Rəsulullah da belə buyurdu:
-Bura Taybədir. Dəccalı sürər çıxarar, eynən körüyün dəmirin pasını çıxardığı kimi" (Buxari, Məgazi 17, Fədailül-Mədinə 10, Təfsir, Nisa 15; Müslim, Munafiqun 6, 2776; Termizi, Təfsir, Nisa 3031).
Əbu Hüreyrə (r) nəql edir:
"Rəsulullah (s) (bir gün):
-Bir tərəfi quruda, bir tərəfi də dənizdə olan bir şəhər esitdiniz mi? – deyə soruşdu.
Oradakılar "Bəli!" deyincə, belə buyurdular:
-İshaqoğullarından yetmiş min nəfər bu şəhərə səfər etmədikcə qiyamət qopmaz. Əskərlər şəhərə gəlincə düşərgə salarlar. Ancaq silahla savaşmazlar, tək bir ox belə atmazlar. "La ilahə illallahu valləhu əkbər!" – deyərlər. Bu vaxt şəhərin dəniz tərəfı düşər. Sonra əskərlər ikinci dəfə "La ilahə illallahu valləhu əkbər!" – deyərlər, şəhərin diğər tərəfi də düşər. Sonra təkrar "La ilahə illallahu valləhu əkbər!" – deyərlər. Bu səfər onlara qapılar açılar. Oradan şəhərə girərlər və şəhərin qənimətini toplarlar. Qənimətləri aralarında bölərkən, yanlarına bir münadi gəlib, "Dəccal çıxdı!" deyə bağırar. Əskərlər hər şeyi buraxıb geri dönərlər" (Müslim, Fitən 78, 2920).
Həzrət Hüzeyfə (r) nəql edir:
"Rəsulullah (s) buyurdular ki: "Dəccal çıxdığı vaxt yanında su və od olacaq. Ancaq xalqın od olaraq gördüyü dadlı sudur, su olaraq gördüyü isə yaxıcı bir atəşdir. Sizdən kim o günə yetişərsə, xalqın atəş olaraq gördüyünə düşməyi qəbul etsin. Çünki o, dadlı soyuq sudur"” (Buxari, Fitən 26, Ənbiya 50; Müslim, Fitən 105, 2935); Əbu Davud, Məlahim 14, 4315),
Əbu Hüreyrə (r) nəql edir:
"Rəsulullah (s) buyurdular ki: “Mədinə yolundakı dağ ətəklərində (bir-biriylə sıx durmuş) mələklər var. Her ətəkdə (qınından çəkilmiş) qılınclarıyla gözləyən iki mələyin qoruduqları səbəbindən Medinəyə ne vəba, nə də Dəccal girə bilməz" (Buxari, Fəzailül-Mədinə 9, Tibb 30, Fitən 27; Müslim, Həcc 485, 486, (1379, 1380); Müvatta, Cami 16, (2, 892); Termizi, Fitən 51, 2244).
Müslimin rəvayetində bu əlavə var:
"Rəsulullah (s) buyurdular ki: "Məsih-Dəccal Şərq tərəfdən gələr. Qəsdi Mədinədir. Uhudun arxa tərəfinə enər. Dərkən (Mədinəni qoruyan) mələklər, onun üzünü Şam tərəfinə çevirərlər və orada həlak olar"”.
Həzrət Ənəs (r) nəql edir:
"Rəsulullah (s) buyurdular ki: “Məkkə və Mədinə xariç Dəccalın çeynəməyəcəyi məmləkət yoxdur. Məkkə və Mədinəyə uzanan yolların hər birində səf tutmuş mələklər vardır, buraları qoruyurlar. (Dəccal) Əs-Səbbiha adlı mövqeyə enər. Sonra Mədinə əhalisini üç sarsıntı ilə sarsar. Bundan sonra (şəhərdə olan) bütün kafir və münafiqlər (şəhəri tərk edərək Dəccalın yanına) gələrlər"” (Buxarî, Fəzailül-Mədinə 9; Müslim, Fitən 123, 2943).
Əbu Saidi əl-Hüdri (r) nəql edir:
"Rəsulullah (s) bizə Dəccal barədə uzun bir hədis rəvayət etdi. Bizə anlatdığı zaman belə də demişdi: "Dəccal, Mədinə civarına girmək ona haram edilmiş olaraq, çıxacaq. Dərkən (Mədinə civarındaki) bəzı ... yerlərə qədər gələr. O gün insanların ən xeyirlisi olan və ya ən xeyirlilərindən biri olan bir nəfər onun qarşısına çıxar və:
Dostları ilə paylaş: |