Beynəlxalq biznes” FƏNNİNİn təDRİs proqram I baki – 2008 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 97,35 Kb.
tarix17.01.2017
ölçüsü97,35 Kb.
#602
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
BEYNƏLXALQ BİZNES”

FƏNNİNİN TƏDRİS
P R O Q R A M I

BAKI – 2008

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
BEYNƏLXALQ BİZNES”

FƏNNİNİN TƏDRİS
P R O Q R A M I
Azərbaycan Respublikası Təhsil

Nazirliyi tərəfindən təsdiq edilmişdir

(əmr _________ 2008-ci il).

BAKI – 2008

Tərtib edənlər: i.e.n., dosent Abbasova Rəna Ələsgər qızı

i.e.n., dosent Qarayev Natiq Ənvər oğlu

Redaktor: Azərbaycan Respublikasının Əməkdar

müəllimi, iqtisad elmləri doktoru, professor

Abbasov Alıcan Bayramalı oğlu

Giriş
Azərbaycanda inzibati-amirlik sistemindən bazar münasibətlərinə əsaslanan iqtisadiyyata keçid xarici iqtisadi əlaqələrin genişləndirilməsini və inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrinin təcrübəsini öyrənməyi zəruriyyətə çevirmişdir.

Beynəlxalq əməkdaşlıq təkcə istehsal və istehlakda əsaslı dəyişikliklərə deyil, həm də müasir dünya haqqında bizim təəssüratımızı dəyişir, yeni problemlər qoymağa və dərk etməyə məcbur edir və son nəticədə yeni dünya görüşü, davranış, ixtisas və bilik tələb edir.

Bu gün Azərbaycan Respublikası üçün beynəlxalq biznesi öyrənmək, hər şeydən öncə, ümumiyyətlə sivilizasiyalı biznesi və bazar iqtisadiyyatı şəraitində təsərrüfatın gəlirli aparılması qaydasını öyrənmək deməkdir. Beynəlxalq biznesə ölkənin sərhədlərindən kənarda iki və daha çox dövlətin nümayəndələrinin iştirakı ilə bağlanmış istənilən təsərrüfat sövdələşmələri aiddir.

Universitetlərdə, biznes məktəblərində, xüsusilə də “Biznesin təşkili və idarə edilməsi” ixtisasında tədris olunan çoxsaylı fənlər içərisində “Beynəlxalq biznes” ən vacib fəndir.

Bu fənnin tədrisində əsas məqsəd iqtisadçı-bakalavrlara beynəlxalq biznesin nəzəri və praktiki məsələləri, bazar iqtisadiyyatlı ölkələrdə beynəlxalq biznesin təşkili mexanizmi haqqında zəruri bilikləri öyrətməkdir.

Proqramın strukturu beynəlxalq biznes fənninə bilavasitə aid olan mövzuların qarşılıqlı əlaqə və asılılığı nəzərə alınmaqla məntiqi ardıcıllıqla qurulmuşdur.

Müəlliflər belə hesab edirlər ki, proqramda nəzərdə tutulan mövzuların səmərəli tədrisi bakalavr səviyyəsində iqtisadçı kadrların beynəlxalq biznes haqqında lazımi bilikləri mənimsəmələrinə imkan verəcəkdir.
Mövzu 1. Kursun predmeti, məqsədi və vəzifələri
Beynəlxalq biznesin mahiyyəti, məzmunu və məqsədi. Beynəlxalq biznes sferası. İki və daha çox ölkələr tərəfindən aparılan istənilən hər bir təsərrüfat əməliyyatları beynəlxalq biznesə aiddir.

Beynəlxalq biznesin məqsədi dünya ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri inkişaf etdirərək dünya təsərrüfat sisteminə inteqrasiya prosesini sürətləndirməkdir.

Beynəlxalq biznesin motivasiyası: təchizatın genişləndirilməsi; resursların əldə edilməsi; təchizat mənbələrinin diversifikasiyası.

Beynəlxalq biznesin növləri: əmtəənin və xidmətin ixracı və idxalı; investisiya; çoxmilli kompaniyalar. Onların qısa açıqlanması.

Beynəlxalq biznesin xarici mühiti. Biznesdə istifadə olunan müxtəlif elmi fənlər. Rəqabət mühiti.

Beynəlxalq biznesə təsir edən amillər: iqtisadi şərait, texnologiya, müharibə və xarici siyasi münasibətlər.

“Beynəlxalq biznes” kursunun iqtisadi fənlər sistemində yeri və rolu
Mövzu 2. Beynəlxalq biznesin hüquqi, siyasi və iqtisadi mühiti
Beynəlxalq biznesin hüquqi mühiti. Hüquqi sistemin tipləri: adi hüquq, mülki hüquq. Beynəlxalq hüquq – müstəqil dövlətlərin qarşılıqlı münasibətlərinin tənzimləyicisi kimi. Eksərazi prinsipinin biznes fəaliyyətinə təsiri.

Siyasi mühit. Siyasi mühitin biznes fəaliyyətinə təsiri. İdeologiya sosial-siyasi proqramı əmələ gətirən konsepsiya, nəzəriyyə və məqsədin sistemləşdirilmiş məcmusu kimi. Plyuralizm, demokratiya, totalitarizm. Müasir siyasi sistem.

İqtisadi mühit. İqtisadi sistemlərin təsnifatı: kapitalist, sosializm və qarışıq. Resursların bölgüsü və onlara nəzarət metoduna görə iqtisadi sistemlərin təsnifatı. Bazar iqtisadiyyatı, inzibati amirlik iqtisadiyyatı, qarışıq iqtisadiyyat.

İqtisadi inkişaf səviyyələrinə görə dövlətlərin təsnifatı: “birinci”, “ikinci” və

“üçüncü” dünya ölkələri. Onların xarakteristikası və iqtisadi göstəriciləri.
Mövzu 3. Beynəlxalq biznesin insani və mədəni mühiti
Beynəlxalq biznes mühitinin müxtəlifliyi.

Milli dövlət cəmiyyətin səlahiyyətli müvəkkili kimi.

Adamların fiziki xüsusiyyətlərindəki müxtəliflik və biznes fəaliyyətinə onun təsiri.

Davranışın səciyyəvi xarakteristikaları. Əhali qruplarına mənsubiyyət. Səriştəlik əhali qrupuna mənsubiyyət kimi. Cins və ailə əsasında qruplar.

Beynəlxalq firmalarda muzdla işçi qəbulu prosesinə təsir edən amillər. Biznesdə müvəffəqiyyət qazanılacağına inam və mükafatlandırma – işə olan münasibətə təsir edən amildir. İşin yüksək son nəticələrinə adamların fərqli münasibətləri. Tələbatın iyerarxiyası, peşənin əhəmiyyəti, özünə inam.

Beynəlxalq firmaların biznes fəaliyyətinə uyğun olaraq tələbatın müəyyən edilməsi. Mədəni inkişaf sahəsində beynəlxalq fərqlər. Beynəlxalq fərqlərin biznesmenlər tərəfindən nəzərə alınması. Dünya ölkələrinin sosial-iqtisadi inkişaf səviyyələrinə görə qruplara bölünməsi.

Beynəlxalq biznesin inkişafı üçün polisentralizm və etnosentralizm təhlükəsi.
Mövzu 4. Dünya maliyyə mühiti
Xarici valyuta. Valyuta bazarı tələb və təklif iqtisadi qanununa əsaslanır. Beynəlxalq valyuta sövdələşmələrinin ticarət və kommersiya bankları tərəfindən həyata keçirilməsi.

Dönərli valyutanın kommersiya əməliyyatlarında rolu.

Xarici valyutaların gəlməsinə məhdudiyyət qoyulması yolları. Xarici valyutaların idxalına dövlət lisenziyalaşdırılması.

Valyuta bazarından istifadə yolları: kommersiya sövdələşmələri, bazarın yaranması; arbitraj; riskin qiymətləndirilməsi və azaldılması.

Valyuta məzənnələrinin müəyyən edilməsi. Beynəlxalq valyuta fondu və Valyuta kursunun müəyyənləşdirilməsində onun rolu. Valyuta məzənnələrinin təyin olunması qaydaları. Beynəlxalq əməliyyatlar üçün maliyyə bazarı. Beynəlxalq yenidənqurma və inkişaf bankı.

Tədiyyə balansı xarici ölkələrə ödəmələrin və xaricdən daxil olmaların nisbətini əks etdirir. Tədiyyə balansının tərkibi: cari əməliyyatlar balansı; kapitalın və maliyyənin hərəkəti hesabatı. Azərbaycanın tədiyyə balansının bəzi göstəricilərinin analitik təhlili.


Mövzu 5. Beynəlxalq iqtisadi inteqrasiya
Beynəlxalq iqtisadi inteqrasiya – əməyin bölünməsi və davamlı qarşılıqlı əlaqələrin inkişafı əsasında ölkənin təsərrüfat və siyasi birləşməsinin prosesi kimi.

İqtisadi inteqrasiyanın əsas formaları: azad iqtisadi zonalar, gömrük birliyi, ümumi bazar, iqtisadi və valyuta ittifaqı.

İnteqrasiya proseslərini müəyyən edən amillər. Regional iqtisadi inteqrasiyanın əsas cəhətləri (NAFTA, MERKOSUR, ASİƏ).

Ərəb ölkələrində inteqrasiya əməkdaşlığının xüsusiyyətləri.

Asiya-Sakit okean iqtisadi əməkdaşlığı (ASİƏ). Azərbaycan Respublikasının beynəlxalq iqtisadi münasibətlər sistemində yeri.
Mövzu 6. Beynəlxalq ticarət
Beynəlxalq ticarətin mahiyyəti. Beynəlxalq ticarət beynəlxalq biznesin əsas forması kimi. Beynəlxalq ticarətin əsas əlamətləri.

Beynəlxalq ticarətə dair nəzəri baxışlar: A.Smit “Mütləq üstünlük nəzəriyyə-si”; D.Rikardonun “Müqayisəli üstünlük nəzəriyyəsi”; “İstehsal amillərinin nisbəti nəzəriyyəsi” (E.Hekşer, B.Olin), “İstehsal amillərinin qiymətlərinin bərabərləşməsi nəzəriyyəsi” (E.Hekşer – B.Olin – P.Samuelson); “Leontyev təzadı”.

Beynəlxalq ticarətin müasir alternativ nəzəriyyələri: “Texnoloji üstünlük nə-

zəriyyəsi”, “Məhsulun həyat dövrü nəzəriyyəsi”, “Beynəlxalq rəqabət gücü nəzəriyyəsi”, “İqtisadi inkişaf və xarici ticarət nəzəriyyəsi” və s.

Dünya iqtisadiyyatının qloballaşması şəraitində Azərbaycanın xarici ticarətinin inkişafı. Xarici ticarətin dinamikası, strukturu və coğrafiyası. Xarici ticarətin şəraitinə və səmərəliliyinə təsir edən amillər. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatı ilə əməkdaşlığı və onun təkmilləşdirilməsi.
Mövzu 7. Müştərək müəssisələrin yaradılması
Müştərək müəssisələrin sosial-iqtisadi mahiyyəti və əhəmiyyəti.

Müştərək müəssisələrin yaradılması prinsipləri: məqsədin formalaşması; məqsədə çatmaq üçün konkret vəzifələrin müəyyən edilməsi; partnyorun axtarılması və tapılması; investisiya layihəsinin işlənib hazırlanması və tenderin keçirilməsi; təsis müqaviləsinin bağlanılması; müəssisənin dövlət qeydiyyatına alınması.

Müştərək müəssisələrin strategiyasının əsaslandırılması.

Müştərək müəssisələr xarici investisiyanın cəlb edilməsi forması kimi.

Azərbaycanın milli iqtisadiyyatının formalaşması və inkişafında müştərək müəssisələrin rolu.

Daxili istehlak bazarının tarazlı inkişafına və ixracat potensialının artırılmasına müştərək müəssisələrin təsiri.


Mövzu 8. Kapitalın beynəlxalq hərəkəti
Kapitalın beynəlxalq hərəkəti – xaricdə kapitalın artımı məqsədilə onun yerləşdirilməsi və fəaliyyət göstərməsidir. Kapitalın hərəkətinin formaları

Kapitalın idxal və ixrac, qısamüddətli və uzunmüddətli, borc və sahibkarlıq kapitalına bölünməsi. İdxal edilən investisiyaların istifadəsi forması.

Birbaşa və portfel investisiyaları. Beynəlxalq kapital hərəkəti nəzəriyyəsi, neoklassik nəzəriyyəsi, neokeyns nəzəriyyəsi və onun təkəmmülü.

Kapitalın beynəlxalq hərəkətinin səbəbləri və onun əsas formaları. Kapitalın beynəlxalq hərəkətinin dünya iqtisadiyyatına təsiri. Kapitalın beynəlxalq miqrasiyasının müsbət və mənfi nəticələri. Kapitalın beynəlxalq hərəkətində müasir xüsusiyyətlər və meyllər.


Mövzu 9. Beynəlxalq injinirinq xidməti
Biznes infrastrukturunda injinirinq xidməti göstərən kompaniyaların rolu. İnjinirinq xidmətlərinin iki qrupa bölünməsi – istehsal prosesinin hazırlanması ilə əlaqədar xidmətlər; istehsalın və məhsul satışının normal getməsi prosesini təmin edən xidmətlər. Həmin qrup injinirinq xidmətlərinin məqsədi və məzmununun açıqlanması.

Ölkələr arasında texnologiya mübadiləsinin intensivləşdirilməsi.

Beynəlxalq injinirinq xidməti ticarətinin artması. Beynəlxalq injinirinq bazarında ekspert-məsləhət firmalarının göstərildikləri xidmətin əhəmiyyəti.

Beynəlxalq Yenidənqurma və İnkişaf bankı nəzdində yaradılmış xüsusi məsləhət xidmətinin fəaliyyəti. Məsləhət xidmətləri – xarici ölkələrə maşın və avadanlıq satışının genişləndirilməsi vasitəsi kimi.

Dünya ölkələrində yaradılmış mühəndis-məsləhət firmaları və agentliklərinin fəaliyyət dairəsi.

İnjinirinq firmalarının göstərdikləri xidmət növləri və biznesin inkişafında onların rolu. İnjinirinq xidmətinin ölkələr arasında elmi-texniki əməkdaşlığın inkişafına təsiri.


Mövzu 10. Beynəlxalq biznesdə qiymətin əmələgəlməsi strategiyası
Qiymətlərin növləri və onların xarakteristikası. Qiymətin əmələgəlməsi üçün informasiya. Qiymət siyasəti və firmanın qiymət strategiyası. Məhsula fərdi məsrəflər (xərclər) əsasında qiymətin əmələgəlməsi, məhsula dəyişən (marjinal) xərclər bazasında qiymətin əmələgəlməsi, tələbin səviyyəsi bazasında qiymətin əmələgəlməsi. Rəqabətin təhlili əsasında qiymətin əmələgəlməsi. Qiymət siyasətinin işlənilməsi prosesinin əsas mərhələləri.

Qiymətlərin formalaşmasına istehsal xərclərinin təsiri. Zərərsiz nöqtənin hesablanmasının iqtisadi mahiyyəti. Qiymət strategiyasının tipinin seçimi. İxrac olunan məhsulun qiymətinin əsaslandırılması.


Mövzu 11. Danışıq prosesi və etibarlı tərəfdaşın axtarılması strategiyası
Xarici tərəfdaşların təsnifatı. Tərəfdaşın seçiminə təsir edən amillər. Kompa-

niyanın xarici tərəfdaşlarla işləməsi formaları və metodları. Rəqiblər ilə işin xüsusiyyətləri. Xarici iqtisadi fəaliyyətdə tərəfdaşın axtarışında tipik səhvlər.

Xarici nümayəndələrin qəbuluna hazırlıq tədbirləri. Xaricdə danışıqların təşkili. İdxal və ixrac sövdələşmələrinin bağlanması məqsədilə danışıqlar. Danışıqların aparılmasının qeyri-verbal metodlarının rolu və əhəmiyyəti.
Mövzu 12. Azərbaycanın neft strategiyası və

beynəlxalq biznesin inkişafında onun rolu
Neft ən qiymətli təbii sərvərdir. Avropa, Asiya və Yaxın Şərq ölkələrinin iqtisadi inkişafında, istehsal münasibətlərinin formalaşmasında, kapital bazarının yaranmasında Azərbaycan neftinin rolu.

“Əsrin müqaviləsi” neft strategiyasının təməl daşıdır. Xəzər dənizinin Azərbaycan sektorunda xarici şirkətlərlə birgə işlənən neft yataqlarından ilkin neftin çıxarılması münasibətilə təntənəli mərasimin keçirilməsi.

Dünyanın 14 ölkəsinin 33 şirkəti ilə ARDNŞ arasında bağlanmış 21 neft müqaviləsinin reallaşması üzrə yerinə yetirilən işlərin açıqlanması.

Azərbaycan neftinin xarici bazarlara ixracı. Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri vasitəsilə neftin dünya bazarında istehlakçılara çatdırılması. Bakı-Tbilisi-Ceyhan əsas neft ixracı boru kəmərinin sosial-iqtisadi əhəmiyyəti. Bakı-Tiflis-Ərzurum qaz kəməri.

Neft strategiyasının reallaşdırılması ilə əlaqədar xarici investisiyalar cəlb edilməsi.

Neftin xarici bazarlara ixracından əldə edilən gəlir və Dövlət Neft Fondunun yaradılması. Dövlət Neft Fondunda yığılan vəsait və ondan istifadə istiqamətləri.

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya olunmasında və beynəlxalq biznesin inkişafında neft strategiyasının rolu və əhəmiyyəti.
Mövzu 13. Böyük İpək Yolunun bərpası

beynəlxalq biznesin inkişaf zəmini kimi
İpək Yolunun yaranma tarixi, onun əhatə etdiyi dövlətlər.

Qədim İpək Yolunun bərpasının obyektiv zəruriliyi və onun beynəlxalq əhəmiyyəti. İpək Yolu Ticarət Mərkəzi və İpək Yolu Fondu, onların fəaliyyəti.

Böyük İpək Yolunun bərpası üzrə Beynəlxalq Bakı Konfransında imzalanmış sənədlərin siyasi, iqtisadi, ticarət və elmi-texniki əhəmiyyəti.

Beynəlxalq biznes fəaliyyətinin inkişafında İpək Yolunun rolu. Böyük İpək Yolunun bərpası dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının xarici bazara çıxması və nəqliyyat tranzit xidmətləri üçün real zəmin yaradır.

Böyük İpək Yolunun bərpası beynəlxalq miqyasda nəqliyyatın və biznes fəaliyyətinin inkişafında rolu və əhəmiyyəti.

İpək Yolunun Transxəzər, Transqafqaz, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycanda mərkəzi mövqe tutması. TASİS və TRACEKA proqramları çərçivəsində nəqliyyat sektorunda kompleks tədbirlərin intensiv həyata keçirilməsinin zəruriliyi.

İpək Yolu layihəsində iştirak etmək üçün GUAM regional və beynəlxalq əməkdaşlıq qurumu.
Mövzu 14. Beynəlxalq biznesdə marketinq
Marketinqin mahiyyəti və məzmunu. Beynəlxalq marketinqin mühüm prinsip-

ləri. İstehlakçıların real tələblərinə və istəklərinə istehsalın son nəticələrinin istiqamətləndirilməsi: istehlakçıya vacib olan əmtəənin buraxılışı, yəni satılan şeyi istehsal etmək lazımdır. Bazara yeni yüksək keyfiyyətli məhsulun vaxtında buraxılışının təmin edilməsi. Texniki səviyyənin artırılması hesabına rəqabət mübarizəsində üstünlüklərin əldə olunması. Marketinq strategiyasının perspektivə istiqamətlənməsi.

Xarici ölkələrin bazarları – strateji alternativ kimi. Kompaniyaların dünya səviyyəsinə nail olmasının əsas prinsipləri: müştəriyə yalnız lazım olanı çatdırmaq, çeşidini tezliklə dəyişib keyfiyyəti qorumaq.

Marketinq və korporativ strateji planlaşdırma. Bazarın əhatə edilməsinin üç əsas yanaşması: qeyri-fərqləndirilmiş, fərqləndirilmiş, təmərküzləşdirilmiş marketinq.

Beynəlxalq marketinqin strategiyaları: məhsul (əmtəə) strategiyası, qiymət strategiyası, əmtəənin bazara irəlilədilməsi strategiyası. Beynəlxalq reklam fəaliyyətinin xüsusiyyətləri.
Mövzu 15. Beynəlxalq icarə münasibətləri
Beynəlxalq icarə münasibətlərinin mahiyyəti. Beynəlxalq icarənin növləri. Beynəlxalq icarə müqavilələrinin əsas şərtləri. Maliyyələşən lizinq sövdələşməsi. Cari icarə müqaviləsinin əsas şərtləri.

Müasir şəraitdə beynəlxalq icarənin xüsusiyyətləri. Beynəlxalq əməliyyatların təşkilati formaları: xüsusiləşdirilmiş lizinq firmaları; sənaye TMK-nın qız lizinq kompaniyaları, vasitəçi lizinq firmaları; lizinq assosiasiyaları.


Mövzu 16. Beynəlxalq françayzinq, faktorinq
“Françayzinq” anlayışının mahiyyəti və məzmunu. Beynəlxalq françayzinqin növləri. Françayzinq müqaviləsinin əsas şərtləri.

Françayzerin mükafatlandırılmasının ödənilməsi. Müqavilə üzrə öhdəçiliklə-

rin dayandırılması. Müasir şəraitdə françayzinqin inkişaf xüsusiyyətləri.

Faktorinq haqqında müqavilənin mahiyyəti və məzmunu. Faktorinqin formaları: açıqlanan; açıqlanmayan; dövriyyəli və dövriyyəsiz; birbaşa və dolayı.

Beynəlxalq faktorinq üzrə əməliyyatların xüsusiyyətləri.
Mövzu 17. Valyuta risklərinin idarə edilməsi
Maliyyə funksiyasının təşkili.

Maliyyələşmənin daxili mənbələri: kreditlər; dividentlər; debitorların firmadaxili hesabları və malgöndərənlər və kreditorlarla hesablaşmalar; səhmdar kapitaldan istifadə etməklə investisiya.

Qlobal pul vəsaitləri axınının idarə edilməsi. İnflyasiya risklərinin və valyuta kursunun dəyişilməsini təhlil etmədən qlobal pul vəsaiti axınının idarə olunmasının ümumi prinsipləri.

Transfer qiymətlərinin qoyulması – nağd pulun hərəkət üsuludur.

Əsas maliyyə riskləri inflyasiyadan və valyuta kursunun dəyişilməsindən əmələ gəlir. Beynəlxalq biznes üçün səciyyəvi sayılan risklər: valyuta kursunun kənarlaşması ilə bağlı risk; valyuta sövdələşmələri ilə bağlı risk; iqtisadi nəticələrin riski. İnflyasiyanın və valyuta kursunun dinamikası ilə bağlı əsas maliyyə risklərinin açıqlanması.

Valyuta risklərinin idarə olunmasının əsas problemləri: risklərin müəyyən edilməsi və ölçülməsi; hesabat sferasında strategiyanın formalaşdırılması; risklərin idarə olunması strategiyasının seçilməsi.

Valyuta risklərinin idarə olunması siyasəti.

İnvestisiya qərarlarının bəzi maliyyə aspektlərinin aşkarlanması.



Beynəlxalq biznes” fənninin

mövzular üzrə ayrılmış tədris saatları




Mövzuların adları

Cəmi

o cümlədən

mühazirə

seminar

1

Kursun predmeti, məqsədi və vəzifələri

4

2

2

2

Beynəlxalq biznesin hüquqi, siyasi və iqtisadi mühiti

4

2

2

3

Beynəlxalq biznesin insani və mədəni mühiti

4

2

2

4

Dünya maliyyə mühiti

4

2

2

5

Beynəlxalq iqtisadi inteqrasiya

4

2

2

6

Beynəlxalq ticarət

4

2

2

7

Müştərək müəssisələrin yaradılması

4

2

2

8

Kapitalın beynəlxalq hərəkəti

4

2

2

9

Beynəlxalq injinirinq xidməti

4

2

2

10

Beynəlxalq biznesdə qiymətin əmələgəlməsi strategiyası

4

2

2

11

Danışıq prosesi və etibarlı tərəfdaşın axtarılması strategiyası

4

2

2

12

Azərbaycanın neft strategiyası və beynəlxalq biznesin inkişafında onun rolu

4

2

2

13

Böyük İpək Yolunun bərpası beynəlxalq biznesin inkişaf zəmini kimi

4

2

2

14

Beynəlxalq biznesdə marketinq

4

2

2

15

Beynəlxalq icarə münasibətləri

4

2

2

16

Beynəlxalq françayzinq, faktorinq

4

2

2

17

Valyuta risklərinin idarə edilməsi

4

2

2




Yekunu

68

34

34

Ədəbiyyat


  1. Biznesin əsasları. Dərslik. Prof. A.B. Abbasovun ümumi elmi redaktəsi ilə. Bakı, 2005

  2. Bayramov Ə.İ. Regional iqtisadi inteqrasiya: nəzəriyyə və praktika. Azər-nəşr, 1997

  3. Əliyev A.Ə., Qasımov Ə.S., Qasımov N.Ə. “İpək Yolu” bəşəriyyətin tərəqqi yoludur. Bakı, 1999

  4. Əliyev T.N. Biznesin idarə edilməsinin əsasları. Bakı, Elm, 1994

  5. Şəkərəliyev A.Ş. Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər. Bakı, 1999

  6. Авдокушин Е.Ф. Международные экономические отношения. М – 2001

  7. Буглай В.В. Ливенцев Н.Н. Международные экономические отношения. М – 2001

  8. Гаджиев Ш.Г. Азербайджан на пути к мировому сообществу: стратегия внешнеэкономического развития. Киев, Экспресс-объява, 2000

  9. Герчикова И.Н. Международное коммерческое дело. М – 2001

  10. Дэниел Джон Д., Радеба Ли Х. Международный бизнес: внешняя среда и деловые операции. М., «Дело», 1998

  11. Малкова И.В. Мировая экономика, М - 2005

  12. Махмудов М.Н., Гасанов Т.М. Организация бизнес-деятельности в нефтяной промышленности Азербайджана. Баку, Гянджлик, 2000

  13. Камирин А.И. Венчурное инвестирование в России. М - 2007

  14. Попов В.М. Менеджмент и маркетинг бизнеса в международных компаниях. М – 2001

  15. Попов В.М. и др. Руководитель в бизнесе. М – 2006

  16. Попов В.М., Лянунов С.И. Финансовый бизнес-план. М – 2007

Yüklə 97,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin