Bəxtiyar Tuncay



Yüklə 1,11 Mb.
səhifə1/96
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#104069
  1   2   3   4   5   6   7   8   9   ...   96

Bəxtiyar Tuncay

bextiyar.tuncay@yahoo.com
QƏDƏR VƏ QƏZA



الرَّحِيمِ الرَّحْمَٰنِ للَّهِ ابِسْمِ


Giriş
Dünyada var olan hər bir şey, hər bir hərəkət və bu hərəkətlər nəticəsində ortaya çıxan hər bir hadisə müəyyən ölçü vahidləri ilə ifadə edilə və hesablana bilən qanunlara tabedir. Hər hansı ölçü, nəticələrinin standarta uyğun təqdimatıdır. Ölçünün ədədlə ifadəsi ölçülənin vahid kimi qəbul edilən ilkin nümunəyə – etalona nisbətidir. Ölçü vahidinə nisbətin ədədlə ifadəsi ölçünün dərəcəsidir.

Əlində bir top tutmuş uşaq təsəvvür edi. Bu topum müəyyən bir çəkisi, müəyyən bir diametri, içindəki havanın temperatur və təzyiqi və s. vardır. Uşaq topu əlində buraxsa, top yuxarı qalxmayacaq, sağa və ya sola, ya da ki önə və ya arxaya getməyəcək, mütləq və mütləq yerə deşəcəkdir. Yəni aşağı doğru istiqamətlənəcəkdir.

Niyəsini də hər birimiz bilirik. Yerin cazibə qüvvəsi var və o hər şeyi özünə doğru çəkir, daha doğrusu, top və Yer kürəsi bir-birilərini cəzb edirlər. Uşaq əlini topdan çəkdiyi an top aşağı doğru hərəkət etməyə başlayacaq və bu hərəkətin nəticəsində yerə dəyəcəkdir. Zərbədən içindəki havanın sıxışması və yenidən öz əski həcmini alması sayəsində o, bir neçə dəfə yerdən qalxıb təkrar yerə dəyəcəkdir və nəticədə sükunət halını alacaqdır. Hər qalxışın hündürlüyü bir əvvəlkindən daha az, bir sonrakından daha çox olacağı da məlumdur.

Bizə topun uşağın onu əlindən buraxdığı an yerdən hansı məsafədə olduğu, eləcə də topun kütləsi dəqiq məlum olarsa, onun neçə saniyədən sonra yerə dəyəcəyini hesablamaq heç də çətin olmaz. Bunun üçün həm də onun üz sahəsini bilməmiz və bu sahəyə uyğun olaraq havanın ona müqavimətini hesablamamız da vacibdir.

Nyuton cazibə (qravitasiya) qanununa əsasən kütlələri  {\displaystyle m}m (bizim halda topun kütləsi) və {\displaystyle M}M (bizim halda Yer kürəsinin kütləsi) olan iki cism bir-birini onların kütlələri ilə düz və arasındakı məsafənin kvadratı ilə tərs mütənasib olan {\displaystyle \mathbf {F} (\mathbf {r} )}F(r) qüvvəsi ilə cəzb edirlər. Cazibə qüvvəsi bu halda belə hesablanır:

{\displaystyle \mathbf {F} (\mathbf {r} )=-{\frac {GMm}{r^{2}}}{\frac {\mathbf {r} }{r}}}

Bu, hər birimizin orta məktəbdə fizika dərsindən öyrəndiyimiz və bildiyimiz sadə həqiqətdir.

Beləliklə top da, onu cəzb edən Yer kürəsi də, topu çəkən cazibə qüvvəsi də, bu qüvvə sayəsində topun yer istiqamətində hərəkət sürəti də, yerə düşmə vaxtı da və s. müəyyən ölçülərlə ifadə edilə və hüsablana bilir.

Eyni sözləri Günəş və onun ətrafında hərəkət edən planetlər, o cümlədən Yer kürəsi, eləcə də Yerin ətrafında dövr edən Ay və bu göy cizimləri arasında olan, cazibə qüvvəsi və qanunu ilə açıqlana bilən, bəlli ölçülərə tabe olan əlaqələr barədə də söyləyə bilərik. Qurani-Kərimdə buyurulduğu kimi;



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin