İblisin Şər imperiyasının siyasi ayağı
Məlum olduğu kimi, iqtisadiyyat bazis, siyasət isə onun üstqurumudur. Başqa sözlə, siyasət aysberqin su üzündə qalan və gözlə görünən hissəsi, iqtisadi maraqlar isə aysberqin su altında qalan gözdən uzaq hissəsidir.
İblisin Şər imperiyasının siyasi ayağından danışarkən bu siyasəti aşağıdan planlaşdıran 300-lər komitəsinin adını ilk sırada çəkmək lazımdır. “Olimpiyaçılar”, yəni dünya hakimiyyətinin olimpində oturanlar olaraq da bilinən və 300 nəfərdən ibarət olan bu Komitə 1727-ci ildə İngiltərə aristokratiyası tərəfindən qurulduğu söylənilən bir qrupdur. Bildirilənə görə, sayları dəyişməyən Komitə, 3 əsrə yaxındır ki, mərkəzləşdirilmiş qlobal səylər üçün siyasət, ticarət, bank, media və hərb təşkil edən beynəlxalq bir şuradır.
300-lər komitəsi barədə ilk dəfə məlumat verən şəxs alman siyasətçisi Valter Rathenau (Walther Rathenau) olub. O bu barədə 1909-cu ildə “Neue Freie Presse”dəki "Geschäftlicher Nachwuchs" adlı məqaləsində məlumat vermişdir: “Hamısı bir-birini tanıyan üç yüz adam Qitənin iqtisadi taleyini istiqamətləndirir və öz ətraflarından öz ardıcıllarını axtarır”.
Rathenau həmin məqalədə "Üç yüz"ün hamısının yəhudi olmasını iddia etməsə də, 1912-ci ildə Teodor Fritş (Teodor Fritsch) 300-lərin hamısının, istisnasız olaraq, yəhudi olduğunu, onların bütün dünyanı öz hegemonluqlarıaltına aldığını, Rathenaunun da onlardan biri olduğunu dünyaya duyurdu. Bundan sonra yenidən eyni mövzunun üzərinə qayıdan Rathenau 1921-ci ildə bir məktubunda sözügedən üç yüz nəfərin yəhudi olmaqdan daha çox iş dünyasında lider olduqlarını ifadə edərək, konkret söz deməkdən qaçındı.
1922-ci ilin iyununda Rathenau öldürüldükdən sonra qatillərindən biri qətlin əsaslandırılması zamanı Rathenauun "Üç yüz " lərdən biri olduğunu açıq şəkildə bildirmişdir.
Artur Çeper Spridoviç (Artur Cherep-Spiridoviç) yazır ki, qrupa Rotşildlər ailəsi rəhbərlik etməkdədir və o, dünyanın bir çox milli bank təşkilatlarına və kral ailələrinə "Gizli Əl" qismində başçılıq edir.
300-lər haqqında ən ətraflı məlumatlara Böyük Britaniya Xüsusi Xidmətinin keçmiş zabiti Con Koulmanın “Üçyüzlər Komitəsi: Dünya hökumətinin sirləri” adlı kitabında yer ayrılıb. Müəlifin yazdığına görə,"həqiqət ondan ibarətdir ki, biz (İngiltərə) müstəqil ölkə və müstəqil xalq deyilik və heç vaxt da müstəqil olmamışıq, çünki bizi həmişə gözəgörünməz hökumət - Komitet 300 idarə edib".
“Təxribatın miqyası dəhşətə gətirir: dövlət, maliyyə-iqtisadi, təhsil və digər ictimai institutların hamısı ələ keçirilmiş və sərt nəzarət altındadır. Üstəlik, total nəzarət təkcə ictimai miqyasda həyata keçirilməyib, həm də hər bir şəxsin fərdi şüurun nəzarət səviyyəsinə çatdırılıb”.
Con Koulman sözlərinə görə, 300-lər komitəsi dünyanı faktiki olaraq, 1897-ci ildən idarə edir. Onun məqsədi vahid hökumət (Maşiah // Dəccal) tərəfindən yönləndiriləcək və mərkəzi şəhəri Qüds (Yerusəlim) olacaq Tək Dünya Dövləti qurmaq, bütün dünləri birləşdirərək, “vahid din” yaratmaqdır. Bu “dinin” təmsilçiləri artıq 1920-ci ildən etibarən fəaliyyətdədirlər. Onlar “deizm” adlandırdıqları süni ortaq dinin qurulması qarşısında İslamı və müsəlmanları ən böyük maneə kimi görürlər və İslama qarşı savaşı əsas fəaliyyət istiqamətlərindən biri kimi seçmişlər.
Müəllif bildirir ki, 300-lər komitəsinə dünyanın Corc Buş kimi məşhur siyasətçiləri, Avropanın kral ailələri, Rokfellerlər və s. daxildir. 1990-cə illərdə onlar Boris Yeltsinin vasitəsilə Rusiyanı da hökmləri altına almağı bacarmışdılar.
300-lərin öz planlarını həyata keçirmək üçün qurduqları qurumlardan biri “Bilderberq klubu” və ya “Bilderberq qrupu” adı ilə tanınan qurumdur ki, özündə dünyanın ən güclü, planetin ən nüfuzlu və ən zəngin insanlarını, beynəlxalq və regional miqyaslı siyasi, iqtisadi, mədəni dairələrini, özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərini birləşdirir. O, həmin şəxslərin illik qeyri-formal yığıncağı formasında fəaliyyət göstərir.
Mənzil-qərargahı Karneqi Fondunun Nyu-York ofisində yerləşən Klubun ilk toplantısı Amerika xüsusi xidmət orqanlarının himayəsi altında 29 may 1954-cü ildə Niderlandın Osterbek şəhərindəki "Bilderberq" otelində olub. Qrupun adı da buradan qaynaqlanır. Burada Niderlandın kral sarayının dəvətilə 12 ölkədən 70 nəfər iştirak edib. Təsis toplantısının təşkilatçıları arasında Rokfellerlər Fondunun prezidenti Devid Rokfellerin və Karneqi Fondunun prezidenti Cozef Consonun adlarını çəkmək olar. Dəvətlilər arasında digərləri ilə yanaşı, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin, Londonun Kral Beynəlxalq Münasibətlər İnstitutunun, Şröder Bankının rəhbərləri, həmçinin “Nyu-York Tayms”, Vaşinqton Post” kimi mətbuat orqanlarının nüfuzlu təmsilçiləri də olduğu məlumdur. Təşkilatın əsas sahibləri isə Lourens Rokfeller və Ed Rotşild idi. Klub üzvlərini məhz onlar seçirdilər.
Klubun ilk rəhbəri hollandiyalı şahzadə, Niderland kraliçasının həyat yoldaşı Bernard olub. Onun vaxtilə nasist Almaniyasında ali hərbi rütbədə xidmət etmiş olduğu bilinsə də, bu, Bernardın XX əsrin 50-ci illərinin əvvəllərində Rotşildlər ailəsinə məxsus "Royal Dutch Shell" neft korporasiyasının əsas səhmdarına çevrilməsinə mane olmamışdı.
Klubun üzvləri ilk toplantıdan bəri hər dəfə yeni bir yerdə toplaşırlar. Onların tərkibi klubun rəhbər şurası tərəfindən diqqətlə seçilərək müəyyənləşdirilir. İştirakçılar bu konfransın nəticələrindən istifadə edə bilərlər. Lakin onların toplantıdakı çıxışların, iddiaların detallarını açıqlamağa ixtiyarları yoxdur.
Hazırda Bilderberq görüşlərində ildə 130 nəfərdən çox adam, o cümlədən, klubun daimi üzvləri iştirak edir. Onların arasında Rokfeller, Rotşild sülalələrinin nümayəndələri, Avropa ölkələrinin bir sıra sabiq və hazırkı baş nazirləri, xüsusilə Böyük Britaniya, İspaniya, Niderland monarxiyalarının təmsilçiləri, Dünya Bankının keçmiş prezidentləri və meqakorporasiyaların rəhbərləri də var. Tez-tez NATO generalları, ABŞ prezidentləri və dövlət katibləri də görüşə gəlir.
Klubun 60 illik tarixindən artıq bir dövrdə mətbuata klubun iclaslarında nə baş verdiyi, kimin nə danışdığı haqda heç bir məlumat daxil olmayıb. Əgər hansısa jurnalist araşdırmalarının nəticələri mətbuata sizsa, onu heç kəs təsdiq və ya təkzib etməyə tələsmir. Tədqiqatçı, Niderlandın Hərbi Sənədlər İnstitutunun elmi işçisi, Avropa tarixinə dair bir neçə kitabın müəllifi Cerard Aalder bildirir ki, "Bilderberq konfransı ətrafında nə qədər şayiələr dolaşsa da, bir şey dəqiqdir: Bilderberq klubu, ilk növbədə, milyardlarla dollar potensial investisiyadır."
Klubun 2015-ci il 11-14 iyun tarixləri arasında Avstriyanın Tirol əyalətinin Telfs-Buhen qəsəbəsindəki "İnteralpen" otelində keçirimiş toplantısında 22 ölkədən 140-a yaxın adamın iştirak etdiyi mətbuata sızan azsaylı məlumatlardandır.
Təşkilatın yaradılmasından sonra qarşıya qoyulan əsas məqsəd öz mərkəzi bankı, sonradan vahid valyutası olan Avropa superdövlətinin yaradılması və Avroatlantizm prinsiplərinin möhkəmləndirilməsi idi. Son hədəf isə mərkəzi Qüdsdə (Yerusəlimdə) yerləşəcək vahid qlobal hökumətin (Maşiahın // Dəccalın başçılıq etdiyi qlobal dövlətin) yaradılması olaraq müəyyənləşdirilmişdi.
Klubun üç idarə və dairəsinin olduğu bilinməkdədir:
Xarici dairə — kifayət qədər genişdir və klub iştirakçılarının yarıdan çoxu oraya daxildir. Onlar klubun hədəfləri, strategiyanın reallaşdırılması üsulları haqqında o qədər də məlumatlı deyil.
İdarə komitəsi dairəsi — daha qapalı sayılan dairə olub, 35 nəfərdən ibarətdir. Bu dairəyə daxil olan insanlar, demək olar ki, klubun işi və məqsədləri haqda hər şeyi bilirlər.
Məşvərətçi komitə dairəsi — ən kiçik dairədir. Onun, təxminən, 10 üzvü var. Təşkilatda baş verən hər şey haqda məhz həmin insanlar məlumatlıdırlar və qərar qəbul etmək səlahiyyətləri də onlardadır.
Rəhbərləri:
Şahzadə Bernard (1954–1975)
Alek Duqlas-Hom (1977–1980)
Uolter Şel (1981-1985)
Erik Rol (1986–1989)
Peter Karinqton (1990–1998)
Etyen Daviqnon (1999–2011)
Henri de Kastries (2012-ci ildən).
300-lərin öz planlarını həyata keçirmək üçün qurduqları qurumlardan biri də Üçtərəfli Komissiyadır (ÜK). Şimali Amerika, Qərbi Avropa və Asiya (Yaponiya və Güney Koreyanın simasında) ölkələrinin nümayəndərlərindən ibarət olan və beynəlxalq məsələləri müzakirə etmək məqsədilə qurulan ÜK 1973-cü ildə bilavasitə Devid Rokfeller, Henri Kissencer və Zbiqnev Bzejinskinin məsləhəti ilə Bilderberq Klubunun və Beynəlxalq əlaqələr üzrə Şura tərəfindən təsis edilmişdir. Qurum təqribən 300-400 tanınmış biznesmen və siyasətçini əhatə etməkdədir. Əsas hədəflərindən biri sonda Vahid dünya dövlətinin qurulması ilə nəticələnməli olan qlobalist hərəkata dəstək vermək, bu məqsədlə Avro-Atlantik məkanla Sakit Okean bölgəsi arasında inteqrasiyaya nail olmaqdır.
Qurumun biri Vaşinqtonda, ikincisi Parisdə və üçüncüsü Tokioda olmaqla, üş qərargahı vardır. ÜK-nın əsas simaları aşağıdakılardır.
D. Rokfeller – Komissiyanın prezidenti
Z. Bzejinski – Komissiyanın icracı direktoru.
R. P. Boui.
K. Karstens və s.
“Kəllə və sümüklər” (Skull & Bones) təşkilatı 1832-1833 – cü illər arasında ABŞ-ın Yel Unuversitetinin gizli təşkilatı kimi ortaya çıxıb. Onun əsasını Uilyam Rassel və Alfonso Taft qoymuşdular.
Zəngin ailələrin, siyasi elitanın üzvlərini əhatə edən “Kəllə və sümüklər” təşkilatına Bandir, Lordlar, Rokfellerlər, Uitnlər, Felpslər və Buşlar kimi ailələrin daxil olduqları bilinməkdədir.
Təşkilata üzv olduğu dəqiq bilinən şəxslərdən aşağıdakıların adını çəkə bilərik:
Alfonso Taft (1833). ABŞ-ın 31-ci hərbi naziri və 34-cü baş prokuroru. 27-ci ABŞ prezidenti Uilyam Taftın atası.
Riçard Teylor (1845) torpaq sahibi və vətəndaş müharibəsi dövründə general. ABŞ prezidenti Zakari Teylorun oğlu.
Əndrü Dikson Uayt (1853). Diplomat və tarixçisi. Kornell Universitetinin təsisçilərindən və professorlarından biri.
Mozes Koyt Tayle (1857). yazıçı, tarixçi bə ədəbiyyatşünas.
Yevgeniy Şuler (1859). Alim, yazıçı, tərcüməçi, səyyah və diplomat.
Franklin Mak-Vey (1862). ABŞ-ın 45-ci maliyyə naziri.
Uilyam Qrem Samner (1863). Sosioloq, filosof və iqtisadçı. Yel Universitetinin professoru.
Con Uilyam Sterlinq (1864). Korporativ hüquqşünas, yel Universitetini əsas maliyyələşdirənlərdən biri.
Uilson Bizzel (1869). Siyasətçi. ABŞ-ın 36-cı poçt müdiri.
Uilyam Hovard Taft (1878). ABŞ-ın 27-ci prezidenti, 10-cu Ali Məhkəmə sədri.
Henri Uoters Taft (1880). Hüquqşünas, ictimai xadim, ABŞ-ın 27-ci prezidenti. Uilyam Hovard Taftın kiçik qardaşı.
Horasiy Datton Taft (1883). Pedaqoq, ABŞ-ın 27-ci prezidenti. Uilyam Hovard Taftın kiçik qardaşı.
İrvinq Fişer (1888). İqtisadçı.
Henri Lüis Stimson (1888). Dövlət xadimi, Filippinin general-qubernatoru və hərbi naziri, ABŞ-ın dövlət katibi.
Peyn Uitni (1898). İş adamı və filantrop..
Robert Alfonso Taft (1910). Ohayo ştatından seçilmiş senator. ABŞ-ın 27-ci prezidenti. Uilyam Hovard Taftın böyük oğlu.
Avrell Harriman (1913). Sənayeçi, dövlət xadimi və diplomat.
Arçibald Makliş (1915). Şair və yazıçı, diplomat.
Preskott Buş (1917). Bankir, Konnektut ştaından seçilmiş senator, böyük Corc Buşun atası və kiçik Corc Buşun babası.
Robert Lovett (1918). Dövlət xadimi, nazir.
Henri Lüs (1920). Jurnalist və naşir, dünyaca məşhur “Time”, “Fotune”, “Life” kimi jurnalların təsisçisi.
Layman Spitser (1935). Astrofizik.
Potter Stüart (1037). ABŞ Ali Məhkəməsinin üzvü.
Makcorc Bandi (1940). ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri.
Ceyms Uitmor (1944). Aktyor.
Corc Herbert Uoker Buş (1948). ABŞ-ın 41-ci prezidenti.
Uilyam Bakli (1950). Yazıçı və siyasi şərhçi.
Kolduell Esselstin (1956). Həkim, dietoloq, yazıçı və avarlı qayıq üzrə Olimpiya çempionu.
Uilyam Nordhaus (1963). İqtisadçı.
Con Kerri (1966). Massaçutes ştatından senator, ABŞ-ın dövlət katibi.
Corc Uoker Buş (1968). ABŞ-ın 43-cü prezidenti.
Don Şollander (1968). Üzgüçü, 5 dəfə Olimpiya çempionu.
Stiven Şvartsman (1969). Biznemen, investor.
Kristofer Bakli (1975). Yazıçı, satirik.
Robert Kaqan (1980). Siyasətçi, jurnalist.
Stiven Mnuçin (1985). İş adamı, ABŞ-ın maliyyə naziri.
Pol Cmatti (1989). Komediya aktyoru.
Ostan Qulsbi (1991). İqtisadçı, Şikaqo Universitetinin professoru, Ağ evin İqtisadi Şurasının sədri.
Dostları ilə paylaş: |