Биринҹи фәсил


Heç bilənlərlə bilməyənlər (



Yüklə 1,18 Mb.
səhifə79/81
tarix10.01.2022
ölçüsü1,18 Mb.
#107587
1   ...   73   74   75   76   77   78   79   80   81
Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni olar bilərmi?!»1.

Həzrət Peyğəmbər (s) buyurur: «Hər hansısa bir gün məni Haqqa yetirən elmim artmazsa, o günüm bərəkətsizdir».2

Digər bir hədisdə buyurur: «Hikmətdən - azacıq da olsa - mənimsəməyən qəlb dağılmış ev kimidir. Öyrənin, öyrədin, düşünün, dünyadan cahil olaraq getməyin. Həqiqətən, Allah qiyamət günü cahilin üzrünü qəbul etməyəcək».3

Əli (ə) «Ğürərül-hikəm» kitabında elm və biliyi belə vəsf edir: «Elm qələbə gətirir. Elm bəlalar qarşısında bir səddir, ən böyük ehtiyacsızlıqdır. Bilik əqlin nuru, gözəl vaiz, ən yaxşı hidayət, aşkar gözəllik, ən yaxşı dost, ən şərafətli nəsəb, mö᾽minin itkisi, helm bələdçisi, ən faydalı xəzinə və ən şərafətli həqiqətdir».

Rəsulullah (s) bir cümlə ilə dünya və axirətdə elmin məhsulu olacaq bütün həqiqətləri aydınlaşdırmışdır: «Elm və bilik bütün yaxşılıqların başıdır (əvvəlidir)».4

Əli (ə) var-dövlətlə elmin yeddi köklü fərqi olduğunu buyurmuşdur: «Elm peyğəmbərlərin, var-dövlət isə fir᾽onların mirasıdır. Elm xərcləndikcə azalmır, var-dövlət isə xərcləndikcə azalır. Var-dövlətin keşikçiyə ehtiyacı var, elm isə özü insanın keşiyini çəkir. Elm insanla birgə axirətə köçür, var-dövlət isə dünyada qalır. Var-dövlət qazanmaq hamı üçün mümkün olan bir şeydir, elm və onun nuraniyyəti isə mö᾽minlərə məxsusdur. Hamı din məsələlərində elm sahibinə möhtacdır, var-dövlətə isə bu sahədə heç bir ehtiyac yoxdur. Bilik qiyamət günü «sirat»dan keçməyi asanlaşdırır, var-dövlət isə bunun qarşısını alır».1

Boş gəmi dənizin ortasında tufana düşərək məhv olmaq təhlükəsi ilə qarşı-qarşıyadır. Dolu, ağır gəmi isə əmniyyətlə məqsədə doğru hərəkət edir. Boş gəmi cahil, dolu gəmi isə savadlı, geniş mə᾽lumatlı insanın misalıdır.

Tövhid nuru işıqlanan qəlb, qiyamət gününə yəqini olan bir qəlbdir. O, bu günün necə bir gün olduğunu bilir: «


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin