2003 PİSA qiymətləndirilməsinin əsas qiymətləndirmə istiqamətində ilk 6 yeri tutmuş ölkələrin siyahısına nəzər yetirək və təhlil edək. Bu gün əsas yer tutan ölkələrdə inkişaf səviyyəsini və sosial münasibətlərin təzahürünü analiz edək:
s/s | Riyazi savadlılıq | Oxuyub - Anlama | Elmi savad Fənn bilikləri | Problem həlletmə | 1 |
Honq Konq 550
|
Finlandiya 543
|
Finlandiya
|
C. Koreya 550
| 2 |
Finlandiya 544
|
C. Koreya 534
|
Yaponiya
|
Finlandiya 548
| 3 |
C. Koreya 542
|
Kanada 528
|
Honq Konq
|
Honq Konq 548
| 4 |
Hollandiya 538
|
Avstraliya 525
|
C. Koreya
|
Yaponiya 547
| 5 |
Lixtenşteyn 536
|
Lixtenşteyn 525
|
Lixtenşteyn
|
Y. Zelandiya 533
| 6 |
Yaponiya 534
|
Y. Zelandiya 522
|
Avstraliya
|
Makao 532
|
PİSA-da hansı istiqamətdə sual və tapşırıqlar olduğuna nəzər yetirək: variativlərdən (çoxdan) seçməli, mürəkkəb çoxdan seçməli, açıq və qapalı sual növlərinin, tapşırıqların həlli.
PİSA- nəyi ölçür, nəyi qiymətləndirir? İcbari təhsilin sonunda, tam təhsilə davam edən 15 yaş qrupunda şagirdlərin Riyaziyyat savadı, Dəqiq Elmləri oxumaq və yazmağı; Oxu Bacarıqları; bundan əlavə tələbələrin motivasiyaları, özləri haqqındakı fikirləri, öyrənmə texnikaları-üsulları, məktəb şəraitləri və ailələri ilə bağlı məlumat-faktlar toplanır.
PİSA araşdırmasında istifadə edilən “savad” anlayışı, şagirdin bilik və potensialını inkişaf etdirib, cəmiyyətə daha təsirli bir şəkildə qoşulmasını və töhfə verməsini təmin etmək üçün yazılı qaynaqları tapma, istifadə etmə, qəbul etmə və qiymətləndirməsi kimi xarakterizə olunur.
PİSA necə həyata keçirilir?
Şagirdlər kompüter vasitəsilə Əsaslı Qiymətləndirmədən keçdikdən sonra sorğuda iştirak edirlər və nəticələr “Savadlılıq səviyyəsini qiymətləndirmək” üçün PİSA ekspertlərinə təqdim olunur. Onlar qiymətləndirmə cədvəlində təqdim olunmuş 6 səviyyədə qiymətləndirməni aparırlar:
Funksional savadlılıq üzrə PİSA tədqiqat texnologiyaları 15 yaşlıların tədris nailiyyətlərini 6 səviyyədə qiymətləndirir və PİSA tapşırıq və suallarının xüsusiyyətləri aşağıdakılardır:
Məzmun (şagirlərin biliklərini yoxlamaq üçün)
Bacarıqlar və ya fəaliyyət (şagirdlərin səriştələri nümayiş etdirməsi üçün)
Situasiya (şagirdlərin öz biliklərini tətbiq edə bilmələri üçün)
1- səviyyə - İbtidai bilik və böyük olmayan ehtimalların tapşırıqların uğurlu həllində aşağı səviyyədə tətbiqini qiymətləndirir.
2- səviyyə- Mövcud bilik və bacarıqları sadə təhsillə bağlı olmayan hallarda tətbiq etmək imkanını qiymətləndirir.
3-4- səviyyə- Mövcud bilik və bacarıqlarını istifadə etmək və yeni məlumatlar əldə etmək imkanını qiymətləndirir.
5-6- səviyyə - Ən yüksək səviyyə; müstəqil düşünmək, təhlil etmək və öz fərziyyələrini irəli sürmək imkanını qiymətləndirir.
Funksional savadlılıq nədir? Funksional savadlılıq termini 1957-ci ildə YUNESKO tərəfindən «savadlılıq» və «minimal savadlılıq» anlayışları ilə birlikdə tətbiq olunub.
Minimal savadılıq – sadə məlumatları oxumaq və yazmaq qabiliyyətidir.
Savadlılıq – oxuma, yazma, hesablama və sənədlərlə iş vərdişləridir.
Funksional savadlılıq – insanın onun sosial mühiti ilə qarşılıqlı fəaliyyət şəraitində oxuma və yazma vərdişlərindən istifadə etmək qabiliyyətdir.
Oxuma və yazma vərdişlərinin formalaşdırılması üçün baza səviyyəsidir;
Məişət problemlərinin həllinə yönəlib;
Konkret hallarda aşkarlanır və insanı konkret vəziyyətlərdə xarakterizə edir;
Standart, stereotip xarakterli tapşırıqların həlli ilə bağlıdır.
Funksional savadlılığın formaları və onların indiqatorları:
Ümumi savadlılıq – yazmaq, hesablamaq, suallara cavab vermək.
Kompüter savadlılığı – axtarmaq, istifadə etmək, yaratmaq.
İnformasiya savadlılığı – tapmaq və seçmək, istifadə etmək, təhlil etmək.
Kommunikativ savadlılıq – işləmək, rəğbət doğurmaq, təsir altına düşməmək.
Xarici dillərə yiyələnmə savadlılığı – tərcümə etmək, danışmaq, ünsiyyət saxlamaq.
Məişət savadlılığı – seçmək, planlaşdırmaq, istifadə etmək.
Fövqəladə hallarda davranış savadlılığı – göstərmək, müraciət etmək, qayğısına qalmaq.
İctimai-siyasi savadlılıq – qorumaq, izah etmək, təhlil etmək.
Ən son 72 ölkənin qatıldığı PİSA qiymətləndirməsində (PİSA 2015) 540 minə yaxın şagird iştirak edib. Əvvəlki illərlə müqayisədə şagird artımları müşahidə olunmasına baxmayaraq ilk yerləri tutan ölkələrin təhsil səviyyəsi yüksəlməkdə, geriləyən ölkələrdə isə geriləməkdə davam edir. Bu isə gələcəkdə kəskin fərqlərin meydana çıxmasına, sosial münasibətlər sistemində müxtəlif problemlərin yaranmasına səbəb olacaqdır.
PİSA-2015 qiymətləndirilməsinə görə dünyanın ən uğurlu ölkəsi Sinqapurdur (Fənn bilikləri 556, riyaziyyat 564, oxu bacarığı 535); Dominikan Respublikası isə 332 xal fənn bilikləri, 328 xal riyaziyyatdan toplamaq 70-ci yerdə qərar tutdu və ən sonuncu oldu. Livan isə 347 xalla oxuma bacarığı baxımından ən sonuncu ölkə oldu.
Düşünmə və qiymətləndirmə:
Mətnin məzmunu üzərində düşünmək və onu qiymətləndirmək
Oxucular onların dünyanı tanımaqla bağlı biliklərinə qarşı mətndə irəli sürülən iddiaları qiymətləndirməlidirlər.
Çox vaxt oxuculardan öz fikirlərini irəli sürmək və müdafiə etmək tələb olunur. Bunu etmək üçün, oxucular mətndə nəyin söyləndiyini və nəyin nəzərdə tutulduğunu başa düşmək qabiliyyətlərini inkişaf etdirməlidirlər.
Onlar əvvəlki məlumatlar əsasında, yaxud da digər mətnlərdə rast gəldikləri məlumatlar əsasında əqli qabiliyyətlərini test etməlidirlər.
Oxucular mətndə tutarlı sübut tapmalı və ümumi və xüsusi biliklərdən, eləcə də abstrakt şəkildə düşünmə qabiliyyətindən istifadə etməklə onu digər məlumat mənbələri ilə müqayisə etməlidirlər.
Fənnlər üzrə biliklərlə bağlı sizlərə lazımlı məqamları və Situativ materialların, test və tapşırıq nümunələrini təqdim edirik.
80 №-li Məktəb Müəllim: Ağayeva Aygün İxtisas : Fizika.
Günəş və Planetlər sistemi.
Günəş sistemi 8 planet və bu planetlərin 172 peykindən ibarətdir. Bunlar arasında həyat üçün uyğun səthi və atmosferi olan yeganə göy cismi Yer kürəsidir.
Planetləri kosmik fəzaya sovrulmaqdan qoruyan təsir Günəşin güclü cazibə qüvvəsi ilə planetin mərkəzdənqaçma qüvvəsi arasındakı müvazinətdir. Günəş ixtiyari kütləyə malik cisimləri cəzb edir. Günəş güclü cazibə qüvvəsinə görə bütün planetləri cəzb edir. Planetlərin fırlanmaları nəticəsində əmələ gələn mərkəzdənqaçma qüvvələri Günəşin cazibə qüvvələri ilə kompensasiya olunur.
Yer kürəsinin böyüklüyü lazımi həddədir. Əgər daha kiçik olsaydı, cazibə qüvvəsi çox zəifləyəcək, atmosferi öz ətrafında tutub saxlaya bilməyəcəkdi, daha böyük olsaydı isə, bu dəfə də cazibə qüvvəsi çox güclənəcək və bəzi zərərli qazları da tutub saxlayaraq atmosferi öldürücü hala gətirəcəkdi.
Yer üzərində həyatın mövcud olması üçün Yupiter də bir növ sipər kimi yaradılmışdır. Yupiter həm nəhəng kütləsi, həm də güclü maqnit sahəsi ilə Yer kürəsini qoruyur.
Sual 1. Əgər planetlərin fırlanma sürəti dəyişsəydi (artsa yaxud azalsa) nə baş verərdi? Fikrinizi əsaslandırın.
Cavab: Onda planetlər sürətlə Günəşə cəzb olunar və partlayış nəticəsində məhv olardılar.Günəşin cazibə qüvvəsi onları saxlaya bilməz və planetlər kosmik fəzaya sovrulardılar.
Sual 2. Yupiter Yer kürəsini hansı təsirlərdən qoruyur?
Günəşdən gələn zərərli şüaların qarşısını alır;
Minlərlə meteoritin yer üzərinə düşərək böyük fəlakətlərə səbəb olmasının qarşısını alır;
Yerin öz orbitindən çıxmasının qarşısını alır;
Göstərilənlərin hamısı.
Cavab: B)
Sual 3.
1.
|
Günəş kütləsi az olan cisimləri cəzb etmir
|
Bəli
|
Xeyr
|
2.
|
Yupiter Günəşdən uzaqlığına görə 5-ci planetdir
|
Bəli
|
Xeyr
|
3.
|
Planetlər Günəş ətrafında fırlanmasa onun üstünə düşüb məhv olarlar
|
Bəli
|
Xeyr
|
4.
|
Yerin ölçüsü artıq olsaydı cazibə qüvvəsi az olardı.
|
Bəli
|
Xeyr
|
7. Müalicəvi qida.
Duz, kimyəvi maddədir və müsbət ionların mənfi ionlara yapışıqlardan əmələ gəlir. Duzdan maldarlıqda, su təmizləmə sistemlərində və kimya sənayesində geniş istifadə edilir. Xörək duzunun ərintisinin elektrolizindən sərbəst natrium metalı (Na) və xlor qazı (Cl2) alınır. Həm natrium metalı, həm də xlor çox aktiv olduğundan təbiətdə sərbəst halda tapılmır. Xörək duzu insan orqanizminin normal fəaliyyəti üçün çox vacibdir.Natrium ionları orqanizmin su-duz balansının tənzimlənməsi üçün çox vacibdir. Xlor ionları orqanizmdə yağların parçalanmasında iştirak edir, mədə şirəsinin hazırlanması üçün lazımdır, sinir sisteminin fəaliyyəti, sümüklərin böyüməsi üçün vacibdir. Belə hesab olunur ki, sağlam insanın xörək duzuna olan gündəlik tələbatı təxminən 10-15-qr-dır. Xörək duzu orqanizm tərəfindən ionlar şəklində mənimsənilir. Na metalı və Cl2 qazı isə orqanizm üçün çox təhlükəlidir.
Keçmişdə duz çox baha idi. Duz pul kimi istifadə olunurdu, duz müharibələrin və çaxnaşmaların səbəbi olurdu. Süfrəyə duz bahalı qablarda verilirdi, duz bolluğun, varlılığın rəmzi sayılırdı.
Keçmiş əsrin 60-cı illərində duza "ağ ölüm" adını verdilər və bir çox xəstəliklərin taqsırkarı (hipertoniya, ürəyin işemik xəstəliyi, böyrək çatışmazlığı, piylənmə və s.) kimi qələmə verdilər. Bəli, duzun həddən artıq qəbulu ziyanlıdır. Lakin xörək duzunu qidalanmadan tam kənar etmək də düzgün deyil.
Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, dünyada insanların təxminən 1/3 hissəsi yod çatışmazlığından əziyyət çəkir. Yod çatışmazlığı isə öz növbəsində qalxanvari vəzi xəstəliklərinə, uşaqlarda isə əqli və fiziki inkişafının ləngiməsinə səbəb olur. Məhz bu səbəbdən dünyanın bir çox hissəsində yodun çatışmazlığının profilaktikası üçün yodlaşdırılmış duzdan istifadə olunur.
Sual 1. Müalicəvi qida.
Keçmişdə çox bahalı qida kimi istifadə edilən duzun dəyərinin itirməsinin səbəbi nə olmuşdur?
Cavab: Məlum oldu ki, duz müalicəvi olmaqla yanaşı həm də çox istifadəsi xəstəlik yaradır.
Sual.2 Müalicəvi qida.
1
|
Sənayedə geniş istifadə olunur.
|
Bəli
|
Xeyr
|
2
|
Zob xəstəliyinin müalicəsi üçün yodlaşdırılmış duzdan istifadə olunur.
|
Bəli
|
Xeyr
|
3
|
Natrium metalı xörək duzunun suda məhlulunun elektrolizindən alınır.
|
Bəli
|
Xeyr
|
4
|
Elektroliz zamanı xlor sarı rəngli çöküntü əmələ gətirir.
|
Bəli
|
Xeyr
|
Sual 3. Müalicəvi qida.
Azərbaycanın kontur xəritəsində astma xəstəliyinin müalicəsində böyük əhəmiyyətə malik “Duz dağı” nın yerləşdiyi bölgəni rəngləyin.
Cavab : Naxçıvan.
15. Ailə və vətən
Vətəndaş ilk növbədə ailədə formalaşır. Valideynlərimiz çalışırlar ki, bizi yüksək əxlaqlı, mənəvi keyfiyyətlərə yiyələnmiş şəxsiyyət kimi yetişdirsinlər. Uşaq dünyaya müstəqil yaşama qabiliyyətləri ilə gəlmir. Valideynlər ona qayğı göstərir, öz borclarını yerinə yetirilər. Valideyn qocalanda və müstəqil yaşama qabiliyyəti tükənəndə isə övladlar onlara qayğı göstərməlidirlər. Ailədə tərbiyə alan övladın ən böyük vəzifəsi valideynlərinə, müəllimlərinə, ustadlarına ehtiram göstərmək, onlara hörmət etməkdən ibarətdir. Ancaq vətənpərvər o şəxsdir ki, vətənin mənafeyini öz mənafeyindən üstün tutur. Vətən sevgisi omayan insanda heç bir yüksək əxlaqi keyfiyyət ola bilməz. Milli qəhrəmanlarımız qəhrəmanlıq göstərən şan-şöhrəti yox, vətən sevgisini əsas hesab etmişlər. Onların çoxu canlarını bu yolda qurban vermişlər. Demokratik ailədə uşaqların hüququ qorumaq üçün valideynlər əllərindən gələni edir, onların inkişafı üçün hər bir şərait yaratmağa can atırlar. Belə ailədə övlad da öz vəzifəsini başa düşür, valideyn qarşıısnda mənəvi borcunu yerinə yetirməyə çalışır. Bu zaman valideyn və övlad arasındakı münasibətlər imkan verir ki, ailənin problemlərini birlikdə həll etsinlər.
Dostları ilə paylaş: |