Adam başına düşən ÜDM (alıcılıq qabiliyyətinə görə)
71
51
127
93
77
ÜDM-nin (real) artım tempi
15
88
4
5
17
İnsan potensialının inkişaf tempi
73
55
119
89
110
İxracat
18
11
16
1
36
İdxalat
20
17
11
2
34
Ticari balansın nisbəti
187
4
169
1
179
Birbaşa xarici investisiya
11
12
29
5
31
Qızıl-valyuta ehtiyatları
7
3
6
1
33
Xarici borc
28
24
26
23
45
Dövlət borcu
47
122
29
98
88
Elektrik enerjisinin sərfiyyatı
9
4
5
1
14
Mobil telefonların sayı
5
4
2
1
25
İnternet istifadəçilərinin sayı
5
7
4
1
44
Avtomobil istehsalı
6
19
7
1
24
Hərbi xərclər
12
3
10
2
43
Hərbi qüvvələrin sayı
14
5
3
1
59
Dəmiryolu şəbəkəsi
10
3
4
2
12
Avtoyol şəbəkəsi
4
8
3
2
18
BRİCS də eynən ŞƏT kimi dünya miqyasında önəmli gücə çevrilə bilməmiş və hələ də əhəmiyyətsiz bir təşkilat təsiri bağışlamaqdadır.
Beləliklə, ŞƏT və BRİCS kimi təşkilatlarda olmaları Rusiya və Çini bir-birilərinə sıx bağlamaq üçün yetərli deyil və III Dünya müharibəsi başlarsa, Rusiyanın Çinin yolunda özünü qurban verməsi üçün heç bir önəmli səbəb yoxdur. Əlbəttə, əgər ABŞ onları özünə qarşı birləşməyə məcbur etməzsə.
Nəzərə alsaq ki, Rusiya-ABŞ münasibətləri də hamar sayıla bilməz, kimin kimlə kimə qarşı birləşəcəyini indidən söyləmək bir o qədər də asan deyil.
III FƏSİL ABŞ-Rusiya münasibətləri (1991-2000) ABŞ-Rusiya münasibətlərinin siyasi tarixi 1770-ci illərə qədər uzanır. Həmin dövr tarixə bu iki dövlətin o vaxta qədər dünyanın ən böyük dövləti olan Uluq Orda (Turan) dövlətinin ərazilərini işğal etdikləri və böldükləri dövr kimi düşmüşdür. Rusiyaya Turanın Kırımdan Sakit okeana qədər uzanan Avrasiyadakı hissəsi, ABŞ-a isə onun Amerika qitəsində olan hissəsi, o cümlədən Alyaska qismət olmuşdu. ABŞ Rusiyanı, daha doğrusu keçmiş SSRİ-ni 1933-cü ildə rəsmən tanımış və iki ölkə arasında diplomatik əlaqələr XX əsrin 30-cü illərində qurulmuşdur. II Dünya müharibəsində Almaniyaya qarşı müttəfiq olan bu ölkələrin müharibədən sonra öz aralarında soyuq savaş dövrünə qədəm qoyduqları, bu savaşın 1986-cı ilə qədər davam etdiyi bilinməkdədir.
M. Qorbaçov və R. Reyqan 1985-ci ildə SSRİ-nin başına M. Qorbaçovun gəlişi ilə Rusiyanın ABŞ qarşısında bütün mövqelərindən təktərəfli qaydada geri çəkilməsinə başlandı. Qısa bir zamanda SSRİ özünün geosiyasi nüfuzunu itirdi və parçalandı.
Qeyd edək ki, SSRİ-nin çöküşündən sonra Rusiya dünya ictimaiyyəti tərəfindən SSRİ-nin hüququ varisi kimi tanındı və bu varislik ona BMT Təhlükəsizlik Şurasının veto hüququna sahib olan 5 daimi üzvündən biri olmaq imkanı verdi.
Ilk illərdə Rusiyanın xarici siyasəti keçmiş SSRİ-nin Qorbaçov dövründəki siyasətinin davamı idi. Ölkə demokratik dəyərlərə sahib olmaq adına milli mənafelərdən, demək olar ki, tamamilə əl çəkmişdi. Bu siyasətin əsası Rusiyanın ilk prezidenti B. Yeltsin və ilk xarici işlər naziri A. Kozırev tərəfindən qoyulmuşdu. Onlar Rusiyanın siyasətinin əsasında ABŞ ilə hərtərəfli əməkdaşlığın durduğunu və Qərb strukturlarına inteqrasiyanın aparıcı xətt olduğyny bəyan etmişdilər (Гарусова Л. Н., 2004).
1992-ci ildə Rusiyanın ilk prezidenti Boris Yeltsin ABŞ-a səfər etdi və ABŞ-ın o dövrdəki dövlət başçısı ata Corc Buş ilə birlikdə soyuq müharibəyə son qoyduqlarını bəyan etdilər. ABŞ-a özünün 15-19 iyun tarixli ikinci səfəri zamanı konqresmenlər qarşısında çıxış edən Yeltsin bəyan etdi ki, iki ölkə ziddiyyətlərdən əməkdaşlıq dövrünə qədəm qoyurlar. Beləcə ABŞ-la münasibətlər Rusiyanın xarici siyasətinin prioritetinə çevrilmiş oldu (Российско-американские отношения.., 2011). Fəqət NATO-nun 1999-cu ilin mart-iyun aylarında Yuqoslaviya qarşı hərbi əməliyyatlara başlaması, ardınca da NATO-nun Şərqə doğru genişlənmə kursuna start verməsi “əməkdaşlığa” ilk zərbəni vurdu.
B. Yeltsin və C. Buş ABŞ-Rusiya “əməkdaşlığı” ikinci zərbəni 2014-cü ildə Ukrayna hadisələri oynadı. Həmin dövrdə Obama administrasiyası Rusiyaya qarşı “sistematik önləmə” siyasəti yeritməyə başladı, nəticədə Rusiyaya qarşı viza, maliyyə və mülkiyyətlə bağlı sanksiyalar tətbiq edildi.
Boris Yeltsinin ABŞ-a 31 yanvar-1fevral 1992-ci il tarixində ABŞ-a gerçəkləşən birinci səfəri zamanı əsas müzakirə obyekti SSRİ-nin parçalanmasının səbəb və nəticələri olsa da, tərəflərin, SSRİ və ABŞ tərindən kütləvi silahların məhdudlaşdırılması barədə əldə etdikləri razılaşmaya sadiq qalacaqları barədə yekdil olduqlarını dilə gətirdikləri bilinməkdədir (Глебов Г.И., Милаева О.В., 2010).
Yeltsinin ikinci səfəri zamanı iki ölkə arasında əldə edilən razılıqlardan biri diplomatik korpus əməkdaşların sayına heç bir məhdudiyyət qomamaq barədə idi. Nəticədə Amerikanın “Sülh Korpusu” (Peace Corps) nümayəndələri Rusiyaya sərbəst gəlib-getmək və istədikləri qədər qala bilmək imkanı qazandılar. Rusiya Şərqi Sibir səmasını xarici uçuşlar üçün açdı, əvəzində isə ABŞ Rusiyaya 4,5 milyard dollar məbləğində yardım etdi (Российско-американские отношения.., 2011). B. Yeltsin və C. Buş Rusiyanın müdafiə sənayesinin Amerikalıların üzünə açmağa razılıq verdi (Гарусова Л. Н., 2004).
SSRİ-nin çöküşündən sonra ABŞ-ı ən ço narahat edən məsələlərdən biri Ukrayna, Belorus və Qazaxıstana keçmiş SSRİ-dən miras qalan nüvə siahı idi. Fəqət Rusiya ilə razılaşma əldə edilmədən sözügedən respublikalardakı nüvə silahlarının ləğv etmək bir qədər çətin məsələ idi. Fəqət rəsmi Vaşinqton və Moskva bu məsələlədə də çox asanlıqla ümumi dil tapa bildilər (Глебов Г.И., Милаева О.В., 2010). Nətcədə ABŞ, İngiltərə və Rusiya 1994-cü ildə həmin dövlətlərə onların təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunacağı barədə zəmanət vermək qarşılığında nüvəsizləşdirmə barədə memorandum imzaladılar.