Биринҹи фәсил



Yüklə 1,18 Mb.
səhifə78/81
tarix10.01.2022
ölçüsü1,18 Mb.
#107587
1   ...   73   74   75   76   77   78   79   80   81

ON DÖRDÜNCÜ FƏSİL

HƏYATDA ƏMNİYYƏT

YAXŞILIQLAR VƏ PİSLİKLƏR


İnsan əql, qəlb, nəfs və cismdən ibarət bir varlıqdır. İnsanın bütün üzvlərinin yaxşılıq və pislikləri var. Bütün yaxşılıqlar Haqq tərəfindəndir. Pisliklərin qaynağı isə insanın özüdür.

Qur᾽anda Rəhim, Rəhman, Rəbb, Ğəfur, Kərim, Lətif, Rəuf, Qüddus, Əiz sifətləri ilə yad edilmiş müqəddəs varlıqdan xeyirdən, rəhmətdən başqa bir şey gözləmək olmaz.

Cəhlin, kinin, həsədin, tamahın və tənbəlliyin pislikdən, ziyandan qeyri məhsulu yoxdur.

Biliyin, savadın insana öz həyatında lazım olan qədər mənimsənilməsi bir tərəfdən vacibi-eyni, digər tərəfdən isə vacibi-kifayidir.1

Elm, bilik ağılın inkişafı üçün Allahın bəxş etdiyi ləzzətli bir tikədir. Haqq tərəfindən bəxş edilmiş bir ne᾽mət olan ağıl bilik kimi bir ne᾽mətlə qoşalaşdıqda, insanın daxilində nurdan yaranmış bir dərya meydana gəlir. Bu nuraniyyət insanın daxili aləminin əmniyyətinin bir qismini tə᾽min edir. Təbii olaraq, bu əmniyyət insandan həyat yoldaşına, övladlarına keçir və nəticədə, onlar da bu daxili təskinlikdən bəhrələnir, həyatları aramlıq nuruna bürünmüş bir həyata çevrilir.

Din elminin, məxsusən fiqh elminin, yə᾽ni halal-haramı tanımağın lazım olduğu qədərincə mənimsənilməsi ilk növbədə ailə başçısı, sonra isə evin xanımı və övladları üçün zəruridir. Onlar bu yolla savadlanar və cəhl şərindən amanda qalarlar.

Bəli, savad əmniyyət, savadsızlıq isə ziyan doğurur.

CƏHL VƏ SAVADSIZLIQ


Əhli-beytdən nəql olunan rəvayətlərdə savadsızlıq mə᾽nəvi ölüm, əbədi bədbəxtlik amili, insanın təhlükəli, qorxunc düşməni, küfr və azğınlıq kimi hesab edilmişdir.

«Həzrət Peyğəmbərdən (s) cahilin xüsusiyyətlərini soruşduqda, cavab verdi: «Əgər onunla yoldaşlıq etsən, səni zəhmətə, əziyyətə salacaq. Ondan kənar gəzsən, səni məzəmmət edəcək, sənə bir şey bağışlasa minnət qoyacaq, ona bir şey bağışladıqda isə naşükürlük edəcək. Ona sirr versən, sənə xəyanət edəcək».1

Özünüz fikirləşin, əgər ailə başçısı cəhalət xəstəliyinə düçar olarsa, mə᾽nəvi baxımdan yoxsul olarsa, istər ailədə, istərsə də ailədən kənarda hansı əmniyyətsizliyə, əzab-əziyyət qaynağına çevriləcək?

Cahilin ixtiyarında olan var-dövlət, ailə, arvad-uşaq, hamısı təhlükə ilə qarşı-qarşıyadır.

İslamın təhsilə, elmə verdiyi əhəmiyyətin sirri budur ki, insan özünü, ailəsini tam əmniyyətdə yaşatsın, onları heç bir təhlükə qorxutmasın.

İslami qaynaqlarda qeyd olunur: «Həzrət Məsih var qüvvəsi ilə qaçırdı. Bir tanışı ondan qaçmasının səbəbini soruşdu. İsa (ə) «Cahilin əlindən qaçıram»-deyə cavab verdi».

Bəli, tam qüvvə ilə cəhlin və peyğəmbərliyə qarşı cahil olanın əlindən qaçmaq lazımdır. Yalnız bu yolla dünya və axirət səadətinə nail olmaq mümkündür.

Cahil iksirə malik olmaqla yanaşı, yenə yoxsuldur. Alim yoxsulluq içində olsa belə, var-dövlət sahibidir.


Əgər sənə iksir belə versələr, elmin olmadıqda yoxsulsan.

Lakin sənə elm versələr, bu zaman iksiri sat getsin.

ELM VƏ BİLİK


Qur᾽anın buyurduğuna əsasən, bilicilər nadanlarla heç bir sahədə bərabər deyildirlər: «
Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin