29.05.2020.
Avropa İttifaqı və Rusiya ABŞ-ın İranda dinc nüvə fəaliyyətilə bağlı yeni qərarını tənqid edib və rəsmi Vaşinqtonu geri addım atmağa çağırıblar.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son mətbuat konfransında ABŞ-ın İranın Buşehr nüvə stansiyası və bu ölkədə dinc nüvə fəaliyyətilə bağlı qərarını tənqid edib.
Mariya Zaxarova ABŞ-ın son atılan addımı ləğv etməyə və nüvə sazişinə qayıtmağa çağırıb.
Eləcə də Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə ali rəsmisi Cozef Borrel ABŞ-ın son addımına görə təəssüf etdiyini bildirib və İranın nüvə proqramı ilə bağlı ən gözəl həlli yolun 2015-ci ildə imzalanan nüvə sazişi olduğunu deyib.
Qeyd edək ki, ABŞ Dövlət Katibliyi iki gün öncə bildirib ki, İranın nüvə fəaliyyətilə bağlı xarici şirkətlərin bu ölkə ilə əməkdaşlığı zəminində “verdiyi güzəştə” son qoyacaqm (Samid B., 2020).
Dostları ilə paylaş: |