Beynəlöalq əlaqələrin ən etibarlı



Yüklə 1,2 Mb.
səhifə2/77
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#107536
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   77
Hicran Hüseynova

Siyasi elmlər doktoru, professor



Beynəlxalq danışıqların mahiyyəti ünsiyyətdədir.

Y.Steyn

Danışıqlar anlayışı

modelləri
1.Danışıqların məqsədi

2 Danışıqların növləri

3.Danışıqların elm kimi dəyərləndirılməsi

4.”Oyunlar nəzəriyyəsi”nin əsas prinsirləri

5.İnteqrativ danışıqlar

6.Polemik danışıqlar

Danışıqlar prosesi haqqında dolğun məlumat verməmişdən öncə kökdaş olan “danışmaq”və “danı- şıqlar” sözlərinin eyni anlamda olmadığı qeyd edilmə-lidir.Gerçək olan isə danışmadan danışıqlar aparıl-masının mümkünsüzlüyüdür.Belə qənaət formalaşır ki, ünsiyyət, kommunikasiya və danışıqlar arasında təmas4nöqtələri4mövcuddur.Danışıqlar4insan4fəaliy-yətinin təməlində dayanan və şüurlu fəaliyyət siste-minin tərkib elementlərindən biridir. Hər hansı zid-diyyətli problemi aradan qaldırmağ, xoş məramlı əla-qələr qurmaq, mövcud əlaqələri daha da inkişaf etdir-mək məqsədi ilə tərəflərdən heç olmasa birinin göstər-diyi cəhd ünsiyyət formasından asılı olmayaraq, geniş mənada, danışıqlar kimi təsəvvür olunmalıdır.

Cavablanmalı suallar çox olsa da, beynəlxalq münasibətlərdə, dövlətlərarası ikitərəfli və çoxtərəfli beynəlxalq danışıqların xüsusiyyətlərini açmaq məq-sədindəyik.

Açıqlamada göstərildüyü kimi, danışıqlar tərəf-lərin maraqları üzərində, eyni zamanda beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif mentalitetlərə və mədəniyyətlərə malik subyektlər arasında diploma-tiya,siyasət və iqtisadi sahələrdə aparılan özünəməx-sus qaydalar çərçivəsində baş tutan nizamlanmış prosesdir. Beynəlxalq danışıqlar institutu dövlətlər-arası ikitərəfli və çoxtərəfli, regional və qlobal bey-nəlxalq münasibətlərin əvəzolunmaz alətidir.Çox vaxt danışıqlar və diplomatiya sözləri qoşa işlənir, bəzən isə eyniləşdirilir. Belə yanaşma yeni deyildir. Vaxtilə Fransada işıq üzü görən diplomatik sözlükdə birmə-nalı şəkildə göstərilirdi ki, danışıqlar diplomatik agentlərin, missiya başçılarının, demək olar ki,bütöv-lükdə diplomatiyanın özüdür, digər bütün rəsmi fəal-iyyət formaları isə ikinci dərəcəlidir, daha doğrusu, danışıqlardan asılıdır.

Cox haqlı olaraq zəmanəsinin işıqlı dühala-rından sayılan kardinal Armand Rişelyenin hələ 1630-cu ildə ("Siyasi vəsiyyətnamələr") yazdığı kimi "...da-nışıqların ardıcıl, fasiləsiz və açıq aparılması bir zəru-rətdir. Qısa bir müddətdə ğözlənilən nəticə əldə alun-madıqda, və hətta yaxın ğələcəkdə də buna tam əminlik olmadığı halda da, danısıqlar dayandırılmamalıdır."

Danışıqlara bu səpkidə yanaşma bir daha diplo-matiyanın "danısıqlar elmi" (Fransua de-Kalyer) kimi pasportlaşmasını təmin edir. Diplomatiyanı dövlətlə-rin hərbi güc tətbiq etmədən bir-biri ilə təmas qurma-sı cəhdi. qarşı tərəfin maraqlarına nüfuz etməsi pro-sesi kimi də təsvir etmək olar. Ana rolu xoşməramlı beynəlxalq kommunikasiya olan diplomatiya iki əsas funksiya daşıyır:




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin