaf dövrünə qədəm qoyduğu çoxlarının gördüyü və etiraf etdiyi bir həqiqətdir. 14 avqus 2001-ci il tarixində qurulan və mühafizəkar baxışları ilə fərqlənən sözügedən təşkilatın, Nizamnaməyə görə, rəsmi qısa adı  "AK Parti", simvolu isə narıncı və qara rənglərlə işlənmiş elektrik lampasıdır. Parlament seçkilərinə qatılandan sonra daim ən çox millət vəkili sayına sahib olmuş, bütün seçkilərdən daim zəfərlə çıxması ilə bütün dünyanın diqqətlərini öz üzərinə çəkməyi bacarmışdır. Onun qurucularının və liderlərinin əksəriyyəti, o cümlədən partyanın başqanı Rəcəb Tayyib Ərdoğan keçmiş Fəzilət Partiaysının üzvləri və ya dəstəkçiləri oluublar. Bu şəxslər Fəzilət Partiyasının qapadılmasından sonra onun yerində qurulan İslam dəyərlərini üstün tutan Səadət Partiyasına daxil olmaq istəməmiş və yeni bir partiya  qurmaq qərarına gəlmiş və bunu gerçəkləşdirmişlər.

AKP qurulduğu gündən bəri iştirak etdiyi bütün seçkilərin hamısında birinci olmuş və qatıldığı altı seçkinin beşində (2002, 2007, 2011, noyabr 2015, 2018) tək başına iqtidar ola bilmişdir. Partiyanın 2001-ci ildən etibarən baş katibi vəzifəsini sürdürən Ərdoğanın, 2014-cü ildə Türkiyə Prezidenti seçilməsindən və bu vəzifəyə keçmiş Xarici İşlər naziri Əhməd Davudoğlunun gətirilməsindən sonra təşkilat yeni başqanın, yəni Davudoğlunun liderliyində iştirak etdiyi iyun 2015 seçkilərində tarixindəki ən böyük səs itkisi ilə üzləşdi, bununla belə, səslərin 49.5 %-ini qazanaraq yenə də birinci oldu, 2015-ci ilin noyabrında keçirilən təkrar seçkilərdə isə 2011- ci ildən sonra ən yüksək nəticə göstərərək, 317 millət vəkili yeri əldə etdi və Türkiyə Böyük Millət Məclisində tək başına iqtidar ola biləcək saya nail oldu. 

Əhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi və o, 24 may 2016-cı il tarixində 65-ci Türkiyə hökumətini quraraq baş nazir oldu.

Dünya mediasında AKP-dən daha çox İslamçı bir partiya kimi danışılmaqdadır. Bu mövqedən çıxış edənlər fikirlərini əsaslandırmaq üçün əsasən aşağıdakı arqumentlərdən çıxış edirlər:



  1. AKP İslamçı Fəzilət Partiyasının “bətnindən doğulub” və seçicilərinin əksəriyyəti mühafizəkar kəsimdir.

  2. AKP liderləri çıxış və müsahibələrində Qurandan sıx-sıx sitatlar gətirir, İslam dünyasının problemlərini, ilk növbədə də Fələstin xalqının sıxıntılarını tez-tez dilə gətirilər ki, əvvəlki hakimiyyətlər dövründə belə bir şey müşahidə edilməmişdir.

  3. AKP-nin kamalist partiyaların hakimiyyətləri dövründə hüquqları tapdanılan dindar kəsimin, xüsusəndə universitetlərdə təhsil alması, dövlət idarələrində işləməsi, seçkilərdə öz namizədliklərini irəli sürməsi yasaq olan hicablı qadınların hüquqlarını bərpa etmiş və onların Türkiyədə digər digər kəsimlərlə eyni hüquqlara sahib olmasını təmin etmişdir s.

AKP rəhbərliyi onların  İslamçı bir partiya kimi tanıdılmasına daim etiraz etmişdir. Deyilənlərə aydınlıq gətirən AKP-nin başqan yardımcısı Hüseyn Çelik:  "Batı basınında, AK Parti yönetimi isimlendirilirken, bazen maalesef 'İslamcı', 'Ilımlı İslamcı' ve bunun gibi bir dil kullanılmakta. Bu tanımlamalar gerçeği yansıtmamakta ve bizi üzmektedir. AK Parti muhafazakâr demokrat bir partidir. AK Parti'nin muhafazakârlığı ahlaki ve sosyal konular ile sınırlıdır" - demişdir.

Ərdoğan 2001-ci ildə “AK Partiye İslamcı parti yakıştırması hem İslam'a saygısızlıktır hem de partimize saygısızlıktır” demiş, 2005 yılında yapılan başka bir konuşmada "Biz İslamcı bir parti değiliz ve aynı zamanda “Müslüman-demokrat” gibi etiketleri de kabul etmiyoruz" – deyə söyləmişdir. O, AKP-nin gündəminin "muhafazakâr demokrasi" olduğunu bildirmiş, 2006-cı ildə söylədiyi başqa bir nitqində isə “Biz din eksenli bir parti değiliz. Biz laik, demokratik, sosyal bir hukuk devletinin mensubuyuz ve bütün çalışmalarımızı bu çerçeve içerisinde yürütüyoruz. Bireysel olarak durumumu sorarsan dindar olmaya çalışan bir Müslümanım, ama bunun derecesini takdir etme yetkim yok" - deyə bəyan etmişdir.

Partiyanın yanvar 2016-cı il Nizamnaməsinin 129-cu səhifəsində və partiya programının 2-ci maddəsində belə deyilməkdədir:

"Partimiz, dini insanlığın en önemli kurumlarından biri, laikliği ise demokrasinin vazgeçilmez şartı, din ve vicdan hürriyetinin teminatı olarak görür. Laikliğin, din düşmanlığı şeklinde yorumlanmasına ve örselenmesine karşıdır. Esasen laiklik her türlü din ve inanç mensuplarının ibadetlerini rahatça icra etmelerini, dini kanaatlerini açıklayıp bu doğrultuda yaşamalarını ancak inançsız insanların da hayatlarını tanzim etmelerini sağlar. Bu bakımdan laiklik, özgürlük ve toplumsal barış ilkesidir".

Bununla belə, Türkiyə Parlamentinin başqanı İsmail Qəhrəmanın 2016-cı ilin aprelində İslam Ölkələri Akademklər və Yazarlar Birliyi tərəfindən təşkil edilən “Yeni Türkiyə və Yeni Anayasa” adlı Konfransda  "Yeni anayasada Laiklik maddesi olmamalı, dindar bir anayasa olmalı" dediyi, bu bəyanatının kamalistlər tərəfindən şiddətli tənqidlərə məruz qaldığı, daha sonra yanlış anlaşıldığını söylədiyi də təkzibolunmaz faktdır. Qeyd edək ki, bu tənqidlərdən sonra Prezident Rəcəb Tayib Ərdoğanın belə dediyi bilinməkdədir:  

“...Benim düşüncem AK Parti’yi kurduğum dönemden itibaren belli. Laiklikle ilgili düşüncemizin ne olduğu, kurucusu olduğum AK Parti’nin programında kayıtlı. Kaldı ki İsmail Bey de AK Parti’nin mensubu olarak Parlamento Başkanı seçildi. Bu da onun, AK Parti programında belirtilenleri kabul ederek oraya gelmiş olduğunu gösterir. Ama ne yapmış? Yeni hazırlanmakta olan anayasa ile ilgili bir bilimsel toplantıda kendine göre, dünyadan bazı örnekler vererek bazı şahsi kanaatlerini paylaşmış. Ben bu konudaki görüşümü, Mısır’da Kahire’de o dev opera binasındaki konuşmamda da söyledim. Laikliğin, devletin tüm farklı inanç grupları için bir güvence olduğunu, bütün farklı inanç gruplarına eşit mesafede durması olduğunu anlattım. Hatta o zaman, şimdi hapiste olan Müslüman Kardeşler yetkilisi Muhammed Bedii, “Bu dediğiniz nasıl bir şey” diyerek şaşkınlığını dile getirmişti. Kendisine anlatınca, ‘Böyle olduktan sonra ben de bunu tasvip ediyorum’ demişti. Laikliği, ladinilik, din karşıtlığı gibi sunar ya da uygularsanız, elbette itirazlarla karşılaşırsınız. Oysa laiklik, devletin, tüm inançlara, ateistler dahil tüm gruplara eşit mesafede olması; tüm inanç gruplarının devletin güvencesi altında olmasıdır..." .

