Beynəlxalq marketiNQ


Marketinq planının quruluşu nədən asılıdır?



Yüklə 0,91 Mb.
səhifə5/8
tarix07.06.2018
ölçüsü0,91 Mb.
#52966
1   2   3   4   5   6   7   8

295.Marketinq planının quruluşu nədən asılıdır?

A)Şirkətin təkilati quruluşundan, onun bazarlarından, səciyyəvi fəaliyyət xüsusiyyətlərindən

B)Bazarın rəqabət səviyyəsindən, sahənin cəlbediciliyindən

C)Marketinq xidmətinin funksional quruluşundan

D)Məhsul buraxılışının istehsal həcmindən, istehsal gücündən, satışın proqnozlaşdırılmasından

E)İstehsal proqramından, marketinq büdcəsindən, marketoloqların peşəkarlığından


296.Qiymət rəqabəti nədir?

A) Məhsulun qiymətinin dəyişdirilməsi vasitəsilə aparılan mübarizə vasitəsidir

B)Mövsümdən asılı olaraq qiymətlərin dəyişməsidir

C) Məhsulun qiymətinin bazardakı tələbata uyğun olaraq dəyişdirilməsidir

D)Bazara uyğun olaraq qiymətlərə edilən dəyişilikdir

E)Rəqiblərlə müqayisədə məhsulun keyfiyyət xarakteristikalarına edilən dəyişiliklərdir


297.Qeyri-qiymət rəqabətində əsas diqqət nəyə yönəldilir?

A) Məhsulun keyfiyyətinə, markasının nüfuzuna, xidmət səviyyəsinə

B)Məhsulun çeşidinə, rəngarəngliyinə

C)Servis xidmətinin növlərinə

D) Rəqiblərin strategiyalarına

E)Birja ticarətinin xüsusiyyətlərinə


298.Satışın stimullaşdırılmasının məqsədi nədir?

A)Satış həcminin və bazar payının artırılmasıdır

B) Satış ilə məşğul olan daha çox insanların satışa cəlb edilməsidir

C) Ölkə daxilində satışları həyata keçirəcək yeni satıcıların sayının artırılmasıdır

D) İxrac əməliyyatlarını xaricdə daha səmərəli və tez həyata keçirməkdir

E) Satış əməkdaşlarının satışa görə mükafatlandırılmasıdır


299.Beynәlxalq istehsal әmәkdaşlığı marketinqi:

A)Xaricdә obyektlәrin tikintisi, istehsal kooperasiyası ilә mәşğul olan marketinqdir

B) Xarici bazarların ayrıayrı tәlәbatlarına uyğun olaraq marketinq texnologiya vә tәdbirlәrinin adaptasiya olunmasıdır

C) Bütün növ xarici iqtisadi әmәliyyatlarla mәşğul olan marketinqdir

D) Portfel vә birbaşa investisiyala ixracidxalı ilә mәşğul olan marketinqdir

E) Әksәr xarici bazarlar üçün standart marketinq texnologiya vә tәdbirlәrinin tәtbiqidir


300.Nəzarət nə üçün vacibdir?

A) Növbəti plan dövrü üçün marketinq fəaliyyətinin məqsəd və strategiyasını düzgün seçmək üçün

B) Maliyyə vəsaitlərinin mənimsəniləməsini aşkar etmək üçün

C) Məhsulun keyfiyyət göstəricilərinin texniki şərtlərə uyğunluğunu yoxlamaq üçün

D) Planların vaxtında yerinə yetirilməsini bilmək üçün

E)Rəqiblərlə özünün bazar payını müqayisə etmək üçün


301.Rəqabət nədir?

A) Oxşar məqsədlərə çatmaq uğrunda təsərrüfat subyektlərinin yarışma prosesidir

B)Bazara daha ucuz məhsul çıxarmaq uğrunda yarışdır

C) Bazara daha keyfiyyətli məhsul çıxarmaq uğrunda yarışdır

D) Oxşar bazarlarda müxtəlif qiymətlər tətbiq etməklə rəqibləri sıxışdırmaqdır

E)Rəqiblərə nisbətən yüksək qiymətlər qoymaqla alıcılarda məhsulun keyfiyyətinə inam yaratmaqdır



302.Məhsulun rəqabət qabiliyyəti nədir?

A)Məhsulun məcmu müqayisəli xarakteristikasıdır

B) Dizayn göstəricilərinin istehlakçı psixologiyasına uyğunlaşdırılmasıdır

C) Keyfiyyət göstəricilərinin standartlara və texniki şərtlərə uyğun gəlməsidir

D) Daşınma zamanı texniki və istehlak göstəricilərini qoruyub saxlamasıdır

E) Zəmanət müddəti ərzində keyfiyyət göstəricilərini itirməməsidir.


303.Rəqabət üstünlüyü nədir?

A) Müəssisənin və onun məhsullarının alıcıların gözündə müsbət cəhətdən fərqli xüsusiyyətləridir

B) Rəqiblərə nisbətən müəssisənin daha çox bazar payını ələ keçirməsidir

C)Rəqiblərlə müqayisədə daha müfəssəl marketinq planının hazırlanmasıdır

D) Marketinq xidmətinin təşkilati quruluşlarının daha uyğun olanını tətbiq etməkdir

E) Müəssisənin maliyyə ehtiyatlarının rəqiblərinkindən daha artıq olmasıdır


304.Məqsədin müəyyən edilməsi, tədqiqat planının hazırlanması, informasiyanın toplanması və təhlili hamısı birlikdə hansı anlayışa aid mərhələlərdir?

A) Marketinq tədqiqatları

B) Marketinq kəşfiyyatı

C) Marketinq strategiyaları

D) Marketinq informasiya sistemi

E) Marketinqin planlaşdırılması


305.Müəssisə rəqiblərin bir və ya bir neçə müəssisəsini alarsa, bu, necə adlanır?

A) Üfüqi inteqrasiya

B) Əks inteqrasiya

C) Konqlomerat inteqrasiya

D) Proqressiv inteqrasiya

E) Reqressiv inteqrasiya


306.Qiyməti təyin edərkən hansı xərcləri nəzərə almaq lazımdır?

A)Ümumi


B)Sabit

C)Dəyişən

D)Marja

E)Mövsümi


307.Qərb mütəxəssisləri marketinq planını nə adlandırırlar?

A) Yol xəritəsi

B)Şirkətin güzgüsü

C) Vizit kartı

D)Şirkətin siması

E)Döyüş taktikası


308.Qiymət dəyişkənliyinin ümümi gəlirə təsiri necə adlanır?

A) Elastiklik

B)Həssaslıq

C) Çevikli

D)Plastiklik

E)Cəlbedicilik


309.Əksər rəqiblərin qiymətlərindən aşağı qiymət qoyulması və mənfəətin artırılması strategiyası necə adlanır?

A) Bazara müdaxilə

B) Diversifikasiya

C)Yeni məhsulun yaradılması

D)Yeni bazarların axtarışı

E)Qeyri-qiymət rəqabəti


310.Ticarət sahəsinə yönəldilən reklamın əsas məqsədi nədir?

A) reklam lövhələri, poçt vasitələri, kataloqlar, kuponlarla yayılan reklamlar vasitəsilə istehlakçıları cəlb etmək

B) siyasi və kommersiya sahəsində nailiyyətlər əldə etmək məqsədilə həyata keçirilən tədbirlərin səmərəliliyini yüksəltmək;

C) konkret məhsulun alınmasının həvəsləndirmək;

D) ticarətçilərə reklam olunan məhsulun ehtiyatını yaratmaq, onların satışını həyata keçirməkdə maraqlarını artırmaq

E) reklam olunan məhsulun şəxsi istifadə üçün alınmasını həvəsləndirmək.


311.Aşağıdakı reklam növlərindən hansı alıcıların tələbatının artırılmasına yönəldilir:
A) stimullaşdırıcı reklam;

B) imic reklamı;

C) mütəxəssislərə yönəldilən reklam;

D) həvəsləndirici reklam;

E) sabitlik reklamı.
312. Bunlardan hansı stimullaşdirici reklamın əsas vəzifəsinə aiddir?

A) firmanın məhsuluna tələbatı artırmaq üçün alıcıları həvəsləndirmək.

B) geniş əhali kütləsində firmanın və onun məhsulunun müsbət obrazını yaratmaq;

C) texniki xarakter dasımaq;

D)reklam olunan məhsulun şəxsi istifadə üçün alınmasını həvəsləndirmək;

E) səmərəli yayım vasitəsi;


313.Reklamın bu növü ən bahalı və yüksək səmərə verən kütləvi reklam növü hesab olunur

A) stimullaşdırıcı reklam

B) qəzet və jurnallarda yayılan reklam;

C) televiziyada reklam;

D) sabitlik reklamı;

E) imic reklamı.


314.Reklam büdcəsinin hesablanması üsullarından biri düzgün deyil:

A) reklam istehsalçılarının sayının hesablanması

B) satışın məbləğinə nisbətən faizlə hesablama metodu

C) mövcud vəsaitlərin hesablama metodu

D) rəqiblərə əsaslanan hesablama metodu

E) xərclərin planlaşdırılması əsasında hesablama.


315.Reklam kompaniyası dövründə istifadə olunması planlaşdırılan reklam vasitələri nəyə görə təsnifləşdirilməlidir?

A)satışın həcminin artmasına görə.

B) reklam büdcəsinə görə

C) reklam fəaliyyətinə görə;

D) məhsul satışına görə.

E) öz müxtəlifliklərinə görə;


316.Rəqiblərin reklama kifayət qədər pul vəsaiti xərclədiyi şəraitdə əsasən nəyə diqqət yetirilməlidir

A) reklamın əhatə dairəsinə və fasiləsizliyinə

B) birbaşa poçt reklamına;

C) reklam büdcəsinin hazırlanmasına;

D) reklamın yerləşdirilmə formasına;

E) reklamın fəaliyyətinə.


317.Firmalar satış strategiyasını işləyib hazırlayarkən nəyi nəzərə almalıdırlar?

A) satış prosesinin xüsusiyyətlərini;

B) alıcı qrupunu;

C) satıcı qrupunu

D) satış xidmətlərini

E) ticarət agentliyini


318.Aşağıdakılardan hansı yarmarka və sərgilərin təşkilinin xidmət etdiyi vəzifələr sırasına daxil

A) gənclərin islə təmin olunması;

B) istehlakçıların tələbatının öyrənilməsi;

C) malların seçilməsi;

D) bazarın tələbatının öyrənilməsi;

E) optimal qiymətlərin müəyyən edilməsi.


319.Beynəlxalq reklamın yaranması səbəbləri:

A) iqtisadi və reklam xarakterinə malikdir

B) əmtəənin daxili bazarda reklamlaşdırılması xarakterinə malikdir

C) iqtisadi ilkin qloballaşdırma konsepsiyası xarakterinə malikdir

D) yeni maddi-texniki əsaslarla istehsalın inkişafı xarakterinə malikdir

E) bütün cavablar düzgün deyil


321.Ayrı -ayrı ölkələrin təbliğatdan istifadə etmələrində əsas məqsəd nədir?

A) ölkələrini dünyaya tanıtmaq

B) əhali artımını çoxaltmaq

C) reklamı daha da inkişaf etdirmək

D) biznesi inkisaf etdirmək

E) turizm fəliyyətitini inkişaf etdirmək, xarici sənayeni ölkəyə cəlb etdirmək


322.Yamarkalar əsasən harada təşkil olunurlar ?

A) xüsusi, daimi mövcud olan yerlərdəve yaxud da icarəyə götürülmüş sahələrdə təşkil olunurlar

B) məktəb binalarında

C) meydanda

D) əhalinin dincələ biləcəyi hər yerdə

E) universitetlərin həyətində


323.Reklamın əsas kommunikasiya məqsədi

A)məlumat vermə, xatırlatma, bağlama

B) motivləşmə, hərəkətə gətirmə

C) məlumatvermə, müqayisə etmə, alışdırmaq

D) motivləşmə, məlumat vermə, hərəkət

E) hərəkətə gətirmə, bağlama, motivləşmə


324. Bunlardan biri reklamın obyektidir?

A) əmtəə və xidmətlər

B) əmtəə və davranış

C) pul və xidməıtlər

D) qiymətli kağızlar

E) düzgün cavab yoxdur


325.Aşağıdakılardan biri reklamın vəzifəsidir?

A) istehsal edilmiş məhsulların fasiləsiz satışının təmin etmək

B) istehlakçılarda məhsula tələbat yaratmaq

C) məhsul haqqında istehlakçılarda müəyyən səviyyədə bilik formalaşdırmaq

D) istehlakçını müəssisənin konkret məhsulunu almağa inandırmaq

E) məhsulun satışını stimullaşdırmaq


326.Aşağıdakılardan biri reklamın funksiyasıdır?

A)əmtəə və xidmətləri satmaq

B)istehlakçılarda məhsula tələbat yaratmaq

C)məhsul haqqında istehlakçılarda müəyyən səviyyədə bilik formalaşdırmaq

D)istehlakçını müəssisənin konkret məhsulunu almağa inandırmaq

E)məhsulun satışını stimullaşdırmaq


327.Reklamın əsas vəzifəsi nədir?

A)istehlakçılarda məhsula tələbat yaratmaq

B)məhsulların satışını sürətləndirmək

C)məqsədli auditoriyanın müəyyən edilməsi və təhlili

D)istehlakçıların davranışını müəyyən etmək

E)alıcını məhsul haqqında məlumatlandırmaq, inandırmaq və xatırlatmaq


328.Reklamın ictimai rolu nədən ibarətdir?

A)insanların alıcılıq qabiliyyətini artırır, satış bazarını genişləndirir

B) iş yerlərinin sayının artımına şərait yaradır, rəqabətə kömək edir, satış bazarını genişləndirir

C)əhalinin davranışına və müəyyən düşünmə standartlarının formalaşmasına kömək edir

D)biliklərin yayılmasına kömək edir, istehlakçılara müəyyən praktiki vərdişlər aşılayır

E)insanların gözəllik hissinin formalaşmasına kömək edir, onda yaxşı zövq tərbiyə edir


329.Marketinq tədqiqatlarının zəruriliyi nə ilə müəyyən edilir?

A)istehsalın həcminin artması ilə

B)qeyri-müəyyənlik və risk amilinin səviyyəsinin artması ilə

C)satışın həcminin yüksəkməsi ilə

D)rəqabətin kəskinləşməsi ilə

E)məhsul çeşidinin genişlənməsi ilə


330.Situasiyalı təhlilin məqsədi nədir?

A)müəssisənin uzunmüddətli inkişaf meylini proqnozlaşdırmaqdır

B)müəssisənin cari vəziyyətini qiymətləndirməkdir

C)təhlilin aparılması anında müəssisənin özünəməxsus vəziyyətini göstərməkdir

D)müəssisənin potensial alıcılarının tapılmasıdır

E)müəssisənin rəqiblərinin vəziyyətini qiymətləndirməkdir


331.Aşağıdakılardan hansı marketinq tədqiqatlarının mərhələlərindən biridir?

A)əmtəə hərəkətinin səmərələşdirilməsi

B)bazar infrastrukturunun zəruri elementlərinin üzə çıxarılması

C)informasiya mənbəyinin seçilməsi

D)məhsulun hazırlanması və satışının təşkili

E)tədqiqatvaxtının düzgün seçilməsi


332.Marketinq tədqiqatlarının təşkili formalarının seçilməsini müəyyən edən amillərdən biri deyildir?

A)rəqiblərin mövcudluğu

B)bazarda firmanın iş təcrübəsi

C)öz tədqiqatçılar personalının olması

D)əməkdaşların peşə potensialı

E)bazarda firmanın vəziyyəti və onun məqsəd və arzuları


333.Marketinq tədqiqatlarının təşkili formalarının seçilməsini müəyyən edən amillərdən biridir?

A)satışın təşkili səviyyəsini yüksəldilməsi

B)məqsədyönlü əmtəə siyasəti aparılması

C)firmanın bazar fəaliyyətinin strategiyası və taktikası

D)istehsalın təşkili səviyyəsinin təkmilləşdirilməsi
334Əmələ gəlməsinin dövrülüyünə görə marketinq informasiyası hansı növlərə ayrılır?

A) tarixi, cari, proqnoz

B)sabit, dəyişən, epizodik

C)kəmiyyət və keyfiyyət

D)ilkin və təkrar

E) demoskopik və ekoskopik


335.Qiymətləndirmə imkanına görə marketinq informasiyası hansı növlərə ayrılır?

A)kəmiyyət və keyfiyyət

B)sabit, dəyişən, epizodik

C) tarixi, cari, proqnoz

D)ilkin və təkrar

E)demoskopik və ekoskopik.


336.Aşağıdakılardan hansı daxili informasiya mənbələrinə aid deyildir?

A) əvvəllər aparılmış tədqiqatın materialları

B) statistik hesabat

C) mühasibat hesabatı

D)sindikativ informasiya

E)operativ və cari istehsal və elmi-texniki informasiya


337.Bazara dərin girməsi strategiyası nə zaman səmərəlidir?

A)mövcud məhsulun satışı üçün tələb kifayət qədər olduğu zaman

B)bazar böyüyəndə və ya dolmayan zaman

C)müəssisənin müəssisələrə münasibətinə görə loyal olan, yaxşı tanınan müştərilərə

D) yeni məhsullar təklif edilən zaman fəaliyyət strategiyasının genişləndirilməsi zəruriliyi zaman

E)düzgün cavab yoxdur


338. Marketinq strategiyasının seçilməsində hansı amil həlledici rol oynaya bilər?

A)firmanın məqsədi

B) maraqlar və rəhbərlik münasibətləri

C)firmanın rəqabət üstünlüyü, onun güclü tərəfləri

D)müəssisənin maliyyə resursları

E)yeni bazar seqmentlərinin mənimsənilməsi


339.Milli fərqləri nəzərə almadan fəaliyyət göstərən marketinq belə adlanır:

A) makromarketinq;

B) mikromarketinq;

C) meqamarketinq.

D)siyasi marketinq;

E)qlobal marketinq;


340.Qiymətlərin tənzimlənməsinin məqsədi nədir?

A)müştərilərin reaksiyalarını mükafatlandırmaq;

B)yüksək gəlirin əldə olunması;

C) vergi ödəmələrinin həcminin azaldılması;

D)rəqiblərin qiymətlərinə qarşı reaksiya göstərmək;

E)inflyasiyanın qarşısının alınması.


341. Ticarət agenti nədir

A)şirkətlərdə çalışa bilən, işləri ardıcıl yerinə yetirən şəxsdir

B) Müəssisələrdə çalışan bir neçə funksiyanı izah edə bilən şəxsdir

C)Firmanın adından çıxış edən bir yaxud bir neçə funksiyanı yerinə yetirən şəxsdir

D) satış bazarında alıcı ilə satıcı arasında əlaqə yaradan şəxsdir

E) Müəssisənin satış bazasında iştirak edən şəxsdir


342. Marketinqdə diler nədir

A) Öz adəndan birja vasitəçiliyini və öz hesabına birja əməliyyatlarını həyata keçirən şəxsdir

B) müəssisələrdə qiymətli kağız satan şəxsdir

C) şirkətlərdə reklam yayan şəxsdir

D) qiymətli kağız satan şəxsdir

E) firmalarda əldə edilən gəlirlərdir


343. Firma tərəfindən məhsulların beynəlxalq bazarlarda yetirilməsi neçə elementi özündə birləşdirir

A)4

B) 2

C) 5


D) 3

E) 6
344. Marketinqdə satışı üzrə agent nədir

A)məhsulu topdan satış formada satan şəxsdir

B) məhsula fərdi formada satan şəxsdir

C) məhsulu pərakəndə formada satan şəxsdir

D)məhsulu hüquqi şəxs formada satan şəxsdir

E) firmanın məhsulunu satmağa müvəkkil edilmiş şəxsdir
345. İctimaiyyətlə əlaqənin təşkili üzrə tədbirlər neçə mərhələni özündə birləşdirir.

A)5


B)4

C) 7


D) 2

E) 3
346. Beynəlxalq marketinqdə informasiyanın yayılması vasitələri

A)toplanmış informasiyaların əhatə dairəsi və istehlak mallarının toplanmasıdır

B) gəlir mənbələrinin informasiya sisteminə qoşulmasıdır

C)məlumatların göndərəndən alana ötürdüyü kommunikasiya kanalıdır

D) müəssisənin satış bazarından gələn gəliridir

E) alınan məlumatın informasiyasının toplanmasıdır
347. Marketinqin formaları hansılardır

A)firmalarda istehsal fəaliyyətinin dəyişməsi və milli bazarın formalaşmasıdır

B) marketinq fəaliyyətinin həyata keçirilməsi və onun təmin edilməsi formasıdır

C) istehsalın çeşid qruplarının müəyyən edilməsidir

D)ayrı-ayrı müəssisə qarşısında duran məqsədə çatmağa yönəldilmiş marketinq formasının seçilməsidir

E) məhsul çeşidinin planlaşdırılması və tələbatın formalaşmasıdır


348. Beynəlxalq marketinqin yaranması və inkişaf tarixi hansı əsrdə baş vermişdir.

A)XX


B) XVI

C) XIX


D) XVII

E) XV
349. Beynəlxalq marketinqdə valyuta sistemi

A)beynəlxalq ictimai əmək bölgüsü sistemi və ayrı-ayrı milli təsərrüfatların məcmusudur

B) beynəlxalq sahədə istifadə olunan və onu tənzimləyən fəaliyyət göstəricisidir

C)beynəlxalq hesablaşmaları bilavasitə tənzimləmək məqsədilə istifadə olunan siyasət və təcrübi fəaliyyətdir

D) beynəlxalq regionda ticarətin satış bazarında kollektiv qərarların qəbul edilməsidir

E) bazarda əlverişli şəraitin yaradılması, bazar seqmentinin müəyyən edilməsidir
350. Beynəlxalq valyuta bazarları

A)pul vəsaitlərinin xərclənməsi və qəbuludur

B) xarici valyutalar pul hesablaşmalarıdır

C) beynəlxalq miqyasda əməliyyatların həyata keçirilməsidir

D) pul vəsaitlərinin alınması və gətirilməsidir

E)milli və beynəlxalq banklar, birjalardır


351. İdxal nədir

A)Xarici ticarətin, beynəlxalq marketinq fəaliyyətinin təşkili formalarından biridir

B) Əmtəənin satışında istifadə oluna bilən kommersiya xidmət sahəsidir

C) Konkret əmtəə və xidmətlərin istehsalçıdan istehlakçıya doğru, əmtəənin satışını öz üzərinə götürən xidmətdir

D) Müəssisədə qazanc uğrunda əmələ gələn narazılıqların aradan qaldırılmasıdır

E) Müəssisələrin qarşısına qoyulmuş məqsədə çatmaq üçün fəaliyyətdir


352. Beynəlxalq marketinqdə ixracat

A) Əmtəələrin xarici bazarlarda satılması məqsədilə digər ölkələrə aparılmasıdır

B) Əmtəə çeşidi qrupları və əmtəə vahidlərinin məcmusudur

C) Əmtəə istehsalı, əmtəələrin satılması və gətirilməsidir

D) Əmtəələrin xarici bazara çıxarılması, gətirilməsi və daşınmasıdır

E) Əmtəə bazarına çıxma və əmtəə çeşidinin keyfiyyəti


353.Beynəlxalq marketinqdə dünya qiymətləri

A) Beynəlxalq ticarət sistemində qüvvədə olan qiymətdir

B) Ticarət sistemində əmtəələrin düzgün qiymətləndirilməsidir

C) Bazarlarda qiymətlərin dəyişməsi və stabil qalmasıdır

D) Əmtəə bazarında istehlakçıların şəraitinin yaxşılaşdırılmasında qiymətə təsir edən amillərin məcmusudur

E) bazarlarda qiymətlərin təhlili proqnozlaşdırılmasıdır


354. Beynəlxalq tədiyyə vasitəsi nədir.

A)Beynəlxalq təəhhüdlərin bilavasitə pulla ödənilməsidir

B) Dünya ölkələrində satışa gedən məhsulların qiymətləndirilməsidir

C) Məhsul istehsalının artırılması və yaxşılaşdırılmasıdır

D) İstehsalçı ilə istehlakçı arasında olan sövdələşmədir

E) Satıcı ilə alıcı arasında olan əmtəələrin alış qiymətlərinin münasibliyidir


355. Beynəlxalq ticarət rüsumu nədir

A) Hər hansı bir ölkənin sərhəddindən kömrükxana vasitəsilə keçirilən mallara qoyulan vergilərdir

B) Gömrük resurslarının qiymətləndirilməsi, alınması, gətirilməsi və qiymətləndirilməsidir

C) Dövlətlərarası xərclərin qoyulması və vəsaitlərin alınıb gətirilməsidir

D) Vəsaitlərin istehlakçılar tərəfindən gömrük haqlarının ödənilməsidir

E) Əldə edilmiş gömrük xərclərinin azad verilməsidir


356.Beynəlxalq valyuta kredit təşkilatları nədir

A) Valyuta və maliyyə-kredit münasibətlərinin tənzimlənməsi prosesini həyata keçirmək üçün beynəlxalq sazişlər əsasında yaradılmış təşkilatdır

B) Maliyyə-pul münasibətlərinin istehlakçılar tərəfindən dünya ölkələri tərəfindən tanıdılmasıdır

C) Kredit təşkilatlarının valyuta sistemi ilə həyata keçirilən hesablaşmalardır

D) Təşkilatların beynəlxalq aləmdə tanıdılması və kredit təşkilatları ilə əlaqələndirilməsidir

E) Kredit verilməsi, borcun qaytarılması və əlavə dəyər vergisinin ödənilməsidir


357. Beynəlxalq auksion nədir

A) Məhsulları nümaişə qoyaraq, onun təklif edilən ən yüksək qiymətə satış üsuludur

B) satıcının məhsula qoyduğu qiymətdir

C) Məhsulların bazarlarda keyfiyyətinə görə alınmasıdır

D) Əmtəəni alan və satan şəxsdir

E) Məhsulları dünya bazarına çıxaran şəxsdir


358. Beynəlxalq dünya bazarı nədir

A) Bütün dünya ölkələrinin daxil olduqları bazardır

B) Ayrı-ayrı ölkələrdə istifadə edilən bazardır

C) Regionlar arasında tanınan bazardır

D) Əhali arasında istifadə edilən bazardır

E) Respublika ərazisində olan tanınmış bazardır


359. Beynəlxalq ticarət və onun mahiyyəti

A) Müxtəlif ölkələrin alıcıları, satıcıları və vasitəçiləri arasında həyata keçirilən alqı-satqı prosesidir

B)Ölkə daxilində məhsulların alınması, gətirilməsi və satış prosesinin tənzimlənməsidir

C) Dünya ölkələrində istifadə edilən ticarət sahələrinin məcmusudur

D) Dünya ölkələrində satışa gedən məhsulların məcmusudur

E) Dünyada tanınmış ticarət bazarlarının satış prosesində irəlilədilməsidir


360. Beynəlxalq marketinqin əsasını nə təşkil edir.

A)Milli marketinq

B) Sahəvi marketinq

C) Beynəlxalq marketinq

D) Müəssisə marketinqi

E) Laqistika marketinqi


361. Beynəlxalq marketinqin xüsusiyyətləri

A) Firma tərəfindən milli dövlətin sərhədləri hüdudundan kənarda həyata keçirilən məhsulların marketinqidir

B) Dövlətlər arasında sərvətlərin aparılması və qiymətləndirilməsi prosesidir

C) Ölkələr daxilində satışa çıxarılan məhsulların tərəflər arasında sövdələşməsidir

D) Ayrı-ayrı regionlarda tərəflər arasında razılaşdırılmış məhsulların marketinqidir

E) Məhsulların ölkələrdə alınması və satışa çıxarılmasıdır


362. Beynəlxalq ticarətin alternativ forması

A) Qeyri-birbaşa ixrac hesab edilir

B) tələb-və təkliflə hesablaşma

C) Fiziki və demoqrafiq amillərə istinadı

D) İşgüzar və texnoloji mühit amillərinə

E) istehsal riski, kommersiya və maliyyə riski


363. İxrac lisenziyasının neçə növü var

A) 3


B) 5

C) 7


D) 2

E) 4
364. Beynəlxalq marketinqdə iqtisadi risk

A) Maddi itgilərə səbəb ola biləcək şəraitin yaranma ehtimalı

B) Sahibkarın alqı-satqı vaxt gətirdiyi qazancdır

C) Firmada risk qarşılaşma subyektidir

D) Riskin olması şəraitin yaranmasıdır

E) Risk mütəxəssisinin formadaxilində apardığı mübarizədir


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin