E-hökumətin üstünlükləri



Yüklə 8,93 Kb.
tarix13.06.2018
ölçüsü8,93 Kb.
#53567

E-hökumətin üstünlükləri

Son illərdə cəmiyyətimizdə informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunan uğurlar ölkə iqtisadiyyatına öz töhvəsini verməkdədir. Bu sahədəki inkişaf bir çox qurubların, biznes şirkətlərinin, QHT-lərin, təhsil ocaqlarının və s işinin asanlaşdırılmasına imkan yaradır.

"Elektron hökumət"in yaradılması üçün ölkə Prezidentinin "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında Sərəncamı, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanından sonra dövlət orqanlarının vətəndaşlara göstərdikləri xidmətlərin bir çoxunun elektronlaşdırılmasına başlanılmışdır. 2013-cü il respublikamızda İKT ili elan olunduğdan sonra informasiya-kommunikasiya texnologiyaları sahəsində görülən işlər daha da sürətləndi. Azərbaycanın ilk süni peykinin fəzaya buraxılması da bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.

E-hökümətin əsas məqsədi vətəndaşlara müasir texnologiyaların imkanlarından istifadə etməklə, dövlət orqanları tərəfindən təqdim olunan elektron xidmətlərdən istifadə imkanının təşkilidir. Həmçinin E-hökumət əhalinin dövlət orqanları ilə ünsiyyətini asamlaşdırır, lazımı məlumatları qısa müddətdə əldə etmək imkanı yaradır, vətəndaşlara 24 saat müraciət etmək imkanı verir, növbə gözləmə dərdindən xilas edir . Elektron hökumətin üstünlüklərindən biri də, əvvəlki illərdə olan mənfi halların nisbətən aradan qaldırılması ilə özünü büruzə verir. Belə ki, vətəndaşlar həm vaxt itirmədən, həm də bəzi məmurların rüşvətxorluğunun qurbanına çevrilmədən lazımı sənədləri qısa müddətdə kiçik məbləğlə əldə etmiş olurlar. Artıq əhalinin müəyyən hissəsi E-hökumət vasitəsi ilə öz işlərini qısa müddətdə həll etməyə üstünlük verirlər. Son vaxtlar əhali tərəfindən ən çox istifadə olunan Dövlət Sosial Müdafiə Fondunun təklif etdiyi pensiya kalkulyatoru, pensiyaçı haqqında məlumatların verilməsi, həmçinin Daxili İşlər Nazirliyinin təklif etdiyi PİN-ə görə fərdi məlumatlarının axtarışı, yol hərəkəti barədə tətbiq edilən cərimələr haqqında məlumat və eyni zamanda Əmək Sosial Nazirliyinin təşkil etdiyi məşğulluq orqanları vasitəsi ilə iş axtarışı xidmətlərdir. Bundan əlavə online müştəri xidmətlərinin keyfiyyəti artır və insanlar daha uzaq məsafələrə getmədən, evlərində və ya ofislərində bu xidmətdən səmərəli şəkildə istifadə edə bilirlər. Ancaq hələdə ölkə əhalisinin müəyyən hissəsi bu xidmətlər barədə məlumatsızdır . Bunun başlıca səbəbi E-hökümət yaradılma məqəsdi, fəaliyyəti ilə bağlı kifayyət qədər təbliğat, maarifləndirilmə işlərinin aparılmamasıdır. Məhz buna görə də bölgələrimizdə əhali hələ də köhnə qaydalardan istifadə etmək məcburiyyətində qalır ki, bu da öz növbəsində vaxt və maliyyə itkisinə səbəb olur.



Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “E-hökumət”lə bağlı elan etdiyi yazı müsabiqəsi üçün

Nisə Rəhimova


Yüklə 8,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin