Bəxtiyar Tuncay toxtamiş xanin polşa krali və BÖYÜk litva knyazi yaqayloya göNDƏRDİYİ TÜrkcə yarliq giriş

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 142.81 Kb.
tarix16.12.2018
ölçüsü142.81 Kb.

Bəxtiyar Tuncay

TOXTAMIŞ XANIN POLŞA KRALI VƏ BÖYÜK LİTVA KNYAZI YAQAYLOYA GÖNDƏRDİYİ TÜRKCƏ YARLIQ



Giriş

Çingizoğulları dövrünə aid türkcə yarlıqlar (fərmanlar)

ðšð°ñ€ñ‚ð¸ð½ðºð¸ ð¿ð¾ ð·ð°ð¿ñ€ð¾ññƒ ð¯ñ€ð»ñ‹ðº ñ…ð°ð½ð° ð¢ð¾ñ…ñ‚ð°ð¼ñ‹ñˆð°

Əski Türk kəlməsi olan "yarlıq" termini bugünkü türkcəmizdəki "yazılı xan fərmanı" kimi anlaşıla bilər. Bu kəlmə Türk dilindən ərəb, fars, suryani, erməni (Григорьев В. В., 1842, s. 16-17), rus, monqol və s. dillərə də keçmişdir. Monqollarda bu kəlmə "carlıq" formasında, böyüklərin kiçiklərə buyuruqları anlamında, Əski rus mətnlərində isə "yarlık" şəklində və "xan və ya sultan fərmanı" anlamında işlənir (Срезневский И. И., 2003).

Əski cağatay mətnlərində "yarlıq" kəlməsi ilə eyni kökdən olan "yarlımaq" (danışmaq, əmr etmək, buyurmaq) felinə də rast gəlinməkdədir. Çağdaş rus dilində həmin kəlmə mənasını bir qədər dəyişərək "etiket", "işarə" anlamlarında işlənir. (Григорьев В. В., 1842, s. 16-17).

Yarlıqlar məzmun baxımından əsasən iki cür olurdu. Bunların bir qismi cari siyasi, sosial, inzibati və iqtisadi məsələlərin həlli ilə bağlı buyruqlardan ibarət idi. Digər yarlıqlar isə "yasa" (qanun) hökmündə idi. Türk Törəsinin əsasını da ən qədim dövrlərdən İslamın qəbuluna kimi sürən minilliklər ərzində müxtəlif xanlar tərəfindən verilən, sonrakı xanlar tərəfindən yenisi ilə əvəz edilməyən və ya edilən bu kimi yasalar təşkil edirdi.

Cari siyasi, sosial, inzibati və iqtisadi məsələlərin həlli ilə bağlı buyruqlardan ibarət yarlıqları 3 qismə ayırmaq olar.

Birinci qismə vergi və inzibati xarakterli məsələlərlə bağlı hökmləri əhatə edən tərxan yarlıqları aiddir.

İkinci qismə hərbi xidmətlətə görə torpaq sahəsinin ayrılması, müxtəlif şəxslərin müxtəlif vəzifələrə təyin edilməsi, diplomat və tacirlərə toxunulmazlıq elan edilməsi, onlara müxtəlif mülklərin icarəyə verilməsi kimi süyurqal yarlıqları daxildir.

Üçüncü qismə müxtəlif dövlətlərlə saziş və müqavilələr, eləcə də vassal dövlətlərəin hökmdarlarına buyuruqlar aiddir (Григорьев А. П., 1978, c. 71; Усманов М. А., 1979, s . 243–244).


ðšð°ñ€ñ‚ð¸ð½ðºð¸ ð¿ð¾ ð·ð°ð¿ñ€ð¾ññƒ ð¯ñ€ð»ñ‹ðº ñ…ð°ð½ð° ð¢ð¾ñ…ñ‚ð°ð¼ñ‹ñˆð°
Göyük Xanın Roma Papası IV İnnokentiyə göndərdiyi yarlıq
Yasalara gəlincə, onların heç birinin orijinal mətni dövrümüzədək qorunub saxlanılmamışdır. Bununla belə, onlardan bəzisinin məzmunu barədə orta əsr mənbələrindən, eləcə də həmin yarlıqlara istinad edən digər xan yarlıqlarından məlumat əldə etmək mümkündür. Əksər hallarda bu və ya digər xanın yasası barədə qısa xatırlatmaya rast gəlinir (Juvaini Ata-Malik, 1997. s. 121–122, 145, 255–258, 480, 508–509, 551, 605–606; Рашид ад-Дин, 1960, s. 34, 37, 66, 142, 195).

Bəzi mənbələrdə isə onların tam məzmunu verilir. Bu baxımdan XIV əsrin böyük Azərbaycan tarixçisi Rəşidəddinin fars dilində qələmə aldığı “Cəmi ət-Təvarix” adlı əsərini qeyd etmək lazımdır. Həmin əsərdə Hülakülər sülaləsindən olan Azərbaycan hökmdarı Qazan xannın (XIII-XIV əsrlər) 7 yarlığının tam mətni fars dilinə tərcümədə təqdim edilir (Рашид ад-Дин, 1946, s. 275–282).

Söhbət orijinalları dövrümüzədək yetişməmiş yarlıqlardan gedərkən, deyilənlərə başqa bir Azərbaycan səlnaməçisinin – XIV əsrdə yaşamış Mühəmməd ibn Hinduşah Naxçivaninin “Dəstur əl-Kitab” adlı əsərini də xüsusi qeyd etmək lazımdır. Onun kitabında Cəlarilər sülaləsindən olan Azərbaycan hökmdarlarının müxtəlif şəxslərin müxtəlif vəzifələrə təyin edilməsi barədə yarlıqları barədə maraqlı məlumatlara rast gəlmək mümkündür (Мухаммад ибн Хиндушах Нахчивани, 1964; 1971).

Orijinalları əldə olmayan, fəqət haqlarında müxtəlif rus salnamələrindən müəyyən məlumata sahib olduğumuz yarlıqlar içərisində müxtəlif rus knyazlarının bu vəzifəyə təyin edilməsi və ya yeni xanın taxta çıxması barədə sənədləri də xüsusi qeyd etmək lazımdır. Sözügedən salnamələr sözügedən yarlıqların tarixini tam dəqiqliklə müəyyənləşdirməyə imkan verir (Ипатьевская летопись, 2001, s. 550; Московский летописный свод конца XV в., 2000, s. 213, 48, 259, 339; Приселков М. Д., 2002, s. 351, 378, 380, 454; Рогожский летописец, 2000, s. 71, 72, 75, 85, 86; Тверская летопись, 2000, s. 427, 430, 447, 453, 460; Типографская летопись, 2001. s. 165, 170).

Bəzi yarlıqların tam mətni dövrümüzədək latın və italyan dillərinə tərcümədə yetişmişdir. Bunlar Altın Orda xanlarının və bəylərinin Venesiya (10 sənəd) və Genuya (2 sənəd) respublikaları ilə razılaşmaları əks etdirən sənədlərdir (Григорьев А. П., Григорьев В. П., 2002; Вашари И., 2001, s. 193-206).

Çingizoğulları dövrünə aid əldə olan yarlıqlar bir qayda olaraq 1,5 m. uzunluğa, 20 sm. Enə sahib olan kağızlarda qara mürəkkəblə xaqaniyyə (uyğur) türkcəsində yazılar, yazının xüsusi önəm daşıyan hissələri bəzi hallarda qırmızı və ya qızıl rəngində olardı. Onlar mütləq göndərildiyi məmləkətin xalqının dilinə də tərcümə edilər və tərcüməsi ilə birlikdə göndərilərdi. Yarlıqların yerli dillərə tərcümə edilməsi o dövrdə həmin dillərin də, o cümlədən Azərbaycan türkcəsinin də uyğur türkcəsi ilə yanaşı dövlət dili statusunda olduğunu təsdiq edir. Yəni Çingizoğulları, o cümlədən Hülakülər yerli xalqların dillərinə hörmətlə yanaşardılar.

İslamdan sonra yarlıqlar ərəb qrafikası ilə, yenə də türkcə yazılırdı. Hərçənd ki, bəzi xanlar əski qaydaya uyğun olaraq, uyğur yazısından da istifadə edilmişlər. Bu baxımdan Toxtamışın Polşa kralı Yaqayloya göndərdiyi yarlıq deyilənlərə ən gözəl sübutdur.

Belə hesab edilir ki, bu adəti Çingiz Xan özündən öncəki uyğur xanlardan əxz etmiş və sonrakı Çingizoğlları da buna eyni qaydaya əməl etmişlər. Bunu dövrümüzədək ulaşan, X-XI əsrlərə aid olan uyğur yarlıqları sübut edir (Почекаев Р. Ю., 2009, s. 62).

Hazırda dünyanın İstanbul, Kiyev, Budapeşt, Moskva, Sankt-Peterburq, Kazan və s. Kimi şəhərlərinin muzey və arxivlərində onlarala yarlıq və ya onların tərcümə mətnləri qorunmaqdadır. Onların önəmli hissəsi Altın Orda xanlarına, başqa sözlə XIII-XV əsrlərə aid sənədlərdir. Bunların bir qismi müxtəlif dövrlərdə tədqiq edilmiş, bir qismi isə bu və ya digər səbəbdən tədqiqata cəlb edilməmişdir. Tədqiqata cəlb edilmiş yarlıqlar aşağıdakılardır:

Menqu-Teymurun mitroplolit Kirillə göndərdiyi yarlıq (1267-ci il).

Özbək Xanın Pyotra göndərdiyi yarlıq (1313-cü il).

Özbək Xanın Azov dənizində ticarətlə məşğul olan Venesiya tacirlərinə ünvanlanmış yarlığı (1332-ci il).

Canıbıyin Azov dənizində ticarətlə məşğul olan Venesiya tacirlərinə ünvanlanmış yarlığı (1342-ci il).

Canıbıyin Azov dənizində ticarətlə məşğul olan Venesiya tacirlərinə ünvanlanmış yarlığı (1347-ci il).

Berdibəyin mitropolit Alekseyə göndərdiyi yarlıq (1357-ci il).

Berdibəyin Azov dənizində ticarətlə məşğul olan Venesiya tacirlərinə ünvanlanmış yarlığı (1358-ci il).

Berdibəyin Krım xanı Qutluq Teymura göndərdiyi yarlıq (1358-ci il).

Mühəmməd Büləkin mitropolit Mixayıla ünvanladığı yarlıq (1379-cu il).

Toxtamışın Bəy Hacıya göndərdiyi yarlıq (1381-ci il).

Toxtamışın Polşa kralı və Litva knyazı Yaqayloya göndərdiyi yarlıq (1393-cü il).

Teynur-Qutluğun Mühəmmədə göndərdiyi yarlıq (1398-ci il).

Uluq Mühəmmədin Tuğlu Bəyə və Xızıra göndərdiyi yarlıq (1420-ci il).

Əhmədin Osmanlı sultanı II Mühəmmədə (Mehmetə) göndərdiyi yarlıq (1476-cı il).

Əhmədin böyük knyaz III İvana göndərdiyi yarlıq (1476-cı il).

Mürtəzanın böyük knyaz III İvana göndərdiyi yarlıq (1486-cı il).

Bütün bu deyilənlərdən başqa, elm aləmində Altın Orda və Krım xanların məktubları barədə də müəyyən məlumatlar bulunmaqdadır ki, onlardan aşağıdakılarının adını çəkə bilərik:

Uluq Mühəmməd Xanın Osmanlı sultanı II Murada məktubu (1428-ci il).

Mahmud Xanın Osmanlı sultanı II Mühəmmədə (Mehmedə) məktubu (1466-cı il).

Əhməd Xanın Osmanlı sultanı II Mühəmmədə (Mehmetə) məktubu (1477-ci il).

Mürtəza Xanın Nur Dövlət Xana məktubu (1486-cı il).

Səid İbrahimin knyaz III İvana məktubu (1489-cu il).

Səid İbrahimin knyaz III İvana məktubu (1439-cü il) və s.

Bu və digər sənədlərin öyrənilməsinə hələ XIX əsrdə başlanmış və bu sahədə ilk addımı A. M. Kovalevski və Mirzə Kazım bəy atmışlar. Onlar Toxtamış xanın Polşa kralı və Litva knyazı Yaqayloya (1392-1393-cü illər) yarlığını araşdırmış, yarlığın uyğur dilində, yəni xaqaniyyə türkcəsində, uyğur əlifbası ilə yazıldığını, bu dilin Çingizoğullarının hakim olduqları bütün ərazilərdə, yəni Çindən Mərkəzi Avropaya qədər olan geniş ərazidə dövlət dili rolunu oynadığını təsbit etmişlər (Ярлык хана.., 1850; Григорьев В. В., Березин И.Н., 1842-1852).

Altın Orda dövrünə aid sənədlərin öyrənilməsində İ. D. Belyayaev (Беляев И. Д., 1850) və İ. N. Berezinin (Березин И. Н., 1850; 2011) xidmətləri az olmayıb. Lakin bunlardan İ. D. Belyayaevin araşdırmasının dərin olmadığı, üstəlik də bu sənədlərdən birinin, daha dəqiq desək, Özbək Xanın Pyotra göndərdiyi yarlığın (1313-cü il) sonradan saxta olduğunun anlaşıldığı bildirilir (Почекаев Р. Ю., 2004, s. 136).

İ. N. Berezinə gəlincə, o, Toxtamışın Polşa kralı və Litva knyazı Yaqayloya (1392-1393-cü illər), eləcə də Teymur Qutluq və Səadət Gəraya göndərdiyi yarlıqlarını araşdırmışdır ki, onun tədqiqat əsəri bu gün də öz dəyərini itirməmişdir.

XX əsrin 20-ci illərində sözügedən mövzuya F. Petrun (Петрунь Ф., 1928), 30-cu illərində A. Nasonov (Насонов А. Н., 2002), 50-ci illərində Q. Vernadskiy (Вернадский Г. В., 1999; 2000), 90-cı illərində K. Solovyov (Соловьев К. А., 1999) toxunmuşlar. Onlar xan yarlıqlarının daha çox Altın Orda ilə digər dövlətlərin münasibətləri kontekstindən incələmişlər.



Bu sırada Topqapı Saray Muzeyinin arxivində qorunub saxlanılan, Altın Orda, Kazan, Kırım və Türküstan xanlarına aid olan sənədlər barədə geniş məlumat verən A. N. Kurat (Kurat A. N., 1940, 1972), M. Özyetgin A. (Melek Özyetgin A., 1996), Altın Orda xanlarının məktublarından söz açan T. Sultanov (Султанов Т. И., 1978), Əhməd Xanın Sultan II Mühəmmədə (Mehmedə) göndərdiyi məktubu incələyən İ. Zaytsev (Зайцев И. В., 1999), eləcə də xan yarlıqlarını sırf hüquqi aspektdən ələ alan R. Poçkayev (Почекаев Р. Ю., 2004; 2009) və s. kimi tədqiqatçıların adlarını da xüsusi vurğulamaq lazımdır.

Toxtamış Xanın Polşa kralı və Böyük Litva knyazı Yaqayloya göndərdiyi yarlığın (1393-cü il) ilk tədqiqatçıları
ðšð°ñ€ñ‚ð¸ð½ðºð¸ ð¿ð¾ ð·ð°ð¿ñ€ð¾ññƒ ð¯ñ€ð»ñ‹ðº ñ…ð°ð½ð° ð—ð¾ð»ð¾ñ‚ð¾ð¹ ð¢ð¾ñ…ñ‚ð°ð¼ñ‹ñˆð°
Altın Orda xanı Toxtamışın Polşa kralı Yaqayloya göndərdiyi yarlıq Polşanın qədim sənədlərin qorunduğu Baş Arxivində, 5612 nömrəli şifrə altında qorunmaqdadır. Bundan öncə isə sözügedən yarlıq Polşa Kral Arxivində saxlanılırdı. XIX əsrin əvvəllərində həmin sənədi üzə çıxaran Naruşeviç soyadlı polyak alimi onun surətini çıxarmış və Rusiya Xarici İşlər Nazirliyinin Baş Arxivinə göndərmişdi. 1834-cü ildə həmin sənəd Kazan Universitetinin üzvü K. Obolenskinin diqqətini çəkir. O da sələfi kimi yarlığın dəqiq surətini çıxararaq tədqiq edilməsi üçün Kazan Universitetinin professorları A. Kovalevskiy və Mirzə Kazım bəyə göndərir (Ярлык хана.., 1850).




Toxtamış xanın yarlığının Mirzə Kazım bəy tərəfindən ərəb əlifbası ilə tərtib edilmiş transkripsiyası
K. Obolenskinin yazdığına görə, tədqiqatlar sənədin uyğur əlifbası ilə “tatar” (türk - B.T.) dilində olduğunu üzə çıxardı. Məlum oldu ki, yarlıq uyğur əlifbası ilə yazılmış olsa da çox səliqəsiz icra edilmişdi və elə bu da onu Teymur Qutluq və Arqun Xanın daha öncədən məlum olan və eyni əlifba ilə yazılmış olan yarlıqlarından fərqləndirməkdə idi. Mirzə Kazım bəy yazını ərəb əlifbasına keçirərək, onun transkripsiyasını tərtib etdi və oxudu. Məlum oldu ki, sənəd hicri 795-ci ilin Rəcəb ayının 8-də, başqa sözlə, 1393-cü ilin 20 may tarixində qələmə alınmışdır (Березин И. Н., 1850, s. 6-7).




Toxtamış xanın yarlığının D. Banzarov tərəfindən monqol hərflərinə çevrilərək transkripsiyası tərtib edilmiş şəkli (Monqol əlifbası XVI əsrdə uyğur əlifbası əsasında yaradılsa da, ondan bir sıra əlamətlərinə görə fərqlənir)
Mirzə Kazım bəyin oxunuşu ilə razılaşmayan İ. Berezin mətnin monqol dilində olduğunu zənn edərək tərcümə prosesinə monqol alimi D. Banzarovu dəvət etdi. Lakin onlar da sonda mətnin məhz uyğur əlifbası ilə türkcə yazıldığı qənaətinə gəldilər. Alimlər öncə mətni monqol və ərəb əlifbasına keçirərək, onun transkripsiyasını tərtib etdilər. Onların tərtib etdikləri transkripsiya Mirzə Kazım bəyin transkripsiyası ilə müəyyən fərqlərə sahibdir (Березин И. Н., 1850, s. 8).

Toxtamış xanın yarlığının İ. Berezin tərəfindən ərəb əlifbası ilə tərtib edilmiş transkripsiyası
Bu gün elmi ədəbiyyatda qəbul edilmiş tərcümə kimi İ. Berezinin tərcüməsi əsas götürülür. Bu tərcümə elə Toxtamış Xanın zamanında sözügedən orijinal mətnin Polşada keçərli olan əski slavyan dilinə tərcümə edilmiş mətni ilə üst-üstə düşür. Daha dəqiq desək, türk mətninin anlamlandırılmasında yarlığın əski slavyanca tərtib edilmiş tərcüməsi əhəmiyyətli rol oynamışdır.

Eyni mövzuya XIX əsrin 80-ci illərində tanınmış türkoloq V. V. Radlov da müraciət etmiş və o da öz tərcümə variantını təqdim etmişdir (Радлов В. В., 1888, s.1-17).



Toxtamış Xanın Yaqyloya göndərdiyi yarlığın qısa təsviri
Toxtamışın uyğur əlifbası ilə türkcə (xaqaniyyə türkcəsi ilə) qələmə alınmış olan yarlığının orijinalı iki xüsusi hamarlanmış vərəqdə yazılmışdır. Bunlardan birincisinin uzunluğu 40 sm, ikincisininki isə təqribən 42,22 sm-dir. Hər iki vərəqin eni təqribən 17 sm-dir. Yazı hər iki vərəqin sadəcə bir üzünə həkk edilmiş, vərəqin digər üzləri təmiz saxlanmışdır. Sətirlərin sayı birinci vərəqdə 13, ikincisində isə 12 olmaqla üst-üstə 25-dir.

Birinci səhifənin başında, sağ tərəfdə yer alan “Toğtamış” və sözüm” kəlmələri, eləcə də ikinci vərəqin birinci sətri qızıl rəngli hərflərlə yazılmışdır. 6-cı sətirdə yer alan “biz” sözü də eyni qaydada işlənmişdir.

Birinci səhifənin sağ tərəfinə, 1 və 5-ci sətirlər arasında, 2, 3 və 4-cü sətirlərə paralel olan boş sahəyə üzərində ərəb kufi xətti ilə aşağıdakı kəlmələrin yer aldığı dördkünc möhür vurulub və buradakı yazı da qızıl rəngli hərflərlə yazılıb. Möhürün ortasında ərəbcə bu sözlər yazılıb:

Əl-Sultan əl-Adil Toğtamış (Ədalətli Sultan Toxtamış)

Bu kəlməni əhatə edən haşiyədə isə ərəbcə aşağıdakı sözlər qeyd edilib:

Bismillah əl-Rəhman əl-Rəhim la ilahə illəllah (Rəhman və Rəhim olan Allahın adı ilə. Yoxdur başqa ilah (tanrı).

Allah. Mühəmməd rəsululllah (Allah. Məhəmməd Allahın elçisidir).

https://scontent.fgyd5-1.fna.fbcdn.net/v/t1.15752-9/44502119_246466926226313_8706858642772590592_n.jpg?_nc_cat=102&_nc_ht=scontent.fgyd5-1.fna&oh=78f3eb4d52906187615758272293c6c1&oe=5c3c1163

Toxtamış Xanın şəxsi tamğası
Birinci vərəqin arxa tərəfində XVII və ya XVIII əsrdə, yəni çox-çox sonralar latın dilində edilmiş bir qeyd var: İmp. Tartarorum non recognita (Березин И. Н., 1850, s. 12).

Bu qeyddən belə məlum olur ki, Avropada XVIII əsrə qədər Çingizoğullarının hakim olduqları böyük dövlət “Tartariya” (Tatarıstan) adı ilə tanınmış, onun hökmdarları, o cümlədən Toxtamış Xan isə imperator kimi qəbul edilmişdir.


Toxtamış Xanın yarlığında işlədilmiş kəlmələrin çağdaş Azərbaycan türkcəsinə tərcüməsi və izahları
Yarlıqdakı ilk kəlmələr bunlardır:

Toğtamış söz-üm (“Toxtamış xanın sözüdür” və ya “Mənim – Toxtamışın sözümdür” kimi anlaşılmalıdır).

Yağaylo-ğa (Yaqayloya).

İ. Berezin və D. Banzarovun transkripsiyasına əsasən, Polşa kralının adı yönlük halda, yönlük hal şəkilçisi -ğa // -qa ilə birlikdə işlənib. M. Kazım bəy isə şəkilçini yanlış olaraq, “ğan” // “xan” kimi oxuyub. Nəticədə sözügedən kəlməni ərəb hərfləri ilə “Yağaylo xan” kimi yazıb.



Uluğ (ulu).

Urun-ğa (“urun” // “oran” əski Türk dillərində “məkan”, “yer”, “məqam”, “mənsəb” anlamında işlənib. Burada kəlmənin -ğa // -qa yönlük hal şəkilçisi ilə birlikdə yazıldığını görürük. Əski türkcədə bu şəkilçi bəzən yerlik hal şəkilçisi kimi də çıxış edib. Bu üzdən də “urunğa” kəlməsini “makana” və ya “məkanda” kimi tərcümə etmək olar). İ. Berezin və D. Banzarovdan fərqli olaraq, Mirə Kazım bəy bu ifadəni “ordağa” (ordaya // yurda və ya ordada // yurdda) kimi oxumuşdur. Kəlmənin məhz “urunğa” kimi oxunmalı olduğunu bu sözə eyni forma və mənada Arqun Xanın yarlığında da rast gəlinməsi təsdiq edir.

Ultur-ğan (oturan, oturmuş, əyləşmiş). Bu kəlməni İ. Berezin və M. Kazım bəy eyni cür oxumuşlar.

Yrqay-in (cərgənin, sıranın, məqamın). Bu kəlmə Teymur Qutluğ Xanın tərxan yarlıqlarında “cirqayin” şəklindədir. Burada təəccüblü bir şey yoxdur. Türk dillərində y-c-j səsdəyişməsinə tez-tez rast gəlinir. Məsələn, bizim “yol” və “yolldaş” kimi tələffüz etdiyimiz və yazdığımız kəlmələri qırğız və qazax türkləri “col”, “coldaş”, “jol”, joldaş kimi tələffüz edib yazırlar.

Anqla-tu (“anla” // “anlamaq” kökündən yaranmış sözdür). Burada iki hərflə “nq” kimi yazdığımız səs əslində burunda deyilən sonor “n” səsidir. Həmin səs bugünkü ədəbi Azərbaycan türkcəsində olmasa da, bəzi dialektlərimizdə (Şəmkir, Tovuz, Qazax, Göyçə və s.), eləcə də bir çox Türk ləhcə və şivəsində işlənməkdədir. Qafqaz albanlarının türkcəsində də olub və ayrıca hərflə ifadə edilib. Klassik Azərbaycan şerində sıx-sıx rat gəlinən bu səs ərəb əlifbasındakı səğir nun hərfi ilə yazılır.

“Anqlatu” ifadəsinə Teymur Qutluq Xanın yarlığında “anqlata” formasında rast gəlinir. Bu kəlməni “anlatma”, “bildiriş”, “məlumat” kimi anlamaq lazımdır.



Qutlu Buğa (şəxs adıdır). Bu adın birinci hissəsinə “Qutluq” formasında da rast gəlinir. Onu məhz bu formada Teymur Qutluğun adında da görürük.

Əsən (şəxs adıdır). Bu ada alban məlik - bəyi (knyazı) Əsən Cəlalın (yanlış olaraq “Həsən Cəlal” kimi yazılır) adında da rast gəlməkdəyik.

Baş-lı (başlı). Menqli Girey Xanın Sigizmunda göndərdiyi yarlıqda bu kəlmə “başlıq” şəklində yazılıb və eyni anlamda işlədilib. Onu cümlədə işləndiyi yerə görə “başçısı olan”, “başında duran” kimi şərh etmək və özündən əvvəlki “Qutlu Buğa” və “Əsən” şəxs adları ilə birlikdə nəzərdən keçirmək (Qutlu Buğa, Əsən başlı), “Qutlu Buğanın və Əsənin başçılıq etdiyi” və ya “başında Qutlu Buğa və Əsənin durduğu” kimi oxumaq lazımdır.

İlçi-lər (elçilər).

İytuk irdi (ilətilidi, göndərildi).

Sən (sən). II şəxsin tək halında işlənən şəxs əvəzliyi.

Dağı (Azərbaycan klassik ədəbiyyatında “dəxi” kimi işlədilən kəlmə). Çağdaş Azərbaycan türkcəsindəki “da” // “də” ədatına uyğundur.

Keleçinq-ni (“Gəlmək” felindən yaranmış isimdir. İsmin təsirlik halında işlənib. “Gəlməli olanlarını” kimi anlamaq lazımdır.

Biz-gə (bizə). I şəxsin cəm halında olan şəxs əvəzliyinin yönlük halında işlənmiş şəklidir.

İytinq irdi (göndərdin, ilətdin).

Burunğu yıl (keçən il, əvvəlki il, ötən il). Mirzə Kazım bəy buradakı “burunğu” kəlməsini yanlış olaraq “əvvəlkindən öncəki”, ümumilikdə ifadəni isə “iki il öncə” kimi tərcümə edib. V. Radlovun tərcüməsində isə ümumiyyətlə “üç il öncə” yazılıb. Halbuki Mahmud Kaşğalının “Divan”ında həmin söz “keçən”, “ötən”, “əvvəlki” anlamlarında təqdim edilməkdədir. İ. Berezin də eyni cür düşünüb və haqlı olaraq, “burunğu yıl” söz birləşməsini “keçən il” kimi çevirib.

Bekbulat (şəxs adı). Bizdəki Bəypolad adına uyğundur. Burada adı çəkilən Bekbulat Toxtamışa qarşı çıxış edən bəylərdən biri olub.

Xoca Medinq (şəxs adı). Buradakı “Xoca” kəlməsi ərəbcədən türkcəyə keçmiş titul bildirən sözdür.

Baş-lı bir neçə uqlanq-lar ( başçılıq etdiyi oğlanlar). İfadəni, əvvəlki şəxs adları ilə birlikdə ələ alsaq, “Bekbulat və Xoca Medinqin başçılıq etdiyi bir neçə oğlan” kimi anlamamız lazımdır. “uqlanq” (oğlan) kəlməsi xaqaniyyə türkcəsində “əyalət başçısı” mənasında işlənib və titul bildirib. Çingizoğulları dövrünə aid sənədlərdə bu sözə “uqlanq”, “oqlanq” formalarında rast gəlinməkdədir.

Bekqiş (şəxs adıdır).

Turduçağ Berdi (şəxs adıdır).

Davud (şəxs adıdır).

Baş-lı (başçılq etdiyi). Yəni Bekqiş, Turduçağ Berdi və Davudun başçılq etdiyi.

Bek-lər (bəylər).

Edügü (şəxs adıdır). Burada söhbət Toxtamış Xana asi olan, ona qarşı Əmir Teymurun tərəfinə keçən Edigeydən gedir. Bu şəxs noqay bəyi olub. Tatarlar, başqırdlar, noqaylar və s. arasında bu gün də çox məşhur olan “Edigey” dastanı ona həsr edilmişdir.

At-lı (adlı).

Kişi-ni (kişini, adamı, şəxsi).

Temir-gə (Teymura). Burada söhbət Əmir Teymurdan gedir. Əski Türk mətnlərində “Teymur” adı məhz “Temir” kimi yazılır. Teymur Qutluğun adının birinci hissəsi də məhz Temirdir.

Aldır-dınq (aldırdın?). Mahmud Kaşğarlıda “al” (hiylə), “alda-“ (aldatmaq) kəlmələrinə də rast gəlməkdəyik. Amma mətndə kəlmə “yola saldılar” mənasında işlədilib. Kəlməni mətndəki kontekstinə uyğun olaraq, “dəstək almaq üçün göndərmək” kimi tərcümə etmək daha doğru olar.

Çiğar-ub (bağlayıb, düyünləyib, düyün vurub, əlaqə yardıb, bağ qurub).

