Beynəlöalq əlaqələrin ən etibarlı



Yüklə 1,2 Mb.
səhifə4/77
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#107536
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   77
A.Rapoport və T.Şellinq onu praktiki danışıqlara tətbiq etməklə müsbət nəticələr qazana bildilər. Maraqlı budur ki, belə bir cəhd diplomatlar, siyasət-çilər tərəfindən yox, nədənsə riyaziyyatçılar tərəfin-dən atıldı.Az sonra ünlü amerikalı tədqiqatçılardan bi-ri olan Q.Rayffa “Oyunlar nəzəriyyəsi” əsasında danı- şıqları aşağıdakı şəkildə qruplaşdırdı:

1 .Sıfır nəticəli oyunlar(hər şey qalib tərəfə çatır)

2.Müsbət nəticəli oyunlar (hər iki tərəf nəsə qa-

zanır)

3.Qarışıq oyunlar

“Oyunlar nəzəriyyəsi”çərçivəsində danışıqların əsas etibarilə üç formada aparılmasına üstünlük verilir;



1 .İnteqrativ(əməkdaşlıq);

2.Polemik(mübahisəli);

3. Rasional(faydalı);

Göstərilən modellərin hər birinin ətraflı yozuma ehtiyacı var.



İnteqrativ(əməkdaşlıq)model

Adından göründüyü kimi, bu tipli danışıqlarda tərəflər öz maraq və məqsədlərini elə start nöqtəsin-dən uzlaşdırmaq niyyətində olurlar. Bu cur yanaşma Harvard prinsipləri ilə (R.FişerV.Yuri təlimi nə-zərdə tutulur) səsləşir və tərəflərin problemi birgə həl-lində seçdiyi ən qısa, ən səmərəli yoldur. İnteqrativ danışıqlarda tərəflərin hamısı faydalandığından nəti-cə “Oyunlar nəzəriyyəsi”nin Müsbət nəticəli oyun-larqoluna daxil edilə bilər. Təbii ki,bütün formalar-da əməkdaşlıq ilk növbədə tərəflərdən problemi düz-gün qiymətləndirilməsini tələb edir.

Yalnız sonrakı mərhələlərdə müəyyən zaman bici-mində həllini tapacaq ortaq məqsəd tərəfləri bir-ləşdirir. Reallıqda isə mövqelərin bütünlükdə üst-üstə düşməsi inanılmazdır .Belə olsaydı danışıqlara ehti-yac qalmazdı. Deməli, bütün hallarda az da olsa uz-laşmayan xırdalıqlar üzə çıxa bilər. Bunlar inteqrativ danışıqların dəyərini aşağı salmır. Nəticədə tərəflər uzunmüddətli səmərəli əməkdaşlığı davam etdirir.




B əs dövlətlər arasında heç vaxt səngiməyən rə-qabət meylləri fonunda danışıqların tərəflərini (döv-lətlər, hökumətlər və s.) inteqrasiyaya nə vadar edir?




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin