6. ŞİRİN DİLLİLİK VƏ GÜZƏŞT
Acı dillilik, tünd xasiyyətlilik insanın tərəf müqabilini eyni şəkildə qarşılıq verməyə vadar edir.
Hədsiz söz-söhbət qadının ruhiyyəsini korlayır və yaşayışın şirinliyini azaldır.
Əli (ə) bu mövzuda kişilərə belə tapşırır: «Onlarla hər halda keçinin. Şirindil və mülayim olun. Bütün sahələrdə yaxşılıq edin ki, onlar da sizinlə eyni şəkildə davransınlar».
7. ÖZ İRADƏ VƏ İXTİYARINIZI ƏLDƏN VERMƏYİN!
Bəzi kişilər Allahın onlara bəxş etdiyi iradə və azadlıqlarına göz yumaraq, özlərini tam şəkildə qadınlarının ixtiyarına verirlər. Bəzi qadınlar ərlərinin ixtiyarını məhdudlaşdıraraq, ailə hakimiyyətini ələ alır və həyat miniyini istədikləri yerə sürürlər.
Adətən, bu növ həyat şeytani həyata çevrilir. Qeyri-şəri tələblərdən doğan böyük bir günah dalğası həyatı bürüyür. Mənəviyyatı qovaraq, ailəni ilahi və insani prinsiplərdən yayındırır.
Hazırkı ailələrin böyük əksəriyyəti bu acınacaqlı müsibətlə baş-başadır. Ailənin idarəçiliyi kişinin əlində olmaq əvəzinə, arvadın əlindədir. Kişi öz arvadının əri olmaq əvəzinə, arvad öz ərinə ərlik edir. Belə ailələrdə kişi arvadının sözündən çıxarsa, böyük bir qalmaqal baş verir. Kişi təslim olmayınca və ya onu boşamayınca, bu qalmaqal yatmır.
Əli (ə) öz ixtiyarını əldən vermiş bu tip zəif kişilər haqqında buyurur: «Öz ixtiyarını arvadının əlinə vermiş şəxs məlundur».
Digər bir hədisdə buyurur: «Allah-təala qadına tam təslim olan şəxsi üzüstə cəhənnəm oduna atacaq». Soruşdular: «Necə təslim olmaq?» Həzrət buyurdu: «Belə ki, ondan bədəni görünən libas geyinməsini istədikdə qəbul edir».
Bir kişi öz arvadından şikayətləndikdə, Həzrət (ə) belə qadınlar haqqında buyurdu: «Ey camaat, heç bir şəkildə qadına tabe olmayın. Ona mal tapşırmayın. Ailənin idarəsini onun ixtiyarına qoymayın. Əgər belə qadınların ixtiyarı öz əllərində olarsa, hamısını fəlakətə sürükləyər və ərlərinin əmrlərindən çıxarlar».
Biz bu nəticəyə çatdıq ki, belələri ehtiyacları olduqda təqvaya riayət etməz, şəhvət qarşısında tez diz çökər və qocalıb yaşlaşana qədər qızıl-gümüş fikrində olarlar. Əllərindən bir şey gəlmədikdə qürurlu və eqoist olarlar. Onların azacıq istəkləri həyata keçirilməsə, sevgi və məhəbbətlərini tapdalayar və istənilən pis işə əl atarlar. Qorxub çəkinmədən iftira yaxar, itaətsizlikdən əl çəkməzlər.1
Dostları ilə paylaş: |