Daha bir fakt ondan ibarətdir ki, AKP-nin bu mövzuya yanaşması fərqli zamanlarda qızğın diskussiyalar mövzusuna çevrilmiş, hətta partiya kamalistlər tərəfindən "Laikliyə əks fəaliyyətlərin məkanı durumuna gəldiyi" ittihamı ilə 2008-ci ildə qapatma tələbi ilə məhkəməyə verilmiş, lakin məhkəmə iddianın əsassız olduğunu təsbit etmişdir.

Deyilənlərə Prezidentin hərbi məsələlə üzrə keçmiş müşaviri Tanrıverdinin “Biz Mehdinin (ə) gəlişinə hazırlaşmalı və buna zəmin hazırlamalıyıq” dediyini də əlavə etmək lazımdır. Doğrudur o, bu açıqlamasından və Ümumdünya İslam dövlətinin Proqram və Nizamnaməsi üzərində işlədiyinin məlum olmasından sonra təşkilatı zərbə altında qoymamaq üçün onun sıralarını tərk etmək məcburiyyətində qalmışdır, amma bu işin mahiyyətini dəyişmir.

Bir çoxları bu fikirdədir ki, Türkiyənin mövcud Konstitusiyası İslami siyasi görüşləri açıq şəkildə ifadə etməyi qadağan etdiyindən AKP əsil hədəf və məqsədlərini gizlətmək məcburiyyətindədir və onun izləməkdə olduğu Yeni Osmanlıçılıq siyasətinin son məqsədi 1924-cü ildə kamalistlər tərəfindən ləğv edilmiş Xilafəti (Türk-İslam Xilafətini) yenidən bərpa etməkdir.

Qeyd edək ki, Yeni Osmanlıcılıq Türkiyənin Osmanlı dövlətinin, başqa sözlə, Türk-İslam Xilafətinin dini, mədəni və siyasi mirasına sahiblənməyin vacibliyini önə sürən ideoloji-siyasi baxışlar sistemidir. Belə hesab edilir ki, bu ideoloji-siyasi baxışlar sisteminin əsasında Türkiyənin 1974-cü ildə Kiprin şimalını yunan işğalından azad etməsindən və adada yaşayan türkləri soyqırımdan xilas etməsindən sonra yunanların ortaya atmış olduqları nəzəriyyə durmaqdadır. Amma bu, yanlış fikirdir. Çünki sözügedən ideoloji-siyasi nəzəriyyənin banisi AKP-nin qurucularından biri olmuş əski Xarici İşlər naziri Əhməd Davudoğludur və o bu barədə fikirlərini “Strateji dərinlik” adlı kitabında ortaya qoymuşdur. Davudoğlu həmin kitabında Yeni Osmanlıcılığı Turgut Özalıın xarici siyasəti ilə əlaqələndirmiş və onun siyasi xəttindən diplomatik bir yenilik kimi bəhs etmişdir.

Kitabın müəllifi İngiltərənin qurduğu Millətlər Birliyi təşkilatını misal çəkərək, Türkiyənin də Osmanlı Millətlər Birliyini qura biləcəyini önə sürmüşdür. O, 25 aprel 2011-ci il tarixində fikrini daha da inkişaf etdirərək, Çanaqalada “Bizden koparılan dünya, bizimle tekrar bütünleşsin. Türkiye önümüzdeki 12 yıl içinde cihan devleti olacaktır” - deyə açıklama vermiş, Osmanlıdan qoparılan topraqların yeniden sülh və hüzura qovuşmalarını istədiyini söyləmişdir. 

Lakin bu fikrə həm ölkə içində, həm də ölkənin xaricində şiddətlə qarşı çıxanlar var. Məsələn, Türkiyənin tanınmış kamalist tarixçilərindən İlbər Ortaylı “Milliyyət” qəzetində dərc etdirdiyi bir məqaləsində bəzi ölkələrdə Türkiyənin ifrat şəkildə “Neo-Osmanlı” deyə tanıdıllmasının normal olduğunu, amma Türkiyənin imperatorluq xülyaları qura biləcək durumda olmadığını yazmışdır.

Onun bu fikirləri əliqanlı Suriya diktatoru Bəşər Əsədin fikirləri ilə tam üst-üstə düşür. Belə ki, Suriya diktatoru "Türkiyədə bəziləri hələ Osmanlı İmperatorluğunu yenidən qurmaq xəyalındadır... Türk liderlər bu xəyalın qeyri-mümkün olduğunu bilirlər və bu üzdən dini agentləri olan partiyaları istismar edərək, Ərəb dünyasındakı təsirlərini artırmaq istəyirlər" – deyə bəyan etmişdir.

Fakt isə budur ki, Yeni Osmanlıçılıq siyasəti Türkiyənin I Dünya savaşından sonra itirilmiş nüfuz və qüdrətinin qaytarılmasına xidmət edir. Unutmayaq ki, bugünkü ərəb ölkələrinin hamısı əski Osmanlı torpaqlarıdır və daim İslam Xilafətinin ərazisi olmuşlar. XVI əsrdə Xilafətin sükanı Osmanlılara keçdikdən və Osmanlı Xilafət dövlətinə çevrildikdən sonra bütün bu ərazilərdə yaşayan müsəlman xalqlar həm də xəlifə olan Osmanlı sultanlarını öz dini liderləri kimi görmüşlər.



İstəsək də, istəməsək də, bu gün təkcə Yaxın və Orta Şərq bölgəsində deyil, bütün dünyada yenidən böyük gücə çevrilməkdə olan Türk və İslam faktorunu diqqətə almamaq mümkün deyil. Və imperialist güclər də bunu nəzərə alır və başa düşürlər ki, yerli xalqların müqaviməti qırılmadan bölgəni yeni nüfuz dairələrinə bölmək mümkün olmayacaqdır. Bu səbəbdən də yenidən İslam dünyasının lideri ola bailmək potensialına sahib olan Türkiyənin güclənməsini, içinə qapılmış vəziyyətdən çıxmasını, xaricə açılmasını qətiyyən istəmirlər.

Məsələnin başqa bir tərəfi də var. İş burasındadır ki, Türkiyə və AKP İslam dünyasında çox populyardır və hazırda ən çox sevilən və rəğbət bəslənən qüvvə kimi çıxış edir. Üstəlik də Türkiyə Böyük Millət Məclisi imperialist güclərin təkid və təzyiqi ilə 1924-cü ildə Xilafətin ləğv oluması barədə qərar qəbul edəndə, qərara qarşı olan millət vəkilləri ona bir bənd salmağa müvəffəq olmuşdular. Həmin bənddə deyilir ki, gələcəkdə Xilafət bərpa olunacaqsa, bu, müstəsna olaraq Türkiyə Böyük Millət Məclisinin hüququdur. Yəni Türkiyə Xilafəti, başqa sözlə, Türk-İslam Xilafətini bərpa etmək hüququna sahib olan yeganə dövlətdir.

Türkiyənin xeyrinə olan daha iki faktoru da unutmamalıyıq. Əvvəla qeyd edək ki, tarixən İslam Xilafətinin 4 uzunmüddətli paytaxtı olub: Şam (Dəməşq, Əməvilər dövrü), Bağdad, Qahirə (Abbasilər dövrü) və İstanbul (Osmanlılar dövrü). Bu gün İraq, Suriya və Misirin nə gündə olduğunu bilirik. Türkiyə isə güclü, demokratik dövlətdir və orada sabitlik hökm sürür. Üstəlik də Peyğəmbərimizin (s) Müqəddəs Əmanətləri bu şəhərdə (Topqapı sarayında) qorunmaqdadır.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin