Биринҹи фәсил



Yüklə 2,31 Mb.
səhifə43/175
tarix10.01.2022
ölçüsü2,31 Mb.
#109967
1   ...   39   40   41   42   43   44   45   46   ...   175

AĞIR MEHRİYYƏLƏR


Mehriyyə məsələsi İslamda ən mühüm, dəqiq və incə məsələlərdəndir. İslam mehriyyənin az olmasını təkid edir və ağır, çox mehriyyəyə nifrətlə yanaşır.

Qiymətə, dəyərə malik olan hər hansısa bir mal və ya əməl, məsələn bağ, mağaza, torpaq sahəsi, tikili, nağd pul, elm öyrətmək və s. kimi şeylər qadının mehriyyəsi ola bilər.

Quran ayələrindən əlavə, mötəbər kitablarda Peyğəmbərdən (s) və məsum imamlardan (ə) çox mühüm rəvayətlər qeyd olunmuşdur. Bu rəvayətlər bütünlüklə yüngül mehriyyələr üzərində dayanır və ağır mehriyyələrdən çəkinməyi tapşırır. Çünki ağır mehriyyələr gənclərin izdivacdan üz döndərmələrinə və qızların evdə qalmalarına səbəb olur.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Ümmətimin ən üstün qadını özü gözəl, mehriyyəsi az olanlardır».1

Əli (ə) buyurmuşdur: «Mehriyyələri çoxaltmayın. Çünki bu, düşmənçiliyə səbəb olur».2

Bəli, hər hansısa bir gənc qohumlarından, qonşularından və ya digər ailələrdən olan bir qıza elçi göndərdikdə ağır mehriyyə ilə qarşılaşarsa, özünü izdivac məsələsində uduzmuş hesab edir. Bununla da onda qızın özünə və ailəsinə qarşı kin yaranır. Bu ümidsizlik onu fəsada sürükləyir, ömrünü hədər edir, gəncliyinə, əhval-ruhiyyəsinə əvəzolunmaz ziyan vurur.

Həzrət Sadiq (s) buyurur: «Az xərc aparması və doğması (doğulması) asan qadının bərəkətindən, xərclərinin çoxluğu, çətin doğması (doğulması) isə onun nəhsliyindəndir».

Peyğəmbər (s) buyurmuşdur: «Mehriyyələri ağırlaşdırmayın. Eşqi, məhəbbəti mehriban Tanrı yaratmalıdır. Pul və var-dövlət eşq, məhəbbət yaratmır».3

Həzrət Peyğəmbər (s) Hövla adlı bir qadına buyurur: «Ey Hövla! And olsun məni peyğəmbərliyə seçən Pərvərdigara! Allah ərinin öhdəsinə ağır mehriyyə qoyan qadının boynuna oddan zəncir salar».

Ağır mehriyyə cavanların izdivacdan qaçmasına, onların günaha düşməsinə səbəb olur. Bu mehriyyəni istəyənlər isə gənclərin pozğunluğuna şərik olurlar və buna görə də İlahi əzaba layiqdirlər.



Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin