Биринҹи фәсил


HEYVANLARDA CÜTLƏŞMƏ VƏ ARTIM



Yüklə 2,31 Mb.
səhifə5/175
tarix10.01.2022
ölçüsü2,31 Mb.
#109967
1   2   3   4   5   6   7   8   9   ...   175

HEYVANLARDA CÜTLƏŞMƏ VƏ ARTIM


Həyatın ləzzətini dadmaq, artıb-törəmək üçün erkək heyvanın dişi heyvana, dişinin də erkəyə qarşı olan meyli ‒ bu iki varlıq arasındakı aşiqanə əlaqə - vəsfə gəlməyən möcüzələrdəndir.

Heyvanların bu həyati məsələyə olan diqqəti, onların arasındakı bu cütləşmə prosesinin nizam-intizamı hər bir müşahidəçini dərin fikrə qərq edir.

Erkək və dişi heyvanın özlərinə yuva tikərkən etdikləri həmkarlıq, yuvalarının quruluşu, sirlərinin qorunması, yer və zaman seçimi, hamısından mühüm onların cütləşməsi, cücəyə yetirilən qayğı, onun qida maddələri ilə təmin olunması, lazımi məsələlərin ona öyrədilməsi, təhlükələrdən qorunması və digər bu kimi heyvan həyatına hakim olan, əslində Haqqın iradəsini əks etdirən proqramlar dünyanın möcüzələrindən sayılmalıdır. Yumurtalıların və məməlilərin cütləşmə məsələsindəki sirlə dolu dünyaları, yumurtalarını və ya körpələrini qorumaları insanı heyrətə salır.

Heyvanların cütləşməsi, artıb-törəməsi ilahi bir qanundur.

«(Yer üzündə) elə bir canlı yoxdur ki, onun ixtiyarı Allahın əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır»1.

Heç bir heyvan öz qarşı cinsindən qeyrisinə meyl göstərmir.

Dişi heyvan öz şəhvətini napaklıqlara aludə edərək, İlahinin təyin etdiyi yoldan çıxmır.

Heyvanların cinsi instinktləri mövzusunda heç bir aludəçilik və azğınlıq yoxdur. Erkək heyvanın nütfəsi öz dişisi üçündür və bu yolda digərinə diqqət yetirmir. Heyvanlarda şəhvətamiz baxışları digərlərinə dikib, onları təqib etmək yoxdur. Onlar digərinə aid olan dişi heyvana toxunmurlar. Bu sahədə yumurtalılar və məməlilər arasında heç bir fərq yoxdur.


Afərineş həme tənbihe xudavənde del əst,

Del nədarəd ke xudavənd iqrar.


Mə’nası:

Yaradılış aləminin hamısı ürək hakiminin əlamətidir,

Elə isə Onu danan şəxsin ürəyi yoxdur.
Həyatın bütün sahələrində, xüsusilə törəmə və artım sahəsində quşların, sürünənlərin, otlayanların və suda yaşayan heyvanların nizam-intizamı diqqətli insanların böyük marağına səbəb olur.

Heyvanların onlara hakim olan məxsus qayda-qanunla sürdükləri həyat, hidayətdən uzaq düşənlər üçün böyük ibrət dərsidir.

Heyvanlar da nizam-intizamda cansızlar, bitkilər və digər varlıqlara bənzəyirlər.


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin