Bəxtiyar Tuncay Qıpçaq və Qızıl Orda dövrü kurqanları: Genetik analizlər Qızıl Orda əhalisinin genetik yapısı barədə nə deyir?



Yüklə 0,49 Mb.
tarix25.10.2017
ölçüsü0,49 Mb.
#12652
növüYazı

Bəxtiyar Tuncay

Qıpçaq və Qızıl Orda dövrü kurqanları: Genetik analizlər Qızıl Orda əhalisinin genetik yapısı barədə nə deyir?



https://go1.imgsmail.ru/imgpreview?key=33af818257e0faff&mb=imgdb_preview_1289

Çox da böyük olmayan ərazilərdə yerləşən və bir çox hallarda zəngin material verməyən orta əsr türk kurqanlarının bilavasitə hansı boy və ya soya məxsus olduğunu çox vaxt müəyyən etmək çətin olur. Əldə olan yazılı mənbələrin bu barədə yalnız ötəri məlumat verməsi işi daha da çətinləşdirir. Bununla belə, arxeoloqlar IX-XII əsrlərə aid oğuz kurqanlarını, eləcə də bilavasitə oğuz beçeneklərə aid kurqanları ayırmağı bacardıqları kimi, XII-XIII əsrlərə aid qıpçaq dəfn abidələrinin də xarakterik xüsusiyyətlərini müəyyən etməyi, onları oğuz və oğuz-beçenek kurqanlarından fərqləndirməyi bacarmışlar. Lakin qıpçaq kurqanlarını XIII-XIV əsrlərə aid tatar kurqanlarından seçmək bir o qədər də asan deyil. Çünki onlar arasında fərq, demək olar ki, yoxdur.



Qıpçaq kurqanlarının ən çox cəmləşdiyi ərazilərdən biri də Cənubi Ural bölgəsidir. Bu ərazidə erkən tunc dövründən hun dövrünə qədər çox sayda kurqan aşkar edilmişdir. Ərazi oğuz, qıpçaq və tatar kurqanları ilə də zəngindir. Minillər boyu Avrasiyanın müxtəlif Türk boy və soylarının əsas məskunlaşma və miqrasiya zonalarından biri olmuş bu geniş ərazi, xüsusən də şərqdə Yuxarı Toboldan qərbdə Aşağı Urala, cənubda isə Emba çayından şimalda Kama və Ak (Belaya) çaylarına qədər uzanan düzənlik və dağətəyi bölgələr türklərin Avropadan Asiyaya və əksinə əsas miqrasiya düzəngahlarından biri kimi məşhurdur. Köçlər orta əsrlərdə də davam etmişdir və nəticədə bölgədə ayrı-ayrı Türk boy və soylarından yüzlərlə kurqan yadigar qalmışdır. Həmin abidələrin öyrənilməsində V. İvanov, V. Kriger, A. Yaminov kimi rus alimlərinin xidmətləri əvəzsidir.

Volqa-Ural bölgəsinin orta əsrlər tarixinə dair ən əski qaynaq 922-ci ildə Bulqar xanı Almuşun xahişi ilə İslam xəlifəsi Müqtədirin İslam inancını izah və təbliğ etmək üçün Volqa Bulqar dövlətinə göndərdiyi heyətin başçısı İbn Fədlanın verdiyi məlumatlar hesab edilir (Путешествие Ибн Фадлана, 1996).

Burada üzləşdiyi xalqların məişəti, adət ənənələri barədə geniş məlumat verən İbn Fədlan oğuzların dəfn adətini də təsvir etmişdir. Bölgədəki oğuz kurqanlarının müəyyənləşdirilməsində həmin məlumatlar arxeoloqlara çox kömək edir. Oğuz çöllərini gəzə-cəzə İbn Fədlan Şalkar gölü sahillərinə, əsasn beçeneklərin məskun olduğu Cənubi Urala gəlmiş, lakin burada uzun müddət qala bilmədiyi üçün beçeneklər barədə ötəri məlumat verməklə, daha dəqiq desək, onların tünd saçlı olduqlarını və üzlərini tər-təmiz qırxdıqlarını, digər oğuzlardan fərqli olaraq kasıb yaşadıqlarını bildirməklə yetinmişdir. Bununla belə, alimlərin əlində Bizans imperatoru Konstantin Baqryanoqodnı və ərəb coğrafiyaşünası Əl-Məsudinin verdiyi məlumatlar da var və bu məlumatlar sayəsində arxeoloqlar beçenek şəhər və kurqanlarını müəyyən və digər oğuz şəhər və kurqanlarından çətinlik çəkmədən ayırd edə bilirlər (Иванов В. А., 1994).

Qeyd edək ki, qıpçaq ərazilərinin və kurqanlarının müəyyən edilməsində də yazılı mənbələrin rolu az olmayıb. Rus mənbələrində «poloves» adlandırılan qıpçaqlar barədə məlumat verən «Ötən illərin salnaməsi»ndə qıpçaqların (poloveslərin) Kiyev Rus dövlətinə 1055-ci ildə düzənlədikləri hərbi yürüşlər barədə məlumat verməkdədir. Başqa bir əski rus salnamələrinin birində isə deyilir ki, «6569-cu (1061-ci) ilin yayında poloveslər Rus torpaqlaına» hücuma keçdilər.

Cənubi Uralda orta əsrlərə aid Türk kurqanlarının, o cümlədən qıpçaq abidələrinin öyrənilməsinə XIX əsrin 80-ci illərindən başlanmışdır. Lakin ilk tədqiqatlar təsadüfi tapıntılar və plansız qazıntılar şəklində aparılıb. Bu işin əsası F. Nefedorovun 1887-1888-ci illərdə Başqırdıstan və Orenburqda apardığı araşdırmalarla qoyulub və həmin illərdə Ural və İlek çayları arasında, daha dəqiq desək, Ölü Duzlar (Mertvıe Soli), Xan məzarı, Mertevetsovo və s. yerlərdə bir neçə kurqan aşkar edilərək qazılmışdır.

F. Nefedorovun başladığı bu işi davam etdirən B. Qrakov 1926-cı ildə Ural çayının sol sahilində, Xuday-Bergen aulu yaxınlığında XIII-XIV əsrlərə aid daha iki kurqanı qazımışdır. 1927-ci ildə sarmat kurqanlarının tədqiqi ilə məşğul olan B. Qrakov həmin il daha 5 orta əsr kurqanı aşkar etmişdir.



Bənzər hadisə 1958-1962, 1971-1973 və 1070-cu illərdə də təkrarlanmışdır. Bu dəfə yenə də sarmat dövrü kurqanlarının araşdırılması zamanı alimlər XIII-XIV əsrlərə aid daha 30 kurqan üzə çıxarmışlar. Onların elm aləminə tanıdılması M. Moqikova, K. Smirnov və V. Krigerin adları ilə bağlıdır (Иванов В. А., Кригер В. А.,1988).

Orta əsr kurqanlarının sistemli şəkildə öyrənilməsinə XX əsrin 70-ci illərindən start verilmiş və bu işdə Çermasan çayı sahilindəki Cıntaştamak məzarlığında geniş qazıntı işləri aparmış S. Vasyutinin, eləcə də 1973-1974-cü illərdə Orta Ural hövzəsində XII-XIV əsrlərə aid çox sayda kurqan aşkar edərək tədqiq etmiş N. Məcitovun xidmətləri əvəzsizdir. (Мажитов Н. А., 1981).

1979-cu ildə A. Pniçuk İvanovsk IV məzarlığında aşkar edilmiş XII-XIV əsərlərə aid 2, V. Zasedateleva isə Orsk şəhəri yaxınlığında 1 kurqanda qazıntı aparmışlar. Elə həmin il arxeoloqlar, tədqiqatlarına hələ 1958-1962-ci illərdə başlamış daha 6 kurqanda araşdırmaları davam etdirmişlər.

1980-ci ildə SSRİ Elmlər Akademiyasının Başqırdıstan filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunun V. İvanovanın başçılığı altında təşkil ediyi ekspedisiya uzun müddətli araşdırmalardan sonra Sakmar çayının sağ sahilində, Kuvandık şəhərindən 5 km qərb tərəfdə, Tiyavqulov kəndi yaxınlığında əla vəziyyətdə olan qıpçaq kurqanı aşkar etdi (İvanov V. A., Garastovich G. N., 1994, p. 573-589) və həmin dövrdən bu günə qədər sözügedən ərazdə onlarla qıpçaq kurqanı öyrənilmişdir.

XII-XIV əsrlərə aid qıpçaq kurqanları öz yekcinsliyi ilə fəqlənir və oğuz-beçenek dövrü kurqanlarında müşahidə ediləm müxtəliflik bu kurqanlar üçün xarakterik deyil. Burada əvvəlki dövrə aid quş fiqurları kimi xüsusi diqqət çəkən etnoqrafik əlamətlər də müşahidə edilmir.

V. İvanov və V. Kriger sözügedən dövrə aid edilən qıpçaq kurqanlarını xarakterizə adən aşağıdakı əlamətləri diqqətə çatdırmışlar:

1. Üzəngi, qayış, yəhər kimi at nəsnələrinə və ya onların fraqmentlərinə təsadüf edilməsi;

2. Qəbirdə müxtəlif silahların (ox ucluqları, qılınclar, ox qabı, və onun bəzəkləri, xəncərlər, nizə və zirehlər) olması;

3. Skeletlə birlikdə bəzək əşyalarının (sırğa, üzük, muncuq, güzgü və s.) tapılması;

4. Qəbir kamerasında kreslo, bıçaq, qayçı, daraq, qab-qacaq və s. bu kimi əşyalara təsadüf edilməsi;

5. İy ucları, kosmetik əşyalar, dəri çanta qalıqları, tunc zınqırovlar və s. bu kimi əşyaların üzə çıxması (Иванов В. А., Кригер В. А.,1988).

Orta əsr qıpçaq kurqanlarının əsas elementlərindən biri də balballardır. Qıpçaq balbalları hazırlanma texnologiyası baxımından yekcinsdirlər və onlar üçün sifətin, əllərin, eləcə də bel səviyyəsində təsvir edilən əllərdən birində tutulmuş əşyaların qabardılması xarakterikdir. Kişi heykəllərində bığ, qadın heykəllərində isə döşlər xüsusi nəzərə çarpdırılır. Qadın heykəllərinin əlində, bir qayda olaraq, su qabı olur. Bu heykəllər S. Pletnyovanın «Daş poloves heykəlləri» adlı əsərində təsvir etdiyi balbal və ya daşbabaların eynisidir (Плетнева С. Д., 1974).

Cənubi Uraldan aşkar edilmiş qıpçaq kurqanlarının daha bir xarakterik xüsusiyyəti onların inşasında istifadə edilmiş kərpiclərdə damğalara təsadüf edilməsir. Məsələn Karaul-Tübe I məzarlığında tədqiq edilmiş məzarların çoxunun girişi bu tip düzbucaqlı formalı damğalı kərpiclərdən hörülmüşdür(Иванов В. А., Кригер В. А.,1988).

Q. Fedorov-Davıdov qıpçaq kurqanlarından tapılan əşyaların statistik analizini vermiş (Федоров-Давыдов Г. А., 1966), onun bu analizini əsas götürən V. İvanov və V. Kriger qıpçaq məzarlarını 3 xronoloji dövrə bölmüşlər:

1. Tatarlara (onlar «monqol yazmışlar) qədərki dövr (XII əsr və XIII əsrin əvvəlləri);

2. Qızıl Orda dövrü kurqanları (XIII əsrdən XIV əsrin ilk rübünə qədər davam edən zaman kəsiyi);

3. Qızıl Orda dövrü müsəlman məzarları.

Eyni müəlliflər qıpçaq kurqanlarının 4 qrupa ayırmışlar:

  1. Volqaboyu Bıkovsk qrupu;

  2. Volqa boyu Tsarevsk qrupu;

  3. Cənub Qərbi Ural qrupu;

  4. Cənub-Şərqi Ural qrupu (Иванов В. А., Кригер В. А.,1988).

Alimlərin yazdığına görə, bu qruplar qıpçaq cəmiyyətindəki soy fərqlərinin etnoqrafik özəlliklərini əks etdirir. Məsələn, Cənub-Şərqi Ural qrupu üçün kurqan örtüklərinin daşdan, Cənub Qərbi Ural qrupu üçünsə torpaqdan qurulması xarakterikdir. Volqaboyu Bıkovsk qrupu ilə Volqa boyu Tsarevsk qrupu arsındakı fərq isə atın fərqli formalarda dəfni ilə əlaqədardır (Иванов В. А., Кригер В. А.,1988). Lakin A. Yaminov özünün «Cənubi Uralın Qızıl Orda dövrü əhalisi içərisində oğuz-beçenek izləri» kitabında daş və torpaq tökməli kurqan örtüklərinin ayrı-ayrı qıpçaq soylarının fərqləndirici xüsusiyyəti kimi göstərilməsinə qarşı çıxaraq, bu halda eyni dövrə aid oğuz-beçenek kurqanlarının qıpçaq kurqanları kimi qələmə verildiyini bildirir (Руденко С. И., 1998).

Mövzumuz baxımından Çingiz xan və Qızıl Orda dövrünə aid kurqanlar daha böyük maraq doğurur. Həmin dövrə aid çox sayda kurqan aşkar və tədqiq edilmişdir. Hazırda onlara Avrasiyanın, demək olar ki, hər tərəfində rast gəlinir. Lakin bu abidələrin içərisində, bircə dənə də olsun, «monqol məzarı» adlandıra biləcəyimiz məzara rast gəlinməyib. Tapılan dəfn abidələrinin hamısı əvvəki dövrlərə aid oğuz və qıpçaq kurqanlarından heç nə ilə fərqlənməyən Türk kurqanlarıdır.

Bu mövzuya həsr edilmiş çox sayda elmi-tədqiqat əsəri yazılıb. Bu baxımdan R. Kuzeyev (Кузеев, 1992, 1994), N. Məcitov (Мажитов, 1993; Мажитов, Султанова, 1994), R. Faxrutdinov (Фахрутдинов, 1993), A. Xalikov (Халиков, 1992, 1994), V. İvanov (Иванов В., 1994), İ. İzmaylov (Измайлов, 1993, 1996), E. Kulpin (Кульпин, 1995) və V. Pantin (Пантин, 1995) kimi alimlərin əsərlərini xüsusi qeyd etmək lazımdır. Onları digər tədqiqatçılardan fərqləndirən əsas cəhət bölgədəki etnik proseslərin öyrənilməsinə sırf arxeoloji faktların işığında yanaşmaları və məsələni bu aspektdən dəyərləndirməyə çalışmalarıdır.

Bu sırada Qızıl Orda dövrü abidələrinin sistemləşdirilməsi və müəyyənləşdirilməsi istiqamətində ilk cığırı atanlardan biri olmuş Q. Fyodorov-Davıdovun (Федоров-Давыдов, 1966) adını ilk yerdə çəkmək lazımdır.

Məhz bu alimlərin səyi nəticəsində Qızıl Orda dövrünün kurqan abidələri arxeoloji baxımdan çox yüksək səviyyədə sənədləşdirilmişdir. Məlum olmuşdur ki, orta əsrlərə aid kurqan abidələrinin təqribən 80 faizi məhz həmin dövrə aiddir (Иванов В. А., 1993, с. 95). V. İvanov və A. Yaminovun hesablamalarına görə, təkcə Volqa-Ural bölgəsində Qızıl Orda dövrə aid edilən 227 kurqan və onlardakı 246 məzar aşkar edilərək qazılmışdır (Иванов, Яминов, 1993, с. 155). Bununla belə, hələ də Qızıl Orda əhalisinin etnik tərkibi haqqında mübahisələr səngimək bilmir. Bunun da əsas səbəbi tədqiq edilmiş məzarlar içərisində «monqol məzarları»nın olmamasıdır.

Avrasiya ərazisində «monqollar»ın arxeoloji izinə rast gəlinməməsi ərazidə, nəyin bahasına olsursa-olsun, «monqol izi» axtaran alimləri çıxılmaz vəziyyətə salmış və nəticədə müxtəlif fərziyyələr ortaya atılmışdır. Bu tip fərziyyələrdən biri K. Salnikova məxsusdur. O 1952-ci ildə Cənubi Uralda apardığı geniş tədqiqatlardan sonra yazmışdır: «…Köçəri tatar-monqollar çox qısa bir zamanda qıpçaqlarla qarışaraq öz dillərini qeyb etmişlər. Qıpçaqların danışmaqda olduqları Türk dili Qızıl Orda əhalisinin böyük əksəriyyətinin dilinə çevrildi. Qızıl Orda dövrünün sıravi vətəndaşları Cənubi Uralda özlərindən sonra daşdan qurulmuş 2.5 m uzunluğunda və 1.5 m enində məzar-meydança formalı tarixi abidələr qoyub getmişlər. Bu tip abidələr Orta Uralda, Orsk və Maqnitoqorsk arasındakı bir neçə məntəqədə tədqiq edilmişdir… Qızıl Orda dövrünə aid sıravi qəbirlərdən tapılmış əşyalar qıpçaq dövrü məzarlarından tapılmış əşyalarla, demək olar ki, tam eynidir. Deməli, arxeoloji materialların da təsdiq etdiyi kimi, Qızıl Orda dövründə Cənubi Ural çöllərinin əhalisi bu bölgəyə tatar-monqol işğalçıları gəlməmişdən öncə orada köçəri həyat tərzi sürmüş eyni tayfalardan ibarət olub».

V. Moqilnikov da Qızıl Orda dövründə tədqiq edilən ərazilərin əhalisinin etnik tərkibində və onların dəfn adətlərində heç bir əhəmiyyətli dəyişikliyin baş vermədiyini etiraf edərək yazır ki, həmin dövrün abidələri əvvəlki dövrün abidələrindən heç nə ilə fərqlənmir. O da həmkarı kimi bu halı guya «monqollar»ın çox qısa bir zamanda «türkləşməsi» ilə əlaqələndirir (Могильников, 1981, с.193).

XX əsrin 80-ci illərində Qızıl Orda dövrü dəfn abidələrinin etnik mənsubiyyəti məsələsi N. Məcitov, R. Kuzeyev, V. İvanov və V. Kriqer arsında ciddi diskussiyalar mövzusuna çevrilmişdi. Həmin illərdə tədqiqatçılara həmin dövrə aid sadəcə 56 kurqan məlum idi. Onlardan 44-nün qıpçaq abidəsi olduğu barədə alimlər arasında qətiyyən fikir ayrılığı yox idi. Mübahisələr yerdə qalan 12 abidə ətrafında aparılırdı. N. Məcitov bu abidələri Türk soylarından başqırd-berkutlara aid edirdi. V. İvanov və V. Kriqer isə bu abidələrdən daha 9-nun sırf qıpçaq abidəsi olduğu fikrində idilər (Иванов В. А., Кригер В. А.,1988). Tərəflərdən heç biri bu abidələri «monqollar»a aid etmirdi. Söhbət onların sadəcə hansı Türk boy və ya soyuna aidliyi barədə aparılırdı.

Əgər K. Salnikov və V. Moqinikov haqlıdırlarsa və gerçəkdədn də «monqollar» çox qısa bir zamanda «türkləşmiş» və ölülərini türklər kimi kurqanlarda və ya kurqan tipli abidələrdə dəfn etməyə başlamışdılarsa, o zaman eləmə məlum 227 kurqanın 246 məzarından əldə edilmiş skeletlərin, heç olmasa, birində «monqol» geni tapılmalıdı idi. Həmin abidələrdən əldə edilmiş skeletlərdən heç olmasa bircəciyi monqoloid irqə mənsub olmalı idi. Lakin genetik analizlərin və antropoloji tədqiqatların nəticəsi tədqiq edilmiş sümüklərin hamısının birmənalı və istisnasız şəkildə türklərə, daha dəqiq desək, tatarlara aid olduğunu sübut edir (Думин С. В., Волков В. Г., Сабитов Ж. М., 2016, с. 309-325; Панкратов В. С., Кушнеревич Е. И., Давыденко О. Г.,  2014, с. 94-100; Pankratov V., Litvinov S., Kassian A., Shulhin D., Tchebotarev L., Yunusbayev B., Möls M., Sahakyan H., Yepiskoposyan L., Rootsi S., Metspalu E., Golubenko M., Ekomasova N., Akhatova F., Khusnutdinova E., Heyer E., Endicott P., Derenko M., Malyarchuk B., Metspalu M., Davydenko O., Villems R., Kushniarevich A., 2016; Тюрин А. М., 2010; Sabitov Zh., Baimukhanov N., 2014).
Qaynaqça


  1. İvanov V. A., Garastovich G. N. The results of the Statistical Analyses of Funeral Rites of Nomads in the «Greet Steppe Belt in the 10th-11th Centuries and their Ethnic İnterpretation // The arceology of the Steppes: metods and strategies. Napoli, 1994, p. 573-589.

  2. Pankratov V., Litvinov S., Kassian A., Shulhin D., Tchebotarev L., Yunusbayev B., Möls M., Sahakyan H., Yepiskoposyan L., Rootsi S., Metspalu E., Golubenko M., Ekomasova N., Akhatova F., Khusnutdinova E., Heyer E., Endicott P., Derenko M., Malyarchuk B., Metspalu M., Davydenko O., Villems R., Kushniarevich A. East Eurasian ancestry in the middle of Europe: genetic footprints of Steppe nomads in the genomes of Belarusian Lipka Tatars. Sci Rep. 2016 Jul 25.

  3. Sabitov Zh., Baimukhanov N. The Niruns and the Subclade С2а3-F4002 (the starcluster) // The Russian Journal of Genetic Genealogy (Русская версия) Т. 6, №2, 2014

(https://www.researchgate.net/publication/271138659_The_Niruns_and_the_Subclade_S2a3-F4002_the_starcluster).
The Russian Journal of Genetic Genealogy (

Русская


версия

):


Том

6

, №



2

20

1



4

год


ISSN: 1920-2997 http://ru.rjgg.org © Все права защищены
The Russian Journal of Genetic Genealogy (

Русская


версия

):


Том

6

, №



2

20

1



4

год


ISSN: 1920-2997 http://ru.rjgg.org © Все права защищены

  1. Думин С. В., Волков В.Г., Сабитов Ж. М. Этногенетические связи литовских татар: Исторические корни литовско-татарского дворянства // Золотоордынская цвилизация. № 9, 2016, с. 309-325.

  2. Иванов В. Три стадии кочевания в истории средневековых племен Урало-Волжских степей. // Новое в средневековой археологии Евразии. Самара, 1993, с. 95-101.

  3. Иванов В. А. Откуда ты, мой предок? (Взгляд археолога на древнею историю Южного Урала). ТОО «Грань» - УНЦ РАН СПб, 1994.

  4. Иванов В. А., Кригер В. А. Курганы кыпчакской времени на Южном Урале (ХII-ХIV вв.). М.: Наука,1988.

  5. Иванов В. А., Яминов А. Ф. Погребальный обряд золотоордынского времени в Южном Приуралье (сравнительно-типологическая характеристика). // Кочевники Урало-Казахстанских степей. Екатеринбург, 1993, с.154-161.

  6. Измайлов И. Л. Некоторые аспекты становления и развития этнического самосознания населения Золотой Орды в XIII-XV вв. // Из истории Золотой Орды. Казань, 1993, с.17-32.

  7. Измайлов И. Мозаика из осколков истории. // “Татарстан”, 1996, N12, с.68-82.

  8. Кузеев Р.Г. Народы Среднего Поволжья и Южного Урала. Этногенетический взгляд на историю. М.: Наука, 1992, 346 с.

  9. Кузеев, 1994 - Кузеев Р.Г. Кыпчакско-золотоордынский компонент в составе тюркских народов лесостепной Евразии. // Этнологические исследования в Башкортостане. Уфа, 1994, с.43-61.

  10. Мажитов Н. А. Курганы Южного Урала VIII-XIV вв. M., Наука, 1981. 164 с.

  11. Мажитов Н. А. К изучению истории и культуры Урала золотоордынского времени. // Россия и Восток: проблемы взаимодействия. Тезисы докладов и сообщений. Уфа, 1993, с.98-100.

  12. Мажитов Н., Султанова А. История Башкортостана с древнейших времен до XVI в. Уфа: Китап, 1994, 360 с.

  13. Могильников В. А. Тюрки. Памятники кочевников Сибири и Средней Азии XIII-XIV вв. // Степи Евразии в эпоху средневековья. М.: Наука, 1981, с. 29-42, 194-199.

  14. Кульпин Э. С. Взлет и падение Золотой Орды. Социоестественная гипотеза. // Генетические коды цивилизаций. Материалы Третьей научной конференции «Человек и природа - проблемы социоестественной истории» (сентябрь 1994, г.Феодосия, Республика Крым). М.: «Московский лицей», с.55-73.

  15. Пантин В. И. Тюрки Поволжья и становление российского суперэтноса (XIII-XVI вв.). // Генетические коды цивилизаций. Материалы Третьей научной конференции “Человек и природа - проблемы социоестественной истории” (сентябрь 1994, г.Феодосия, Республика Крым). М.: “Московский лицей”, 1995, с. 47- 54.

  16. Панкратов В. С., Кушнеревич Е. И., Давыденко О. Г. Полиморфизм маркеров У-хромосомы в популяции белорусских татар // Доклады Национальной Академии Наук Белорусии.   2014. Т. 58. № 1, с. 94-100.

  17. Плетнева С. Д. Половецкие изваяния САИ. 1974.

  18. Путешествие Ибн Фадлана на Волгу. Пер. под ред. И. Ю. Крачковского // На стыке континентов и цивилизаций... (из опыта образований и распада империй X-XVI вв.). М.: ИНСАН, 1996.

  19. Руденко С. И. Башкиры. Уфа: Гилем, 1998.

  20. Тюрин А.М. Имеются ли генетические следы монгольских завоеваний 13 века? // Сборник статаей по новой хронологии. Вып. № 10 «Популяционные реконструкции»», 24 мая 2010 г. (http://new.chronologia.org/volume10/turin_mongoly.php).

  21. Фахрутдинов Р. Г. Золотая Орда и ее роль в истории татарского народа. // Из истории Золотой Орды. Казань, 1993, с. 5-17.

  22. Федоров-Давыдов Г. А. Кочевники Восточной Европы под властью золотоордынских ханов. М.: Наука, 1966.

  23. Федоров-Давыдов Г. А. Золотоордынские города Поволжья. М.: Изд. МГУ, 1994, 232 с.

  24. Халиков А.Х. Булгар, Казань, татары Поволжья и Приуралья в истории России. 500 русских фамилий булгаро-татарского происхождения. Казань: “Казань”, 1992, 192 с.

  25. Халиков А.Х. Монголы, татары, Золотая Орда и Булгария. Казань: «Фэн», 1994, 164 с.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin