Bəxtiyar Tuncay İBLİSİn böYÜK ŞƏR İmperiyasi


Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan ər-Rəhmana çox asi oldu



Yüklə 174,87 Kb.
səhifə19/27
tarix10.01.2022
ölçüsü174,87 Kb.
#110603
1   ...   15   16   17   18   19   20   21   22   ...   27
Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan ər-Rəhmana çox asi oldu.

Atacan! Qorxuram ki, ər-Rəhmandan sənə bir əzab toxunsun və beləcə şeytana yoldaş olasan””.

Şübhəsiz ki, Şeytan peyğəmbərləri azdırmaq və onları haqq yoldan döndərmək iqtidarında deyil. Amma təəssüf ki, ümmətlər haqqında bunu demək mümkün deyil. Bu barədə Quranın Ən-Nəhl surəsinin 63-cü ayəsində belə buyurulmaqdadır:



Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Şeytan isə onların əməllərini özlərinə gözəl­ göstərmişdi. (Şeytan), bu gün də onların dostudur. Onlar üçün üzücü bir əzab vardır”.

İbrahim surəsinin 22-ci ayəsindən belə aydın olur ki, Qiyamət günü İblis onlara, yəni öz peyğəmbərinin sözlərinə qulaq verməyən ümmətlərə belə deyəcəkdir:

Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin (vədimə) xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi (azğınlığa) dəvət etdim, siz də (dəvətimi) qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni (Allaha) şərik qoşmağınızı rədd etmişdim”.

Şeytanın toruna düşənlər içərisində israfçıların da xüsusi yeri vardır. Toy və yas məclislərində edilən israfçılığın hamımız dəfələrlə şahidi olmuşuq. Halbuki Allah-Təala öz Kitabında dəfələrlə insanları israfçılıqdan çəkinməyə çağırmışdır. Məsələn, Ən-Nisa surəsinin 6-cı ayəsində belə buyurulur:

Yetimləri yetkinlik yaşına çatana qədər imtahana çəkin. Əgər onların həddi-büluğa çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb (mallarını məndən alacaqlar) deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin...”.

Əl-Ənam surəsinin 141-ci ayəsində belə deyilir:

Talvar üzərində olan və talvarsız (öz gövdəsi üzərində duran) bağları, dadları müxtəlif olan xurma və dənli bitkiləri, bir-birinə bənzəyən və bənzəməyən zeytunu və narı yaradan Odur. Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü zəkatını verin, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir”.



Əl-Əraf surəsinin 31-ci ayəsində buyurulur:

Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir”.

Quranda israfçılar Şeytanın qardaçları adlandırılır:

Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur” (Əl-İsra, 27-ci ayə).

Əl-Həcc surəsinin 53-cü ayəsindən isə belə məlum olur ki, Şeytanın təbliğatına uyanlar içərisində qəlbində xəbislik olan, qəlbi sərt olan zalımlar da əsas yerlərdən birini tutur:



(Allah belə edər ki,) şeytanın gizli təlqinini qəlbində xəstəlik olanlar və qəlbi sərt olan insanlar üçün bır sınaq (vasitəsinə) çevrilsin. Həqiqətən, zalımlar uzaq bir ayrılıq içindədirlər”.

Şeytanla bağlı daha bir ayə Ən-Nur surəsində yer almaqdadır. Söhbət həmin surənin 21-ci ayəsindən gedir. Bu ayənin məzmunu belədir:

Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, (bilsin ki,) o (şeytan) iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah dilədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir”.

Daha iki ayə ilə Əl-Fürqan surəsində üzləşirik. Bunlardan birincisi olan 29-cu ayədə deyilir:

...Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır”.

55-ci ayədə isə Şeytanın bilavasitə adı çəkilməsə də söhbətin ondan getdiyi anlaşılır:



Onlar Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilməyənlərə sitayiş edirlər. Kafir öz Rəbbinə qarşı (şeytana) köməkçidir”.

Növbəti ayələr Əş-Şüara surəsinin 210, 221 və 223-cü ayələridir. Bunlardan birincisində belə deyilir:

(Quranı )şeytanlar endirmədi”.

221-ci ayə sual formasındadır:

Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?”.

223-cü ayə isə bu suala cavab mahiyyəti daşıyır:

(Şeytanlar vəhydən) eşitdiklərini (kahinlərə) təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır!”.

Bir çoxları “kahin” kəlməsinin anlamını doğru bilmədiyi üçün kahinlərin kimlər olduğu barədə bir neçə söz söyləməyimizə ehtiyac var.



Kahin” gələcəkdə baş verəcək hadisələrdən (qeybdən) xəbər verən, falçılıq edən deməkdir. Bu falçılar sadəlövh insanları özlərinə inandırmağa məcbur edirlər, onların pullarını və mallarını haram yolla əllərindən alırlar. Onlar qum üstünədə cizgi çəkməklə, əl içinin xətlərini guya oxumaqla, balıqqulağı, kofe stəkanı ilə, fincan, güzgü və s. üsullarla qeybdən xəbər verdiklərini iddia edirlər.

Avam insanların bəzisi gələcəyini bilmək, nigahda və ticarətdə uğur qazanıb-qazanmayacağını öyrənmək, ulduzlar vasitəsilə gələcəkdən xəbər tutmaq, bəziləri də nə zaman evlənəcəklərini, kimə ərə gedəcəyini, itmiş əşyaları tapmaq və buna oxşar məqsədlərlə kahinlərə müraciət edirlər. Xalq arasında onlara falçı və cadugər də deyilir. Cadugərlərə daha çox kiminsə ailəsini dağıtmaqməqsədilə müraciət edilir. Sanki, bu adamlar oğurlanmış, itmiş şeylərin yerlərini göstərə bilən və digər dərdlərə çarə edən kimsələrdir. Belələri avam insanları aldadaraq Qurani-Kərimi açırlar və itən əşyaların yerlərinin orada yazıldığını “xəbər” verirlər, avam, cahil və nadanlar da onlara inanırlar.

Şübhəsiz ki, özünü Allahın yaxını və qeybi bildiyini kimi bəyan edən kahinlər və digər bənzəri şarlatanlar Allahın yaxını yox, şeytanın dostudurlar. Qeybi bilmək yalnız Allaha xas olan bir xüsusiyyətdir. Bunu Quran bizə belə öyrədir:

Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın” (Əl-Ənam 59).

Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz. Bəyənib seçdiyi Peyğəmbərdən başqa! Allah onların önündə və arxasında gözətçilər qoyar” (Əl-Cinn 26-27).

Beləliklə, kahinlərə inananlar bu ayələrin həqiqiliyini inkar etmiş olur ki, bu da küfrdür. Falçının və ya cadugərin yanına gedən şəxs, onların dediklərinin doğru olduğuna inanarsa, küfr etmiş olar. Əbu Hureyra (r.) rəvayət edir ki, Peyğəmbər (s) buyurdu: “Kim bir kahinin (sehirbazın) yanına gələrək onun dediyini təsdiq edərsə, Muhəmmədə nazil olana küfr etmiş olar” (Əhməd 2/ 408, 429, 476, Əbu Davud 3903, ət-Tirmizi 135, əd-Dərimi 1136).

Şübhəsiz ki, avam, cahil və nadan adamları başa salmaq çox çətindir. Eynən Loğman surəsinin 21-ci ayəsində deyildiyi kimi:

Onlara: “Allahın nazil etdiyinə itaət edin!”– deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!”– deyərlər. Əgər şeytan onları (Cəhənnəm) odunun əzabına doğru sürükləyirsə necə olsun?”.

Allahı buraxıb öz əcdadlarının yolu ilə gedənlər, müxtəlif əşyalara, məsələn, günəşə tapınanlar və s. Şeytanın hökmü altındadırlar və onun ordularına daxildirlər. Belələri haqqında Ən-Nəml surəsinin 24-cü ayəsində belə buyurulmaqdadır:

Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları (haqq) yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər”.

Ayədən göründüyü kimi, bu halda söhbət təkcə ayrı-ayrı insanlardan yox, hətta bütöv tayfalardan gedir. Tarixən böyük-böyük şəhərlərin bütün əhalisinin belə Şeytanın toruna düşdüyü müşahidə edilmişdir. Onların hamısı Allahın qəzəbinə gəlmiş, Allah bu səbəbdən bütöv tayfaları məhv etmişdir. Bu barədə Əl-Ənkəbut surəsinin 38-ci ayəsində deyilənlər ibrətamizdir:

Adı da, Səmudu da (məhv)(etdik). Bu, onların məskənlərindən sizə bəllidir. Şeytan onlara etdikləri əməlləri gözəl göstərib onları haqq yoldan çıxartdı. Halbuki onlar gözüaçıq adamlar idilər”.

Əlbəttə ki, peyğəmbərlərə qulaq asmayanda, əcdadların yanlış yolu ilə gedib, İblisin quluna çevrildikdə sonu belə olur. Allah-Təala bu insanları məhv etməmişdən öncə onları xəbərdar edir və yalnız bundan sonra məhv edir. Belə xəbərdarlıqlardan biri Loğman surəsinin 33-cü ayəsində əksini tapıb:

Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu (fani) dünya sizi çaşdırmasın, hiyləgər (şeytan) da sizi Allahın (əzabından) arxayınlaşdırıb tovlamasın”.



İblisin və bütünlükdə şeytanların tam xarakteristikası haqqında dəqiq məlumata sahib olmaq üçün Qurani-Kərimdə bununla bağlı olan bütün ayələri gözdən keçirməmizə ehtiyac var. Məsələn, Əs-Səba surəsinin 21-ci ayəsindən Allahın nədən Şeytana fürsət verdiyinin səbəbi aydın olur:

Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün (şeytana )belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir”.

Şeytanın xüsusiyyətlərinin təsvirindən söhbət düşmüşkən, Əs-Saffat surəsini 6-10 - cu ayələrinə də xüsusi diqqət yetirmək lazımdır:

Biz dünya səmasını parlaq ulduzlarla bəzədik və (onu) hər bir asi şeytandan mühafizə etdik.



Onlar artıq ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə (yandırıb yaxan alovlar) yağdırılar (və oradan) qovularlar. Onları uzun sürəcək bir əzab gözləyir. 


Yüklə 174,87 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin