İYİRMİ BEŞİNCİ FƏSİL ÖVLADIN ATA VƏ ANA ÜZƏRİNDƏ OLAN HÜQUQU XEYİRƏ GEDƏN YOL
Sözümüzə başlamazdan öncə Əmirəl-mömininin (ə) hikmətli, insanı xeyirə doğru yola yönəldən bir kəlamına nəzər salaq.
O Həzrət (ə) «xeyir» nədir?-deyə soruşan bir şəxsin cavabında buyurur: «Xeyir mal-dövlətin, övladların çoxluğunda deyil. Xeyir elmin, helmin çoxluğundadır. Xeyir ondadır ki, Pərvərdigarına ibadət etməklə fərəhlənəsən. Əgər davranışın yaxşıdırsa, Allaha şükür edəsən. Yox, əgər pisdirsə, Allahdan bağışlanmanı diləyəsən. Bu dünyada xeyir yalnız iki nəfər üçündür: günaha bulaşıb onu tövbə ilə bağışlatdıran və sürətlə yaxşılıqlara doğru addımlayan şəxs üçün. Təqva ilə edilən əməl az deyil. Qəbul olunmuş əməl necə az ola bilər?»1
Bu dahiyanə kəlamda üç mühüm məsələyə ‒ elm, helm və onlardan bəhrələnməyə toxunulmuşdur. Hansı ki, Haqqa ibadət hesab olunur. Qeyd olunduğu kimi, elm və helmdən istifadə günahdan çəkinməklə yanaşı olmalıdır. Əks təqdirdə, Haqq dərgahında qəbul olunmayacaq.
Sahibinin təqvası olmayan elm, pərhizkarlıqla yanaşı olmayan helm və təqvanın heç bir rolu olmayan ibadət yalnız ziyan, təhlükə törədir.
Bu dünyada özlərini bir yerə yetirənlər elm və bəsirət, ibadət və tövbə, təqva və günahdan çəkinməklə yetirmişlər.
Çıxarı olmayanlar, hövsələsizlər, həva-həvəs kölələri ziyan mənbəyidirlər.
Hər halda yuxarıdakı kəlamdan məlum olur ki, valideynlər ilk mərhələdə övladlarının onların üzərində olan hüquqlarını bilməlidirlər. Növbəti mərhələdə isə ‒ onların hüquqlarını qoruyarkən olduqca səbirli, hövsələli olmalıdırlar.
Bu hüquqlara riayət etmək böyük bir ibadətdir. Bu ibadəti etdikləri üçün onların qəlbi fərəhlənməli, sevinməlidir. Onlara belə bir ibadət nəsib etdiyi üçün Allaha, şükür etməli, bu yolda olan qüsurlarının bağışlanmasını diləməlidirlər. Zəhmətlərinin hədərə getməməsi və onun bəhrəsini dünya və axirətdə görmələri üçün bütün sahədə təqvalı olmalıdırlar.
Dostları ilə paylaş: |