Şəbəkələrin təşki lolunmasını nəzərdə tututr



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə6/9
tarix19.12.2022
ölçüsü0,58 Mb.
#121408
1   2   3   4   5   6   7   8   9
1.3.2.3. Wi-Fi texnologiyası 
Wi-Fi (Wireless Fidelity- “naqilsiz dəqiqlik”)- kompütrlərin lokal şəbəkədə 
naqilsiz birləşdirilməsi və İnternetə qoşulması texnologiyasıdır. Ha hazırda Wi-Fi 
abbreviaturası altında rəqəmsal verilənlərin radiokanal vasitəsi ilə ötürülməsinin 
bütov bir standartlar ailəsi inkişaf etdirilir. Mobil istifadəçilərin sayının artması ilə, 
onlar arasında operativ kommunikasiyanın yaradılmasına, verilənlər mübadiləsinə, 
informasiyanın yüksək sürətlə alınmasına tələbat artır. Bu səbəbdən Wi-Fi 
texnologiyaları intensiv olaraq inkişaf edir.
Wi-Fi 1991-ci ildə Niveyhendə (Niderlandiya) NCR Corporation/AT&T 
kompaniyası tərəfindən yaradılmışdır. İlk dövrlərdə WaveLAN kimi tanınan bu 
texnologiya kassa aparatalarına xidmət göstərilməsi üçün nəzərdə tutulmuşdu və 1- 
2 Mbit/san sürət təmin edirdi. Verilənlərin aşağı sürətlə ötürülməsi, kiçik təsir 
dairəsi və Wi-Fi cihazın yüksək dəyəri ilk dörlərdə bu texnologiyanın populyarlıq 
qazanmamasının səbəbləri oldu. Lakin 1999-cu ildə dərc olunmuş IEEE 802.11a 
və IEEE 802.11b sadalanmıq çatışmamazlıqlırı aradan qaldırdı. IEEE 802.11a 
spesifikasiyasına əsasən verilənlər 5 GHs tezlikdə, IEEE 802.11b əsasən isə 2,4 
GHs tezlikdə ötürülür. Wi-Fi texnologiyasının inkişafının ikinci mərhələsi isə 
2003-cü ildə standartın yeni versiyası olan IEEE 802.11g dərc olunması ilə ilə 
başlandı. Bu standart özündən əvvəlki versiyaların üstünlüklərini birləşdirirdi. 
2009-cu il sentyabrın 11- də IEEE 802.11n adlı yeni spesifikasiya təqdim olundu. 
Bu spesifikasiya verilənlərin ötürülmə sürətini və sistemin küyədavamlılığını 
artırdı. Hal- hazırdı IEEE 802.22 (Super Wi-Fi) adlı yeni bir standart 
layihələndirilməkdədir. Bu standart verilənləri 22 Mbit/san sürətlə 100 km 
uzaqlığa ötürməyə imkan verəcək.
Wi-Fi- IEEE 802.11 baza spesifikasiyası verilənləri üç üsulla ötürülməsini 
təmin edir: 
1. FHSS metodundan istifadə etməklə radiotezlikdə; 
2. DSSS metodundan istifadə etməklə radiotezlikdə; 
3. İQ diapazondan istifadə etməklə.
Sadalanan üsullardan ilk ikisi daha geniş yayılmışdır, çünki üçüncü üsul çox 
kiçik təsir uzaqlığına malikdir. Wi-Fi texnologiyada istifadə edilən tezlik 
diapazonu biri- birini qismən örtən 14 altdiapazona bölünmüşdür (IEEE 802.11a 
istisna olmaqla) (cədvəl 1.3.2).
Cədvəl 1.3.2 
Kanal 
Tezlik (MHs) və istifadə olunduğu ölkələr 

2412 (ABŞ, Avropa və Yaponiya)


Qeyd etmək lazımdır ki, göstərilən tezliklər eni 22 MHs olan 
altdiapazonların mərkəzi tezlikləridir. Ona görə də, hər bir kanal özündən aşağıda 
və yuxarıda yerləşən bir neçə kanalı da örtür. Wi-Fi- da istifadə olunan tezlik 
diapazonu yalnız 3 kəsişməyən kanaldan ibarətdir. Ona görə də, məsələn, bir 
şəbəkə 4-cü kanalda, digəri isə 5 və ya 6-cı kanalda işləyirsə onda bu şəbəkələr biri 
birinin siqnallarının küy kimi detektə edəcək. Hər iki şəbəkə qeyri optimal 
işləyəcək (verilənlərin ötürülmə sürəti aşağı olacaq). Bu tip küylərin 
minimallaşdırılması üçün qonşu şəbəkələrdə tezlikləri 25 MHs fərqlənən 
kanallardan istifadə olunmalıdır. Məsələn, üç qonşu şəbəkə qurulduqda, ən optimal 
variant 1,6 və 11 nömrəli kanallardan istifadə olunmasıdır.
IEEE 802.11 standartlı bütün Wi-Fi sihazlar üçün stabil rabitə məsafəsi açıq 
ərazilər üçün 300- 400 m, qapalı məkan üçün isə 90 m təşkil edir. Lakin bu 
məhdudiyyət istiqamətlənmiş antennalardan istifadə etməklə aradan qaldırıla bilər. 
Bu zaman rabitə uzaqlığı düzünə görünüş zonasında bir neçə km qədər artırıla 

2417 (ABŞ, Avropa və Yaponiya) 

2422 (ABŞ, Avropa və Yaponiya) 

2427 (ABŞ, Avropa və Yaponiya) 

2432 (ABŞ, Avropa və Yaponiya) 

2437 (ABŞ, Avropa və Yaponiya) 

2442 (ABŞ, Avropa və Yaponiya) 

2447 (ABŞ, Avropa və Yaponiya) 

2452 (ABŞ, Avropa və Yaponiya) 
10 
2457 (ABŞ, Avropa, Fransa və Yaponiya) 
11 
2462 (ABŞ, Avropa, Fransa və Yaponiya) 
12 
2467 (Avropa, Fransa və Yaponiya)
13 
2472 (Avropa, Fransa və Yaponiya) 
14 
2484 (yalnız Yaponiya)


bilər. Lakin nəzərə almaq lazımdır ki, uzaqlığın artması ilə kanalın buraxma 
qabiliyyəti buna mütənasib olaraq azalır.
Wi-Fi şəbəkələrin qapalı ərazilərdə (binalar, ofislər) qurulması zamanı 2,4 
GHs tezlikli radiodalğaların arakəsmələrdə zəifləməsi rabitənin keyfiyyətini və 
əhatə zonasını azaldır. 5GHs tezlikli radiodalğalardan istifadə etdikdə isə belə 
zəifləmələr daha da artır. Ona görə də, həmin ərazini əhatə etmək üçün ya 
daxilolma nöqtələrinin (Wi-Fi adapterlərin) sayını artırmaq, ya da onların optimal 
yerləşməsini təmin etmək və keyfiyyətli antennalarla təchiz etmək lazımdır. Wi-Fi 
şəbəkənin işinə mane olan faktorlardan biri həmin tezlik diapazonunda işləyən 
avadanlıqlar ola bilər. Buna ən parlaq misal olaraq, təqribən 2,4 GHs tezlikdə EM 
dalğaları şüalandıran mikrodalğalı peçləri göstərmək olar.
Wi-Fi şəbəkələrin digər naqilsiz rabitə şəbəkələri kimi bir sıra üstünlükləri 
var: 
1. Ofisdənkənar iş və ya prezentasiya zamanı şəbəkənin qısa zaman 
müddətində qurulması; 
2. Wi-Fi şəbəkəyə qoşulmuş mobil cihaz istifadəçilərinin şəbəkənin əhatə 
zonasında sərbəst hərəkət etməsi; 
3. Geniş spektr məsələlərin həll edilməsini təmin edən yüksək sürətin 
olması. 
Buna baxmayaraq Wi-Fi texnologiyanın bir sıra çatışmamazlıqları var: 
1. İstifadə olunan tezlik diapazonu və istismar məhdudiyyətləri müxtəlif 
ölkələrdə müxtəlif cürdür. Cədvəl 1.3.2- dən göründüyü kimi yalnız 10 və 11-ci 
kanallar bütün ölkələrdə leqal sayılır. Bundan başqa, bəzi ölkələrdə (məsələn 
İtaliya) açıq ərazilərdə fəaliyyət göstərən Wi-Fi şəbəkələrin və ya Wi-Fi 
operatorun reqistrasiya olunması tələb olunur; 
2. Digər standartlarla müqayisədə boyük enerji sərfiyyatı. Bu da öz 
növbəsində cihazın akkumulyatordan işləmə müddətini azaldır və temperaturunun 
yüksəlməsinə səbəb olur; 
3. Wi-Fi texnologiyasında istifadə olunan şifrələmə protokolu düzgün 
konfiqurasiya olunduqda belə nisbətən asanlıqla sındırıla bilər; 
4. Eyni və ya qonşu kanallarda işləyən bağlı və ya şifrələmədən itsifadə edən 
daxilolma nöqtəsi ilə açıq daxilolma nöqtəsinin siqnallarının toplanması 
nəticəsində ikinciyə giriş mümkün olmaya bilər. Bu problem daxilolma 
nöqtələrinin çox olduğu ərazilərdə, məsələn, böyük çoxmərtəbəli evlərdə müşahidə 
oluna bilər; 
5. Müxtəlif istehsalçılarn Wi-Fi cihazlarının bir- birinə tam uyğun 
gəlməməsi və ya bu cihazların standartlara tam cavab verməməsi nəticəsində 
şəbəkənin imkanlarının məhdudlaşması və rabitənin sürətinin aşağı düşməsi baş 
verə bilər; 
6. Yağışlar zamanı şəbəkənin məhsuldarlığı azala bilər; 
7. Paketlərə əlavə olunan böyük həcmli xidməti informasiyaya görə 
cihazların yüklənməsi yer ala bilər; 
8. Real zaman miqyasında ötürülən mediya informasiya, bir sıra 
istifadəçidən asılı olmayan problemlər səbəindən (atmosfer küyləri, landşaft və s.) 
itkilərə məruz qalır.


Wi-Fi şəbəkə seqmenti müstəqil şəbəkə kimi və ya həm naqilli, həm də 
naqilsiz texnologiyalar olan daha mürəkkəb bir şəbəkənin tərkibində fəaliyyət 
göstərə bilər. Wi-Fi şəbəkə aşağıdakı məqsədlər üçün istifadə oluna bilər: 
1. İstifadəçilərin şəbəkəyə naqilsiz qoşulması üçün; 
2. Altşəbəkələrin bir birinə qoşulması üçün; 
3. İnternet xidməti provayderlərinə qoşulmaq üçün (ayrılmış naqilli xətt və 
ya adi modem əvəzinə). 

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin