3. YAŞAYIŞDA RİFAH
Həzrət Peyğəmbər (s) buyurur: «Bazara gedib ailəsi üçün töhfə alan şəxs, yoxsullar üçün sədəqə aparan şəxs kimidir. O, aldığı töhfəni evə apardıqda ilk olaraq qızına verməlidir. Çünki qızını sevindirən şəxs İsmayıl nəslindən bir qul azad etmiş şəxs kimidir. Öz töhfəsi ilə oğlunu sevindirən şəxs isə, Allah qorxusundan göz yaşı tökən şəxsə bərabərdir. Allah onun qorxusundan göz yaşı tökən şəxsi nemət dolu behiştinə daxil edəcək».
İmam Musa ibn Cəfər buyurur: «Kişinin ailəsi onun öz ixtiyarındadır. Allah neməti hər bir şəxsə ailəsini rifahda yaşatması üçün vermişdir. Əks təqdirdə, nemət ondan alına bilər».
Həzrət Peyğəmbər (s) buyurur: «Kişinin tox, arvadın ac olmağı qadağandır».
İmam Sadiq (ə) buyurur: «Kişi ailədə, xoşu gəlməsə belə, özünü üç şeyə məcbur etməlidir: mülayim davranmağa, ailənin rifahını təmin etməyə və namusuna qarşı qeyrətli olmağa».
İmam Səccad (ə) buyurur: «Allah öz ailəsinin rifahını daha çox təmin edən şəxsdən razıdır».
Rəsuli-əkrəm (s) buyurur: «Müsəlmanın Allaha görə həyat yoldaşı üçün aldığı şey sədəqə savabına malikdir».
Dostları ilə paylaş: |