141. Beynəlxalq marketinqin kommunikasiya sisteminə hansı element aiddir?
A) Birbaşa marketinq
B) Mövqeləşdirmə
C) Hədəf (məqsəd) auditoriyası
D) Marketinq tədqiqatları
E) Seqmentləşdirmə
142. Beynəlxalq marketinqin hansı növü bütöv bazara istiqamətlənmiş məhsul istehsalını nəzərdə tutur?
A) Qeyri-diferensial marketinqi
B) Sosial-etik marketinqi
C) Təmərküzləşmiş (cəmləşmiş) marketinqi
D) Aqressiv marketinqi
E) Diferensial marketinqi
143. Reklam xəbərlərində yüksək emosiya ilə verilən başlıq necə adlanır?
A) Şüar
B) Epiqraf
C) Xəbər
D) Mətn
E) Diqqət
144. Beynəlxalq reklam insana hansı ardıcıllıqla psixoloji təsir göstərir?
A) Diqqət-maraq-istək-fəalliyyət
B) İstək-diqqət-maraq- fəalliyyət
C) İstək-maraq-diqqət- fəalliyyət
D) Maraq-diqqət-istək- fəalliyyət
E) Maraq-istək-diqqət- fəalliyyət
145. Göstərilən hansı element müəssisənin ətraf mühitinin makromühitinə aiddir?
A) Mədəni mühit
B) Vasitəçilər
C) Firmanın iqtisadi nəticələri
D) İstehlakçılar
E) Malgöndərənlər
146. Hansı tədbiri pablik rileyşnz hesab etmək olar?
A) Sponsorluq
B) Telemarketinq
C) Əmtəə reklamı
D) Kataloqlarla satış
E) Sinxromarketinq
147. Fokus-qruplar tərəfindən toplanan informasiya necə adlanır?
A) İlkin informasiya
B) Daxili təkrar informasiya
C) Kənar təkrar informasiya
D) Sorğu
E) Əhatəli müsahibə
148. Beynəlxalq marketinqin hansı funksiyası informasiyanın toplanmasını nəzərdə tutur?
A) Analitik funksiya
B) Satış funksiyası
C) Təşkilati funksiya
D) İstehsal funksiyası
E) Marketinq tədqiqatları
149. Milli məhsulların əlavə emala məruz qalmadan sərhəddən ölkəyə geriyə gətirilməsi necə adlanır?
A) Reidxal
B) Reixrac
C) İdxal
D) İxrac
E) Cavablar düzdür
150. Beynəlxalq marketinqdə ekspert qiymətləndirməsi üsulu necə adlanır?
A) Komissiya metodu
B) Fokus-qrup metodu
C) Sorğu
D) Müşahidə
E) Təcrübə
151. Müqavilə bağlamaqla ticarət markasından (brenddən) birgə istifadəyə əsaslanan fəaliyyət necə adlanır?
A) Françayzinq
B) Lizinq
C) Birgə müəssisə
D) Merçandayzinq
E) Konsorsium
152. Beynəlxalq ticarətdə tarif məhdudiyyətlərinə bunlardan hansı aid deyil?
A) Kvotalaşdırma
B) Gömrük rüsumlırı
C) İxrac rüsumları
D) İdxal rüsumları
E) Gömrük tarifləri
153.«Beynəlxalq marketinqin idarə edilməsi» anlayışına göstərilənlərdən hansı daxil deyil?
A) Stimullaşdırma
B) Təhlil
C) Planlaşdırma
D) Nəzarət
E) Təşkil
154. Delfi metodu beynəlxalq marketinq tədqiqatlarının hansı növünə aiddir?
A) Ekspert qiymətləndirməsi
B) Sorğu
C) Panel tədqiqatları
D) Müşahidə
E) Təcrübə
155. Xarici bazarda məhsulun həyat dövrünü hansı mərhələ xarakterizə edir?
A) Yetkinlik
B) Qocalıq
C) Tədqiqat
D) Satış
E) Alış
156. Satıcı özünün internet-mağazasını yaratmaqla onu ilk növbədə aşağıdakı məqsəd üçün istifadə edir:
A) Birbaşa marketinq
B) Pablik rileyşnz
C) Satışın stimullaşdırılması
D) Vasitəçilərin stimullaşdırılması
E) Reklam
157. Göstərilən elementlərdən hansı müəssisənin xarici mühitinin mikromühitinə aiddir.
A) Rəqiblər
B) İdarəetmə mühiti
C) Mədəniyyət
D) Demoqrafik mühit
E) Texnoloji mühit
158. Hansı element marketinq kompleksi anlayışına daxil deyil?
A) Siyasət
B) Qiymət
C) Qablaşdırma
D) Əmtəə
E) Satış
159. Göstərilən funksiyalardan hansı beynəlxalq marketinqə aid deyil?
A) Vasitəçilik funksiyası
B) İstehsal funksiyası
C) Satış funksiyası
D) İdarəetmə funksiyası
E) Analitik funksiya
160. Bazarın bir neçə seqmentinə istiqamətlənmiş məhsul istehsalı beynəlxalq marketinqin hansı növünə aiddir?
A) Diferensial marketinq
B) Qeyri-diferensial marketinq
C) Sosial-etik marketinq
D) Təmərküzləşmiş (cəmləşmiş) marketinq
E) Aqressiv marketinq
161. Göstərilən elementlərdən hansı beynəlxalq marketinq tədqiqatı elementi deyil?
A) Xarici mühitin qiymətləndirilməsi
B) Müşahidə
C) Sorğu
D) Ekspert qiymətləndirməsi
E) Delfi metodu
162. Tətbiq (bazara çıxış) mərhələsində əmtəəyə qiymətqoyma strategiyası necə adlanır?
A) Qaymağın yığılması strategiyası
B) Qiymət lideri strategiyası
C) Bazarı yarıb keçmək strategiyası
D) Diferensial qiymətlər strategiyası
E) Bazarı mülayim yarmaq strategiyası
163.Bazara çıxış mərhələsində məhsul alan alıcılar necə adlanır?
A) Yenilikçilər
B) Kütləvi istehlakçılar
C) Erkən qəbul edənlər (davamçılar)
D) Mühafizəkarlar
E) Aludə olanlar
164. Beynəlxalq marketinq tədqiqatlarında istifadə edilən ekspert qiymətləndirməsi nədir?
A) Tədqiqat metodudur
B) İnformasiya növüdür
C) Auditoriya ilə əlaqə vasitəsidir
D) Tədqiqat vasitəsidir
E) Qiymət üsuludur
165. Beynəlxalq marketinq kompleksi hansı elementlərdən ibarətdir?
A) Əmtəə-qiymət-bölüşdürmə-irəlilətmə
B) Qiymət-bölüşdürmə-satışın stimullaşdırılması-reklam
C) Əmtəə -qiymət-ictimai əlaqələr-fərdi satış
D) Əmtəə-qiymət-bölüşdürmə-istehlakçılar
E) Əmtəə-qiymət-stimullaşdırma-istehlakçılar
166. Məhsulun beynəlxalq irəlilədilməsi sisteminə göstərilən elementlərdən hansı daxil deyil?
A) Tədqiqat
B) Anbarlama
C) Qablaşdırma
D) Nəqliyyat
E) Quraşdırma
167. Göstərilənlərdən hansı birbaşa marketinqə aiddir?
A) Kataloqlarla satış
B) Sposnsorluq
C) Lobbiçilik
D) Qeyri-kommersiya nəşrləri
E) Kommersiya nəşrləri
168. Xarici tərəfdaşa idarəetmə sahəsində nou-hau verilməsi necə adlanır?
A) Autsorsinq
B) Lisenziyalaşdırma
C) Françayzinq
D) Müqavilə əsasında idarəetmə
E) Podratçı istehsal
169. Firmanın imicini beynəlxalq reklamın hansı növü formalaşdırır?
A) Nüfuzlu (dəbdəbəli) reklam
B) Əmtəə reklamı
C) Xatırladıcı reklam
D) Kommersiya reklamı
E) Müqayisəli reklam
170. Neqativ tələbin mövcudluğu şəraitində tətbiq edilən marketinq strategiyası necə adlanır?
A) Konversiya marketinqi
B) Demarketinq
C) Dəstəkləyən marketinq
D) Remarketinq
E) Stimullaşdırıcı marketinq
171. Kütləvi istehsal sahəsi firmasına xarakterik olan rəqabət mübarizəsi strategiyası necə adlanır?
A) Violent strategiyası
B) Eksplerent strategiyası
C) Kommutant strategiyası
D) Patient strategiyası
E) Cavablar düzdür
172. Şirkətin daxilində bir təsərrüfat bölməsinin digər təsərrüfat bölməsinə məhsulla əlaqədar müəyyən etdiyi qiymət necə adlanır?
A) Transfer qiymətləri
B) Beynəlxalq qiymətlər
C) Dempinq qiymətləri
D) Daxili qiymətlər
E) Satış qiymətləri
173. Beynəlxalq ticarətdə qeyri-tarif əngəllərinə göstərilənlərdən hansı aid deyil?
A) Gömrük rüsumları
B) İxracın könüllü məhdudlaşdırılması
C) Embarqo
D) Lisenziyalaşdırma
E) Kvotalaşdırma
174. Preyskurant və sorğu kitabçalarında göstərilən qiymətlər necə adlanır?
A) Bazis qiymətləri
B) Müqavilə qiymətləri
C) Xüsusi qiymətlər
D) Nominal qiymətlər
E) Transfer qiymətləri
175. «Firma stili» anlayışına göstərilənlərdən hansı aiddir?
A) Əmtəə nişanı
B) Reklam
C) Pablik rileyşnz
D) Loqotip
E) Satışın stimullaşdırılması
176. Hansı element firma stilinə aid deyil?
A) Şüar
B) Əmtəə nişanı
C) Brend
D) Loqotip
E) Pablik rileyşnz
177. Məhsulun həyat dövrünün inkişaf mərhələsində istifadə edilən irəlilətmə strategiyası necə adlanır?
A) Məhsul haqqında xatırlatma
B) Təkmilləşdirmə
C) Məhsul haqqında informasiya verilməsi
D) Brendin möhkəmləndirilməsi
E) Satışın stimullaşdırılması
178. Hansı matrisin qurulmasında «satış həcminin artım tempi/müəssisənin nisbi bazar payı» sistemindən istifadə edilir?
A) Boston məsləhət qrupunun
B) Porter
C) Ansof
D) Mak Kinzi
E) Deminq
179. Göstərilənlərdən hansı müəssisənin daxili mühitinə aid deyil?
A) Vasitəçilər
B) İdarəetmə mühiti
C) Müəssisənin maliyyəsi
D) İstehsal mühiti
E) İşçi heyət
180. İstehlak malları bazarında alıcı davranışlarına ən çox təsir edən hansı elementdir?
A) Referent qruplar
B) Peşə aidiyyatı
C) Submədəniyyət
D) İctimai təşkilatlar
E) Status
181. Göstərilənlərdən hansı element müəssisənin ətraf mühitinin makromühitinə aiddir?
A) Demoqrafik mühit
B) İdarəetmə mühiti
C) İstehlakçılar
D) Rəqiblər
E) İctimaiyyət
182. Sorğu əsasında toplanan informasiya necə adlanır?
A) İlkin informasiya
B) Xarici təkrar informasiya
C) Tədqiqat informasiyası
D) Daxili təkrar informasiya
E) Təkrar informasiya
183. Dövri nəşrlərdən və sorğu kitabçalarından istifadəyə əsaslanan beynəlxalq marketinq tədqiqatı necə adlanır?
A) Kabinet tədqiqatı
B) Ekspert qiymətləndirməsi
C) Test
D) Sahə tədqiqatı
E) Komissiya metodu
184. Tətbiq (bazara çıxış) mərhələsində qiymətlərin aşağı salınmasını nəzərdə tutan beynəlxalq qiymət strategiyası necə adlanır?
A) Bazarı «yarıb keçmək» strategiyası
B) Fərqli qiymətlər strategiyası
C) « Qiymət lideri» strategiyası
D) «Qaymağın yığılması» strategiyası
E) Transfer qiymətləri
185. Satış kanalı beynəlxalq marketinq kompleksinin hansı elementinə aiddir?
A) Bölüşdürmə (paylama) sisteminə
B) İrəlilətmə sisteminə
C) Qiymətə
D) Əmtəəyə
E) Xidmətə
186. Hansı artım strategiyası məhsulun və bazarın inkişaf xanasından istifadəni nəzərdə tutur?
A) Diversifikasiya
B) İxtisar
C) İnteqrativ artım
D) İntensiv artım
E) Yeni məhsulların işlənilməsi
187. Göstərilənlərdən hansı birbaşa marketinqə daxildir?
A) Telemarketinq
B) Sponsorluq
C) Təqdimat
D) Reklam
E) Kataloqlarla satış
188. Beynəlxalq marketinqin hansı funksiyası birbaşa marketinq elementlərini nəzərdə tutur?
A) Satış funksiyası
B) İstehsal funksiyası
C) Vasitəçilik funksiyası
D) Analitik funksiya
E) İdarəetmə funksiyası
189. Məhsulun yetkinlik mərhələsində istehlakçıları necə adlandırırlar?
A) Kütləvi istehlakçılar
B) Yenilikçilər
C) Erkən qəbul edənlər (davamçılar)
D) Mühafizəkarlar
E) Bədbinlər
190. Qabaqcadan gətirilən malların emala məruz qalmadan ölkədən çıxarılması necə adlanır?
A) Reixrac
B) İxrac
C) İdxal
D) Reidxal
E) Cavablar düzdür
191. İstehlakçıların hüquqlarının müdafiəsi hərəkatı necə adlanır?
A) Konsümerizm
B) Proteksionizm
C) Liberalizm
D) Monetarizm
E) Konservatizm
192. Tələbin aşağı düşməsinin qarşısının alınması strategiyası necə adlanır?
A) Remarketinq
B) Stimullaşdırıcı marketinq
C) Konversiya marketinqi
D) Demarketinq
E) Dəstəkləyən marketinq
193. Boston məsləhət qrupu matrsində hansı amil nəzərə alınmır?
A) Tələb
B) Əmtəə çeşidi
C) İnvestisiyalar
D) Satış dinamikası
E) Qiymət
194. Məhdud ixtisaslaşmış firmalar üçün xarakterik olan rəqabət mübarizəsi strategiyası necə adlanır?
A) Patientlər
B) Eksplerentlər
C) Kommutantlar
D) Violentlər
E) Cavablar düzdür
195. Elektron kommersiyada daha çox xüsusi çəkisi olan forma hansıdır?
A) Biznes-biznes
B) İstehsalkçı-istehlakçı
C) Biznes-istehlakçı
D) Biznes-dövlət
E) Bank əməliyyatları
196. Bazarın tutumu necə hesablanır?
A) Milli istehsalın həcmi - ixrac + idxal
B) Milli istehsalın həcmi + İxrac + İdxal
C) Milli istehsalın həcmi + İxrac - İdxal
D) İdxal + İxrac - Milli istehsalın həcmi
E) İdxal - İxrac - Milli istehsalın həcmi
197. Beynəlxalq marketinqə verilən təriflərdən hansı doğru deyil?
A) Beynəlxalq marketinq - xarici ölkə istehlakçılarının tələblərini nəzərə almadan, əks əlaqəsi olmayan beynəlxalq ticarətdir
B) Beynəlxalq marketinq - təşkilatın yerləşdiyi ölkədən kənarda əmtəələrin və xidmətlərin marketinqidir
C) Beynəlxalq marketinq - məhsulların öz ölkəsindən kənarda reallaşdırılmasıdır
D) Beynəlxalq marketinq - ölkələr arasında məhsul və xidmətlərin mübadiləsidir
E) Beynəlxalq marketinq - marketinqin məhsul, maliyyə və kommunikasiya kanalları ilə əlaqədar olaraq ölkə sərhədlərini keçməsidir
198. «Beynəlxalq marketinq» kursu ilə «Marketinq» kursu arasında əlaqə varmı?
A) Beynəlxalq marketinq marketinq elminin mühüm növlərindən biridir
B) Beynəlxalq marketinq daha geniş anlayışdır və «Marketinq» kursu onun bir növüdür
C) Beynəlxalq marketinq qlobal səviyyədə, marketinq isə milli səviyyədə tətbiq edilir
D) Marketinq dünyəvi anlayışdır, beynəlxalq marketinq isə konkret ölkə ilə əlaqədardır
E) Beynəlxalq marketinq və marketinq anlayışları müstəqil anlayışlardır və bir-birindən asılı deyil
199. Beynəlxalq marketinq kursunun predmeti nədir?
A) Xarici bazarı öyrənmək, tələbatı müəyyən etmək, tələb olunan miqdarda və keyfiyyətdə əmtəələr çıxarmaqdır
B) Kursun predmeti xarici ölkələrin yerli adət-ənələrini öyrənməkdir
C) Beynəlxalq marketinq inkişaf etmiş ölkələrlə ticarət münasibətlərinin qurulmasını öyrənir
D) Xarici bazarların xammal və material ehtiyatlarını öyrənmək və ticarət siyasətini bu əsasda qurmaqdır
E) Xarici bazara daha yüksək qiymətə məhsul satışını həyata keçirməkdir
200. Kommersiya müəssisəsinin beynəlxalq marketinqinin əsas məqsədi nədir?
A) Maksimum mənfəət əldə etməkdir
B) Satış həcmini artırmaqdır
C) Daha çox müştəri cəlb etməkdir
D) Rəqabət üstünlüyünə malik olmaqdır
E) İstehlakçılarda firmaya və onun məhsullarına müsbət imic yaratmaqdır
201. Beynəlxalq marketinqin obyektiv xarakteri hansı proseslərlə əlaqəli deyil?
A) Milli istehsalın genişlənməsi ilə
B) İstehsalın və kapitalın beynəlmiləlləşməsi ilə
C) Dünya təsərrüfatında vahid bazar məkanının ortaya çıxması ilə
D) İstehsalın və kapitalın qloballaşması ilə
E) Beynəlxalq əmək bölgüsünün inkişafı ilə
202. Beynəlxalq marketinq ilə məşğul olmağa hansı amil sövq edir?
A) Daxili bazarda marketinq imkanlarının zəifləməsi, konyukturun zəifləməsi, xarici bazarda açılan imkanların artması
B) Daxili bazarda marketinq imkanlarının genişlənməsi, konyukturun yaxşılaşması
C) Xarici bazardakı milli məhsulların çeşidinin zənginləşdirilməsi
D) Xarici bazarların yeni məhsullarla doldurulması zərurəti
E) Daxili bazarda rəqabətin kəskinləşməsi
203. Firma beynəlxalq marketinq konsepsiyasını həyata keçirirsə, onda:
A) Xarici bazarda istehlakçıların ehtiyac və tələbatlarını rəqiblərə nisbətən daha dolğun ödəyir
B) Xarici bazarın marketinq tədqiqatını aparır
C) Xarici bazarda ticarətlə məşğul olur
D) Beynəlxalq sərgi və yarmarkaların işində iştirak edir
E) Bütün cavablar doğrudur
204. Beynəlxalq marketinqin həyata keçirilməsinin ilkin mərhələsi hansıdır?
A) Xarici bazara çıxmağın zəruriliyinin müəyyən edilməsi
B) Reklamın aparılması
C) Bölüşdürmə kanallarının seçilməsi
D) İctimai əlaqələrin inkişaf etdirilməsi
E) Ticarətin stimullaşdırılması
205. Beynəlxalq marketinqin nəzarət edilən amilləri nə ilə müəyyən edilir?
A) Firmanın rəhbərliyinin və marketinqin idarə edilməsi xidmətinin fəaliyyəti ilə
B) Strateji tərəfdaşların və referent qrupların fəaliyyəti ilə
C) Rəqiblərin və təchizatçıların (malgöndərənlərin) fəaliyyəti ilə
D) Müştərilərin fəaliyyəti ilə
E) Ünsiyyət auditoriyasının fəaliyyəti ilə
206. Beynəlxalq marketinqin idarə edilməsi xidmətinin əsas məsələlərindən biri hansıdır?
A) Beynəlxalq marketinq kompleksinin hazırlanmasında və həyata keçirilməsində müxtəlif bölmələrin fəaliyyətini uzlaşdırmaqdır
B) Firmanın fəaliyyət məqsədlərini müəyyən etməkdir
C) Korporativ mədəniyyəti müəyyən etməkdir
D) Bazarın konyukturası haqqında dolğun informasiya əldə etməkdir
E) Firmanın fəaliyyət sahələrini müəyyən etməkdir
207. İstehsalın birbaşa iqtisadi qurulması nə vaxt baş verir?
A) Daxili marketinqdə
B) Beynəlxalq marketinqdə
C) İxrac marketinqində
D) Qlobal marketinqdə
E) Marketinqin bütün növlərində
208. Milli və beynəlxalq marketinqin fərqinə hansı aid deyil?
A) Marketinq tədqiqatlarının aparılması üsulları
B) İstehsal edilən məhsulların xarici bazara uyğunlaşdırılması
C) Xarici bazarda əsaslandırılmış bölüşdürmə və irəlilətmə siyasətinin hazırlanması
D) Hər bir konkret xarici bazarın tədqiqi və bu bazara çıxmağın məqsədəuyğunluğu
E) Səmərəli qiymət siyasətinin müəyyən edilməsi
209. Beynəlxalq marketinqin həyata keçirilməsində hansı məqsədlər vardır?
A) İqtisadi və psixoqrafik
B) Ekoloji və coğrafi
C) Texniki və texnoloji
D) Sosial və mədəni
E) Lokal və qlobal
210. Beynəlxalq marketinqin kəmiyyət məqsədlərinə bunlardan hansı aid deyil?
A) İstehlakçı davranışlarının motivasiyasının aşkar edilməsi
B) Maksimum mənfəət əldə edilməsi
C) Bazar payının təmin edilməsi
D) Satış həcminin artırılması
E) Yeni bazarlara çıxışın təmin edilməsi
211. Beynəlxalq marketinqin keyfiyyət məqsədlərinə göstərilənlərdən hansı aid deyil?
A) Firmanın illik ticarət dövriyyəsinin yüksəldilməsi
B) İstehlakçıların şüurunda firmanın və onun məhsullarının müsbət imicinin formalaşdırılması
C) Alınan məhsullardan məmnun qalmaq səviyyəsinin yüksəldilməsi
D) Firmanın məhsulları haqqında yerli əhalinin məlumatlandırılması səviyyəsinin artırılması
E) Firmanın məhsullarını istehlakçıların almaları üçün stimullaşdırılması
212. Marketinqin növlərinə aid olmayanı göstərin:
A) İdxal marketinqi
B) İxrac marketinqi
C) Daxili marketinq
D) Beynəlxalq marketinq
E) Qlobal marketinq
213. Beynəlxalq marketinqdə ətraf mühitin tədqiqinə hansı mərhələ aid deyil?
A) İstehlakçı davranışlarının modelləri
B) Siyasi-iqtisadi amillər
C) Hüquqi, sosial-mədəni amillər
D) Daxili və xarici amillərin sistemləşdirilməsi
E) İqtisadiyyatın dövlət tənzimlənməsi
214. Ətraf mühitin nəzarət edilən amilləri siyahısına aid olmayanını göstərin:
A) Dövlət tənzimlənməsi amilləri
B) İstehsal xərcləri, reklam xərcləri (iqtisadi-maliyyə xərcləri)
C) Rentabelliyin səviyyəsi
D) İstifadə edilən texnika, texnologiya (texnoloji istehsal amilləri)
E) Təşkilati amillər (təşkilati quruluş)
215. Nəzarət edilməyən amillərə hansı aid deyil?
A) Marketinqin idarə edilməsi xidməti
B) Rəqabət amilləri
C) Siyasi-hüquqi amillər
D) Elmi-texniki, demoqrafik, coğrafi amillər
E)
İqtisadi amillər
216. Ölkələrin təsərrüfat quruluşuna aid olmayanını göstərin:
A) Xammal idxal edən ölkələr
B) Natural təsərrüfatlı ölkələr
C) Xammal ixrac edən ölkələr
D) Sənayesi inkişaf etməkdə olan ölkələr
E) Sənayesi inkişaf etmiş ölkələr
217. Ölkənin inkişafının və firavanlıq səviyyəsinin ümumi göstəricisi hansıdır?
A) Ümumi milli gəlir
B) Ümumi milli məhsul
C) Ümumi daxili məhsul
D) Adambaşına düşən milli gəlir
E) Adambaşına düşən milli məhsul
218. Ölkə iqtisadiyyatının «qızğın» çağı ümumi milli gəlirin illik artımının hansı həddindən hesablanır?
A) 6%
B) 12%
C) 9%
D) 10%
E) 15%
219. Ölkənin iqtisadi xarakteristikasına aid olmayanını göstərin:
A) Əhalinin məşğulluq səviyyəsi
B) İşsizlik, dövləti borcları
C) Ümumi gəlir
D) İnflyasiya
E) Ödəniş balansı
220. Bazarın əsas göstəricilərinə daxil olmayanını göstərin:
A) Alıcı davranışları
B) Bazarın əlverişliyi
C) Rəqabətin vəziyyəti və quruluşu
D) Bazarın həcmi
E) Tələb və təklifin vəziyyəti
221. Beynəlxalq marketinqdə siyasi risklərə daxil olmayanını göstərin:
A) İstehlakçı riskləri
B) Ölkə riskləri
C) Uyğunsuzluq riskləri
D) Valyuta riskləri
E) Maliyyə və bank riskləri
222. Ölkə risklərinə göstərilənlərdən hansı daxil deyil?
A) İstehlakçılarn məhsula neqativ münasibətləri ilə bağlı risklər
B) Bazarda iştirak etmək məhdudiyyəti ilə bağlı risklər
C) Xarici investora dəyən zərərin itirilməsi riski
D) Məcburi imtiyazlarla bağlı risklər
E) Əmlakın müsadirə edilməsi riskləri
223. Uyğunsuzluq riski nədir?
A) Məhsulun keyfiyyəti istehlakçıların tələblərinə uyğun gəlmir
B) Məhsulun keyfiyyəti həmin ölkənin standartlarına uyğun gəlmir
C) Məhsulun keyfiyyət sertifikatı beynəlxalq standartlara cavab vermir
D) Xarici ölkədə sosial-siyasi sistemin və dövlət tənzimlənməsi şərtlərinin dəyişkənliklərinə uyğunlaşmaq mümkün olmur
E) Xarici ölkədə məhsulun qablaşdırılmasına qoyulan tələbatlar ödənilə bilmir
224. Valyuta riski dedikdə nə başa düşülür?
A) Ölkədən valyutanın çıxarılması zamanı gəlirin bir hissəsinin itirilməsi başa düşülür
B) Yerli valyutanın məzənnəsinin aşağı düşməsi başa düşülür
C) Yerli valyutanın məzənnəsinin artması başa düşülür
D) Yerli valyutaya konvertasiya mümkünsüzlüyü başa düşülür
E) Ölkəyə valyutanın gətirilməsi zamanı məhdudiyyət riski başa düşülür
Dostları ilə paylaş: |