Bəxtiyar Tuncay İBLİSİn böYÜK ŞƏR İmperiyasi


İnsan oğlunun ən böyük düşməni



Yüklə 174,87 Kb.
səhifə17/27
tarix10.01.2022
ölçüsü174,87 Kb.
#110603
1   ...   13   14   15   16   17   18   19   20   ...   27
İnsan oğlunun ən böyük düşməni
İnanmaq çətin olsa da, əldə olan məlumatlara görə İblis Qabillə Habil arasında düşmənşilik toxumu səpməklə kifayətlənməmiş və hələ Eneeolit, yəni Mis-Daş dövründə, başqa sözlə, təqribən 7 min il öncə Adəmin (ə) oğlanlarından birinin soyunun başqa bir oğlunun soyu tərəfindən başdan-başa qətlini təşkil etməyi bacarmışdır. Bu o qədər maraqlı mövzudur ki, onun üzərində bir qədər ətraflı durmağımız vacibdir.

Hədislərin birində Həzrət Adəmlə (ə) Həvvanın 20 oğlu və 20 qızı, başqa birisində isə 40 oğlu və 40 qızı olduğu söylənilir. Genetika elmi bu hədislərdən birincisinin doğru olduğunu təsdiqləməkdədir. Belə ki, genetiklər müəyyən etmişlər ki, yer üzündəki insanların hamısı irqindən və danışdığı dildən asılı olmayaraq, 20 kök nəsildən budaqlanmışlar. Alimlər həmin kök nəsilləri haploqrup adlandıraraq şərti olaraq, latın əlifbasının A-dan T-yə ilk 20 həfi ilə işarələmişlər. Bu 20 kök nəslin budaqları isə elmi ədəbiyyatda haplotip adlanmaqdadır və onlar kök nəsilləri işarələyən hərflərin arxasına müxtəlif rəqəm və hərflər artırılmaqla işarələnirlər. Bu minvalla istənilən adam genetik analizlərdən keçərək, özünün 10-15 min il öncəki nəsil ağacını müəyyən edə bilər.

Sevimli oxucularımızda dəqiq təsəvvür yaransın deyə, qeyd etməliyik ki, elmi ədəbiyyatda fərqli məktəblər tərəfindən «DNT geneologiya» və ya «Genetik geneologiya» adlandırılan elm sahəsi əslində geneologiya elminin bir istiqaməti kimi yaranıb. Hazırda onu müstəqil elm sahəsi kimi nəzərdən keçirənlər daha çoxdur. Bu sahə və ya istiqamət ənənvi geneoloji metodlarla yanaşı DNT analizlərinin nəticələrindən istifadə etməklə, insanların və ya insan topluluqlarının qədim əcdadlarını və yaxın qohumlarını müəyyənləşdirməklə məşğuldur. Bu zaman irsiyyəti təmin və təyin edən Y və X xromosomlarının tədqiqinə diqqət yetirilir. Amma ulu əcdadların üzə çıxarılması və nəsil ağacının rekonstruksiyası məqsədilə daha çox Y-xromosomların tədqiqi əsas götürülür. Niyə məhz Y-xromosomlar? Məlum olduğu kimi irsiyyətin müəyyən edilməsinin əsasını təşkil edən və tərkibi dezoksoribonuklein turşusundan (DNT) ibarət olan cinsi xromosomlar iki tipə bölünürlər: Y və X xromosomları. Hər adamda iki xromosom var. Bunlardan biri ona atasından, digəri isə anasından keçir. Qadınlar həm atadan, həm də anadan X – xromosomunu qəbul edir və bu üzdən də onlarda eyni tipli iki X – xromosomu (XX) olur. Kişilər isə analarından X, atalarından isə Y- xromosomunu qəbul edir və iki fərqli tipli xromosoma (XY) sahib olurlar. Y-xromosomu atadan oğula keçdiyi və minillər ərzində dəyişmədiyi üçün nəsil ağacını yalnız onun vasitəsilə izləmək mükündür. X-xromosomu əsasında isə bunu etmək mümkün deyil. Çünki X-xromosomu anadan keçdiyi kimi atadan da keçə bilir və bu zaman qarışıqlıq əmələ gəlir və şəcərə ağacını dəqiq rekonstruksiya etmək mümkün olmur. Bununla belə, ana xromosomlarında olan mitoxondriayalar də qədim əcdadlar haqqında müəyyən məlumat əldə etməyə imkan verir.

Əldə olan məlumatlara görə, monqoıoid irqinə mənsub olan millətlərin böyük əksəriyyəti, o cümlədən Çinlilər, monqollar, eləcə də Türk dillərindən birində danışan qazaxların yarıdan çoxu C haploqrupuna aiddirlər. Fin-uqor dillərində danışan xalqların əksəriyyəti, eləcə də türkdilli yakutları əksəriyyəti, türkdilli çuvaşların 35 faizə yaxını, slavyandilli rusların 13-14 faizi N1 haploqrupunun daşıyıcısıdırlar. Arxeoloq və genetiklərin birgə tədqiqatları nəticəsində məlum olub ki, Avropanın qədim əhalisi G haploqrupuna aid idilər. Eneolit dövründə Adəm övladları içərisində metaldan ilk istifadə etməyi öyrənən, atı əhliləşdirən və təkəri kəşf edərək arabalar düzəldən R1a və R1b nəslinin nümayəndələri Anadoludan Avropaya axın edərək G nəslinin bütün kişilərini məhv etmiş, onların arvad, bacı və qızları ilə evlənərək yeni millətlərin törəməsinə səbəb olmuşlar. Onların nəsilləri ulu babalarının sahib olduqları R1a və R1b genlərini daşısalar da, bu gün də ulu nənələrinin dillərində, yəni hind-Avropa dillərində danışırlar.

Avropada məhvə uğramış G nəslindən xilas olan və qadınlarını da xilas etməyi bacarmış kişilər Qafqaza qaçıb burada doğub-törəmişlər. Onların davamı olan osetinlər Avropanın əski dilini qoruyub saxlaya bilmirşlər. Osetin dili də hind-Avropa dilləri ailəsinə aiddir.

G nəslinin qadınlarını atıb qaçan və Qafqaza sığınan kişiləri burada qafqazlı qızlarla evlənmiş və artıb törəmişlər. Bunlar abxazlar, adıgeylər, kabardin və çərkəzlərdir. Gürcülərin də 30 faizi onların nəslindədir. Onlar da osetinlər kimi G haploqrupuna sahibdirlər, lakin ulu nənənlərinin dillərində, yəni İber-Qafqaz dillərində danışırlar.

Beləliklə, Eneolit dövründə yüzminlərlə insanın ölümü ilə nəticələnən böyük müharibə olmuş və Həzrət Adəmin (ə) oğullarından birinin nəsli (R1a və R1b) başqa oğlunun nəslini (G) məhv etmişlər. Əsas səbəb də ədavətdir. Ədavət tarixən mövcud olmuş bütün qətl və müharibələrin əsas səbəbidir. Təsadüfi deyil ki, Allah-Təala Quranın Əl-İsra surəsinin 53-cü ayəsində belə Peyğəmbərə (ə) belə əmr etmişdir:

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətənşeytan insanın açıq-aydın düşmənidir”.



Eyni surənin 64-cü ayəsində müharibələrin əsil səbəbkarının Şeytan olduğu söylənilməkdədir:

Onlardan gücün çatdığı kimsələri səsinlə (günah)a təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər”.

Beləliklə, İblisin Adəm (ə) oğullarına vurduğu ziyan biz düşünə biləcəyimizdən qat-qat çoxdur və bugünə qədər baş vermiş və verməkdə olan, milyonlarla insanın məhvinə səbəb olmuş və olan bütün qanlı müharibələrin arxasında, əlbəttə ki, Şeytan durmaqdadır. İnsanlar arsında ədavət toxumunu səpən, bir-birinə düşmən edən də odur. Elə bu səbəbdən də bütün peyğəmbərlər ümmətlərini bu barədə xəbərdar etməyi özlərinə borc bilmişlər.

Bütün bu deyilənlər barədə düşünərkən, istər-istəməz, Həzrət Yaqubun (ə) oğlu Yusifə verdiyi nəsihət yada düşür. Bu barədə Qurani-Kərimin Yusif surəsinin 4 və 5-ci ayələrində belə deyilməkdədir:

Bir zaman Yusuf atasına dedi: “Atacan! Mən (yuxuda) on bir ulduz, günəş və ay gördüm. Onların mənə baş əydiyini də gördüm”.




Yüklə 174,87 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin