Cəməl döyüşü Əlinin (ə) qələbəsi ilə sonra yetdikdən sonra İmam düşmənin ölüləri arasına gəlib onların cəsədlərinə baxaraq, hönkür-hönkür ağlamağa başladı. Bu bəşər tarixi boyunca heç bir qalib hərbçinin həyatında müşahidə olunmayıb. Ağlamağının səbəbi soruşulduqda Əmirəl-möminin buyurdu: «Ürəyim İslamı qəbul edib, oruc tutub, namaz qılaraq behiştə daxil olmalı şəxslərə yanır. Onlar məsum imama qarşı çıxaraq, özlərini əbədi əzaba düçar etdilər».
ƏZAB ƏHLİ
Əzaba düçar olanlar Allah-təaladan beş dəfə nicat istəyərlər. Lakin hər dəfə rədd cavabı alarlar. Sonuncu dəfə isə onların ağızlarını danışmamaları üçün əbədi olaraq bağlayarlar. Həmin beş dəfədən biri aşağıdakı ayədə qeyd olunmuşdur:
«Onlar orada fəryad edib deyəcəklər: «Pərvərdigara! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki, (dünyada) edirdik». (Onlara belə deyəcəyik:) «Məgər sizi ibrət almaq istəyən kimsənin ibrət ala biləcəyi qədər yaşatmadıqmı?! Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını). Zalımların imdadına yetişən olmaz!»1.
Əziz atalar! Sizin əməllərinizin ən mühümlərindən biri övladınızın tərbiyəsinə, inkişafına diqqət yetirməyinizdir. Övladlarınızın tərbiyəsinə etinasız yanaşmayın. Evinizi onlar üçün pak saxlayın. Onlara halal yemək yedizdirin. Öz həyat yoldaşınızla gözəl əxlaqi keyfiyyətlər əsasında davranın ki, sizin ən yaxşı cəhətləriniz övladlarınıza xoş təsirlər bağışlasın və onlar da bir gün öz övladları üçün sizin kimi yaxşı ata olsun.
Əziz atalar! Bilin ki, Allah, peyğəmbər və imamlar sizin əməllərinizi müşahidə edəcəklər:
«Allah, Onun peyğəmbəri və möminlər əməllərinizi görəcəklər»2.
Bütün davranışlarınızda diqqətli olun. Çünki bu, ailə üzvlərinə təsir göstərir. Peyğəmbər və imamlar bu incə məsələni daim diqqət mərkəzində saxlamış və atalara lazımi tövsiyələr etmişlər.
Ata evdə bir dövlət başçısına bənzəyir. Dövlət başçısı cəmiyyətdə baş verən hər hansı bir anlaşılmazlığın məsuliyyətini daşıdığı kimi, ata da öz həyat yoldaşı və övladlarının məsuliyyətini daşıyır və qiyamət günü bunun cavabını verməli olacaq.
Övladlarınızı ürəyitəmiz yetişdirin. Onları yaxşı işlərə rəğbətləndirin. Onların qəlbinə elmə və alimə olan eşq toxumu səpin. Onları özünüzlə ilahi məclislərə aparın. Həddi-buluğa çatmamışdan öncə onlarla vacib məsələləri öyrədin. Bir sözlə, onlara dost olun və mülayim davranın.
Peyğəmbər (s) və imam Əli (ə) bütün atalar üçün ən yaxşı örnəkdir. Bu böyük şəxsiyyətlərin keçdikləri həyat yolunu diqqətlə araşdırın, sonra isə onlar kimi yaşamağa çalışıb, bunu ailənizə də aşılayın. Qoy, sizin övladlarınız örnək seçərkən yanılmasınlar. Xarici və daxili ünsürlərin əvəzinə o dahi şəxsiyyətlərdən, mömin insanlardan dərs alsınlar. Qoy, Peyğəmbər (s) və imamlar sizin övladlarınızın idealına çevrilsinlər. Bu vasitə ilə sizin də dünya və axirət səadətiniz təmin olunsun.
Dostları ilə paylaş: |