Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (IREX) İnternetin İnkişafı və Təlimi Proqramının (IATP)
Gəncə şəhərində yerləşən İnternet və Təlim Mərkəzinə
Administrator vəzifəsinə işçi qəbulu
Elan edir:
IREX haqqında:
IREX (Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası) ABŞ, Avropa, Avrasiya, Orta Şərq, Şimali Afrika və Asiyada təhsil, müstəqil mediya, internetin inkişafı və vətəndaş cəmiyyətinin inkişafına yönəldilmiş proqramları icra edən və baş qərargahı ABŞ-da yerləşən qeyri hökumət təşkilatıdır. Təşkilatın dünyanın 20-dən çox ölkələsində ofisi fəaliyyət göstərir. IREX-in Avroasiyada həyata keçirdiyi proqramlara akademik mübadilə proqramları, internetin inkişafı və təlimi proqramı, mediya islahatları, və professional treninq proqramları daxildir.
Vəzifələr:
Sayt administratoru MS Office və veb dizayn treninqlərinin və tədbirlərin keçirilməsi, və hesabatların hazırlanmasına cavabdeh olacaq. Sayt administratoru mərkəzin administrativ aspektlərinin idarə edəcək, hesabatları hazırlayacaq, bölgədə fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlar ilə əlaqə yaradacaq, ECA (ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu) maliyyələşdirdiyi mübadilə proqramlarının məzunlarını və yerli qeyri hökumət təşkilatlarının nümayəndələrini proqramın fəaliyyətinə cəlb edəcək və IATP mərkəzində seminarlar/internet forumları/tədbirlər təşkil edəcək.
Əsas tələblər:
-
İnternet konfrans, çat, forumlar və İnternetin təbliğinə yönəldilən tədbirlərin təşkili bacarığı;
-
MS Office və Photoshop, FrontPage, Dreamweaver kimi veb dizayn proqramlarının mükəmməl biliyi və təlim keçirdilməsi təcrübəsi;
-
Azərbaycan və İngilis dillərini bilməsi;
-
Ünsiyyət qurma və təşkilatçılıq bacarığı;
-
Gəncə sakini olmalıdır
İşlə maraqlananlar IATP/Ganja /site administrator/CV başlıqlı e-maili 25 Oktyabr 2005-ci il saat 18.00-dək resume@iatp.az ünvanına göndərə bilərlər.
Dostları ilə paylaş: |