Bir müəllim kimi bütün mənəvi keyfiyyətlərə malik olması


Digər fənlərin tədrisində hüquq tərbiyəsinin qoyuluşu



Yüklə 30,18 Kb.
səhifə8/9
tarix10.01.2022
ölçüsü30,18 Kb.
#108074
1   2   3   4   5   6   7   8   9
Digər fənlərin tədrisində hüquq tərbiyəsinin qoyuluşu

“Azərbaycan Konstitusiyasının əsasları” fənnindən savayı digər fənlərin tədrisində də şagirdlərin hüquq tərbiyələrini yüksəltmə üçün bir sıra imkanlar vardır. Bu imkanlardan maksimum dərəcədə istifadə etməklə dərsdə hüquq tərbiyəsinin qoyuluşuna nail olmaq lazımdır.

Təlim prosesində aşağı siniflərdən başlayaraq şagirdlərə hüquq tərbiyəsinin təşkilinə şərait yaradan mövzuların öyrədilməsinə xüsusi diqqət yetirmək lazım gəlir. İbtidai siniflərdə elə mövzular var ki, şagirdlərin hüquq tərbiyəsinin inkişafı üçün daha münasibdir. Yəni belə mövzuların tədrisində şagirdlərin hüquq tərbiyəsinin inkişafına birbaşa təsir göstərir. Elə mövzular var ki, orada hüquq tərbiyəsinin yalnız elementləri vardır. Hər iki halda müəllim şagirdlərin hüquq tərbiyəsinin inkişafına xüsusi cəhd göstərməlidir. İbtidai siniflərdə tədris olunan mövzular içərisində “Təhsil hüququ”, “Azərbaycanın Milli Ordusu”, “Azərbaycan torpağı”, “Hərbi xidmətə çağırış”, “Vətən nəğməsi”, “Vətənin keşiyində”, “Sərhədçilərin kiçik dostu”, “Uşaqların müdafiə günü” kimi mövzular kiçik yaşlı məktəblilərin hüquq tərbiyəsini inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu mövzular içərisində Vətənin keşiyində, hərbi xidmətlə bağlı olan mövzuların tədrisi hüquq tərbiyəsi baxımından çox aktualdır. Vətənimizin torpaqlarının 20 % erməni faşistləri tərəfindən işğal olunduğu son onilliklərdə bəziləri hərbi xidmətdən yayınaraq fərarilik edir. Fərarilik haqqında cinayət məcəlləsinin müvafiq maddəsinə əsasən həmin adamlar mühakimə olunaraq məhkəmənin qərarı ilə həbsxanaya salınır. Azərbaycan Silahlı Qüvvələri sırasına həqiqi hərbi xidmətə çağırılanlar içərisində hərbi xidmətdən boyun qaçıranlar məhkəmənin hokum ilə 5 ildən 8 ilədək azadlıqdan məhrum edilirlər. Şagirdlər Vətəni sevməyənlərin, onu qorumaq istəməyənlərin qanun qarşısında cavab verməsini, ağır cəzaya məhkum olunmasını öyrənməklə yanaşı Vətənin müdafiəsinə biganə qalan belələrini nifrət hissi ilə yad edirlər.

Yuxarı siniflərdə Cəfər Cabbarlının “Almaz” əsərində Almazın məhkəmədəki qələbəsi, Mehdi Hüseynin “Alov” pyesində müstəntiqin dövlət malına biganə olanlara qarşı cinayət işi aparması, Süleyman Rəhimovun “Mehman” povestində prokurorun dövlət malını mənimsəyənlərə qarşı amansız olması kimi faktların ədəbiyyat dərslərində müasir faktlar və hadisələrlə müqayisəli şəkildə şagirdlərə çatdırılması, onların hüquq tərbiyəsinin formalaşdırılması baxımından çox önəmlidir.



Yüklə 30,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin