B. Yeltsin və B. Klinton 1993-cü ilin 1-2 yanvar tarixində ata Corc Buş Moskvaya səfər etdi və bu səfər zamanı iki ölkənin prezidenti tərəfindən strateji hücum silahlarının məhdudlaşdırılması barədə müqavilə imzalandı. Müqvilədə ballistik raketlərdən istifadənin qadağan oluması müddəası da yer almaqda idi.
Rusiyadakı sosial-iqtisadi böhran və ölkənin nüfuzunun önəmlidərəcədə azalması ona gətirib çıxartdı ki, ABŞ dünyanın təkbaşına liderinə çevrildi. 1993-cü ildə bu ölkədə hakimiyyətə gələn B. Klinton sələfi C. Buşun ABŞ liderliyində təkqütblü dünya düzəninin qurulması kursunu davam etdirməkdə idi. Təbii ki, yeni düzəndə NATO-ya da önəmli rol biçilmişdi. Həmin ilin 3-4 aprel tarixində Vankuverdə ABŞ və Rusiya prezidentlərinin növbəti görüşü keçirildi. B. Klinton Rusiyaya 1,6 milyard dollar həcmində növbəti məqsədyönlü yardım paketini imzaladığını bəyan etdi. Görüşdə Rusiya və ABŞ-ın strateji tərəfdaş olduqlarının bəyan edildiyi Vankuver Bəyannaməsi qəbul edildi, Rusiya-ABŞ İqtisadi Komissiyası yaradıldı (Российско-американские отношения.., 2011).
Beləliklə, 1990-cı illərdən etibarən Rusiyanın könüllü surətdə aktiv xarici siyasətdən imtinası ABŞ-a “demikratiyanın Şərqə doğru genişləndirilməsi”nə və keçmiş Varşava Bloku ölkələrini öz nüfuz dairəsinə daxil etməsi üçün gözəl şərait yaratmaqda idi. 1993-cü ildən etibarən bu konsepsiyanı tədricən həyata keçirməyə başlayan amerikalılar Şərqi Avropa ölkələrinin Qərbi Avropa tərəfindən dəstəklənməsinə, onlara Beynəlxalq Balyuta Fondu və Beynəlxalq Bank tərəfindən kredit tranşlarının açılmasına imkan yaratdılar (Алексей Богатуров, 2007). Yeltsinin yeritdiyi siyasət bunu asanlıqla həyata keçirməyə mane olmadı. Təsadüfi deyil ki, B. Klinton Yeltsini hər cür dəstəkləyirdi. Bu dəstək özünü 1993-cü ilin 9-10 iyul tarixində Tokioda keçirilən G7 zirvəsində Rusiyaya 6 milyard dollar həcmində stabilləşmə dəstəyinin ayrılmasında (Встреча галстуков, 1998; Основополагающий акт, 1997), eləcə də sentyabr-oktyabr aylarında Yeltsinlə Rusiyanın Ali Soveti arasında baş verən və Parlament binasının tanklardan atəşə tutulması ilə nəticələn qarşıdurma zamanı ona dəstək ifadə edilməsində (Осторожно, история, 2011) göstərmişdir.