Bəxtiyar Tuncay III islam gəray xanin ilk dörd yarliğI III islam Gəray Xan


Moskva dövlətinin böyük dukası (knyazı) Aleksey Mixayloviç



Yüklə 405,42 Kb.
səhifə2/2
tarix24.04.2020
ölçüsü405,42 Kb.
#102443
1   2

Moskva dövlətinin böyük dukası (knyazı) Aleksey Mixayloviç
III Islam Gəray Xandan dövrümüzədək 34 yarlıq yetişmişdir. Bunlardan beşi müxtəlif ölkələrin (Reç Pospolita və Polşa) kanslerlərinə, ikisi Reç Pospolita ktalı IV Vladislava, ikisi adı çəkilməyən Polşa kralına, ikisi ataman Pototskiyə, biri Polşa kralı Yan Kazimirə, ikisi Moskva çarı Mixail Fyodroviçə, on altısı isə Romanovlar sülaləsindən ikinci Moskva çarı Aleksey Mixayloviçə ünvanlanmışdır. Bunlardan sonuncuya ünvananlar böyük önəm daşıyır.

I Pyotorun atası olan Aleksey Mixayloviç rus tarixşünaslığında Romanovlar sülaləsindən ikinci Rusya çarı hesab edilir. Lakin yarlıqlardan belə aydın olur ki, o da atası Mixail Fyodroviç kimi “ulu bəy” (böyük knyaz) titulu daşımışdır. Eyni halla Avropa mənbələrində də rastlaşırıq. Həmin mənbələrdə o, “Greet Duke of Moskovie”, yəni “Moskva dövlətinin böyük dukası (knyazı, ulu bəyi)” kimi təqdim edilir. Lakin eyni adamın hakimiyyətinin sonlarına doğru eyni mənbələrdə “Russorum Czar” (Rusiya çarı) ifadəsinə rast gəlirik.



İşin ən maraqlı tərəfi isə budur ki, Aleksey Mixayloviçin özünə “Qərbin və Şərqin padşahı (çarı)” titulunu götürdüyü faktı IV Mühəmməd Gəray Xanın ona göndərdiyi, Hüseyn Fеуzxanovun arxivində “№ 190” şifrəsi altında qorunan 1658-ci il tarixli on birinci yarlığında, eləcə də dəqiq tarixi məlum olmayan və Hüseyn Fеуzxanovun arxivində “№ 324” şifrəsi altında qorunmaqda olan on beşinci yarlığında öz əksini tapmışdır. Həmin yarlıqlardan bu da aydın olur ki, bu hal IV Mühəmməd Gəray Xanı bərk qəzəbləndirmiş və onu Moskva üzərinə hərbi səfərə sövq etmişdi.


Rusiya çarı Aleksey Mixayloviç
Əlbəttə, hərbi səfərin başqa səbəbləri də vardı. Bunlar çarın Uluq Orda (Turan) xanlarına vergi və bac-xərac verməkdən yayınmağa cəhd etməsi, tatar elçisini öldürtməsi, müsəlmanları incitməsi, Quran, məscid və mədrəsələri yandırtması və s. olmuşdur. Bununla belə, o da atası Mixail Fyodroviç kimi, eləcə də ondan sonra çar olan oğulları İohan və I Pyotr kimi tatarlara bac-xərac vermişdir. Bunu həm IV Mühəmməd Gəray Xanın, həm III İslam Gəray Xanın, həm də sonrakı Uluq Orda xanı Adil Gəray Xanın yarlıqları və digər təkzibedilməz sənədlər birmənalı şəkildə sübut edir.

III İslam Gəray Xanın Kişnes kanslerinə göndərdiyi yarlıq (1644-cü il)

III İslam Gəray Xanın Kişneş kanslerinə göndərdiyi tarixi göstərilməyən, fəqət 1644-cü ildə yazıldığı anlaşılan yarlıq Hüseyn Fеуzxanovun arxivində “№ 94” şifrəsi altında qeyddən keçirilib. Bu onun elmə məlum ilk yarlığıdır.



Yarlığın qısa məzmunu:

İslam Gərayın xanlıq taxyına çıxması. Xanın müxtəlif hakimlərə məhəbbətnaməsi. Krala xanın məktubunu aparan çapar Mustafa bəy. Hədiyyə və verginin göndərilmə tələbi. Təəbələr üzərində nəzarətin gücləndirilməsi və haramzadələrin cəzalandırılması.



Yarlığın orijinal mətni:

Hu.

İslam Gəray Xan bin Səlamət Gəray Xan.

Sözümiz.

Qıdvətül-millət əl-Məsihiyə zübdət-i taife əl-İsuyə dostumız Kişnes qansler hüzurına ənva səlamdan soñra ilam yarlığ-i şərif Xani oldur ki, tərəf-i şərifimizdən təfəxxüs və təfaqqüd olunursa, əlhamdülillahŞ əl-Məlikül-mütəal dövlət və səadət ilə Taxt ali-bəxtimizə cülus-u Hümayunımız vaqi olmağlə cümlə dostlarımızı xəbərdar itmək içün mühəbbətnamələr köndərilüb və uluğ qardaşımız qıral dövlət-iştimal tərəfinə dəxi məktübimiz ilə qullarımız Mustafa bəg köndərilmişdir. Vüsulunda siz dostumız dəxi iki yurtnıñ arasıda yaxşılıq və ömür axırğaçə dostluq olmaq içün çalışub, qanun-i qədim olan virgü və hədəyəñüzi köndərüb, dostluqda bir qırar olasız.

Bizüm murad-i Hümayunımız əsləf-i əzəmimizdən ziyadə dostluq itməkdir. İnşəAllah Təala, madam ki, tərəfıñızdən mütad-i qədim olan virgüñüz virilüb, iki yurtnıñ arasında haramzadəlik idənləri zəbt idüb, haqlarından kəlürsüz, mühəssal-i kəlam nəqz-i əhd siziñ tərəfiñizdən olmazsa, bu tərəfdən xilaf sülh-saləh bir iş olmaq ihtimalı yoqdur.

Qardaşımız qıral dövlət-iştimal hüzurına köndərilən mühəbbətnaməmizdə cümlə əhval yazılmışdır. Ol yazılınan cəvablarımıza əməl və itibar idüb, uzun-uzaq dostluq içün iqdam idəsiz.

Baqi vəd-dua ali min etba əl-Xuday.

Bi-məqam Bağçasaray əl-məhrusə.

Xan İslam Gəray bin Səlamət Gəray Xan (Документы Крымского Ханства.., 2017, s. 173).
III İslam Gəray Xanın Mixail Fyodroviçə göndərdiyi yarlıq (1645-ci il)

III İslam Gəray Xanın Mixail Ftodroviçə göndərdiyi1645-ci il tarixli yarlıq Hüseyn Fеуzxanovun arxivində “№ 99” şifrəsi altında qeyddən keçirilib. Bu onun elmə məlum ikinci yarlığıdır.



Yarlığın qısa məzmunu:

Orazmühəmməd və Kurmaşın Kırıma çarın məhəbbəynaməsi və hədiyyələri ilə gəlişi. Elçilərin xan tərəfindən qəbulu. Sipahi Qriqoriy Neronov və katib Nikita Qolovnin qarşısında, Qurana and içməklə kəsilən şərt və şərtnamənin onlara təqdim edilməsi. Mühəmmədşah bəyin xəzinəni (bac-xəracı) qəbul etmək üçün almaşuva (təhvil-təslim yerinə) elçi təyin edilməsi, onun almaşuva ordu, mirzələr, xidmətçilər və ata oğlanlarla birgə göndərilməsi. Xanın çardan xəzinəni əksiksiz ödəməsini istəməsi. Çapar Laçın bəyin Moskvaya göndərilməsi. Ona layiqli hörmətin göstərilməsi barədə xahiş. Xəzinənin və tatar əyanları üçün hədiyyələrin, elə də xanın yaxınları üçün yarlıqaşın (xüsusi hədiyyə növü) göndərilməsinin istənməsi.



Yarlığın orijinal mətni:

İslam Gəray Xan bin Səlamət Gəray Xan.

Sözümiz.

Tañrı Təbarək və Təalâniñ rəhmi və inayəti milən uluğ padişah, xan, həm ulu biy Mixayla Fyödraviç, cümlə Urusnıñ pənahı və köb məmləkətlərniñ də bolsa, padişahı və hükümdarınıñ mühəbbətlik və tatuvlıq milən nədir halıñuz, yaxşımısız-xoşmısız dib, xətriñüz sorğanımızdın ilam inha olınur ki, halyə siz uluğ padişah qardaşımızdın Tügül oğlu Orazmühəmməd və Qurmaş milən yibərgən xəttiñüz və böləkləriñüz min uluğ padişah İslam Gəray Xan, damə ömrühu və dövlətühu həzrətlərigə kəltürüb, ayin-i qədim üzrə mübarək körünüşimizgə alub, mühəbbətlik sözləriñüz yaxşı tiñləb, ömür axırğaçə dost və qardaşlıqda mühkəm bolub, sipahileriñüzdən munda bolğan Grigoriy Nironov və yazıçı Mikita Ğolavnin allında Quran-i Əzim üzərində şərt qılub əhdnamə-i Hümayunımızğa altun baysa taqdırıb, sipahiləriñüzgə berib, uluğ xəzinəmiz alışmaq içün qıdvətül-üməra-i əlkiram öz Hümayunıñuz bolğan Mühəmmədşah biy zidə qadruhunı əskər milən təyin idüb yibərgənmiz.

Taqı özümizniñ qullarımızdın və mirzələrımizdin və ata oğlanlarındın qoşub birgə yibərgənimiz əsən-aman varmaq mısr olduqda öz Hümayunıñuz Mühəmmədşah biygə də bolsa və birgə barğan mirzələrimiz və ata oğlanları və əskər kişilərimizgə de bolsa, yaxşı sıyləb uluğ xəzinəmizni əksiksiz qolına virüb cibərgəy irdiñüz. Halə uluğ xəzinə almaq içün almaşuvğa Mühəmmədşah biy təyin olunğanın bildirmək içün taqı biz uluğ padişah İslam Gəray Xan damə dövlətühu həzrətləri siz qardaşımız uluğ padişah, xan, həm ulu biy Mixayla Fyödraviç, cümlə Urusnıñ pənahı və köb məmləkətlərniñ də bolsa, padişahı və hükümdarı milən ömür axırğaçə dost və qardaş bolğanımız ayta qıdvətül-əmasil vəlaqaran çapqunımız Laçin bəg zidə qadruhunı yoldaşları birlə yibərdik.

Siz uluğ qardaşımız padişah həzrətlərigə yazmaq mısr olduqda adət-i qanun üzrə körünüşiñizgə alub öziyin və birgə barğan yoldaşların yaxşı sıylap padişahanə yarlıqaşıñuznı əksiksiz berürgə buyurğay irdiñiz. Taqı uluğ xəzinəmizni və qolqa böleklerimizni, taqı qarındaşlarımız Qalğa Sultan və Nurəddin Sultan həzrətləriniñ və ğeyri sultanlarnıñdır bolsa və biyimlərimizniñ və iç xalqımıznıñ da bolsa, böləklərin və yaqın kişilərimizgə yarlıqaşıñuz əksiksiz yibərgəy irdiñüz. Öziñüz də bolsañuz, ömür axırğaçə uzun-uzaq dost və qardaş bolğay irdiñüz.

Miñ əlli dört Zilqədə aynıñ ağrasında taxtgâhımız Bağçasarayında.

Xan İslam Gəray bin Səlamət Gəray Xan (Документы Крымского Ханства.., 2017, s. 174-175).
III İslam Gəray Xanın Aleksey Mixailoviçə göndərdiyi şərtnamə yarlığı (1646-cı il)

III İslam Gəray Xanın Aleksey Mixailoviçə göndərdiyi 1646-cı il tarixli yarlıq Hüseyn Fеуzxanovun arxivində “№ 104” şifrəsi altında qeyddən keçirilib. Bu onun elmə məlum üçüncü yarlığıdır.



Yarlığın qısa məzmunu:

“Dostlara dost, düşmənlərə düşmən” prinsipi. Tatar əyanlarının –xanın, kalğanın (vəliəhdin), nurəddinin (ikinci vəliəhdin), sultanların (xanzadələrin), xanın qardaçlarının, oğullarının, kiçik qardaşlarının, qərəçilərin, bəylərin, ağaların, mirzələrin (bəyzadələrin), eləcə də Kırım xalqının, noqayların, Ulus xalqının və Qazi Ulus xalqının çarın torpaqlarına yürüşlər təşkil etməyəcəkləri barədə şərt. Azakın alınmasından sonra sultanın əmri belə olsa, xanlıq tərəfindən Moskvaya ziyan vurulmayacağı barədə şərt. Haramzadələrin cəzalandırılması, əsirlərin və qarət edilmiş malların qarşılığında pul tələb edilmədən qaytarılması şərti.

Xanın ərazilərinə və uluslara yürüş edəcək haramzadələrin çar tərəfindən cəzalandırılması, qarət edilmiş malın pul qarşılığı alınmadan qaytarılması şərti. Elçi və çaparların xanlıq ərazisində sərbəst hərəkəti, günahkarların cəzalandırılması və malların qaytarılması barədə qarşılıqlı şərtləşmə. Çarın elçilərinə hörmətsizlik edilməsi qarşılığında tatar elçilərinə hörmətsizlik ediləcəyi barədə şərt.

Moskvanın hüzuru barədə xanın niyyəti. Bahadır Gəray Xan dövründəki dəftərə uyğun olaraq Xan, kalğa, nurəddin, sultanlar və bəyimlər üçün böləklər (yüngül hədiyyələr), xanın yaxınları üçün yarlıqaş hədiyyələri barədə şərt. Sipahi Aleksey Çubarov və katib İvan Baybakov tərəfindən keçmiş xan Bahadır Gəray Xana çatdırılan böləklər (yüngül hədiyyələr). Sipahi Boris Priklonskiy və Gerasim Lavrov, daha sonra Qriqoriy Neronov və katib Nikita Qolovnin tərəfindən keçmiş xan Mühəmməd Gəray Xana çatdırılan böləklər. İndisə sipahi Timofey Karaulov və katib Qryaznov-Akişevin gətirdikləri böləklər. Bölək və yarlıqaşların dəftərə uyğun şəkildə əksiksiz alınması şərti.



Çarın elçilərinə hörmətsizlik və zülm edilməməsi şərti. Xanın, kalğa və nurəddinin xanlıq adından sipahi Timofey Karaulov və katib Qryaznov-Akişevin qarşısında dostluq barədə şərti.

Yarlığın orijinal mətni:

Şərtnamə xəttiniñ aynıdur.

Tañrı Təbarək və Təalaniñ rəhmi və inayəti birlən Uluğ Orda və Ulu Yurtnıñ və Dəşt-i Qıpçaqnıñ və Təxt-i Qırımnıñ və Tat bilə Tavgaçniñ və Tağ ara Çərkəsniñ uluğ padişahı bolğan ali-həzrət məali-ziynət Xurşid-i tələt ütarid-i fətanət mən Islam Gəray Xan ədəm-Allahu Təala əyyam dövlətühu əli yövmül-Mizan sözümiz oldur kim, qardaşımız uluğ padişah, xan və hem uluğ biy Aliksay Mixaylaviç, cümlə Urusnıñ pənahı və köb məmləkətlərniñ də bolsa, padişahı və hükümdarı birlən mühkəm yaxşı qarındaşlıqda-dostluqda və mühəbbətlikdə bu kündin kün ilkərü oğul-oğulğaçə, ömür axırğaçə bolub, hər yerdə dostlarına dost və düşmənlərinə düşmən bolub və cümlə düşmənlərimiz üzərinə biz iki padişahlar bir bolub turarmız və qaysı biz Xan həzrətlərimizgə dostdır, ol qardaşımız uluğ padişah, xan, həm uluğ biy Aliksay Mixaylaviç cümlə Urusnıñ pənahı və köb məmləkətlərniñ də bolsa, padişahı və hükümdarığa dostdır və qaysı biz İslam Gəray Xan həzrətlərimizgə düşməndir.

Ol qardaşımız uluğ padişah, xan və həm uluğ biy Aliksay Mixaylaviç, cümlə Urusnıñ pənahı və köb məmləkətlərniñ də bolsa, padişahı və hükümdarığa düşməndir və qaysı qardaşımız uluğ padişah, həm uluğ biy Aliksay Mixaylaviç, cümlə Urusnıñ pənahı və köb məmləkətlərniñ də bolsa, padişahı ve hükümdarığa dostdır, ol biz uluğ padişah, xan həzrətlərimizgə dostdır və qaysı qardaşımız uluğ padişah, xan, həm uluğ biy Aliksay Mixaylaviç, cümlə Urusnıñ pənahı və köb məmləkətlerniñ də bolsa, padişahı və hükümdarığa düşməndir, ol biz İslam Gəray Xan həzrətlərimizgə və qardaşlarımız Qalğa Sultan və Nurəddin Sultanlarğa düşməndir.

Bu kündin kün ilkərü mən İslam Gəray Xan və Qalğa və Nurəddin Sultanlar və özgə sultanlar və qardaşlarımız və oğlanlarımız və inilərimiz və qərəçilərimiz və biylərimiz və ağalar və mirzələr və Qırım Yurtımıznıñ cümlə adamlarımız və Noğay mirzələri, Mənsur uruğı və cümlə Ulus xalqı və Qazı Ulus, qaysılar bizniñ əmrimizdədir, mirzələr və cümlə Ulus adamları və bizniñ cümlə Qırım və Noğay xalqımız, Azağılar və Qazı Ulus birlən qardaşımız uluğ padişah, xan həm uluğ biy Aliksay Mixaylaviç, cümlə Urusnıñ pənahı və köb məmləkətlərniñ də bolsa, padişahı və hükümdarı həzrətləriniñ məmləkətinə cavlay barmasğa, qalaların və cümlə yerlərin cavlamasğa, əgər kim bizgə səadətlü Hunkar ali-vaqar həzrətləri Azaq alındığından ötrü qardaşımıznıñ məmləkətinə özlərimizgə cavlay barurğa və yaxud əskər adamlarımıznı köndürürge əmir idər bolsalar və biz Xxan həzrətlərimiz və Qalğa Sultan və Nurəddin Sultanlar da bolsa, səadətlü padişah həzrətlərniñ əmrinçə özümiz Məskva məmləkətinə cavlay barmasğa və əskər kişilerin də hiç kimni yibərməskə və Məskva məmləkətinə hiç türlük yamanlıq hiç nərsə üçün itməskə, əgər kim əskər kişilərimizdən qardaşımız uluğ padişahnıñ adamların cavlasalar, hər qaysı Məskva qalasınıñ bolsa, ol adamlar cavlab bizgə kəlür bolsalar ve bizlər də bolsaq, ol adamlarğa ölüm siyasətin qılurğa və kiltürgən əsirlərin və malların qardaşımızğa xiyanətsiz çinlıq üzerində bu şərtçə culuvsız qaytarub birürgə və əgər kim qardaşımız uluğ padişah, xan, həm uluğ biy Aliksay Mixaylaviç, cümlə Urusnıñ pənahı və köp məmləkətlərniñ də bolsa, padişahı və hükümdarınıñ hisar bikləri və əskər kişiləri və əmrində bolğan xalqı bizniñ vilayətimizə və uluslarımıza bu barışğanımızdın soñra cavlab ol adamlar qardaşımıza barur bolsalar, cümləsin culuvsız qaytarub berürgə, andağ-oq, ol adamlarnı ölüm siyasəti birlən öltürürgə və əgər kim qardaşımız uluğ padişah, xan, həm uluğ biy Aliksay Mixaylaviç, cümlə Urusnıñ pənahı və köb məmləkətlərniñ də bolsa, padişahı və hükümdarınıñ elçi və çapqunları hər nə yergə yibərilgən bolsalar və ya ol məmləkətlərniñ bəzirganları məmləkətimizdin keçib ketər bolsalar və cümlə adamlarımız da bolsa, qardaşımıznıñ elçi və çapqunlarını və bəzirganlarını qaysılar qardaşmızdın və yaxud qardaşımızğa köndərilgən bolsalar, tutqavlıq qılmasqa və talamasğa və anlarnı iki tərəfgə tutqavsız və zərərsiz keçürüb yibərürgə və əgər kim bizniñ adamlarımız qardaşımıznıñ elçi və çapqunların və bəzirganların qaysılar qardaşımızdın hər nə yergə yibərilgən bolsalar və yaxud qardaşımızğa hər qaysı məmləkətdin yibərilgən bolsalar və anlarnı bizniñ adamlarımız tutqavlıq qılıb talar bolsalar və bizlergə kəltürür bolsalar və bizlər də bolsaq ol adamlarğa siyasət qılıb alğan əsirlərin qardaşımızğa culuvsız qaytarub berürgə nitək kim, qardaşımızğa bizlərdin ilçi və çapqunlar yibərilgənde toğru gümrüksiz baradurlar, andağ-oq, qardaşımıznıñ ilçi və çapqunları toğrı gümrüksiz bizgə kilədürlər və əgər kim qardaşımıznıñ ilçi və çapqunlarına bizlərdə sıysızlıq və xorluq bolğuday bolsa və qardaşımız da bolsa, bizlərniñ ilçi və çapqunlarımızğa andağ-oq qılmaq buyururğa nitək kim, bu şərtnamə xəttimizdə yazılğandır və bizlərniñ ol sözümiz özgə bolmasdır və cümləsində mən İslam Gəray Xan ve qardaşlarımız Qalğa Qırım Gəray Sultan və Nuraddin Ğazı Gəray Sultan da bolsa, qardaşımız uluğ padişah, xan, həm uluğ biy Aliksay Mixaylaviç, cümlə Urusnıñ pənahı və köb məmləkətlərniñ də bolsa, padişahı və hükümdarığa və anıñ Məskva məmləkətinə cümlə yaxşılıqnı tilərgə və hiç türlük yamanlıq saqınmasğa və Məskva məmləkətinə özlərimiz cavlay barmasğa və əskər adamılarnı hiç kimni yibərməskə və cümləsin də bu şərtnamə xəttinçə qılurğa nitək kim, andın ötrü bu şərtnamə xəttiniñ balasında yazılğandır və qardaşımız uluğ padişah, xan və həm uluğ biy Aliksay Mixaylaviç, cümlə Urusnıñ pənahı və köb məmləkətlərniñ də bolsa, padişahı və hükümdarı biz İslâm Gəray Xanğa və qardaşımız Qalğa Qırım Gəray Sultanğa və Nuraddin Ğazı Gəray Sultanğa və biyimlərimizgə böləklər və yaqın kişilərimizgə yarlıqaşın Bahadır Gəray Xannıñ dəftəri mücibinçə qayu deftərçə böləklər Bahadır Gəray Xanğa burunğı sipahilər Aleksay Çubarov və yazıçı İvan Baybaqov birlən yibərilgən irdi və andın soñra Mühəmməd Gəray Xanğa sipahiləri Boris Priqlonsqay və yazıcı Ğarasim Lavraf birlən yibərülgən irdi və andın soñra Grigoray Nironav və yazıçı Mikita Ğolovnin birlən və halə sipahiləri Timafiy Qaraulov və yazıçı Girəznoy Akişav birlən yibərilgən irdi, andağ-oq, yibərürgə buyurğay irdi ve biz İslâm Gəray Xan qardaşımız Qalğa Sultan da bolsalar, ol yibərgən böləklərni və yaqın kişilərimizgə padişahanə yarlıqaş qardaşımıznıñ sipahilərindən ol-oq dəftərçə alurğa və andın ziyade və artuğ nərsə sipahilərdin hiç soramasğa və anıñ səbəbli sipahilərigə sıysızlıq və tarlıq və talan hiç türlük yamanlıq qılmasğa və eskəncə birlən erksizlikdə hiç nərsə almasğa və əgər kim qardaşımıznıñ sipahilərinə Qırımda her türlük yamanlıq bolğuday bolsa, qardaşımız uluğ padişah, xan həzrətləri də bolsa, bizlərniñ ilçi və çapqunlarımızğa rəhimsiz andağ-oq, qılmaq buyururğa və cümləsində bən İslam Gəray Xan qardaşımız uluğ padişah, xan, həm uluğ biy Aliksay Mixaylaviç, cümlə Urusnıñ pənahı və köb məmləkətlerniñ də bolsa, padişahı və hükümdarı birlən mühkəm qardaşlıqda-dostluqda və mühəbbətlikdə oğul-oğulğaçə taymay bolduq.

Bu şərtnamə xəttinçə əvəl biz İslâm Gəray Xan və andın soñ qardaşlarımız Qalğa Qırım Gəray Sultan və Nurəddin Ğazi Gəray Sultan bolsa, özlerimiz üçün və özgə sultanlar qarındaşlarımız və inilərimiz və oğlanlarımız üçün və qərəçilərimiz və biylərimiz və ağalarımız və mirzələrimiz və ulunlarımız və cümlə yaqın adamlarımız və Noğay əskərimiz qaysılar bizniñ əmrimizdədir cümləsiyçün padişah həzrətləriniñ sipahiləri Timafiy Qaraulov və yazıçı Giraznoy Akişavnıñ aldında çinliq berib izzət üzərində şərt qılduq kim, bizlər uluğ padişah, xan, həm uluğ biy Aliksay Mixaylaviç, cümlə Urusnıñ pənahı və köb məmləkətlərniñ də bolsa, padişahı və hükümdarı birlən bu şərtnamə xətt mücibinçə dostluqda və mühəbbətlikdə bolurğa və anlarnı cümləsin zəbt və rəbt idərgə və anlarğa ərk berməskə və qardaşımız uluğ padişah, xan, həm uluğ biy Aliksay Mixaylaviç, cümlə Urusnıñ pənahı və köb məmləkətlərniñ də bolsa padişahı və hükümdarı birlən mühkəmləşdüq. Anıñ üzərinə kim, bizlər qardaşımız uluğ padişah, xan, həm uluğ biy Aliksay Mixaylaviç, cümlə Urusnıñ pənahı və köb məmləkətlərniñ də bolsa, padişahı ve hükümdarı birlən mühkəm bek qardaşlıqda və dostlıqda və mühəbbətlikdə özgəliksiz və hiləsiz bu kündin ömür axırğaçə oğul-oğulğaçə bolduq.

Bu şərtnamə xəttimizğə altun paysamızı taqturırğa buyurduq.

Yazıldı taxtgahımız Qırımda, tarix biñ əlli altıda (Документы Крымского Ханства.., 2017, s. 175-178).
III İslam Gəray Xanın Aleksey Mixailoviçə göndərdiyi məhəbbətnamə yarlığı (1646-cı il)

III İslam Gəray Xanın Aleksey Mixailoviçə göndərdiyi 1646-cı il tarixli bu yarlıq Hüseyn Fеуzxanovun arxivində “№ 105” şifrəsi altında qeyddən keçirilib. Bu onun elmə məlum dördüncü yarlığıdır.



Yarlığın qısa məzmunu:

İslam Gərayın taxta çıxışı. Mixail Fyodroviçə əhdnamə. Bahadır Gəray Xanın dəftərinə uyğun olaraq keçən il xəzinənin və hədiyyələrin çatdırılması. Kürk və xəzlərin çatdırılması. Xan və sultanın məmləkətinə ziyan vurulmaması.

İslam Gəray Xanın əhd və şərti. Sipahi Timofey Karaulov və və Qryaznov-Akişev xəzinə (bac-xərac) ilə birlkdə xan divanına gəlmələri. Çarın əyanlara göndərdiyi hədiyyələrin keyfiyyətsiz olması, hədiyyələrdə əskiklik və qüsurlar. Kazakların 8 şayqada sultana məxsus ərazilərə yürüş edərək, Azak qalasına yaxınlaşmaqda olan gəmiyə hücum etmələri. Döyüş, iki şayqanın ələ keçirilməsi, kazakların məğlubiyyəti.

Mixail Fyodroviçin ölümü. Nurəddinin Moskvaya yürüşü və uğurlu yürüş nəticəsində qənimətlərlə geri dönməsi. Taxta yeni padşahın çıxması xəbərini gətirən çar elçilərinin xanın yanına gəlməsi. Xürrəmşah Mirzənin xanın məhəbbətnaməsi ilə çara göndərilməsi. Xanın iki illik xəzinənin (bac-xəracın) göndərilməsi ilə bağlı istəyi.

12 xan ağaları və 6 kalğa ağaları üçün tiyişlər (böyük hədiyyələr). Kalğa Qırım Sultan, Toğa bəyin də daxil olduğu tatar əyanları, qazaqdaş xidmətçilər və əməkdarlar üçün tiyişlər. Moskva elçiləri İvan Fust və başqalarının aldıqları pul borcu və onların verdikləri qəbzlər. Borcların qaytarılmaması və xanın qəzəbi. Xanın keyfiyyətli kürklərin əksiksiz və qüsursuz halda göndərilməsi barədə xahişi və bu barədə xidmətçilərini məlumatlandırması.

Kalğa, nurəddin, sultanlar, ağalar və başqa əyanlar üçün kürklər. İki illik xəzinə. Xürrəmşah Mirzənin geri göndərilməsi barədə istək. Xanın əskərlərini almaşuva göndərmək niyyəti. Tatar əyanlarının Moskva dövlətinin sərhəd bölgələrinə yürüşlərinin yasaq edilməsi barədə xanın öhdəliyi. Günahkarların cəzalandırılması və əsirlərin pul qarşılığı olmadan qaytarılması barədə öhdəlik. Xanın çardan öz adamlarına xan və sultanın torpaqlarına ziyan vurmamaları məqsədilə nəzarət etməsi barədə tələbi.

Çapar Xanqulunun nurəddinin məhəbbətnaməsini aparması. Moskva elçilərinin əsir kazakları çağırtdırması.

Qapı ağası İslam ağa üçün yarlıqaş (xüsusi hədiyyə növü). Keçən il çapar Osman Ulanın Moskvadan qayıdarkən onun el ağası Şaban ağa tərəfindən tutulub Çekov qalasında saxlanılması, onun azad edilməsi istəyi.



Yarlığın orijinal mətni:

İslam Gəray Xan bin Səlamət Gəray Xan.

Sözümiz.

Tañrı Təbarək və Təalaniñ rəhmi və inayəti milən uluğ padişahı, xan, həm ulu biy Aleksay Mixaylaviç, cümlə Urusnıñ pənahı və köb məmləkətlərniñ də bolsa, padişahı və hükümdarığa köpdin köp səlam itib, mühəbbətlik və tatuvlıq milən xətriñüz sorağanımızdan soñra ilâm və inhay Xan-i oldır ki, Allah Təala həzrətləriniñ lütuf və inayəti birlən Təxt-i Cengizi mənim zat-i səadət-alüdəm milən müzəyyin bolub, babamız yurtuna cülus etdigimizdə uluğ babañuz padişah, xan və həm ulu biy Mixayla Fyodoraviç, cümlə Urusnıñ pənahı və köb məmləkətlərniñ də bolsa, padişahı və hükümdarı milən dostluq və qardaşlıq idüb, ömür axırğaçə taymay turmaq içün aədnamə yazub, altun baysa taqdırub yibərdik və mühəbbətnamə xətt-i şərifimizdə ulığ xəzinəmizni taqı böləklərimizni burunğı adət üzrə, mərhum və məğfur ağaçamız Bahadır Gəray Xan cənnət-məkan dəftəri milən ötkən yıl kəldügi üzrə yibərgəy irdiñüz və samur tonların və top samur və zərdəva və ğeyri tonlarnı və şirmahi burunğı adət üzrə yaxşı və islah bolğay irdi və siz qardaşımıznıñ məmləkətiñüz və əskəriñüzdən və əliñiz altında və hükmüñüzdə bolğan xalqıñuzdan bizim vilayətimizə və əzəmətlü və məhəbətlü padişah ali-vüqar damə devletühu əli yövmül-qərar həzrətləriniñ vilayətlərinə dəryadan və qaradan əsla zərər və ziyan bolmağay irdi dib, yazğan irdik.

Bu əhd və şərtimizdə mən uluğ İslam Gəray Xan damə dövlətühu həzrətləri də bolsaq, mühkəm bolub, turğan irdik. Əhd və şərtimiz təğyir bolsa irdi, ol vaxıtlarda sipahiləriñüzdən Timafiy Qaraulav və yazıçı Grəznovin Akişav uluğ xəzinəñüz milən kəlüb, adət və qanundan aşa riayət və hürmətlər milən divan-i Hümayunımızda kəltürüp, qanun-i qədim üzrə barça xəzinə və böləkləriñüz aldımızdan keçməgə buyurdıq. Samur tonlarıñuz və top samur və zərdəva və ğeyri tonlarıñuz aldımızdan ötkərgəndə divanımızda olturğan və turğan xalqımızdan utandıq və hicab çəkdik. Munday qardaşlıq ve dostluqmı bolur dip, barça xalq və ixtiyarlarımız təəcib itdilər: Bu qədər xəzinə və bölək və mübarəkbad tonlar və samurlarnıñ içində özümizgə layıq kibikday bir nəsnə tabılmadı və balıq tişləri bir işkə yaramadı.

Taqı səadətlü qardaşimiz Qalğa sultan həzrətləriniñ xəzinə ve böləkləri və Nurəddin Sultannıñ baçasıda alçaq və nəqs irdi və biyimlərniñ və iç xalqımıznıñ və yaqın bolğan ağalarımız və qullarımıza kəlgən yarlıqaşıñuz da oşlay-oq, alçaq olub, hər kəz munday əsbab kəlgən yoq irdi.

Taqı qardaşımız səadetlü Qalğa Qırım Gəray Sultan həzrətləriniñ burunğı sultanlıq tiyişin alı-qodılar taqı qardaşımız Mühəmməd Gəray Xan zamanında dört ağaları və qardaşımız qalğa sultan həzrətləriniñ iki ağasına çıqan tiyişlərini elçiñüzdən tələb itdigimizdə bizgə əfəndimiz anday tiyişlər bermədi, dəftərimizdə yoqdur dib, cəvab virdi.

Mən İslam Gəray Xan damə dövlətühu həzrətləri də bolsaq, qarındaşımıznıñ xətrin körüb, qıstav və sıysızlıq itdirmədik. Taqı nəhr-i Tandan idi, səkiz şayqa milən Qazaq eşqıyaları dəryaya çıqub səadətlü padişah həzrətləriniñ məmləkətin urub və Azaq qalasına varan iki qadırğasına culqub, köb cənklər olub, iki şayqaları alınub, bu qədər Qazaqları qırılub-bozulıb kidərlər. Ol vaxıtlarda babañuz uluğ padişah, xan, həm uluğ biy Mixayla Fyodraviç, cümlə Urusnıñ pənahı və köp məmləkətlərniñ də bolsa padişahı və hukimdarı darül-fənadan dar-i bəqaya ötüb, bu məqulə işlər səbəbli bir miqdar əskər milən qardaşımız Nurəddin Sultanı vilayətiñüzə cavlay yibərgən irdik. Əlhəmdülilləhi Təala, bu qədar yüz aqlıq və ğənimət milən əskərimiz kəlüb, vilayətimize daxil bolğandan soñra mundan bolğan sipahiləriñüzdən Timafiy Qaraulav və yazıçı Grəznovin Akişan barça yoldaşları milən min uluğ İslam Gəray Xan damə dövlətühu həzrətlərinə bir qaç dəfə baş urub, padişahımız yeñi taxta keçdi, şimdidən soñra yeñidən əhdnamə-i şərif virüb, Quran-ı Əzim üstünə əhd idüb, işbu mühabbətnamə milən çapqun köndərilmək içün ötil qılmağlə altunları məqbul-i Hümayunım bolub şərtnamə-i Hümayun yazdırub və altun baysa taqdırub, bu kündən soñra dost və qardaş bolub, altun baysalu əhnaməmiz qollarına virüb, mühəbbətname xəttimiz milən yurt kişilərimizdən yaqın qulumız Xürəmşah Mirzənı yibərib mühəbbətlik sözümizniñ barçasında ısmar qıldıq. Aytğan sözlərinə inam və itiqad idüb, yaxşı tingləgəy irdiñüz.

Taqı bizüm milən uzun-uzaq, ömür axırğaçə dost və qardaş bolmaq muradıñuz bolsa, iki yıllıq xəzinəmiz tədarik idüb, çıqarub, vadə berüb Xüremşah Mirzə qulumıznı rəvan, təcil qaytarıp yibərgəy irdiñüz.

Taqı özümizniñ yaqın ağalaraımızdan on iki ağamız və səadətlü qardaşımız qalğa Qırım Gəray Sultan həzrətləriniñ altı ağalarına ötkən yıl bolğan və yeñidən dəftərə yazılğan tiyişlərini biqüsur kəlürgə buyurğay irdiñüz. Taqı səadətlü qardaşımız Qırım Gəray Sultan həzrətləriniñ burunğı sultanlıq tiyişin də yibərgəy irdiñüz. Ol səbəbli söz-sav bolmağay irdi.

Taqı Mühəmməd Gəray Xan zamanında çıqan Ramazan ağanıñ və Toğa biyniñ və Qayıt ağanıñ və müfti oğlı Mühəmməd Çələbiniñ və Qalğa sutannıñ iki ağasınıñ tiyişlərin biqüsur yibərgəy irdiñüz.

Taqı bunlardan ğeyri Qazaqdaş və əməkdarlarımızdan yañıdan yigirmi ağamız içün taqı səadətlü qardaşımız qalğa Qırım Gəray Sultan həzrətləriniñ əməkdar ağalarından on ağasıyçün yeñidən padişahanə yarlıqaşıñuz rica olunub. Otuz adam dəftər olunub, köndərilgəndir. Bu otuz qulumıza dəftərlərimizdə yazılduğı üzrə tiyişlər yarlıqab kün ilkəridə bolsa, tutqavsız kəlmək içün xəzinə dəftərlərini yazdırılmağa buyurğay irdiñüz. Dostluq və qardaşlıq içün ötil qılamız.

Taqı mundın burun viləyətimizgə kəlgən ilçiləriñüzden İvan Fus və ğeyrilər vilayətimizdə bolğan bilgənlərdən borca aqçaların alub, qollarına qabalalar virüb, bu zamana degin aqçaları virilməyüb, azim zülm və ğəddar bolğandır. Böylə zülm olmaq padişahlıqa tüş iş tügüldir. Sual və təfahhüs idüb, ol qabalası bolğan adamların aqçaların biqüsur virilməyə buyurğay irdiñüz. Bir bölək füqaranıñ haqları şöylə qalub kitmək rəva və layiqmidir?

Taqı özümizniñ uluğ xəzinə və samur, zərdəva tonlar və bürklik samur və top samurlarımızı və tin və sincab və ğüyri tonlarımızı və şirmahı ötkən yıl kibi alçaq və qısqa və tar və nəqs itməyüb barçasına öziñüz muqayd bolub, xidmətiñüzdə bolğan vükəlañüzə və xəzinəçi qullarıñuza mühkəm tənbih itkəy irdiñüz, bir dəxi alçaq və yaman tonlarnı cibərməgəy irdilər.

Taqı səadətlü qardaşımız Qalğa Qırım Gəray Sultan həzrətlərniñ və biyimlərniñ və iç xalqnıñ və ağalarnıñ tiyişlərin də bolsa, alçaq və yaman bolmayüb, islahın köndərgəy irdiñüz.

Taqı Nurəddin Sultan və ğeyri sultanlarnıñ və xanilərniñ və biyimlərniñ mənsəbli və mənsəbsiz ağalarımıza və qullarımıza bolğan yarlıqaşıñuznı alçaq və nəqs etdirməy, yaxşısın yibərməgə buyurğay irdiñüz. Şimdən soñra artuq söz-sav bolmayub, bu səbəbli elçiləriñüzə sıysızlıq bolmağay irdi. İki padişah və iki yurtnıñ aralıqlarında lazım və layıq olan dostluq və qardaşlıq bolğan soñ ömür axırğaçə dostluq itməkdir. Dostluq və qardaşlıq itmək muradıñuz bolsa, iki yıllıq xəzinəmizni balədə yazılduğı üzrə çıqarıp Xürəmşah Mirzə qulumızı mühəbbətnaməñüz milən rəvan və təcil qaytarub yibərgəysiz. Ol xəbəriñüz və vadəñüzə körə almaşuvğa əskər köndərüb xəzinəmiz aldırırmız. Həmən xəberiñüz baqub turamız. Xəzinəmiz virüb dotumuza dost və düşmənimizə düşmən bolğuday bolsañuz, İnşəAllahu Təala, vilayətiñüzə və sərhəd qalalarıñuza bizzat kəndimiz cavlı barmaszmız.

Taqı səadətlü qardaşımız qalğa Qırım Gəray Sultan həzrətləri də bolsa və Nurəddin Sultan da bolsa və ğeyri sultanlar da bolsa, vilayətiñüzə cavlı barmastur. Taqı Şirin bəgi və mirzələri və Manqıt bəgi və mirzələri və Qazı Ulusı və Mənsur oğulları və təvabiləri və Qırım törələri və barça mirzələri və qapu qullarımızdan vilayət və məmləkətiñüzə bir fərd cavlab barmasturlar. Hər kim qaçup, sərhəd qalalarıñuza və köy və kəntləriñüzə bir zərər və ziyan itkədəy bolsa, İnşəAllah Təala, alınğan əsirləri də culuvsız qaytarup, berüb özlərinə ölüm siyasəti qıyalup, haqqından kəlmək müqərrardır.

Taqı siz ulu padşiah, xan və həm ulu biy Aleksey Mixaylaviç, cümlə Urusnıñ pənahı və köp məmləkətlərniñ de bolsa, padişahı ve hükümdarı da bolsañuz, işbu əhd və qəvl üzrə mühkəm bolub, əliñiz altında bolğan əskər və əşqiyañuzı zəbt idüb, Qırım vilayətinə və səadətlü padişah məmləkətinə zərər və ziyan etdirməgəysiz.

Taqı əhd və qəvlimiz işbu mühəbbətnamə xəttimizniñ balasında yazılğan maddələr milən tamam bolur. Yəmin və əhdimiz munlar miləndir.

Taqı qardaşımız Nurəddin Sultan öziniñ mühəbbətnamə xəttləri milən Xanqulunı yibərgən ikəndirlər. Köp zaman mürur itib, xəbəri də kəlmədi. Alay da bolsa, ol xəttlərində yazub tilək qılğan nərsələrni biqüsur berip, yibərgəy irdiñüz, dostluq və qardaşlıq mühkəm bolurğa iki irdi.

Taqı İvan Fus və ğeyri soñra da kəlgən elçileriñüz qabalalar virüb, aqça aldıqlarından ğeyri kəfil bolub tutsaq, Qazaqlar çıqarıb Məskvağa barğan soñ özləriniñ qəvl itkən aqçaların berməyib, zülm boladı imiş. Anday çıqğan Qazaqlarınıñ aqçasın tamam, nüqsansız alup berirgə hükm qalğay irdiñüz.

Taqı səadətlü qardaşımız Qalğa Qırım Gəray Sultan həzrətləriniñ yaqın və əməkdar qullarından bolup, halə qapu ağası bolğan dəstur-i əkrəm İslam ağa içün yüz som nüqarat hər yıl sayın, yarlıqaşıñuz mundın burunda bolsa, yazılğan irdi. Hələ də bolsa, siz uluğ qarındaşımızdan tilək etəmiz kim, xəzinə dəftərinə yazdırmağa buyurıb, kun ilkəri yarlıqaşıñuz bolğay irdi. Ol səbəbli tilək qılamız kim, İslam ağa özümizgədə və qarındaşımız Qalğa Sultan həzrətlərinə de bolsa, özgə qullarımız kibi tügüldir. Barça qullarımızdan coq qulumızdır. Anlara bolğan yarlqaşıñuzdan köb məhzuz bolurmız.

Taqı ötkən yıl siz qarındaşımıza köndərilgən çapqunımız Osman Ulan öziñüzdən qaytub kəlgəndə öziniñ Məsqva məmləkətiniñ içində yolların adaşdırıb çet kermanlariñuzdan Çekov digən qalañuza kəlüb, ol qalada bolğan voevadañuz Boğdan Veşkov degən adamıñuza yoluğupdır. Köp xorluqlar itib, yol ağaları Şəban ağanı alup, qalubdırlar iki yurtnıñ ortasında. Yürgən adamlarga munday xorluq bolmaq layiqmidir? Munday oxşavsız iş olduğına rizamız yoqdır. ol qulumız Şəban ağanı tapdırıb yibərgəysiz. Ol səbəbli bir söz bolmasun, öziñüz muqayd bolub çapqun qulumuza qoşub yibərgəysiz. Kün ilkəride bolsa, munday oxşavsız işkə riza berməgəysiz və bu namə-i Hümayunımıznı tamam oqudub, yaxşı tiñləb, ömür axırğaçe, oğul-oğulğaçə dost ve qardaş bolğaysız deyü, xətt bitildi, yazıldı taxtgâh-i Qırımda tarix miñ əlli altıda.

Bi-məqam Bağçasaray əl-mahrusə.

Han İslâm Geray bin Selâmet Geray Han (Документы Крымского Ханства.., 2017, s. 178-183).
Qaynaqça
Гайворонский O. Повелители двух материков, том 1, Киев-Бахчисарай, 2007 г.

Документы Крымского Ханства из собрания Хусейна Фейзханова / Составитель, транслитерация: Р. Р. Абдужемилев. Симферополь, 2017. 872 s.
Yüklə 405,42 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin