Биринҹи фәсил



Yüklə 2,31 Mb.
səhifə40/175
tarix10.01.2022
ölçüsü2,31 Mb.
#109967
1   ...   36   37   38   39   40   41   42   43   ...   175

TƏKƏBBÜR İBLİS SİFƏTİDİR


Bu gün gənclərin həddi-buluğa tez yetməsi camaatın problemini daha da artırmış, yad mədəniyyətlərin hücumu onların dərdini daha da dərinləşdirmiş, küfr dünyasının informasiya mərkəzləri xüsusilə cavanların fikrini, ruhunu işğal etmiş, biabırçı kinofilmlər bütün dünyanı tutmuşdur. Bütün bunların nəticəsi isə şəhvani meyllərin təhrik olunması və qərizələrin alovlanmasıdır. Valideynlərin, qohumların, imkanlıların, bir sözlə, millət və dövlətin bütün qüvvəsi gənclərin izdivacını asanlaşdırmağa, yanlış adət-ənənələri kənara qoymağa və bu kimi digər məsələləri həyata keçirməyə sərf olunmalıdır. Bu, şəri və əxlaqi baxımdan vacib və zəruridir. Bu yolla cavanların insani keyfiyyətlərini, əxlaq və imanlarını qorumaları lazımdır.

Valideynlər ilahi göstərişləri, Peyğəmbər (s) və məsum imamların buyruqlarını həyata keçirərkən təkəbbürlük etməməlidirlər. Çox təəssüflər olsun ki, bəzən müşahidə olunduğu kimi, bəzi valideynlər sanki padşah, övladları isə şahzadəymiş kimi davranırlar. Əqd və toy mərasimlərinin padşahlara layiq keçirilməsi tələbini irəli sürürlər. Onların ağır təklif və istəkləri qohum olacaqları ailəni çətin, çıxılmaz vəziyyətdə qoyur, övladları isə ailə qurmaq istəmələrinə peşman edir. Bununla da, naümid olan övladlar öz cinsi qərizələrini doyurmaq üçün qeyri-qanuni yollara əl atır və özlərini müxtəlif cinsi günahlara aludə edirlər.

Quran Haqqa qarşı təkəbbürlük etməyi İblisin xüsusiyyətlərindən hesab edərək buyurur:

«Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi. Yalnız İblisdən başqa! O, (səcdə etməyə) təkəbbürlük göstərdi və kafirlərdən oldu»1.

«Allah buyurdu: «Oradan (cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbürlük göstərmək yaramaz. Oradan çıx ki, sən alçalanlardan oldun!»2.

Həzrət Əli (ə) buyurmuşdur: «Təkəbbürdən qəti surətdə çəkin. Həqiqətən təkəbbür günahların ən böyüyü, eyiblərin ən pisi və İblis xislətidir»;3 «Təkəbbürdən çəkin. Çünki o Allah-təalaya qarşı asi olub, Ondan üz çevirməyin qaynağıdır»;4 «Təkəbbür ən çirkin xüsusiyyətdir».5

Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Təkəbbürdən çəkinin. Allah-təala təkəbbürlə yaşamağa davam edənlər haqqında əməl yazıçılarına buyurur: «Ey əməl yazıçıları! Bu bəndəmin adını tarix zalımlarından biri kimi qeyd edin».1

O həzrət (s) Əbuzərə buyurur: «Ey Əbuzər! Qəlbində zərrə qədər təkəbbür olan halda ölən şəxs, behişt iyini dadmayacaq. Onun çıxış yolu yalnız ölməzdən öncə tövbə edib, təkəbbür libasını çıxarmaqdır».2

Doğrusu, nütfədən yaranmış, dünyada yaşayarkən olduqca zəif, gücsüz olan varlığın Haqqa və ya xalqa qarşı təkəbbür etməyə nə haqqı var?

İmam Sadiq (ə) atalarından nəql edir: «Salmanla bir kişi arasında dava düşdü. O kişi təkəbbürlü bir görkəm alaraq Salmana dedi: «Sən kimsən ki, mən səninlə qarşı-qarşıya gələm?» Salman cavab verdi: «Sənin də, mənim də əvvəlimiz nəcis nütfə idi. Axırımız isə qəbirdə pis qoxulu bir murdardır. Qiyamət günü mizan qurulduqda kimin əməli ağır gələcəksə üstün, yüngül gələcəksə alçaq olacaq».3

Əllamə Məclisi bu təhlükəli xəstəliyin müalicə olunması haqqında buyurur: «Təkəbbürün müalicəsi və təvazö’ əldə olunması iki yolla mümkündür: elmi və əməli yolla. Elmi yolu budur ki, özünü və yaradanını tanısın. Bu tanıma təkəbbürün qəlbindən silinməsi üçün kifayətdir. Çünki özünü tanıdıqda nə qədər zəlil, dəyərsiz olduğunu anlayacaq və biləcək ki, onun haqqı yalnız təvazö’ etməkdir. Elə ki, öz daxili aləminə, xarici aləmə, Quran ayələrinə diqqət yetirərək Allahı tanıdıqda təkəbbürün, böyüklüyün yalnız Ona məxsus olduğunu anlayacaq.

Əməli yolu isə budur ki, bütün hərəkətlərində, davranışlarında təvazökar olmağa çalışsın. Saleh insanları özünə örnək hesab etsin. Böyük İslam peyğəmbərinin (s) həyatından dərs alsın. Məxluqatın əşrəfi olan o həzrət (s) əyləşib yemək yeyərkən buyururdu: «Bir bəndə digər bəndələr kimi yemək yeyir».4 (Burada Peyğəmbər (s) bəndə dedikdə özünü nəzərdə tutmuşdur).

Bütün bunları nəzərə alaraq, valideynlər izdivac məsələsində öz övladlarına qarşı təvazökar olmalıdırlar. Bu məsələdə onların təvazöləri yalnız amal və arzuların, təbii meyllərin yüksəkliklərində pərvazlanan övladlarını nəzərə almaqları və yersiz adət-ənənələr və s. kimi izdivacı çətinləşdirən məsələlərdən uzaq durmalarıdır. Onlar övladlarının izdivacdan sonra da rahat yaşamaları üçün bu məsələləri olduqca asanlaşdırmalı və qarşı tərəfin öhdəsinə gücləri çatmayan öhdəliklər qoymamalıdırlar.


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin