Bioloji aktiv əlavələr (BAƏ) yəni qida ilə eyni vaxtda istifadə edilən və ya qida məhsullarının tərkibinə daxil edilənlərdir. Onlar qidanın mənbəyi, həzm komponentləridir



Yüklə 47,22 Kb.
tarix01.01.2022
ölçüsü47,22 Kb.
#107779
Bioloji aktiv əlavələr


Bioloji aktiv əlavələr (BAƏ) yəni qida ilə eyni vaxtda istifadə edilən və ya qida məhsullarının tərkibinə daxil edilənlərdir. Onlar qidanın mənbəyi, həzm komponentləridir. BAƏ qidaya qatmaq üçün quru və ya maye konsentrat, ekstraktlar, cövhərlər, balzamlar, tozlar, şərbətlər, həblər, draj, kapsul və s. formada hazırlanır. Qidaya qatılan BAƏ nutrisevtiklərə (qida dəyərinə malik olan) və parafarmasevtik (bioloji aktivliynə malik olan) qruplarına bölünür. Nurtisevtiklər – essensial element olub, təbii qida inqrediyentləridir. Vitaminlər və onların nümayəndələri, yarımdoymamış yağ turşuları, fosfolipidlər, ayrı-ayrı mineral maddələr və mikroelementlər (kasium, dəmir, selen, sink, yod, flor), əvəzolunmayan aminturşuları, bəzi mono- və disaxaridlər və qida lifləri (sellüloza, pektin, hemisellüloza və s.) bu qrupa aid edilən maddələrdir. 44 Nutrisevtiklərin profilaktiki səmərəliliyini çox hallarda eksperiment və ya kliniki müşahidələrlə qiymətləndirməyə ehtiyac yoxdur. Bu məhsulların reseptlərinin ekspert qiymətləndirilməsinin əsasında məlum olan ümumi ədəbiyyat məlumatları durur. Nutrisevtiklərin funksional rolu aşağıdakı kimi istiqamətlənmişdir: - essensial qida maddələrinin çatışmazlığının aradan qaldırılması; - maddələr mübadiləsinin istiqamətli dəyişdirilməsi; - orqanizmə ətraf mühitin əlverişsiz amillərinin təsirinə qarşı spesifik olmayan rezistentliyinin artırılması; - immunmodullaşdırma; - ksenobiotiklərin əlaqələndirilərək kənar edilməsi; - müalicəvi qidalanma. Təhlükəsizlik və effektliyin qiymətləndirilməsi aparılarkən, gündəlik BAƏ ilə qidaya əlavə edilən nutrientlər tərəfindən təmin olunan tələbat payı müəyyən olunmalıdır. A, D, B1, B2, B6, B12 vitaminlərinin, niasinin, foli və pantoten turşularının, biotinin miqdarı gündəlik tələbat normasından 3, E və C vitaminlərininki isə 10 dəfədən artıq olmamalıdır. BAƏ-in qidada tətbiqi geniş yayılmış piylənmə, ateroskleroz, ürək-damar, bədxassəli şişlərin, immunçatışmazlığı və digər vəziyyətlərin ilkin və təkrar pəhriz profilaktikasının effektli metodudur. Parafarmasevtiklər qidanın həzin komponenti olub, profiliktikada, orqan və sistemlərin funksional aktivliyinin müdafiəsi və köməkçi terapiyasında istifadə olunur. Parafarmasevtiklərin tərkibinə daxil olan bütün bitkilər üçün, onların qida sənayesində tətbiqinə dair yerli və beynəlxalq normativ sənədlərlə icazə alınmalıdır. Orqanizmin hüceyrə və toxumalarında bir çox parafarmasevtiklərin başlanğıc təsir miqdarının fizioloji səviyyəsi məlum deyil (məsələn, biogen aminləri, oliqopeptidlər, qlükozidlər, üzvü turşular, saponinlər və s.), eyni zamnda yaşlı sağlam insanların da onlara təlabatı məlum deyildir. 45 BAƏ-in çoxunda, məsələn qida və dərman bitkilərinin və digər təbii xammal növlərinin mürəkkəb kompleksindən alınan ekstraktlarda, ümumiyyətlə aktiv komponentlər identifikasiya olunmamışdır. Dərman yüksək aktiv təsirli bitkilərindən ibarət olan parafarmasevtiklərin təyin olunması zamanı dəqiq olmayan doza və təsir mexanizmi çox hallarda kompensator-adaptasiya xarakterli reaksiyasına görə adekvat olmaya bilər. O, ya güclü və ya zəif ola bilər. Bu isə orqanizmdə patoloji dəyişikliklərin yaranmasına gətirib çıxarır. Məsələn, əgər ümumi adaptasiya sindromunda qlükokortikoidlərin sekresiyası artıq olduqda, onda onlar immunoloji, spesifik olmayan müdafiə reaksiyalarının (iltihabın) inkişafının qarşısını alır və bu zaman xeyli xəstəlikıərin yaranma riski artır, çünki immun sisteminin funksional aktivliyi kifayət qədər olmur. BAƏ - parafarmasevtiklər çox hallarda qidanın təbii komponent mənbəyi olsa da, qida dəyərinə malik olmur. Ancaq qidalanmanın əvəzolunmayan amili qida və dərman bitkilərinin, dəniz məhsullarının və heyvani toxumaların üzvü komponentləridir. BAƏ - parafamasevtiklərə aid olan məhsullara mikroorqanizmlərin kompozisiyası əsasında hazırlanan məhsullar aid edilir. Bu məhsullar bağırsağın mikrobiosenozunu saxlayan və normallaşdıran (eubiotiklər/probiotiklər) məhsullardır. BAƏ-in təsiri spesifik olaraq ayrı-ayrı orqanları və sistemləri fizioloji cəhətdən saxlayır və nizamlayır. BAƏ açıq satışda ərzaq mağazalarının xüsusi şöbələrində və apteklərdə reseptsiz realizə olunur. BAƏ parafarmasevtiklər xəstə insanın diaterapiyasında köməkçi vasitə və ya spesifik profilaktiki vasitə kimi istifadə edilməzdən əvvəl həkimmütəxəssislə məsləhətləşmək lazımdır. Qablanmış bioloji aktiv maddələrin etiketi üzərində aşağıdakılar əks olunmalıdır: - məhsulun adı və növü; - texniki şərtlərin №-si; - istifadə sahəsi; - istehsalçı təşkilatın adı və ünvanı; - məhsulun kütləsi və həcmi; 46 - məhsulun tərkibinə daxil olan inqredientlərin siyahısı (qida əlavələri daxil olmaqla); - qida dəyəri; - saxlanma şəraiti; - yararlılıq müddəti və hazırlanma vaxtı; - istifadə üsulu; - istifadəsinə tövsiyə, dozası; - istifadədən yaranan zərərli təsir və əlavə ikinci dərəcəli təsir.
Yüklə 47,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin