ÇOX YEMƏYİN ZİYANLARI
Əli (ə) buyurur: «Çox yemək və çox yatmaq insanı məhv edərək, ziyana doğru sürükləyir»;3 «Çox yeyənin sağlamlığı az, xərci isə çoxdur»;4 «Çox yemək qeyri-təbii iştah üzündəndir. Bu bir növ eyib və bir növ xəstəlikdir».5
İmam Sadiq (ə) buyurmuşdur: «Möminin qəlbi üçün çox yeməkdən daha ziyanlı bir şey yoxdur. Çox yemək iki şeyə ‒ daşürəkliliyə və şəhvətin təhrik olunmasına səbəb olur».6
Allah-təala Bəni-İsrailə buyurur: «Çox yeməyin! Həqiqətən, çox yeyən çox yatar. Çox yatan az namaz qılar. Namazını azaldan isə qafillərdən sayılır».7
Həzrət Peyğəmbər (s) buyurur: «Çox yeməkdən çəkinin! Həqiqətən, o, bədəni məhv edir, müxtəlif xəstəliklərə və ibadətdə süstlüyə səbəb olur»;1 «Allah yanında dolu qarından daha pis bir şey yoxdur».2
Musa ibn Cəfər (ə) buyurur: «Əgər hamı yemək məsələsində orta yolu tutarsa, onların bədənləri daim normal vəziyyətdə olar».3
Haqq elçisinin yeyib-içmək məsələləri haqqında maraqlı göstərişləri mövcuddur. Bu o həzrətin (s) tibb elminə aid möcüzələrindəndir: «Ac olduğun zaman yeməyə əl uzat, tam doymadıqda isə ondan əlini çək».4
Tox olduğu halda qidalanmaq həzm orqanı, bədənin sağlamlığı üçün olduqca ciddi təhlükədir. Tam ac olduqda qidalanmaq, tam doymadan yeməkdən əl çəkmək insan sağlamlığı, uzunömürlülük, qıvraqlıq üçün ən başlıca amildir.
Dostları ilə paylaş: |