Yi-miş-lər (bəhrələnmişlər, dəstək görmüşlər). Mahmud Kaşğarlıda “bar”, “meyvə”, “bəhrə” anlamında işlənən “yimiş” // “yımış” // “yemiş” kəlməsinə də rast gəlinir. Özündən öncəki “çığarub” kəlməsi ilə birlikdə “bağ qurub bəhrələndilər”, “əlaqə yaradıb dəstək aldılar” kimi anlaşılmalıdır. Burada söhbət Toxtamışa asi olan şəxslərin Əmir Teymurla əlaqə qurmalarından və onun dəstəyini əldə etmələrindən gedir. Hərfi mənada isə belə tərcümə etmək lazımdır: (Teymurla) əlaqələri öz bəhrəsini vermişdir.

Ul (o). III şəxsin təkini bildirən işarə əvəzliyidir. Klassik Azərbaycan ədəbiyyatında “ol” formasında işlənib.

Til (dil).

Bilə (ilə). Bağlayıcıdır. Bu bağlayıcı Qafqaz albanlarının türkcəsində də bu şəkildə işlənib.

Keldi irdi (gəldi, gəlmiş idi, gəldilər).

A-lar-nınq (onların). III şəxsin cəmini bildirən şəxs əvəzliyinin yiyəlik hal şəkilçisi ilə birlikdə yazılmış şəklidir. “O” əvəzliyi Azərbaycan klassik ədəbiyyatında, eləcə də alban türkcəsində də “a” şəklində işlədilib.

Ala (pis fikir, məkrli düşüncə, qara niyyət). Mahmud Kaşğarlı bu kəlmənin qeyd edilən mənalarda təqdim etməkdədir.

Küngül (könül). Bu kəlməyə əski Türk mətinlərində “könqül” formasında rast gəlinməkdədir. Mahmud Kaşğarlıda da məhz bu şəkildə qeydə alınıb.

Bilə (ilə).

Til (dil).

İnib (beləliklə, beləcə). Mahmud Kaşğarlıda bu kəlmə “inip” şəklində qeyd edilib.

İlğarı (sonra, irəli). Mahmud Kaşğarlı “Divan”ında bu kəlmə “ilğaru” kimi qeyd edilib.

Qığanida (şəhər kənarında).

Kelqanda (gələndə).

Anqilab (anqıraraq, bağıraraq).

İiğılıb (itiləyib, silahlarını itiləyib).

Sançışmağ-a (nizələşməyə, qılınclaşmağa, silaha sarılmağa). “Sancışmaq” felinin mənası M. Kaşğarlı “Divan”ında məhz belə izah olunur.

Turğanda (duranda). “Qalxamaq”, “qalxışmaq” və ya “utanıb durmaq”, “həya edib əl saxlamaq” kimi mənalara gəlir.

Ul (o). İşarə əvəzliyi.

Yaman (pis, düşmən, asi).

Kişi-lər (kişilər, adamlar, şəxslər).

Burunça (əvvəllər olduğu kimi). Bu kəlməyə uyğurlara aid əski hüquq sənədlərində də rast gəlinməkdədir.

Taber-qan (dəbərən, dəbərmiş, titrəyən, titrəmiş, yerindən oynayan, yerindən oynamış).

Denq (// tenq, dengə, dinclik, bərabərlik, nizam-imtizam, sabitlik).

İl (el, dövlət, xalq).

Tara-dab (ordunu pozdu, daradı, səpələdi, darmadağın etdi). Mahmud Kaşğalı bu sözün kökündə duran “taramaq” felini “ordunun pozğuna uğradılması” kimi izah etməkdədir.

Tenqri (Tanrı).

Biz-ni (bizi).

Yarlığab. Sözn kökü “yarlığamaq”dır. Bu fel bir necə mənaya sahibdir: 1. İzn vermək (M. Kaşğarlı); 2. Əmr etmək (Y. Balasaqunlu); 3. Rəhm etmək, acımaq, bağışlamaq (Y. Balasaqunlu); 4. Hörmətli bir şəxs haqqında nə isə demək, söyləmək (Y. Balasaqulu).

Burada “bağışlamaq”, “rəhm etmək”, mərhəmət göstərmək” anlamında işlənib. Yəni bu termini əvvəlki iki sözlə birlikdə oxusaq, “Tanrı bizi bağışladı, bizə rəhm etdi, mərhəmət göstərdi” kimi anlaşılmalıdır.



Duşman-luq (düşmənlik, düşmənçilik). “düşmən” // “duşman” kəlməsi türkcəyə farscadan keçib.

Qıl-ğan (qılan, qılmış, edən, etmiş, asi olmuş).

Bekbulat, Xoca Medinq, Bekqiş, Turduçağ Berdi, Davud baş-lı uğlan-lar beklərni... (Bekbulat, Xoca Medinq, Bekqiş Turduçağ və Berdi Davudun başında durduqları oğlanları, bəyləri...). Əvvəlki iki kəlmə, eləcə də sonra gələn “munğaladı” (əsir aldı) kəlməsi ilə birlikdə oxunduqda, belə anlaşılmalıdır: Düşmənçilik etmiş (asi olmuş) Bekbulat, Xoca Medinq, Bekqiş Turduçağ və Berdi Davudun başında duran oğlanları və bəyləri əsir aldı.

Munğala-dı (əsir aldı). Çağatay və uyğur türkcələri lüğətlərindən belə anlaşılır.

İmdi (indi). Bu kəlməyə “indi” anlamında həm Kaşğarlı “Divan”ında, həm də Alp Ər Tonqa haqqında söylənmiş ağıda rast gəlməkdəyik.

Bu (bu). İşarə əvəzliyi.

İrqa-nu (titrəyişi, iğtişaşı)

Anqlatu (anlatma, məlumatlandırma).

Əsən (şəxs adı).

Tulu Xoca (şəxs adı).

Başlı (başlı, başçısı olduğu).

İlçi-lər-ni (elçiləri).

İytuq (göndərdik).

İmdi (indi).

Dağı (dəxi, “də” // “da” ədatı).

Bul-sa (olsa).

Biz-gə (bizə).

Bağ-ar (bağlı olan, tabe olan).

İl-lər-ninq (ellərin, vilayətlərin, ölkələrin).

Çığışlarınq (vergilərini, xərəraclarını).

Çiğar-ub (çıxarıb, toplayıb).

Barğan (gələn).

İlçi-lər-gə (elçilərə).

Bir-gil (ver).

Xəzinə-gə (xəzinəyə). “Xəzinə” kəlməsi türkcəyə ərəb dilindən keçmişdir.

Tökür-sün-lər (töksünlər, köçürsünlər, keçirsinlər).

Basa (sonra, eləcə də). Bu kəlmənin əski Türk mətinlərində iki mənada işləndiyi məlumdur: 1. “Sonra”. Bu mənada həmin sözə Mahmud Kaşğarlı “Divan”ında və buddist məzmunlu “Altun yaruq” əsərində rast gəlinməkdədir; 2. “Eləcə də”, “həmçinin”. Kəlmə bu mənada XII-XIV əsrlərə aid uyğur hüquq sənədlərində və Turfan vadisindən tapılmış eyni məzmunlu sənərlərdə işlənmişdir.

Burunğu (əvvəlki)

Üsunca (qaydada, üsulla). “Üsulca” olmalıdır. “Üsunca” kəlməsinə başqa əski Türk mətnlərində rast gəlinmir. Kəlmənin kökü, fikrimizcə, türkcəyə ərəbcədən keçmiş “üsul” (qayda) sözüdür.

Bazargan (tacir). Bu kəlmə farscadan alınma termindir.

Urtağ-lar-ınq (ortaqların, şəriklərin)

Dağı (dəxi, də // da ədatı).

Yürüşsünlər (Yürüsünlər, səfərlər etsinlər).

Uluq Ulus-nınq (Ulu Ulusun). “Uluq Ulus” Çingizoğulları dövründə Turanın rəsmi adının qısaldılmış forması idi. Avropalıların antik çağlarda “Skifiya”, orta əsrlərdə “Grand Tartariya” (Böyük Tatar dövləti), fasrların isə “Turan” adlandırdıqları Böyük Türk ölkəsinin tam rəsmi adı “Uluq Ulus Mengü El” olub. Bu, şəxsən Çingiz Xanın rəsmən verdiyi ad idi.

Durusun-ğa (duruşuna, durumuna, vəziyyətinə, halına).

Dağı (dəxi, da // də ədatı).

Yaxşı-sı (yaxşısı, ən yaxşısı).

Ul bulqay (olsun).

Tib (dibdə, aşağı tərəfdə).

Altun (altun, qızıl).

Nişanlıq (nişanlı).

Yarlıq Tutuq (Yarlıq-sərəncam). Buradakı “tutuq” ifadəsinə Mahmud Kaşğarlı divanında “tuturğu” (yerinə yetirilməsi icbsri olan buyuruq, əmr, sərəncam) formasında rast gəlməkdəyik. Bu isə o deməkdir ki, sözbirləşməsini “sərəncan”, “əmr”, “farman” kimi anlamaq lazımdır.

Tağağu yıl (toyuq ili)

Tarix-i (tarixi)

Yiti yüz doğsan beşdə (yeddi yaz döxsan beşimcə ildə).

Rəcəb ay-ı-nınq sekiz (Rəcəb ayının səkkizində).

Yanqida (yenidən).

Ordu (ordu).

Dan-da (Danda). Burada “Dan” yer adıdır.

İrurda (?)

Bitkulmış (yazılmışdır).
Toxtamış Xanın yarlığının çağdaş Azərbaycan türkcəsinə tam tərcüməsi
Toxtamış. Sözüm.

Yaqayloya.

(Hökmdarlar) cərgəsində ən yüksək məqamda oturan (Toxtamış tərəfindən) anlatma (məlumatlandırma).

Başlarında Qutlu Buğa və Əsənin durduqları elçilərimizi göndərdim.

Sən də öz nümayəndələrini bizə göndərdin.

Keçən il, başlarında Bekbulat və Xoca Medinin durduqları oğlanlar (əyalət başçıları) və başlarında Bekqiş, Turduçağ Berdi və Davudun durduqları bəylər Edügü (Edigey) adlı bir nəfəri, əlaqə yaradıb dəstək almaq üçün, (Əmir) Teymurun yanına göndərdilər.

Onlar bu əlaqədən bəhrələndilər (dəstək əldə etdilər). Sözü bir yerə qoyub gəldilər (hərəkətə keçdilər). (Bu) onların ürəklərindəki pis niyyət(dən doğan) söz birliyi (idi).

Beləcə, irəliləyərək şəhərin kənarına qədər gəlib, anqırdılar (bağırdılar), (qlınclarını) itilədilər, (bizimlə) qılınclaşmağa (üstümüzə silah qaldırmağa) qalxışanda bu yaman (qəlbiqara) insanların (hərəkətlərindən), öncələr də olduğu kimi, dincliyi pozulan (rahatsız olan) el (düşmən) ordunu darmadağın etdi.

Tanrı bizə rəhm etdi, (bizə qarşı) düşmənçilik edən Bekbulat, Xoca Medin, Bekqiş, Turduçağ Berdi və Davudun başçılıq etdikləri oğlan və bəylər əsir alındılar.

Indi bu olanları (iğtişaşı) anlatmaq (məqsədi ilə) Əsən və Tulu Xocanın başçılıq etdikləri elçilərimi göndərdim. Indi (gec) də olsa, bizə tabe olan ellərin vergilərini toplayaraq bu gələn elçilərə ver, xəzinəyə köçürsünlər. Qoy, tacir ortaqları səfərlər etsinlər. Ulu Ulusun vəziyyəti yaxşılaşsın.

Aşağıda altun nişanı olan bu yarlıq-sərəncam toyuq ilində, (hicri) tarixi ilə 795-ci ilin Rəcəb ayının 8-də, ordu yenidən Danda olarkən yazılmışdır.
Nəticə
Təqdim olunan sənəddən göründüyü kimi, Çingizoğullarının Turan üzərində hakimiyəti (XIII-XVIII əsrlər), o cümlədən Toxtamışın xanlıq dövründə (1380-1395-ci illər) qısa olaraq “Uluq Ulus” adlandırılan Böyük Türk dövlətinin rəsmi dövlət dili xaqaniyyə türkcəsi olub. Yarlıqdan belə görünür ki, Toxtamış xanın dövründə Polşa krallığı və Böyük Litva knyazlığı türklərin, başqa sözlə, sərhədləri Atlantik okeandan Ağ (Aralıq) və Qara dənizlərə, eləcə də Karpatlara qədər uzanan Turanın vassalları olmuşlar. Bunu Toxtamış xanın Yaqayloya göndərdiyi yarlığın əmr (sərəncam) xarakterli olması birmənalı şəkildə sübut edir.

Ədəbiyyat
Juvaini Ata-Malik. The History of the World-Conqueror. Manchester University Press, 1997.

Kurat A. N. Topkapı Sarayı Muzesi Arşivindeki Altın Ordu, Kırım ve Turkistan Hanlarina Ait Yarlık ve Bitikler. Istanbul, 1940.

Kurat A. N. Kazan Hanı Ibrahim Han'ın yarlıgı // Ankara Universitisi Dil ve Tarih-Cografiya Fakultesi yayinlari. Sayi 182. Ankara, 1972. s. 354-356.

Melek Özyetgin A. Altin Ordu, Kırım ve Kazan sahasına ait yarlık ve bitiklerin dil ve uslup incelemesi. Ankara, 1996.

Беляев И. Д. О монгольских чиновниках, упоминаемых в ханских ярлыках // Архив историко-юридических сведений, относящихся до России, кн. I. 1850. С. 97–110.

Березин И. Н. Ханские ярлыки. 1. Ярлык Тохтамыш хана к Ягайлу. 2. Тарханные ярлыки Тохтамыша, Тимур-Кутлука и Саадет-Гирея. 3. Внутреннее устройство Золотой орды.: / Березин И.Н. – М.: Книга по Требованию, 1850, 2011. 162 с.

Вашари И. Жалованные грамоты Джучиева Улуса, данные итальянским городам Кафа и Тана // Источниковедение истории Улуса Джучи (Золотой Орды). От Калки до Астрахани. 1223–1556. Казань, 2001.

Вернадский Г. В. О составе Великой Ясы Чингис-хана // Вернадский Г. В. История права. СПб: Лань, 1999.

Вернадский Г. В. История России. Монголы и Русь. Тверь: ЛЕАН, М.: АГРАФ, 2000.

Григорьев А. П. Монгольская дипломатика XIII–XV вв.: Чингизидские жалованные грамоты Л., 1978. С. 71.

Григорьев А. П., Григорьев В. П. Коллекция золотоордынских документов XIV века из Венеции: Источниковедческое исследование. СПбГУ, 2002.

Григорьев В. В. О достоверности ярлыков, данных ханами Золотой Орды русскому духовенству. М.: Университетская типография, 1842. 133 с.

Григорьев В. В., Березин И. Н. Исследования о ханских ярлыках. - М., Казань, СПб. 1842-1852.



Зайцев И. В. Письмо хана Большой Орды Ахмада турецкому султану Мехмеду II Фатиху (881 г. хиджры) // Восточный Архив. 1999. № 2-3. С. 4-15.

Ипатьевская летопись (Русские летописи, т. 11). Рязань: Александрия, 2001.

Московский летописный свод конца XV в. (Русские летописи, т. 8). Рязань: Узорочье, 2000.

Мухаммад ибн Хиндушах Нахчивани. Дастур ал-катиб фи та'йин ал-маратиб (Руководство для писца при определении степеней). Т. 1, ч. 1. — М.: Наука, 1964.

Мухаммад ибн Хиндушах Нахчивани. Дастур ал-катиб фи та'йин ал-маратиб (Руководство для писца при определении степеней). Т. 1, ч. 2. М.: Наука, 1971.

Насонов А. Н. Монголы и Русь. История татарской политики на Руси. СПб.: Наука, 2002.

Петрунь Ф. Ханськi ярлики на украiнськi землi (До питання про татарську Україну) // Схiдний Свiт. № 2. 1928. c. 170–187.

Почекаев Р. Ю. Ярлыки ханов Золотой Орды как источник права и как источник по истории права /Р. Ю. Почекаев // Кодекс info. 2004. № 1 - 2, c. 134 - 145.

Почекаев Р. Ю. Право Золотой Орды / Миргалеев И. М.. Казань: Фэн, 2009. 260 с.

Приселков М. Д. Троицкая летопись. СПб: Наука, 2002.



Радлов В. В. Ярлыки Токтамыша и Темир-Кутлуга//ЗВОРАО. 1888. Т.3.

Рашид ад-Дин. Сборник летописей. Т. II. М.; Л.: АН СССР, 1960.

Рашид ад-Дин. Сборник летописей. Т. III. М.; Л.: АН СССР, 1946.

Рогожский летописец // Тверская летопись (Русские летописи, т. 6). Рязань: Узорочье. 2000.

Соловьев К. А. Эволюция форм легитимности государственной власти в древней и средневековой Руси. Международный исторический журнал. 1999. № 1-2. http://history.machaon.ru/all/number_HYPERLINK "http://history.machaon.ru/all/number_01/diskussi/"01HYPERLINK "http://history.machaon.ru/all/number_01/diskussi/"/diskussi/1_print/index. html; http://history.machaon.ru/all/number_HYPERLINK "http://history.machaon.ru/all/number_02/diskussi/1_print/index.html"02HYPERLINK "http://history.machaon.ru/all/number_02/diskussi/1_print/index.html"/diskussi/HYPERLINK "http://history.machaon.ru/all/number_02/diskussi/1_print/index.html"1HYPERLINK "http://history.machaon.ru/all/number_02/diskussi/1_print/index.html"_print/index.html.

Срезневский И. И. Материалы для словаря древнерусского языка. Том III. Р – Я и дополнения от А до Я. М.: Знак, 2003. Т. 3. Стб. 1662. 1000 с.



Султанов Т. И. Письма золотоордынских ханов // Тюркологический сборник. 1975. М., 1978. С. 234-251.

Тверская летопись (Русские летописи, т. 6). Рязань: Узорочье. 2000.

Типографская летопись (Русские летописи, т. 9). — Рязань: Александрия; Узорочье, 2001.

Усманов М. А. Термин «ярлык» и вопросы классификации официальных актов ханств Джучиева Улуса // Актовое источниковедение. М., 1979. c . 243–244.



Ярлык хана Золотой Орды Тохтамыша к польскому королю Ягайло 1392-1393 годов / Издан К.Оболенским. - Казань, 1850.
c:\users\user\desktop\yarlik_xana_tokhtamysha-xadzhi-beyu_1382.jpg

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə