Şəbəkələrin təşki lolunmasını nəzərdə tututr



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə1/9
tarix19.12.2022
ölçüsü0,58 Mb.
#121408
  1   2   3   4   5   6   7   8   9


1.3. Naqilsiz hesablama şəbəkələri 
 
1.3.1. Naqilsiz hesablama şəbəkələrinin quruluşunun ümumi prinsipləri 
Naqilsiz hesablama şəbəkələri və ya RadioEthernet texnologiyaları məhdud 
ərazidə bir neçə abonentə ümumi radiokanala bərabərhüquqlu giriş təklif olunan 
şəbəkələrin təşki lolunmasını nəzərdə tututr. Kanal siqnalın infraqırmızı spektrdə 
və ya enlizolaqlı siqnalın (EZS) formalaşdırılması ilə radiodispektrdə təşkil oluna 
bilər. EZS formalaşdırmaq üçün tezliyin sıçrayışvari dəyişdirilməsi vasitəsi ilə 
spektrin genişləndirilməsi (Frequency Hopping Spread Spectrum, FHSS) və 
spektrin birbaşa ardıcıl genişləndirilməsi (Direct Sequence Spread Spectrum
DSSS) metodlarından istifadə olunur. Bu metodlara fəsil 3-də geniş baxılacaq.
RadioEthernet texnologiyaları müxtəlif kriterilərə görə təsnif etmək olar. 
Praktika baxımından bu sistemləri təsir uzaqlığına görə təsnifetmək daha 
məqsədəuyğundur. Beləliklə üç qrupp elektron hesablama şəbəkəsi ayırmaq olar 
(şək.1.3.1.):
1. naqilsiz personal şəbəkələr (WPAN - Wireless Personal Area Networks). 
Belə şəbəkələrə təsiretmə radiusu bir neçə santimetrdən bir neçə metrə (adətən, 10-
30 m) qədər olan sistemlər aid edilir. Belə şəbəkələrin əsas məqsədi kiçik 
ərazilərdə ofis avadanlıqları (məsələn, kompüterlər və periferiya avadanlıqları) 
arasında naqilli rabitəni əvəz etməkdir. Bu zaman vericinin şüalandırdığı güc 10 
mVt- dan çox olmur. Belə sistemlərə misal olaraq IrDa, Bluetooth, ZigBee 
göstərmək olar; 
2. naqilsiz lokal şəbəkələr (WLAN - Wireless Local Area Networks). Belə 
şəbəkələdə təsiretmə radiusu yüzlərlə metr, vericinin şüalanma gücü isə 100 mVt 
təşkil edir. Bu tip şəbəkələr avadanlığın lokal zona (binalar, müəssisələr və s.) 
daxilində əlaqələndirilməsi üçün nəzərdə tutulub. Belə sistemlərə misal olaraq Wi-
Fi texnologiyasını misal göstərmək olar. Bir neçə Wi-Fi modem vasitəsi ilə bir 
ofisi və ya binannı tamamilə rabitə ilə təmin etmək olar; 
3. şəhər miqyaslı naqilsiz rabitə şəbəkələri (WMAN - Wireless Metropolitan 
Area Networks). Adından göründüyü kimi bu tip şəbəkələr böyük ərazilərdə (80 
km qədər) abonentlərə xidmət göstərmk üçün nəzərdə tutulub. Vericinin gücü 
yuzlərlə mVt təşkil edir. Belə sistemlərə misal olaraq WiMAX texnologiyasını 
misal göstərmək olar. 


Шяк.1.3.1.

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin